Məhkəmə qərarları › İş №2(103)-3506/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3506/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3506/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2018-ci il tarixli əmək müqaviləsi və xx xxxx 2018-cı il tarixli maddi məsuliyyət haqqında müqavilə üzrə 7107 manat məbləğində əsas borcun, 711 manat faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7818 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsi ilə Cavabdeh 7107 manat əsas borc, 711 manat faiz borcu 30 manat ödənilmiş dövlət rusumu, cəmi 7848 manat pul "İddiaçı" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarxli ərizə ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsi Cavabdeh xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə rəsmi şəkildə təqdim edilmişdir. Daha sonra Cavabdeh Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsindən xx.xx.2020 – ci il tarixdə apellyasiya şikayəti verərək sözügedən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsindən yalnız həmin qətnamənin icra mərhələsində məlumatlı olduğunu, bundan sonra həmin qətnaməni rəsmi şəkildə aldıqdan sonra apellyasiya şikayəti verdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən ona qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermək hüququnun olmasının izah edilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasında iştirak etməmiş və səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən onun müraciəti əsasında hazırki iş üzrə qiyabi məhkəmə qətnaməsi təqdim olunsa da cavabdehə həmin qiyabi qətnamədən ona təqdim olunan gündən 10 gün ərzində qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə vermək hüququna malik olması izah edilməmişdir. Belə ki, AR Mülki Prosessual Məcəllənin 243.1-ci maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və səlahiyyətlər baxımından qeyd edilənlərə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Həmin iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2819/2017 saylı, xx.xx.2019-cu il tarixliqiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar