Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3481/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6348/2021 nömrəli işi üzrə 04.10.2021-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs X3 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, şikayət verən hüquq və vəzifələrinə toxunan şəxsin məhkəmə qətnaməsinin surəti ərizəçiyə rəsmi qaydada rəsmi qeydiyyatda olduğu ünvana 04.10.2021-ci il tarixdə göndərilmişdir (səh 48). Hüquq və vəzifələrinə toxunan şəxs X3 vəkili Vəkil2 apellyasiya şikayətini 03.03.2022-ci il tarixində vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 nömrəli 09.03.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakl Apellyasiya Məhkəməsinə göndərilmişdir (səh.70). Apellyasiya şikayəti 03.03.2022-ci il tarixdə verilərək,qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə mümkünlüyünə və müddətin ötüb-ötmədiyinə prosessual-hüquqi qiymət verilməmişdir (müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir) Kollegiya hesab edir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Ərizəçi ərizə ilə müraciət edərək bildirmişdir ki, atası 26.05.2021-ci ildən 22.06.2021-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə alkoqol qəbulu nəticəsində asıllıq sindiromu diqanozu ilə müalicə almışdır. Elə 22.06.2021-ci il tarixindən 13.09.2021-ci il tarixinədək də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Həkimlər psixolerapevt nəzarətində olmasını labüd saymışlar. SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13.09.2021-ci il tarixli 2124 saylı rəyi ilə X4 damar mənşəli demensiya (ağıl zəifliyi), psixotik pozuntularla qeyd olunub. Rəyə əsasən X6 öz psixi vəziyyətinə görə hal-hazırda öz, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Atası öz şəxsiyyətinə və hərəkətlərinə qarşı tənqidi münasibəti qəti qəbul etmir. Bütün bu qeyd edilənləri onun pis vərdişi ilə daha da kəskinləşdiyini müşayidə edirlər. Belə ki, atasının həmişə pis vərdişləri olub. O lap cavan yaşlarından spirtli içki qəbul edib və həmişə də spirtli içkilərin təsirindən evdə işdə, qonşularla dava salıb, özünü idarə edə bilməyib. Halhazırda isə spirtli içkilərin təsirindən etidyi hərəkətlər pisixi pozuntularla daha da kəskinləşib və idarə edilməz hal alıb. Onun bu vəziyyətindən istifadə edərək qardaş və bacısı notarial qaydada onlara və başqa şəxslərə etibarnamə verməsini nail olurlar. Aldığı təqaüdü əlindən alırlar, ayrı-ayrı şəxslər atasının onlardan borc aldığını bildirir. Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edilib. Elektron məhkəmə portalı vasitəsilə atasının adından Vəkil2 Xətai rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli 2(011)-6348/2021 apellyasiya şikayətinin verdiyini biliblər. Apellasiya şikayətinin verilməsi üçün atası həmin şəxsə, İlkin adlı başqa şəxsə və əmisinə etibarnamə verib və vəkillə hüquqi yardımla bağlı müqavilə bağlayıb. Həmçinin əmisinə də başqa mülki etibarnamə verib. Atası faktiki olaraq məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib və o, rayon icra hakimiyyətinin sərəncamı ilə onun qəyyumu təyin olunmuş, fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumunun razılığı olmadan etibarnamə və müqavilə bağlamaq kimi səlahiyyəti yoxdur. Odur ki, həmin etibarnamə ləğv edilib və bağlanılmış hüquqi yardımla bağlı müqavilənin də ləğv edilməsi üçün vəkil bürosuna müraciət edilib. Onu da qeyd edir ki, apellasiya şikayəti MPM-nin müəyyən etdiyi forma və məzmuna da uyğun deyildir Şikayətdə maddi yə prosessual hüquu normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilin iş nəticələrinin işin hallanna uygun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər qeyd edilməyib (səh.72,74). Ərizəyə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, 22.02.2022-ci il tarixində qeydiyyata alınmış etibarnaməyə 05.03.2022-ci il tarixində etibarnaməyə xitam verilmişdir. Beləliklə, apellyasiyanın mümkünlüyü həlli edilən zaman şirkəti imzalayan şəxsin səlahiyyətsiz olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məcəllənin 363.1.1, 363.1.1-1, 363.1.3 və 363.1.5-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6348/2021 nömrəli işi üzrə 04.10.2021 -ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs X3 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3481/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3481/2022
11.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver