Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3491/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6670/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış girov müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakdan ona çatası payın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6670/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2016-cı il tarixə qədər qaytarmaq şərti ilə 42.000 manat məbləğində borc pul verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Cavabdeh2 və X3 (iddiaçının atası) arasında xx xxxxxx 2016cı il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil borc verən Cavabdeh1 xeyrinə girovla yüklü edilmişdir. Müqavilə üzrə borcalan Cavabdeh2 borcu qaytarmadığı üçün notarius tərəfindən icra qeydi verilmiş və mübahisəli mənzil hərracda satışa çıxarılmış və Cavabdeh1 mülkiyyətinə keçmişdir. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı bildirir ki, qeyd olunan müqavilələr üzrə onun hüquqları pozulmuşdur. Belə ki, atası X3 vəfat etdiyi üçün ondan qalan miras əmlak kimi həmin mənzilə onun da miras payı vardır. Eyni zamanda bağlanmış müqavilələr barədə məlumatı olmamışdır. Ona çatası miras payın dəyəri cavabdehlər tərəfindən qaytarılmalı və xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mənzil onun mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Lakin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan şərtlərə və əsaslara aid deyildir. Çünki iddiaçı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni girov müqaviləsindən məlumatının olmamasına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının həmin müqavilədən məlumatının olmaması onun etibarsızlığı əsaslarını yaratmır. Çünki həmin müqavilə üzrə ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə X2 məxsus olmuş və mənzil üzərində üçüncü şəxslərin hər hansı hüquqları mövcud olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İddia tələblərinin ikinci hissəsi miras əmlakdan payın ayrılması ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə mübahisəli mənzil X1 hələ sağ olduğu dövrdə və notarius tərəfindən verilmiş icra qeydi əsasında açıq hərracda Cavabdeh1 satılmış və qanuni əsaslarla sonuncunun mülkiyyətinə keçmişdir. Yəni mübahisəli mənzil ümumiyyətlə miras əmlaka daxil olmamışdır. Çünki Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi iddia tələbləri özü-özlüyündə əsassızdır və təmin edilməsi üçün heç bir əsas mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6670/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3491/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3491/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver