Məhkəmə qərarları › İş №2(103)-3543/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3543/2025

05.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-3543/2025 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Maraqlı şəxs“Asan Xidmət” Mərkəzində Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “əqdin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Maraqlı şəxs“Asan Xidmət” Mərkəzində Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kooperativ küçəsi, dalan 1, ev 6a / Nəsib Məlikov küçəsi, ev 15 b və 15 v ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik -1 otaqdan (y/s -18,0 kv.m, k/s-8,6 kv.m) ibarət hissəni cavabdeh - Cavabdeh bağışlamağı barədə Maraqlı şəxs“Asan Xidmət” Mərkəzində Notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bir müddət əvvəl iddiaçının səhhətində problemlər yaranmış, həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Xəstəxanalara gedərkən qardaşı - Cavabdeh da iddiaçı ilə birgə getmişdir. Bir çox müayinələrdən keçmiş və analizlər vermiş, iddiaçı sonuncu analizlərin cavabını gözlədiyi vaxt cavabdeh Cavabdeh ona bildirmişdir ki, həkimlərin verdiyi məlumatlara əsasən iddiaçıda xərçəng xəstəliyi aşkar olunmuşdur. Analizlərin nəticəsi bu faktı təsdiqlədikdən dərhal sonra iddiaçının müalicələri başlanmalıdır. Müalicələrin xərclərini ödəmək üçün maddi imkanının olmadığını bilən qardaşı iddiaçıya bildirmişdir ki, narahat olmasın, o bankdan öz adına kredit götürüb müalicələrin xərcini ödəyəcəkdir. Lakin bankdan kredit götürməsi üçün iddiaçıya təklif etmişdir ki, o paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kooperativ küçəsi, dalan 1, ev 6a/ Nəsib Məlikov küçəsi, ev 15 b və 15 v ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik-1 otaqdan (y/s - 18,0 kv.m, k/s-8,6kv.m) ibarət hissəni ona bağışlasın. Həmin ev cavabdehin mülkiyyətinə keçsin ki, həm adına əmlak olduğu üçün ona bankdan kredit verilə bilsin, həm də əgər müalicələr müsbət nəticə verməsə, iddiaçı vəfat etsə, həmin evi satıb pulu ilə bankdan götürdüyü kredit borclarını ödəyə bilsin. Əgər hər şey qaydasında getsə, iddiaçı müalicə olunub sağalsa, cavabdeh evi təkrar ona qaytaracaq və müalicəsi üçün götürülmüş kredit borclarını da iddiaçının özü ödəyəcək. İddiaçı qardaşına inanıb güvəndiyi üçün onun bu təklifini qəbul etmiş, tərəflər ##.##.2024-cü il tarixdə Maraqlı şəxs‘Asan Xidmət” Mərkəzində Notariat ofisinə gedərək, iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ev 15 v 1/2 hissədən A tik -1 otaqdan (y/s -18,0 kv.m, k/s-8,6 kv.m) ibarət hissəni qardaşı - Cavabdeh bağışlamaq barədə “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamışlar. Lakin bu hadisədən bir müddət sonra sonuncu tibbi müayinələrin və analizlərin cavabı çıxdıqda məlum olmuşdur ki, iddiaçıda xərçəng xəstəliyi yoxdur və müalicəsi üçün bankdan kredit götürməyə də ehtiyac yoxdur. Belə olan halda iddiaçı qardaşı Cavabdeh ilə əlaqə saxlayıb bildirmişdir ki, onda xərçəng xəstəliyi yoxdur və müalicəsi üçün də pul tələb olunmur, evini özünə qaytarsın. Lakin cavabdeh buna etiraz edərək evi iddiaçıya qaytarmaqdan imtina etmiş, evin artıq onun mülkiyyətində olduğunu və iddiaçıya həmin evdən çıxmalı olduğunu bildirmişdir. İddiaçı qardaşının ona qarşı münasibətinin tamamən dəyişdiyini görüb anlamışdır ki, Cavabdeh onu aldadaraq, sözügedən evi öz adına sənədləşdirmiş, əsl məqsədi xəstəliyi barədə iddiaçıya yalan məlumatlar verməklə evini əlindən almaq olmuşdur. Hal-hazırda qardaşı Cavabdeh iddiaçı ilə danışmaq, görüşmək belə istəmir, yeganə yaşayış yeri olan evi əlindən alıb, onu evsiz qoymaq istəyir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının ## #### 2025-ci il tarixdə öldüyünü, onun hüquqi varisinin olmadığını və bu səbəbdən də apellyasiya şikayətinin baxılmamış saxlanılmasını və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının ## #### 2025-ci il tarixli qərardadı ilə vəfat etmiş İddiaçı hüquq varisi ilə əvəz etmək üçün vərəsələrinin dairəsi müəyyən edilənədək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olan ##.##.2025-ci il tarixli məktubda İddiaçı adına vərəsəlik işin açılmadığı qeyd edilmişdir. “exidmet.justice.gov.az” portalında da qeyd edilən məlumat hazırki vaxtadək aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə ölmüşdür. Vərəsəlik işi açılmamışdır. Kollegiya hesab edir ki, hazırki halda mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. MPM-nin 391-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi, həmin Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı öldüyündən, hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar