Məhkəmə qərarları › İş №2(103)-3539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3539/2021

25.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3539/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 (“Yelo Bank”), Suraxanı rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun və s. etibarsız hesab ediməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1124/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Suraxanı Rayon Məhkəməsinin 2(010)-1124/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini reyestrdə müəyyən edilmiş tarixə əsasən tərəflərə xx.xx.2020ci il tarixində iddia ərizəsində qeyd etdiyi ünvana sifarişli məktubla göndərilmiş (korrespendensiyanın izlənilməsi həyata keçirilməmiş), iddiaçı apellyasiya şikayətini xx.xx.2021-cı il tarixində təqdim etmişdir (səh.171-173). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən digər şəxslərin qətnamənin alıbalmamasına və onlarında şikayət vermək hüquqlarının mövcudluğuna müvafiq gözləntilərin olmasına, habelə qanunla müəyyən edilmiş prosessual müddətin ötürülübötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində iddia ərizəsində əks edilməyən cavabdehin faktiki yaşadığı yer əks edilmiş və məlumatların hansı ünvana göndərilməsi göstərilməmiş, bununla çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Qeyd edilənlər,apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri həddində (qanunamüvafiq ağlabatanlıq meyyarları ilə belə) apellyasiyanın mümükünlüyünü istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 2, 9, 128-135, 357.1, 360-366, 397.2 və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1124/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnamsəindən İddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar