Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3546/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı Şəhər İcrayə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı, xx xxxxxx 1990-ci il tarixli orderin və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının verdiyi xx.xx.2019-cu il tarixli sənədin Ərizəçi məxsusa olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1319/2020 saylı qətnaməsi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına qarşı “Azərbaycan SSR Bakı Şəhər İcrayə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı, xx xxxxxx 1990-ci il tarixli orderin və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının verdiyi xx.xx.2019-cu il tarixli sənədin Ərizəçi məxsusa olması” haqqında ərizəsi təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1319/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə razı deyil və həmin qətnamədən şikayət vermək iqtidarındadır. Lakin qətnamədən şikayət vermək müddətini buraxmışdır. Buna səbəb həmin qətnaməni almaması olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1319/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə əlaqədar şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətini buraxılmasını üzürlu hesab edib və həmin müddəti bərpa etməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1319/2020 nömrəli qərardadı ilə, 2(007)-1319/2020 nömrəli mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət vəsatətdə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1319/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi, xx xxxx 2020-ci il tarixli məktubla tərəflərə göndərilmiş, Ərizəçi isə həmin qətnaməni xx xxxx 2020-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Lakin, Ərizəçi tərəfindən apelyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1319/2020 nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1319/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3546/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3546/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver