Məhkəmə qərarları › İş №2(103)-3526/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3526/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3526/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməyə izah verilməsinin rədd edilməsi barədə 2(**6)-179*/2*24 saylı, 15 aprel 2*24-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2*24-cü il tarixli 2(**6)-179*/2*24 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı X1 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilmişdir. İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı, 15 aprel 2*24-cü il tarixli qərardadı ilə İddiaçı qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qətnamədə aydın olmayan hər hansı məqam yoxdur. Qətnaməyə izah verilməsinə, yaxud qətnamənin izah edilməsinə hər hansı zərurət yoxdur. Qətnamədə iddianın təmin edilmədiyi və hansı əsaslara görə təmin edilmədiyi aydın şəkildə qeyd olunmuşdur. İddiaçı ərizəsi ilə eyni məzmunda əsaslandırdığı şikayətində qərardadın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı, 24 aprel 2*24-cü il tarixli qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, İddiaçı mübahisələndirilən qərardadın bilavasitə mahiyyətinə aid olmayan çoxsaylı vəsatətləri məhkəməyə təqdim etmişdir.İşdə iştirak etməli olan digər şəxslər tərəfindən şikayətə dair etiraz və izahat daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 23*.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 23*.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 23*.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2**2ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 4*). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/*3) işi üzrə 26 iyul 2**7-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/*3) iş üzrə 25 oktyabr 2**7-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 5*766/*7, 5*786/*7, 5*871/*7 və 5*913/*7) iş üzrə *8 iyul 2*1*-cu il tarixli Qərar və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyrimüəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. İşdən isə görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2*24-cü il tarixli 2(**6)-179*/2*24 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Başqa sözlə, qanuni qüvvəyə minməsə də həmin qətnamədə onun icrası ilə bağlı hansısa mübahisə yaranması mümkün deyil. Çünki icrası tələb olunan hansısa tələb təmin edilməmişdir. Buna baxmayaraq, qətnamə hələ yuxarı instansiya məhkəməsi tərəfindən də yoxlanılmamışdır. Odur ki, qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.* və 398.*.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı, 15 aprel 2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.*.1, 4**-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı, 15 aprel 2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar