Məhkəmə qərarları › İş №2(103)-3523/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3523/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3523/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(004)-1317/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38001 (otuz səkkiz min bir) manat pul, 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumu olamaqla ümumilikdə 38205 (otuz səkkiz min iki yüz beş) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 mart 2024-cü il tarixli, 2(004)-1317/2024 saylı qətnaməsi ilə (hakim-Sultanova-Məmmədova Aytən) iddia tələbi təmin edilərək Cavabdeh əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 38001 (otuz səkkiz min bir) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflərin barışıq sazişi bağladıqlarını bildirdi, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflərin məhkəməyə göndərdikləri 27 iyun 2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 2.Birinci tərəfin (Sığortalı) öhdəlikləri: -İddiaçı ASC-nin ona qarşı olan 38001 (otuz səkkiz min bir) manat məbləğində subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbini qəbul edir. Bu tələb üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. -AZSİĞORTA” ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat məbləğində dəymiş maddi ziyana görə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin hazırki sazişin 2.2-ci bəndində göstərilən qaydada ödənilməsi ilə razılaşır. -Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanıyır. -74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində pul vəsaiti ödənildikdən sonra İddiaçı ASC-yə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 3.İkinci tərəfin (Sığortaçı) öhdəlikləri: -Cavabdeh Cəlil oğluna (BB seriyalı, 557930 nömrali “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. -Qeyd edilən məbləğ ödənildikdən sonra Cavabdeh Cəlil oğluna qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 4.Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. -Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. -Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 5.Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcəkdir. 6.Çıxılacaq (əvəzləşdiriləcək) 38001 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanınır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(004)-1317/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(004)- 1317/2024 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 2.Birinci tərəfin (Sığortalı) öhdəlikləri: -İddiaçı ASC-nin ona qarşı olan 38001 (otuz səkkiz min bir) manat məbləğində subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi tələbini qəbul edir. Bu tələb üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. -AZSİĞORTA” ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat məbləğində dəymiş maddi ziyana görə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin hazırki sazişin 2.2-ci bəndində göstərilən qaydada ödənilməsi ilə razılaşır. -Çıxılacaq (əvəzləşdiriləcək) 38001 (otuz səkkiz min bir) manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanıyır. -74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində pul vəsaiti ödənildikdən sonra İddiaçı ASC-yə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 3.İkinci tərəfin (Sığortaçı) öhdəlikləri: -Cavabdeh Cəlil oğluna (BB seriyalı, 557930 nömrali “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yanğın nəticəsində dəymiş 114707 (bir yüz on dörd min yeddi yüz yeddi) manat zərər məbləğindən, 38001 (otuz səkkiz min bir) manat subroqasiya tələbi məbləği və sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan (əvəzləşdirildikdən) sonra 74206 (yetmiş dörd min iki yüz altı) manat məbləğində sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür. -Qeyd edilən məbləğ ödənildikdən sonra Cavabdeh Cəlil oğluna qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. 4.Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. -Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. -Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 5.Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra, müqaviləyə xitam veriləcəkdir. 6.Çıxılacaq (əvəzləşdiriləcək) 38001 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə subroqasiya qaydasında daxil olan məbləğ kimi tanınır. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar