Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3488/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh3 və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı MMC-nin cavadehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-7369/2018 nömrəli qətnaməsindən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın və eyni tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunun və göstərilən sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14/01 saylı xx.xx.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında bağlanılmış alqı-satqı müqaviləsinin (3951 saylı xx.xx.2018-ci il tarixli) etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi”tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) Cavabdeh3 satılmasına dair 14/01 saylı, xx xxxxx 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinə (zirzəmiyə) dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış 3951 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən, sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinə (zirzəmiyə) dair Cavabdeh3 adına xx xxxx 2018-ci il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən binasının bir hissəsinin alınması üçün xx.xx.2018-ci il tarixdə saat 09:30-da hərracların təşkili üzrə keçirilən Auksionda iştirak edərək qeyd edilən ünvanı hərrac yolu ilə almışdır. xx.xx.2018-ci il tarixdə obyektə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Hərrac vasitəsilə əldə etdiyi qeyri-yaşayış sahəsində heç bir söküntü işləri aparılmamışdır. Sonradan İddiaçı MMC-nin həmin binanı sökmək istədiyi barədə məlumatı əldə etmişdir. Nazirlər Kabinetinin 86 saylı qərarında qeyd edilmişdir ki, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX və XX əsrin əvvəllərində tikilmiş binalara söküntü şamil edilməlidir. Halbuki mülkiyyətində olan qeyriyaşayış sahəsi 1968-ci ildə inşa edilmişdir. Həmin əmlak söküləcək binaların siyahısına daxil deyildir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilmiş və ona qeyri-yaşayış sahəsinin söküntüyə gedəcəyi halda əmlakından 20% artıq əmlakın və tikinti başa çatana kimi ona yerə uyğun icarə haqqının veriləcəyi bildirilmişdir. xx.xx.2018-ci ildə mülkiyyətində olan binaya daxil olmuş və “xxxxxxxxxxxxxx” MMC-nin əməkdaşına alqısatqı müqaviləsini təqdim etmişdir. Əmlaka baxış keçirilmiş və heç bir söküntü işləri aparılmamışdır. Binanın sökülməsinə isə xx.xx.2018-ci il tarixdə başlanılmışdır. xx.xx.2018-ci il tarixdə çıxarışı ilə “xxxxxxxxxxxxxx” MMC-yə yaxınlaşdıqda ona bir həftə müddətində məsələyə baxılacağı bildirilmişdir. İddia ərizəsində göstərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə “xxxxxxxxxxxxxx” MMC-yə heç bir bildiriş və təklif verilməmişdir. Mülkiyyətində olan əmlaka dair ƏMDK heç bir qurumun və ya hansısa MMC ilə icarədə olması barədə müqaviləsi olmamışdır. Dövlət əmlakı olan həmin qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və “xxxxxxxxxxxxxx” MMC hərracda iştirak etmədiyindən əmlakı almamışdır. Hərrac nəticəsində o, haqqını ödəməklə əmlakı əldə etmiş, sonradan alqı-satqı müqaviləsi əsasında həmin əmlaka çıxarış almışdır. Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirilərkən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X1 rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edilən qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair qərar qəbul etmiş və hərrac qanuni və şəffaf keçirilmişdir. Məhkəmə qətnaməsində iddianın təmin edilməsinə əsas kimi mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk növbədə “icarəçi” İddiaçı MMC-yə təklif olunmalı olduğu, özəlləşdirilərkən qeyri-yaşayış sahəsinin artıq söküldüyü və özəlləşdirilmiş əmlakın qeyri-yaşayış sahəsi deyil, zirzəmi olduğu qeyd edilmişdir. Məhkəmənin istinad etdiyi bu dəlillər əsassız olmaqla işin həqiqi hallarına və qanunvericilik normalarına tamamilə ziddir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı MMC arasında mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanılmamışdır. İddiaçı MMC qeyd edilən qeyri-yaşayış sahəsinin icarəçisi olmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin qeyri-yaşayış sahəsini ilk növbədə ona təklif etmək vəzifəsini daşımamışdır. Məhkəmənin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 208 nömrəli sərəncamı ilə Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış binaları (sahələri) deyil, torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən isə torpaq sahəsi yox, qeyriyaşayış sahəsi özəlləşdirilmişdir. Beləliklə, iddiaçı mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin icarəçisi olmadığından, məhkəmənin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin ilk növbədə iddiaçıya təklif olunmamasını qanunsuz sayması tamamilə əsassızdır. Məhkəmənin qeyri-yaşayış sahəsi özəlləşdirilərkən onun artıq sökülmüş olmasını qətnamədə qeyd etməsi də əsassızdır. Belə ki, məhkəmənin bunu necə müəyyən etməsinə dair qətnamədə heç bir əsaslandırma yoxdur. Əksinə, iş üzrə aparılan məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş sənədlər (google xəritəsindən çıxarışlar və digər sübutlar) sözügedən binanın özəlləşdirilmə aparılan zaman (xx.xx.2018-ci il tarixində) mövcud olduğunu sübut edir. Məhkəmə isə heç bir sübuta əsaslanmadan, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılarkən sökülmüş olduğunu qeyd etmişdir. Məhkəmə özəlləşdirilmiş əmlakın qeyri-yaşayış sahəsi deyil, zirzəmi olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"na görə ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunmasının, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmədiyini qeyd etmişdir. Qeyd edilmiş bu fakt işin heç bir halı ilə təsdiq edilmir. Belə ki, məhkəmə özəlləşdirilmiş əmlakın qeyri-yaşayış sahəsi deyil, zirzəmi olmasını təsdiq edən hər hansı sübuta əsaslanmamış, yalnız öz mülahizəsinə əsasən həmin əmlakın zirzəmi olması qənaətinə gəlmişdir. Məhkəmə bir tərəfdən qanunvericiliklə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunmasının, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmədiyini, digər tərəfdən isə binanın söküldüyünü qeyd etmişdir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin artıq sökülmüş binadakı dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına necə təsir edə biləcəyini isə əsaslandırmamışdır. Məhkəmə işin hallarını tam, obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, nəticədə əsassız qərar qəbul etmişdir. Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlak üzərində Cavabdeh3 dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnun İddiaçı MMC tərəfindən Cavabdeh3 Əfrail oğluna qanunvericiliyə uyğun qaydada kompensasiya ödənilmədən ləğv edilməsi barədə qətnamə qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iş düzgün və ədalətli araşdırılmamış, hər hansı qanuna uyğun sübuta və ya sənədə əsaslanmamış və nəticədə əsassız olaraq iddiaçının iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)5262/2019 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7369/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh3 qarşı “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Hazırki apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı zamanı Cavabdeh3 və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyib, iddia ərizəsinə uyğun izahat verməklə, apellyasiya şikayətlərinin təmin edilməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə alaraq, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətlərinin təmin edilməsi barədə cavabdeh tərəfin, apellyasiya şikayətlərinin təmin edilməməsi barədə iddiaçı tərəfin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri əsassız olduqlarından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Başçısının 208 saylı xx.xx.2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına əsasən Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Başçısının 102 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə mövcud qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilmişdir. İşdə olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, yaşayış binasının normativ istismar müddəti bitmişdir. Yaşayış binasında təmir və bərpa işlərinin aparılması tələb olunur. Bununla bağlı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirilmiş və həmin hərracın nəticəsi ilə bağlı 14/01 saylı protokol tərtib edilmiş, hərracı udan şəxs Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanılmışdır. İşə əlavə olunmuş 14/01 saylı xx.xx.2018-ci il tarixli hərrac protokolunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin ünvan 2 ünvanında yerləşən 6 mərtəbəli binasının zirzəmisinin bir hissəsi (78,2 kv.metr) 50000 manata Cavabdeh3 satılmış və xx.xx.2018-ci il tarixli 3951 saylı müəssisənin alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmış və ona bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2019cu il tarixli məktubunda qeyd edilmişdir kİ Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 69-da yerləşmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li Qərarının icrası işləri Nəsimi rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qeyd olunan ünvandakı binanın söküntüsü barədə Komitənin Tikintilərin Dövlət Reyestrinə məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi hərrac protokolunu və alqı-satqı müqaviləsini etibarsız hesab edərkən həmin daşınmaz əmlakın iddiaçının icarəsində olması, onun sökülmüş vəziyyətdə olması və hərracın keçirilməsi barədə ilk növbədə iddiaçının məlumatlandırılmalı olduğuna, həmin daşınmaz əmlakın hərracdan icarəçi kimi birinci iddiaçıya təklif olunmalı olduğuna istinad etmişdir. Kassasiya instansiya məhkəməsi iş üzrə öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi (əvvəlki apellyasiya baxışı zamanı) ümumi binanın söküntüsünə hərracın keçirilməsindən daha əvvəl, binanın sakinləri ilə müqavilələr bağlamaqla mənzillərin hissə-hissə sökülməsinə dair iddiaçının dəlillərinə, həmin müqavilələrin bağlanma tarixlərinə hüquqi qiymət verməmişdir. Bununla əlaqədar Cavabdeh3 Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında öz izahatında qeyd etmişdir ki, hərrac keçirilməmişdən əvvəl qeyri-yaşayış sahəsinin yerləşdiyi binaya baxış keçirərkən artıq binanın arxa hissəsinin söküldüyünü görmüş, bu barədə “Əmlak Komitəsinə” məlumat vermiş, onlar isə bunun daha da yaxşı olduğunu, əgər hərracda qalib olarsa ona əvəzində yeni tikiləcək binadan əvvəlkindən daha artıq sahə verilməli olduğunu bildirmişlər. Göründüyü kimi xx.xx.2018-ci il tarixdə artıq təyinatı itirilmiş qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi, yəni faktiki olaraq yeni tikiləcək binadan qeyri-yaşayış sahəsinə dair “hüququn” alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2 saylı ərazi şöbəsinin məsləhətçiləri tərəfindən tərtib edilmiş “Baxış aktı”nda mübahisəli 78,2 kv.m. qeyri-yaşayış sahəsinin binanın zirzəmi hissəsində yerləşməklə istifadəsiz olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq olunmuş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi ilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommukasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzəyə qarşı davamlığın azaldılmasına yol verilmir. Yəni qeyd olunan həmin zirzəminin qeyri-yaşayış sahəsi kimi deyil, binanın kommukasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olub-olmaması, həmin sahədən əvvəllər hansı məqsədlər üçün istifadə olunubolunmaması, həmin sahəyə dair əvvəllər nəyə görə icarə müqaviləsinin bağlanmamasının səbəbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, nəticə etibarı ilə iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verilməmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdn görünür ki, ünvan 3 saylı ünvanda yerləşən ev (bina) “xxxxxxxxxxx” MTK-ya məxsus olmaqla “xxxxxxxxxxxx” MMC tərəfindən sökülmüş, qeyd olunan binanın nəzdnində qeyriyaşayış sahəsinin olması ilə bağlı həmin zirzəmidən hər-hansı bir kommunikasiya xətlərinin keçirilməsi üçün istifadə olunub-olunmaması barədə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində hər-hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilir ki, ünvan 3 saylı ünvanda yerləşən binanın zirzəmilərində kommunikasiya xətlərinin olub-olmaması və ya həmin zirzəminin qeyri-yaşayış sahəsi kimi istifadə olunub-olunmaması ilə balı Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar olunmamışdır. Beləliklə, hazırki apellyasiya baxışı nəticəsində müəyyən olundu ki, Bakı şəhəri Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə mövcud qəzalı vəziyyətdə olan yaşayış evlərinin (o cümlədən mübahisəli binanın) sökülməsi barədə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Başçısının 102 saylı sərəncamı xx.xx.2018-ci il tarixdə verilmişdir. Mübahisəli zirzəminin hərrac protokoluna əsasən, alqı-satqı müqaviləsi isə xx.xx.2018-ci ildə bağlanmışdır. Yəni, ünvan 3 saylı ünvanda yerləşən binanın qısa müddət ərzində gözlənilən söküntüsü barədə cavabdehlər, o cümlədən Əmlak Komitəsi əvvəlcədən məlumatlı olmuşlar, lakin bununla belə həmin binanın zirzəmisinin qeyri-yaşayış sahəsi kimi özəlləşdirilməsinə qanunsuz olaraq nail olmuşlar. Digər tərəfdən, ünvan 3 saylı ünvanda yerləşən binanın zirzəmisinin qeyri-yaşayış kimi istifadə olunmasına və sahəyə dair əvvəllər də icarə müqaviləsinin bağlanılmasına dair dövlət qurumlarında və iş materiallarında məlumat yoxdur. Bütün bu hallar isə iddia tələblərinin əsaslı olduğunu təsdiq edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə iddianın təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 7369/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3488/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3488/2020
27.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver