Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3482/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3 qız, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı3, İddiaçı2, İddiaçı1 nümayəndəsi X14, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı əsasında X10 Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında axırıncının adına 0590/21 saylı order verilmişdir.
2. “Coşqun” Bağçılıq Yoldaşlığının 17/03 nömrəli “Bağçının üzvlük kitabçası”dan görünür ki, 1997-ci ildən Azərbaycan Mühəndis-İnşaat İnstitutunda işləyən X5 yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 nömrəli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və ona, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1342 nömrəli Sərancamına uyğun olaraq, Nardaran qəsəbəsindən şimalqərbdə yerləşən “Coşqun” Bağçılıq Yoldaşlığından sahəsi 1000 kv.m olan 20/21 nömrəli bağ sahəsi ayrılmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1040 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair X15 adına və X16 adına order arxiv qovluğunda aşkar edilməmişdir.
4. DƏDRX-nın 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun" X21 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X15 adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə X15, nə də ki, X16 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız X15 adına "Coşqun” X21 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 456208 nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Elektron Çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivi sahəsində yerləşən 21 saylı bağ sahəsi X22, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X23 ayrılmış, sonradan sonuncunun razılığı ilə 20 saylı bağ sahəsi də X15 adına keçirilmişdir. Belə ki, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000 kv.m) saylı bağ sahəsinin ayrılmasına dair X15 adına üzvlük kitabçası verilmişdir. Daha sonra X15 və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi Cavabdeh2 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
7. Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2003-cü ildə vəfat etmiş X9 vərəsəsi - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 164-də yaşayan yoldaşı İddiaçı3, övladları İddiaçı1, İddiaçı2dur və onlar miras əmlakdan bərabər payda irs almalıdır.
8. Azərbaycan Mühəndis İnşaat Unversitetinin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubunda göstərilmişdir ki, "Coşgun" X21 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların iştirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi X10 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilməmişdir. "Coşgun" Bağçılıq öz fəaliyyətini dayandırmışdır.
9. Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X27 xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildə seçki yolu ilə müsabiqədən keçərək xx.xx.2003-cü il tarixli 369 saylı əmrlə bağlanmış əmək müqaviləsinə əsasən 5 il müddətinə Əcnəbi dillər kafedrasına ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
10. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017 ci il tarixli qətnaməsi ilə İddiaçı3 iddiasının təmin edilməsi, Cavabdeh2 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindı Azərbaycan Mühəndis-İnşaat İnstitutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, Cavabdeh2 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-2345/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi Cavabdeh2 tərəfindən X1.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair X7 və İstismarı idarəsi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. İddia tələbi belə əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022 saylı, **********17 saylı məktubu ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair X11 və İstisları idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin və həmin müqavilə əsasında axırıncının adına verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair müraciətlərini heç bir əsas göstərilmədən, dövlət reyestrində qeydiyyata alınmış mübahisələr məhkəmə qaydasında həll edilməli olduğu əsas göstərilməklə təmin edilməmişdir. İddiaçılardan İddiaçı3 ilə X18 xx.xx.1970-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, onların birgə nikah münasibətlərindən 5 övladları anadan olmuşdur. Bu müddət ərzində X10 əməkdaşı olduğu Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında da axırıncının adına 0590/21 saylı müddətsiz order verilmişdir. xx.xx.2003-cü il tarixdə X18 vəfat etmiş, axırıncı vəfat edən günədək onun ailə üzvləri həmin bağ sahəsindən istifadə etmişdirlər və müvafiq notariat kontoru tərəfindən adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X9 vəfatından sonra onlar bir müddət üzrlü səbəbdən bağ sahəsindən istifadə edə bilməmişlər. Bağlarına gəldikləri zaman isə bağdan Cavabdeh2 adında bir şəxsin istifadə etdiyinin şahidi olduqlarını, axırıncı onlara ilkin həmin bağa dair X13 və İstismarı Birliyi ilə aralarında xx.xx.2005-ci il tarixli 35741 saylı icarə müqaviləsi bağladığını, daha sonra isə bağ sahəsini özəlləşdirərək öz adına DƏDRX idarəsindən RX seriyalı ******* saylı reystrdən çıxarış aldığını bildirmişdir. İddiaçı3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Cavabdeh2 qarşı bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2017-ci il tarixli 2(008)-6227/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 adına Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, həmin özəlləşdirmə əsasında axırıncının adına DƏDRX-nın idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilmiş, Cavabdeh2 həmin ərazidən çıxarılması, bağın sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürülməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İstinad edilmiş qətnamədən cavabdeh X25 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-9936/2017 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6227/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı3 Cavabdeh2 qarşı qaldırdığı axırıncının adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə əsasında axırıncının adına DƏDRX-nın idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilməsi, Cavabdeh2 həmin ərazidən çıxarılması, bağın sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürülməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsinə dair tələb təmin edilməmişdir. Qeyd edilmiş qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 2345/2018 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəyə əlavə edilmiş apellyasiya və kassasiya instansiya məhkəmələrin qətnamə və qərarından göründüyü kimi hər iki instansiya məhkəmələri birinci instansiya məhkəməsi tərəfindən çıxarmış qətnamənin ləğv edilməsinə dair nəticəyə gələrkən mübahisə edilən bağ sahəsinin özəlləşdirilməsi DƏDRX-nın Bakı ərazi idarəsi tərəfindən aparıldığını, torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, lakin həmin orqan iş üzrə cavabdeh qismində cəlb edilmədiyini, Cavabdeh2 həmin tələb üzrə cavabdeh şəxs olmadığını, eyni zamanda həmin mübahisə ilə bağlı DƏDRX-nin xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə X15 adı göstərildiyini, axırıncının və onun ailə üzvülərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X11 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında icarə müqaviləsi bağlanıldığını, Cavabdeh2 əvvəl isə 21 saylı bağ sahəsinə X4 etdiyi müəyyən edildiyini, lakin onun adına olan sənədləri mübahisələndirilmədiyini, birbaşa Cavabdeh2 adına olan özəlləşdirilmənin etibarsız hesab edilməsi tələb edildiyini, arxiv qovluğunda X9 adına 0,05ha olan 21 saylı bağ sahəsinin ayrılması barədə 0590/21 saylı order verilməsinə əsas olmuş qərar aşkar edilmədiyi əsas olaraq göstərilmişdir. "Torpaq icarəsi haqqında" qanunun tələblərinə görə torpaq sahələri vətəndaşlara icarə müqavilələri bağlanılmaqla və ya xx.xx.2007-ci il tarixədək rəsmi orderlər verilməklə həyata keçirilir. Yeni qanunun tələbinə əsasən hər hansı bir bağ sahəsinə vətəndaşın hüquqverici sənədi onun adına verilmiş orderin və ya onunla bağlanmış müqavilənin olması göstərilir. DƏDRX-nin orqanı tərəfindən təqdim edilmiş rəsmi məktublardan görünür ki, X15 adına "Coşqun" X21 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin verilməsinə əsas olan order mövcud olmamışdır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 sorğusuna cavab olaraq verilmiş DƏDRX-nın 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubu ilə təsdiq olunur. Həmin məktubdan görünür ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun" X21 üzvülərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X15 adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə X15, nə də ki, X16 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız X15 adına "Coşqun”X21 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş vəkilin sorğusuna cavab olaraq Azərbaycan Mühəndis İnşaat Unversitetin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubu ilə müəyyən olunur ki, "Coşgun" X21 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə içtimai təşkilat kimi onların istirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05ha olan 21 saylı bağ sahəsi X10 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilmədiyi göstərilmişdir. Belə olduğu halda hesab edirlər ki, "Coşqun" X21 üzvülərinin arxiv qovluğunda olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X15 adı göstərilməsi və onun adına "Coşqun" X21 üzvlərinin xx.xx.1997-ci tarixli protokola əsasən üzvlük kitabçasının aşkar edilməsi onun 21 saylı bağ sahəsinə hüquq müəyyənedici sənədin olması kimi qəbul edilməməlidir. Həmin sənədlərin saxta olması Azərbaycan Mühəndis İnşaat Unversitetinin Tədris işləri üzrə prorektoru A.Qasımovun xx.xx.2022-ci il tarixli, 31/148 saylı məktubu ilə təsdiq olunur. Həmin məktubla da müəyyən olunur ki, X27 xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Universitetin əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək olan müddət ərzində 5 il müddətində bağlanmış müqavilə əsasında inglis dili müəlliməsi vəzifəsində çalışmışdır. xx.xx.1998-ci ildən xx.xx.2003cü ilədək olan müddət ərzində hər il müqavilə əsasında müəllimə işləmiş X15 adına "Coşqun"X21 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən ona üzvlük kitabçasının verilməsi mümkün ola bilməzdi. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7- 2516/17 saylı məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli, 1342 saylı sərəncamından görünür ki, BŞİHB "X6 və İstismarı Birliyinin protokolun təsdiq edilməsi haqqında" olan xx.xx.2005-ci il tarixli, 222 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamda Cavabdeh2 bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Bu halda Samirə Orucovanın 21 saylı bağ sahəsinə heç bir hüquqmüəyyənedici sənəd olmadan verdiyi razılıq əsasında X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsi qanuni sayılmamalıdır. Hesab edirlər ki, mübahisə edilən Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi 0590/21 saylı order əsasında mərhum X10 verilməsi faktı məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilməsi və həmin torpaq sahəsinə dair Samirə Orucovaya münasibətdə heç bir hüquqmüəyyənedici sənəd mövcud olmaması səbəbi ilə axırıncının əsassız ərizəsi əsasında həmin bağa dair X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqavilə etibarsız hesab edilməlidir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli 2(009)-1680/2022 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı3 Cavabdeh2 qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırdığı iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış yuxarı instansiya məhkəməsi aktları ilə müəyyən edilir ki, iddia tələbləri mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsi ilə bağlı olmuşdur. Yuxarı instansiyası məhkəmələri tələbin ilk hissəsi olan mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsi ilə bağlı qeyd etmişlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin hazırki işdə tətbiq edilməsi və mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən aparılmışdır. Lakin iddia ərizəsində həmin təşkilat cavabdeh kimi göstərilməmiş və birinci instansiya məhkəməsi də həmin təşkilatın əlavə cavabdeh kimi cəlb edilməsi məsələsini həll etməmişdir. Bu baxımdan hesab etmişlər ki, mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Buna görə də iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri üzrə cavabdeh (borclu) hesab edilmədiyinə görə həmin iddia tələbləri rədd edilməlidir.
16. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları iddiaçı tərəfə xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək hüququ yaratsa da, (məhkəmə aktlarında göstərilən X15 adına olan sənədlər mübahisələndirilməmişdir) qaldırılmış iddianın dəlilləri və iddiaçı tərəfin bu iddia ilə bağlı izahatları sözügedən icarə müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır.
17. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır və bu aktlarda iddiaçının Cavabdeh2 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş X15 adına olan sənədlər və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirməməsinə baxmayaraq, 21 saylı bağ sahəsinin Cavabdeh2 istifadəsinə, daha sonra mülkiyyətinə verilməsinin qanuna uyğun olması öz təsdiqini tapmışdır.
18. Həmçinin, məhkəmə qeyd etmişdir ki, artıq 21 saylı bağ sahəsi 20 saylı bağ sahəsi ilə birlikdə sahəsi 0,10 ha torpaq sahəsi olan 20/21 saylı bağ kimi Cavabdeh2 tərəfindən X2 hazırda sonuncunun mülkiyyətindədir.
19. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəf X26 ilə bağlanmış alqı-satqı müqaviləsini və adına olan qeydiyyat sənədini (çıxarışı) mübahisələndirmədiyindən onun 3-cü şəxs kimi də işə cəlb edilməsinin zəruriliyini aradan qaldırmışdır.
20. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək qeyd etmişdir ki, əqdin etibarsızlığı mübahisələndirilən zaman tətbiq edilməli olan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan məhkəmə cavabdeh tərəfin bununla bağlı ərizəsi olmadığı halda belə müddət tətbiq edə bilir. Lakin, hazırki işdə iddia əsassız olduğu üçün məhkəmə müddətlə bağlı məsələyə münasibət bildirməyə zərurət görmür.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80, 82.3, 106.1, 119.1, 218.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, kifayət qədər sübutlar təqdim edilmiş olsa da, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
26. Cavabdeh2 nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göründüyü kimi Cavabdeh2 mülkiyyətində olmuş 20/21 saylı bağ evi və 0,10 ha torpaq sahəsi əvvəl iki nəfərin, yəni, 21 saylı bağ sahəsi X15, 20 saylı bağ sahəsi isə X20 adına olmuş, sonuncunun razılıq ərizələri əsasında 20 saylı bağ sahəsi də X15 adına keçirilmiş, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000kv.m) saylı bağ sahəsinin ayrılmasına dair X15 adına üzvlük kitabçası verilmişdir. X15 və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi Cavabdeh2 adına keçirilmiş və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında X11 və İstismarı İdarəsi arasında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi Cavabdeh2 adına qeydiyyata alımış və o, həmin əmlakları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X3.
38. Göründüyü kimi iddiaçı daha əvvəl Cavabdeh2 qarşı mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia qaldırmış, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
39. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə X15 adı göstərilir, axırıncının və onun ailə üzvülərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X11 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında icarə müqaviləsi bağlanılmış, sonra isə onun xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı isə Cavabdeh2 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş X15 adına olan sənədləri və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirmədən birbaşa olaraq Cavabdeh2 adına olan özəlləşdirmənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.
40. Həmin qətnamədə göstərilmişdir ki, məhkəmənin “Coşqun” bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X9 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıqyoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X9 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir.
41. Məhkəmə haqlı olaraq göstərmişdir ki, qanuni qüvvəsini almış qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır.
42. Qanuni qüvvəsini almış qeyd edilən məhkəmə aktları ilə 21 saylı bağ sahəsinin Cavabdeh2 istifadəsinə, daha sonra mülkiyyətinə verilməsinin qanuna uyğun olması öz təsdiqini tapmışdır.
43. İddiaçı yenə də X15 adına olan sənədləri mübahisələndirmədən hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsini mübahisələndirmişdir.
44. İddiaçı tərəf apelyasiya baxışı zamanı həmin sənədləri mübahisələndirdiklərini, lakin müvafiq inzibati məhkəmə tərəfindən iddianın mümkün sayılmadığını qeyd etsə də, bununla bağlı hər hansı sənəd təqdim edilməmiş, iş materiallarından isə belə bir hal müəyyən edilməmişdir.
45. Kollegiya bir daha qeyd edir ki, keçmiş X7 və İstismarı idarəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli icrarə müqaviləsinin etibarlı olubolmamasına yalnız X15 adına olan sənədlərin etibarlılığına qiymət verdikdən sonra münasibət bildirmək olar.
46. İddia müddətinin ötürülüb-otürülməməsi də yalnız bundan sonra iddianın faktiki və hüquqi əsasından asılı olaraq müzakirə oluna bilər. Çünki, mübahisə edilən əqdlərdə (Mülki Məcəllənin 354.2-ci maddəsi) 1 illik kəsici müddət tətbiq olunduğu halda, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında əqdlərdə (Mülki Məcəllənin 354.1-ci maddəsi) 1 illik iddia müddəti tətbiq olunur, özü də həmin müddət yalnız əvəz edilən əşyalara münasibətdə keçərlidir, daşınmaz əmlak barəsində isə ümumiyyətlə iddia müddəti tətbiq olunmur.
47. Hazırki halda məhkəmə haqlı olaraq iddianın əsassız olması səbəbindən müddətlə bağlı məsələyə münasibət bildirməyə zərurət görməmişdir.
48. Beləliklə Kollegiya qeyd edir ki, apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1680/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.