Məhkəmə qərarları › İş №2(103)-3535/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3535/2020

17.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3535/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı1, onun və digər İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlər Cavabdeh1 Əlibala qızının, Cavabdeh2 Əlibala qızının, onların vəkili X4, digər cavabdehlər Cavabdeh8, Cavabdeh6, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 Əlibala qızı, Cavabdeh2 Əlibala qızı, Cavabdeh3, Cavabdeh8, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, Cavabdeh6 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Aytən Əliyev və Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.1995-ci ildə ölmüş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində iddiaçıların miras paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Aytən Əliyev və Cavabdeh2 adlarına verilmiş RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışların ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.1995-ci il tarixdə ölmüş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqın küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı4 1\2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh8 55.000 manat, Cavabdeh8 isə Cavabdeh6 136.000 manat məbləğində pulu qaytarması qət edilmişdir. Cavabdeh8 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Kamiyan Əliyev vəfat etdiyi xx.xx.1995-ci il tarixindən sonra oğlu Əlibaba Əliyevin atasına məxsus olan miras qalmış (0.009 h istifadəsində olan torpaq sahəsi və ümumi sahəsi 61.6 kv.m olan 2 otaqlı) mübahisəli fərdi yaşayış evini faktiki olaraq qəbul etməsi, ailəsi ilə birlikdə orada yaşaması və öz əmlakı kimi sahiblik etməsi mübahisənin bütün prosessual tərəflərinin qəbul etdiyi danılmaz faktıdır. Bu hal həm iddiaçıların iddia ərizəsi ilə, cavabdehlərin və şahidlərin verdikləri ifadələrlə və iş materiallarına əlavə olunmuş 24 vərəqdən ibarət olan müxtəlif kommunal müqavilələr və qəbzlərlə təsdiqlənir. Rayon məhkəməsi İddiaçı4 1\2 hissədə miras payının müəyyən olunmasından başqa digər iddiaçılara münasibətdə miras payını tanımamaqla düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçılar iddia ərizələrinin ikinci abzasında göstərirlər ki, onlar 7 nəfər bacı atalarına məxsus miras qalmış fərdi yaşayış evini faktiki olaraq qəbul etmişlər, lakin qardaşları Əlibaba Əliyev həmin evdə yaşadığı üçün onlara çatacaq pay bölgüsünü o, həyata keçirəcəkdi. Lakin, Əlibaba vərəsəliyin açıldığı gündən (xx.xx.1995-ci il )14 ildən sonra xx.xx.2009-cu ildə rəhmətə getdiyi üçün vərəsəliyin açılması təxirə salınmışdır. Göründüyü kimi, iddiaçılar Əlibabanın vərəsəliyi qəbul etməsini göstərirlər, eyni zamanda həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş 6 ay müddətində mirasa faktiki olaraq sahilik etmirlər, onlar payların gələcəkdə bölünməsini qardaşlarına həvalə edirlər (şərtləndirilər). Halbuki, həmin maddədə mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Hətta, Əlibaba Əliyev xx.xx.2009-cu ildə rəhmətə getdikdən sonra belə iddia etdikləri əmlakla bağlı hər-hansı bir hərəkətlər etməyərək, mövcud vəziyyətlə razılaşırlar. Göründüyü kimi, iddiaçılar arasında həmin dövrdə məcburi paya sahib olacaq şəxslər mövcud olmamış, lakin, məhkəmə İddiaçı4 1\2 hissədə miras payını konkret olaraq nəyə əsasən müəyyən etdiyini əsaslandırmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli iclas protokolundan görünür ki, İddiaçı4 öz ifadəsində göstərir ki. ataları rəhmətə gedəndən sonra 3-4 ay mübahisəli evdə yaşayıblar, lakin sonradan qardaşlarının ailəsi ilə yola getmədikləri üçün evdən çıxıb getdilər,və bir ildən sonra həyətdə iki mərtəbəli ev tikdirirdilər, evin tikintisi üçün ustaların pullarını vermədiyi üçün isə onların evi söküldü və daşları pulun əvəzinə usta tərəfindən aparıldı. Həmçinin İddiaçı4 ifadəsində bildirir ki, yaşadıqları dövrdə kommunal ödənişləri onun həyat yoldaşı ödəyirdi. İddiaçı1 xx.xx.2019-cu il tarixli ifadəsində göstərir ki, o, atalarının ölümündən sonra ailəsi ilə birlikdə mübahisəli evdə yaşamış, lakin qardaşının ailəsi ilə yola getmədiyi üçün evdən çıxıb getmişdir. X9 (Natavanın həyat yoldaşı) başqa heç kim İddiaçı4 atasının ölümündən sonra mübahisəli evdə yaşamasını təsdiq etmir. Onların ifadələri arasında isə kəskin ziddiyyət vardır, belə ki, Natavan ifadəsində atasının ölümündən 3-4 ay orada yaşadıqlarını və həmin dövrdə kommunal xərclərin Naib Dadaşov tərəfindən ödənildiyini bildirir. Naib isə Əlibaba Əliyevin ölümündən (xx.xx.2009) 1-2 il qabaqkı tarixə qədər mübahisəli evdə yaşadıqları və onun tərəfindən hər hansı bir kommunal xərclərin ödənilmədiyi bildirilir. Bundan əlavə, İddiaçı4 və İddiaçı1 verdikləri ifadələrə əsasən, onların şəxsi evləri yoxdur və onlar başqa şəxslərə məxsus evlərdə yaşayırlar. Belə olan halda, bu günə qədər onların payları olduğu hesab etdikləri əmlakdan istifadə etməmələri və paylarını naturada və ya pul şəkilində tələb etməməmələri həmin ata evlərinin qardaşları Əlibaba Əliyevə məxsusluğu ilə bağlı halı qəbul etdiklərindən xəbər verir. Məhkəmə, qətnaməsində İddiaçı4 mübahisə predmeti olan evin həyətində ev tikmək niyyətini qabardaraq (baxmayaraq ki, şahid ifadələri həmin evin tikintisinin miras qoyanın sağlığında olmasını təsdiqləyirlər), onun mirası qəbul etmiş kimi dolayı təsviri verilir. Lakin nəzərə almır ki, mübahisəli evin həyəti vərəsəliyin predmeti olmayıb, həmin sahə mərhum Kamiyanın qanuni istifadəsində olmayıb, evin tikilməsi üçün alınmış daşlar Dadaşovanın şəxsi əmlakı olub və onun razılığı əsasında pul əvəzində ustaya verilib. Hətta, təsvir etsək ki, Dadaşova dediyi kimi guya miras qoyanın vəfatından sonra orada 3-4 ay yaşayıb, sonra əmlakı tərk edib, bu o demək deyil ki, o yaxın qohumunun evində qonaqlamayıb. Belə ki, onun tərəfindən mirasa olan münasibət şəxsi əmlakına olan münasibət kimi olmayıb, tərəfindən əmlakın saxlanılması üçün heç bir hərəkət olunmayıb, 23 il ərzində mülkiyyətində olmayan başqa evlərdə yaşaması, kirayə ödənişlər etməsi amma payını tələb etməməsi inandırıcı görsənmir. Məhkəmə, bütün əqdlərin etibarsız hesab edilməsinin əsası kimi, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında sözügedən şəxslərin adlarına çıxarışın verilməsinin qanunsuzluğu müəyyən edildiyi üçün onların da miras əmlak olan fərdi yaşayış evi üzərində bütünlüklə sərəncam verməsini qanunauyğun hesab etməmişdir. Halbuki, bağlanılan bütün əqdlər mülki qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanmışdır. Məhkəmə, həmçinin qətnaməsində Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, əqdlərin mübahisələndirilməsi müddətinin 1 il olduğunu vurğulayır və sonra həmin Məcəllənin 377.1-ci maddəsinə istinad edərək göstərir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Lakin məhkəmə bu iki maddəni bir-biri ilə uzlaşdırmır. Belə ki, şərti olaraq götürsək ki, İddiaçı4 mirası faktiki olaraq qəbul edib, belə olan halda xx.xx.2014-cü il tarixində mülkiyyət hüquqları Aytən və Aygünün adına rəsmiləşdirilib, onlar tərəfindən əmlakın satılması ilə bağlı ərazi üzrə alqı-satqı ofislərinə elanlar verilib, xx.xx.2015-ci il tarixində Cavabdeh8 ilə alqı-satqı bağlanılıb, torpaq sahəsi özəlləşdirilib, əmlakın satılması ilə bağlı alqı-satqı ofislərinə və internet saytlarına elanlar verilib və nəhayət, xx.xx.2018-ci ildə əmlak Cavabdeh6 satılıb və onun tərəfindən əmlak sökülüb. Belə olan halda, şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu vaxtı məhkəmə necə müəyyən etdi. İş materiallarından göründüyü kimi, internet saytlarında belə əmlakın satışı ilə bağlı kifayət qədər məlumat olmasına, alqı-satqı ofislərində elanlar verilməsinə və həmin ərazidə yaşayan qonşuların böyük əksəriyyətinin 2015-ci ilin axırından həmin evdə heç kimin yaşamaması və satışa çıxarıldığı halda, özünü mülkiyyətçi hesab edən 7 nəfərin hüquqularının pozulduğunu bilməli olduğu vaxta necə anlayış verilməlidir?! Eyni zamanda, məhkəmənin Mülki Məcəllənin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi hal olaraq cavabdehi mülkiyyətçi kimi tanıyaraq ona iddia müddətinin şamil olunmaması barədə mövqeyi ilə də razılaşmır, ona görə ki ki, maddənin tətbiqi yalnız mülkiyyət hüquqları qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış şəxslərə münasibətdə tətbiq oluna bilər. Yenə də şərti olaraq götürsək ki, İddiaçı4 mirası faktiki olaraq qəbul edib. Lakin hazırkı faktlarla müəyyən olunur ki, mirasın predmeti olmuş əmlak faktiki olaraq mövcud deyildir, o, Cavabdeh6 tərəfindən vicdanla əldə olunduqdan sonra öz əmlakı kimi sökülmüşdür. Belə vəziyyətdə məhkəmə, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, MM-in 337.5-ci maddəsinə istinad etməsinə baxmayaraq, onu tətbiq etməmişdir. Belə ki, K.Əliyevin mülkiyyətində xx.xx.1995-ci il tarixdə vəfat edənə qədər 0.009 ha istifadəsində olan torpaq sahəsi və ümumi sahəsi 61.6 kv.m olan 2 otaqlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqın küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi olmuşdur. Vərəsəliyin predmeti həmin ev idi. Daha sonra Əlibaba Əliyev və onun vərəsələri olan Aygün və Cavabdeh1ların qəbul etdikləri miras 0.009 h istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Həmçinin, Cavabdeh8 ilə xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin predmetidə həmin ev olmuşdur. Müqavilədən cəmi 2 gün sonra xx.xx.2015-ci il tarixində ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın təsdiq edilməsi AR Prezidentinin 439 saylı Fərmanı əsasında o, qanuni mülkiyyətimdə olan fərdi yaşayış sahəsinin faktiki istifadəsində olan torpaq sahəsini xx.xx.2016-cı il tarixində özəlləşdirə bilmişdir. Sonra, onunla Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mülkiyyətində olan 0.1963 ha torpaq sahəsini və fərdi yaşayış evini satmışdır. Cavabdeh6 isə öz növbəsində onun qanuni mülkiyyətinə keçmiş artıq yararsız hala düşmüş evi sökərək yerində yenisini tikməyə başlamışdır. Evin sökülməsi isə mübahisə predmeti deyildir, belə ki, iddia ərizəsində, hüquq mühafizə orqanlarına etdikləri şikayətlərdə və Cavabdeh6 məhkəmə iclasında verdiyi ifadələrdə bu öz təsdiqini tapmışdır. Yəni, hətta, məhkəmə qətnaməsi ilə paylara münasibəti qəbul etsək belə, faktiki olaraq miras payı olan əmlak yoxdur. Belə bir vəziyyətdə məhkəmə nəinki qeyri-müəyyən bir qətnamə qəbul edib, həm də mərhum Kamiyan Əliyevin mülkiyyətində olmayan, ona münasibətdə gözlənilən hüququ belə olamayan (bu hüquq xx.xx.2015-ci il tarixində AR Prezidentinin 439 saylı Fərmanı ilə yaranmışdır), əksinə qanunla Cavabdeh8 tərəfimdən əldə olunan torpaq sahəsinə onu mülkiyyət hüququndan məhrum etmişdir. Məhkəmə tərəfindən alğı-satqı müqavilələri etibarsız hesab olunarkən, tərəflərin müqavilədən əvvəlki vəziyyətə qaytarılmasının, yəni tərəflərin müqavilə üzrə ödədikləri pul vəsaitlərinin qaytarılmasının tənzimləməsinə baxmayaraq, özəlləşdirilmiş torpaq sahəsinin inzibati akt olmasını nəzərə almamış (yalnız çıxarışı ləğv etmişdir) və ona münasibət bildirməmişdir. Belə ki, 0.009 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61.6 kv.m olan fərdi yaşayış evinin mənim tərəfimdən alınma dəyəri 55.000 manat olmuş və torpaq sahəsi özəlləşdirildikdən sonra 136.000 manata satılmışdır. Belə bir halda 81.000 manat və alğısatqılar zamanı ödənilmiş vergilər və rüsumlar o cümlədən torpaq sahəsinin özəlləşdirilməsinə sərf etdiyi maddi vəsaiti faktiki olaraq onun maddi ziyanı hesab olunduğu halda, məhkəmə buna münasibət bildirməmiş və məni ağır maddi duruma salmışdır. Bundan əlavə, məhkəmə, onun və Cavabdeh6 vicdanlı əldə edən olmasına ümumiyyətlə diqqət yetirməyib. Cavabdeh6 da, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, onunla Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-staqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında Cavabdeh8 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini ona satmışdır. Sonradan isə, o, yararsız hala düşmüş həmin evi sökərək yerində yenisi tikməyə başlamış və ümumilikdə həmin sahəyə 37.000 manatdan artıq pul xərcləmişdir. Evin satışı barədə məlumatı maklerlərdən almışdır. Eyni zamanda, 2016-cı ildən başlayaraq müxtəlif internet saytlarında bu barədə elanlar da yerləşdirilmişdir. Bütün bunlar nəzərə alındıqda, onun həmin evlə bağlı hər hansı bir mübahisənin olub-olmaması barədə onun məlumatı ola bilməzdi. Bundan əlanə Cavabdeh6 Şüvəlan ərazisində yaşamış, yerli əhalini yaxşı tanımış və bu günə qədər İddiaçı1 və qeyrilərinin mübahisəli evə dair hər hansı iddialarının olmasını eşitməmişdir. Həmin evin sahibi kimi hamı mərhum Əlibabanı tanımış və bu məlumatlara əmin olaraq, o, evi dövlət rüsum və vergilərini ödəyərək, vicdanla əldə edərək, öz şəxsi mülkiyyəti bilib, sökərək yerində yenisini inşa etmişdir. Belə olan halda, məhkəmənin çıxartdığı qətnamə tamamilə qanunsuzdur. Belə ki, onun tərəfindən yararsız hala düşmüş ev söküldüyündən, onu Cavabdeh8 qaytara bilmir və həmin ərazinin yaxşılaşdırılması üçün xərclədiyi 37.000 manatı tələb edə biləcəyi şəxs də bəlli deyil. Çünki, cavabdeh orada yeni ev inşa edir və həmin əmlak hazırkı mübahisənin predmeti deyil. Göründüyü kimi, məhkəmə qətnaməsinin icrası belə mümkün deyil. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv, edilərək, iddianın həmin hissədə də təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tikinti işlərinin aparılması qənaətinə yalnız iddiaçının mülahizələri və onun tərəfindən dəvət olunmuş bir şahidin qeyri-mötəbər olan ifadəsi ilə gəlmişdir. İddiaçı hər hansı dəlilə istinad etmədiyindən, dedikləri mötəbər hesab oluna bilməz. Şahidin ifadəsinə gəlindikdə isə, iltizam imzalamasına baxmayaraq, o, iddiaçılarla uzun müddət qonşuluq münasibətində olduğundan, məhkəmə onun ifadəsini dərhal yeganə həqiqət kimi qəbul etməməli, tikinti işlərinin həqiqətən aparılmış olmasını təsdiq edə biləcək digər hallara nəzər yetirməli idi. Belə ki, 1995-ci ildə qüvvədə olan qanunvericilik normalarına əsasən, fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə verilməsi YİH orqanlarının səlahiyyətində olmuşdur. Yəni, belə bir tikintinin aparılması yalnız həçmin orqanın icazə sənədi ilə mümkün idi. Məhkəmə, belə bir sənədin olub-olmamasına dair araşdırma aparmamışdır. Bundan başqa, məhkəmə ilk növbədə miras əmlakın nədən ibarət olmasını müəyyən etməli idi. Miras əmlak fərdi yaşayış evidir, yəni həmin evin həyətyanı torpaq sahəsi miras əmlaka daxil deyil. Məhkəmə isə, bu məqamı diqqətdən qaçırmaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi 1988-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış, torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur. Fərdi yaşayış evini miras olaraq yalnız Əlibaba Əliyev qəbul etmiş, torpaq sahəsi isə heç bir hüquq olmadan faktiki istifadə olunmuşdur. Həmin ev irsi transmissiya qaydasında Əlibaba Əliyevin qızları Aytən və Cavabdeh2 mülkiyyətinə keçmiş və onlar tərəfindən Cavabdeh8yevə satılmışdır. Bundan sonra AR Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reysetri haqqında” AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə AR Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə Siyahıya 1.11-ci bənd əlavə edilmişdir. Həmin bənd yaşayış evinin həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ üzrə sənədləşməsinə imkan verdi. Mübahisəli evin yeni mülkiyyətçisi Fərmanla yaranmış hüquqlara əsasən, torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Yəni nə vərəsəliyin yarandığı, nə də evin Cavabdeh8 satıldığı dövrdə torpaq sahəsinə dair hüquqlar olmamış, buna görə də, torpaq sahəsi nə vərəsəliyin, nə də alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Qeyd olunanları iki alqı-satqı müqaviləsindəki qiymət fərqi də təsdiq edir. Birinci alqı-satqı yalnız evin, ikinci isə evlə birlikdə həyətyanı torpaq sahəsinin alqı-satqısıdır. Bu səbəbdən, ikinci alqı-satqı daha baha qiymətlidir. Birinci instansiya məhkəməsi isə, bu xüsusatlar əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh8 və Cavabdeh6, ayrıayrılıqda özlərinin apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili, özlərinin apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun nümayəndəsi, şikayətlərin təmin olunmasını xahiş etdi. İddiaçı1, onun və digər İddiaçı4 nümayəndəsi isə, apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamalarını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, 3 saylı fərdi yaşayış evi X2 məxsus olmuşdur. İddiaçılar və Əlibaba Əliyev onun övladlarıdır. Kamiyan Əliyev xx.xx.1995-ci il tarixədə ölmüş, həmin vaxt onunla birlikdə mübahisəli evdə oğlu Əlibaba Əliyev və onun ailəsi, qızı Natavan Əliyeva və onun ailəsi yaşamışdır. Əlibaba Əliyev xx.xx.2009-cu il tarixdə ölmüş və qızları Cavabdeh2 xx.xx.2014-cü il tarixdə, Cavabdeh1 isə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişlər ki, onlar, Kamiyan Əliyevin vərəsələridir, mərhumun başqa vərəsəsi yoxdur. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 554-ci maddəsinə əsasən, xx.xx.1995-ci il tarixdə vəfat etmiş Kamiyan Əliyevin vərəsəsi kimi nəvələri Aytən və Cavabdeh2 miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin, öz vərəsəlik hüquqlarını rəsmləşdirmədən xx.xx.2009-cu il tarixdə vəfat etmiş Əlibaba Əliyev, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası Kamiyan Əliyevə məxsus olmuş, daşınmaz əmlakın dövlət reyestr xidmətində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1 ünvanında yerləşən 3 saylı evdən ibarətdir. Qeyd olunan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyatdan keçmiş və çıxarışda həmin evin yerləşdiyi 0,009 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla istifadədə olduğu qeyd olunmuşdur. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 sözügedən evi 55.000 manata Cavabdeh8 satmışlar. xx.xx.2015-ci il tarixdə mübahisəli ev, xx.xx.2016-cı il tarixdə isə evlə yanaşı onun yerləşdiyi 0,1963 ha torpaq sahəsi də xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh8 adına qeydə alınmışdır. xx.xx.2018-ci il tarixdə isə Cavabdeh8 mübahisəli evi onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə 136.000 manata Cavabdeh6 satmış və xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, şahid ifadələri, ölüm haqqında şəhadətnamələr, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ərizələri, xx.xx.2014-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li; xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li; xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* №-li; xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li; xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı; xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçılar, qanun üzrə birinci növbə vərəsə olduqlarını, miras qoyan ölümündən sonra mirası faktiki qəbul etdiklərini, sadəcə payların gələcəkdə vərəsəlik işi açılarsa müəyyən olunacağı barədə aralarında razılığa gəldiklərini, qardaşları Əlibaba Əliyevin ölümündən sonra onun qızları Cavabdeh1 və Cavabdeh2 miras açıldıqdan 19 il sonra notariat kontoruna müraciət edərək, başqa vərəsələrin olmasını gizlətməklə vərəsəlik şəhadətnaməsi aldıqlarına istinad edərək, həmin vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş digər hüquq müəyyənedici sənədlərin etibarsız sayılmasını tələb edirlər. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı ilk öncə bildirir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə miras xx.xx.1995-ci il tarixdə açıldığı üçün iddiaçıların miras əmlakda paylarının tanınması hissəsində mübahisəyə xx.xx.1964-cü ildə qəbul edilmiş və xx.xx.1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Həmçinin, diqqətə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Baxılan işdə xx.xx.1995-ci il tarixdə vəfat etmiş miras qoyan Kamiyan Əliyevin vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Əlibaba Əliyev olmuşdur. Miras qoyanın ölümündən sonra onun övladlarından oğlu Əlibala Əliyev və qızı İddiaçı4 miras əmlakı faktiki qəbul etmişlər. Bu fakt Əlibaba Əliyevə münasibətdə mübahisəsiz olmaqla, İddiaçı4 münasibətdə isə tərəflərin izahatları, şahid ifadələri ilə təsdiqlənir. Belə ki, İddiaçı4 mərhum Kamiyan Əliyevin sağlığında və onun ölümündən sonra ailəsi ilə birlikdə mübahisəli evdə yaşamış, evin həyətyanı sahəsində tikinti işləri aparmış, lakin, ailə-məişət mübahisələri zəminində evi tərk etmək məcburiyyətində qalmışdır. Belə olan halda, məhkəmə düzgün olaraq hesab etmişdir ki, bu hal İddiaçı4 vərəsəliyi qəbul etməməsi kimi qiymətləndirilə bilməz və onun ½ pay nisbətində vərəsəlik (mülkiyyət) hüququ olmuşdur. Ona görə də, həmin miras əmlak vərəsələr arasında bölüşdürülərkən birinci növbəli vərəsə kimi onun daəmlak mənafeyi nəzərə alınmalı idi. Bu səbəbdən Kollegiya vurğulayır ki, mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı ilə bağlı konstitusion səviyyədə müəyyən edilmiş təminatlar İddiaçı4 da şamil edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Lakin, işdən görünür ki, Əlibaba Əliyevin xx.xx.2009-cu il tarixdə ölmüş və mirasın açıldığı vaxt Kamiyan Əliyevin vərəsələri olmayan Ə.Əliyevin qızları, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 2014-cü il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək, miras qoyanın vərəsələri olduqlarını və onlardan başqa vərəsə olmadıqlarını bildirmişlər. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci və 1322-ci maddələrinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir Baxılan işin faktiki hallarından isə görünür ki, Cavabdeh3, qanunvericiliyin bu tələblərini pozaraq, miras qoyanın vərəsələrinin axtarılması üçün tədbirlər görmədən, mirasın açıldığı vaxtdan 19 il sonra Cavabdeh1 və Cavabdeh2 mirasın qəbulu barərə xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli ərizələri əsasında həmin gün (xx.xx.2014cü il) mübahisəli evə dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hal, İddiaçı4 həmin ev üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Odur ki, Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, Cavabdeh3 tərəfindən İddiaçı4 mirasdakı payı nəzərə alınmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş 21.112014-cü il tarixli, 2V/1-164 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalıdır. Bu səbəbdən həmin şəhadətnamə əsasında miras əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına aparılmış qeydiyyat da etibarsız olduğundan, həmin qeydiyyatı özündə əks etdirən çıxarış ləğv edilməlidir. Bununla belə, məhkəmə kollegiyası, rayon məhkəməsinin cavabdehlər Cavabdeh8 və Cavabdeh6 vicdanlı alıcı hesab etməyərək, mübahisəli evin onlara özgəninkiləşdirilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qənaətini əsaslı saymır. Ona görə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində daşınmaz əşyanı reyestr məlumatlarına əsasən əldə edən vicdanlı şəxsin hüquqlarının qorunduğu təsbit olunmuşdur. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 140-cı madəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinin alqı-satqısı müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış və həmin müqavilə notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bu alqısatqı əqdinin imzalanması üçün tərəflər tam səlahiyyətli olmuşlar. Mübahisəli yaşayış sahəsini alqı-satqı müqaviləsi ilə əldə etmiş Cavabdeh8 vicdanlı alıcıdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh8 xx.xx.2015-ci il tarixdə mübahisəli yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 razılaşdırılmış pul məbləğini ödəməklə almış, əmlakın dəyərini tam ödəmiş və yaşayış sahəsi ona təhvil verilmişdir. Cavabdeh8 alqı-satqı müqaviləsi bağlayarkən Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququları dövlət qeydiyyatına alınmış hüquq olmuş, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. “S.Cavabdeh6nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir”. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh8 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh8 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək fərdi yaşayış evini əldə etmiş və həmin evə dair hüquqularını qeydə aldırmış, üstəlik də mülkiyyət hüququndan istifadə edərək əmlakı barəsində sərəncam vermiş - həmin yaşayış sahəsini digər şəxsə alqı-satqı müqaviləsi əsasında satmışdır. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh8 iddiaçılara nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət verməmiş və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışların ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh8 55.000 manat, Cavabdeh8 isə Cavabdeh6 136.000 manat məbləğində pulu qaytarılmasını qət etməkdə haqlı olmamışdır. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 tələbinin əsası kimi istinad etdiyi halları – Cavabdeh8 əldə edilmiş mübahisəli əmlak üzrə vicdanlı alıcı olmamasını sübut edə bilməmiş, Cavabdeh8 isə əldə edilmiş mübahisəli əmlak üzrə vicdanlı alıcı olduğunu qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Sözügedən fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında xx.xx.2015-ci il tarixli müqavilə evin həmin vaxt rəsmi reyestrdə Cavabdeh1 və Cavabdeh2 adına olması barədə məlumatlar əsasında, Cavabdeh8 ilə Cavabdeh6 arasında xx.xx.2018-ci il tarixli müqavilə isə evin həmin vaxt rəsmi reyestrdə Cavabdeh8 adına olması barədə məlumatlar əsasında bağlanmışdır. Yuxarıda adı çəkilən şəxslərin (Cavabdeh8 və Cavabdeh6) həmin məlumatın həqiqi, yəni evin Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə keçməsinin hüquqi əsası olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlı olmamasını bilmələrinə (yaxud bilməli olduqlarına) dair iddia tərəfi mötəbər sübutlar təqdim etməmişdir. Bu hal ona dəlalət edir ki, Cavabdeh8 və hazırkı mülkiyyətçi Cavabdeh6 əşyanın mülkiyyətini əldə edərkən vicdanlı olmuşlar. Ona görə də, apellyasiya şikayətlərinin dəllləri bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Cavabdeh8, birincin instansiya məhkəməsinə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmiş, ərizə təmin edilməmiş və verdiyi apellyasiya şikayətində həm də ərizənin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslı deyil, birinci instansiya məhkəməsi haqlı olaraq verilmiş ərizə üzrə mübahisəyə iddia müddətini tətbiq etməmişdir. Belə ki, iddiaçılar, özlərinin konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) pozulmasına istinad edərək hazırkı iddianı irəli sürürlər. Əşya hüquqlarına (o cümlədən tam əşya hüququ olan mülkiyyət haqqına) söykənən tələblər isə iddia müddətinə tabe deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarında da göstərilmişdir ki, “...MM-in 384.0.4-cü maddəsi ...əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ... Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir”. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qətnamə mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, sözügedən evin və onun yerləşdiyi 0,009 ha torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il traixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh8 və N.Məmmədobun adına daşınmaz əmalkın dövlət reyestrində çıxarışların ləğv edilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyət qaytarılmalı olması hissələrində ləğv edilərək, iddia həmin hissələrdə rədd olunmalı, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası izah edir ki, İddiaçı4 miras əmlaka - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinə ½ pay nisbətində vərəsəlik (mülkiyyət) hüququnun realizəsi hazırda qeyri-mümkün olduğundan o, payına uyğun olaraq düşdüyü zərərin əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsi ilə əlaqədar məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 Əlibala qızının, Cavabdeh2 Əlibala qızının, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “2(005)-1758/2019” saylı mülki iş üzrə xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışların ləğv edilməsi, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh8 55.000 manat, Cavabdeh8 isə Cavabdeh6 136.000 manat məbləğində pulu qaytarması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 Əlibala qızı, Cavabdeh2 Əlibala qızı, Cavabdeh3, Cavabdeh8, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, Cavabdeh6 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar