Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-352/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-352/2022 (Açar sözlər: vərəsəlik hüququ haqqın şəhadətnamənin etibarsız hesab edilməsi, miras payı) Bakı şəhəri, 29 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və iddiaçıların həmin miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı1 Balağa qızı xx.xx.2021-ci il tarixdə ərizə verərək Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 12 payları bəlli ümumi mülkiyyətdir. Mərhum həyat yoldaşının anası bu evin 8/24 hissəsinə pay hüququna malik olmuşdur. İddiaçı3 və İddiaçı2 ataları X16 mərhum X2 oğlu olmuşdur. X24 anadan olduğu gündən vəfat edən günə qədər, yəni xx.xx.2015-ci il tarixinə kimi bu evdə yaşamışdır. Onlar bu yaxın günə qədər bu ümumi həyətdə ümumiyyətlə evə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin olmadığını fikirləşmişdir. Yalnız bu günlərdə miras əmlakın qəbul edilməsi faktının tanınması ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, 1990-cı ildə mərhum nənələri X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqdar Bakı şəhəri 12 saylı Notariat Kontoruna müraciət olunmuş və 20 oktyabr 1990-cı il tarixində həmin evə dair vərəsəlik hüququna dair şəhadətnamə alınmışdır. Məhkəmə tərəfindən bu vərəsəlik işinin AR Ədliyyə Nazirliyinin Dövlət Arxivindən sorğu ilə alınması zamanı məlum olmuşdur ki, həmin vərəsəlik işinin açıldığı zaman bu iş üzrə cavabdeh olan vərəsələr mərhum X7 adını vərəsə kimi göstərməmiş və onun adını gizlətmişdirlər. Bu səbəbdən də X24in, həm də onların bu vərəsəlik işindən xəbəri olmamış, onların razılığı və xəbəri olmadan digər vərəsələr bu fərdi yaşayış evini vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adlarına rəsmiləşdirmişlər. Çox qəribədir ki, həm X24 sağlığında bu miras əmlakı faktiki qəbul edərək bu evdə yaşamasına baxmayaraq, həmin miras əmlak nə onun, nə də iddiaçıların adına rəsmiləşdirilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının miras əmlakda payının müəyyən edilməsi qət edilmişdir (sədrlik edən: Günay Axundova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, xahiş etmişdir.
6. Cavabdehlər apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 12-nin 8/24 hissəsi nənələri – X2 adına olmuşdur. O, xx.xx.1960-cı il tarixində vəfat etdikdən sonra miras əmlakı ataları – Cavabdeh4 Abdulla oğlu qəbul etmişdir. Əmiləri – X16 həmin evin saray adlanan hissəsində (7,6 kv.m.) atalarının razılığı ilə 1967-ci ildən yaşamağa başlamışdır. Ataları xx.xx.1975-ci il tarixində vəfat etdikdən sonra miras əmlakı cavabdehlər və qardaşları – X20 və X18 qəbul etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq onların adınıza dövlət orqanları tərəfindən miras əmlaka dair müvafiq sənədlər verilmişdir. X16 miras əmlakı qəbul etmədiyindən və həmin tələblər üzrə iddia müddəti keçdiyindən iddia tələbindən imtina olunmalıdır. Azərbaycan Respublikasının 01 avqust 1927-ci il tarixdən qüvvədə olmuş Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən, vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Göründüyü kimi, vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunurdu. Vərəsəlik açılan yerdə olmayan vərəsələr isə vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərdilər. Yəni qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh4 Abdulla oğlu vərəsəlik açılan yerdə olan vərəsə oduğundan (1955-ci ildən miras əmlakda yaşayır) onun miras əmlakı qəbul etməsi üçün hər hansı bir hərəkət etməsi tələb edilmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi. X4 vərəsəlik açılan yerdə olmayan vərəsə olduğundan (miras əmlakın saray adlanan hissəsində (7,6 kv.m.) Cavabdeh4 razılığı ilə 1967-ci ildən yaşamağa başlamışdır) vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə miras əmlakını qəbul edə bilərdi. Məhkəmə X7 vərəsəlik açılan yerdə olmayan vərəsə olduğunu nəzərə almayaraq Məcəllənin 499-cu maddəsinə istinad etməklə səhv nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə qətanaməsində iddiaçıların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar xəbərdar olmadığı üçün müraciət etmədikləri, iddiaçılar tərəfindən məhkəməyə müraciət edildikdən sonra miras əmlaka dair 1990-cı ildə vərəsəlik şəhadətnaməsi alındığını bildiklərini, iddiaçıların heç bir maneə olmadan mübahisə predmeti olan həyətdə yaşadıqlarına görə vərəsəlik şəhadətnaməsindən xəbərdar olmamalarının mümkün olması qeyd edilir. Lakin iddiaçılar məhkəməyə təqdim etdikləri xx.xx.2020-ci il tarixli iddia ərizəsində cavabdehlərin həmin miras əmlakdakı paylarına dair hüquqlarını dövlət qeydiyyatına aldırarkən onların paylarını da öz adlarına rəsmiləşdirdiklərini, bununla əlaqədar dəfələrlə cavabdehlərə öz iradlarını bildirdiklərini lakin heç bir nəticəsi olmadığını qeyd edirlər. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında atasının çıxarışdan xəbəri olmadığını, çıxarışın nənələrinin adına olmağını təxminən 2 il bundan qabaq bildiklərini qeyd edir. Belə olan halda atasının nənəsindən miras qalan əmlakın mövcudluğundan xəbəri olmadığı halda həmin miras əmlakı qəbul etməsi də heç bir məntiqə uyğun gəlmir. Göründüyü kimi iddiaçılar hər dəfə vəziyyətə uyğun olaraq məhkəməyə ziddiyətli və yalan ifadələr verirlər. Ümumiyyətlə iddiaçıların 30 ildən artıq yaşadıqları evin sənədlərinin kimin adına olmasından, kommunal və s. xərclərin kim tərəfindən ödənilməsindən xəbərsiz olmaqları da heç bir məntiqə uyğun gəlmir. xx.xx.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X3 məxsus 1-ci Nərimanov döngəsi, 12 saylı evə dair Cavabdeh1, Cavabdeh2, X11 və X9 adına vərəsəlik şəhadətnaməsi verilmişdir. X20 xx.xx.2003-cü il tarixdə, X18 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.1990-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddia tələbi X11 və X9 vərəsələrinin hüquqlarını da pozduğundan məhkəmə onların vərəsələrini də işə cəlb etməli idi. Məhkəmə xx.xx.1990-ci il tarixli vərəsəlik şəhadətnaməsini hansı hissədə etibarsız hesab etməsinə də aydınlıq gətirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil1 və apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərnə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
9. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağırılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüldüyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər.
10. 01.09.2000-ci il tarixində qüvvəyə minmiş yeni (hazırda qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
11. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
12. AR Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
13. AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
14. AR Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. İş materiallarında olan 095670 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 17 aprel 1960-cı il tarixdə vəfat etmişdir.
19. İş materiallarında olan xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı3 Rəşid oğlu ilə X8 birgə nikahdan xx.xx.1933-cü il təvəllüdlü Cavabdeh4 Abdulla oğlu adlı övladı olmuşdur.
20. İş materiallarında olan 300536 nömrəli, xx.xx.1990-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Cavabdeh4 Abdulla oğlu xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.
21. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 715602 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən 1951-ci ildə anadan olmuş X16 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
22. İş materiallarında olan Bakı şəhəri, 12 saylı X17 2-229 saylı notariat icrasının materiallarından görünür ki, xx.xx.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X3 məxsus 1-ci Nərimanov döngəsi, 12 saylı evə dair Cavabdeh1, Cavabdeh2, X20 və X9 adına vərəsəlik şəhadətnaməsi mövcuddur.
23. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən 187989 saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissədən bir hissəsi Cavabdeh1, 8/24 hissədən bir hissəsi X11, 8/24 hissədən bir hissəsi X9, 8/24 hissədən bir hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir.
24. İş materiallarında olan AR Bakı şəhəri, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 297 №-li arayışdan görünür ki, 1951-ci il təvəllüdlü X16 1967-ci ildən Şaxtaxtinski küçəsi, 12 saylı evdə qeydiyyatda olmuşdur.
25. İş materiallarında olan AR Bakı şəhəri, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 24/X nömrəli məktubuna əsasən İddiaçı3 və X19 hazırda Şaxtaxtinski küçəsi, 12 saylı evdə qeydiyyatdadır.
26. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 674651 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.
27. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ 065993 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən X20 və X10 adına vərəsəlik işi açılmamışdır.
29. İş materiallarında olan xx.xx.1980-ci il tarixli, İİ-JQ 394222 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X16 ilə X6 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissəsi mərhum X2 mülkiyyətində olmuşdur. X2 Cavabdeh4 və Zeynalov Adil adlı övladları olmuşdur. X5 1960-cı ildə vəfat etmişdir. Oğlu 1951-ci il təvəllüdlü Zeynalov Adil 16 yaşında anasından miras qalmış evə qeydiyyata alınmışdır. xx.xx.1975-ci ildə Cavabdeh4 Abdulla oğlu vəfat etmişdir. Cavabdeh4 övladları Cavabdeh1, Cavabdeh2, Zeynalov Rauf və Zeynalov Rafiq nənələri X1 miras qalmış Şaxtaxtinski küçəsi, 12 saylı evin 8/24 hissəsinə dair miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmişlər və vərəsəlik şəhadətnaməsini almışlar.
31. İddiaçıların tələbi odur ki, X2 digər övladı olan Zeynalov Adilin həmin vərəsəlik işindən məlumatı olmamışdır. 2015-ci ilədək Zeynalov Adil anasından miras qalmış evdə yaşamışdır. Hazırda Adilin arvadı və uşaqları X1 miras qalmış evin Cavabdeh4lə yanaşı Adil tərəfindən də faktiki qəbul edilməsinin nəzərə alınaraq, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və paylarının müəyyən edilməsini tələb edirlər.
32. Kollegiya hesab edir ki, Zeynalov Adil də X2 övladı olduğundan, anasından miras qalmış evə 16 yaşında-1967-ci ildə qeydiyyata alındığından və ölümünədək həmin ünvanda ailəsi ilə yaşadığından mahiyyət etibarilə iddia tələbinin qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
33. Zeynalov Adil anası X1 qalmış miras əmlakı qəbul etmişdir. X23 vəfat etdiyindən onun birinci növbə üzrə vərəsələri- arvadı və övladlarının Zeynalov Adilə çatacaq miras əmlakda payları müəyyən edilməlidir.
34. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağırılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüldüyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər. Göründüyü kimi, 1923-cü il Məcəlləsi mirasın açıldığı yerdə olan vərəsənin onu qəbul etməsi üçün hər hansı bir hərəkət etməsini tələb etmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi.
35. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, X20 və X10 da vərəsəlik hüquqlarının olmasını qəbul edərək iddiaçıların vərəsəlik hüququnu tanımışdır. Lakin, iş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin izahatlarından görünür ki, X20 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi vərəsəlik şəhadətnaməsində ona da aid olan hissəni etibarsız hesab etmiş, lakin onun hüquqi varisini maraqlarına toxunan şəxs kimi prosesə cəlb etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.
36. Halbuki, Zeynalov Rauf vəfat etdiyindən onun vərəsəsi onun prosessual hüquq varisi kimi tanınmalı idi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, onun vərəsəsi (oğlu) X12r. O, prosessual hüquq varisi kimi tanınmaqla maraqlarına toxunan şəxs qismində cəlb edilmişdir.
37. AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
38. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının miras əmlakda payını müəyyən etsə də, onların payının hansı hissədə olmasını müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, əmlakın 24/8 hissəsinin yarısı, yəni 1/6 hissəsinə iddiaçıların və 1/6 hissəyə isə cavabdeh tərəfin payı müəyyən edilməlidir.
39. Vərəsəlik şəhadətnaməsi qismən yəni Cavabdeh1, Cavabdeh2, X20 və X13 aid hissədə etibarsız hesab edilməli, əmlakın 24/8 hissəsinin yarısı, yəni 1/6 hissəsinə iddiaçıların (İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızı) və digər 1/6 hissəyə isə cavabdeh tərəfin (Cavabdeh1, Cavabdeh2, X20 və X18) payı müəyyən edilməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
43. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X1 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1, Cavabdeh2, X20 və X13 dair hissədə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24hissəsinin yarısına, yəni 6/1 hissəsinə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Balağa qızının miras əmlakda payı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev