Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3529/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3170/2021 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, iddiaçı müddətin bərpası barədə ərizəni onunla əsaslandırıb ki, məhkəmə icraatında vəkillə təmsil olunduğuna görə qətnamə ünvanına göndərilməyib, 2023-cü ilin sonlarında ona qarşı bocun ödənilməsi barədə iddia qaldırılanda bilib ki, kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməyib, bundan sonra məhkəməyə müraciət edərək qətnaməni rəsmi qaydada əldə edib. Lakin müəyyən olunur ki, qətnamənin surəti xx.xx.2021-ci ildə iddiaçıya verilib, bunu təsdiq edən poçt xəbərnaməsi var (iş v. 119). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayəti verilməsi müddətin bərpası barədə ərizə 2 il 3 ay sonra - xx.xx.2024-cü ildə verilib, eyni zamanda apellyasiya şikayəti verilib. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən olunmur. Ona görə də məhkəmə Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3170/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3529/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3529/2024
24.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver