Məhkəmə qərarları › İş №2(103)-3552/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3552/2024

24.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3552/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaqdan müvəqqəti istifadə hüququnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə daxil olmağa maneə yaradılmasının qadağan edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-443/2023 nömrəli qərardadından İddiaçı2 qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh ərizəsi təmin olunsun və onun apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı2 qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə şikayətində tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi qeyd edib ki, qətnamə xx.xx.2023-cü ildə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilib. Bundan başqa, iş materiallarında olan qəbzdən görünür ki, cavabdeh qətnamənin surətini xx.xx.2023-cü ildə alıb. Apellyasiya şikayəti isə 1 ay keçdikdən sonra - xx.xx.2023-cü ildə verilib. Buna görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınıb. xx.xx.2003-cü ildə cavabdeh yenidən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Cavabdeh müddətin ötürülməsinin səbəbini “Asan İmza” mobil elektron imza ilə bağlı yaranmış problemlə izah edib. Məhkəmə qeyd edir ki, həqiqətən də “Elektron məhkəmə” informasiya sistemində elekron sənədlərin “Asan İmza” ilə imzalanmasında müəyyən vaxtlarda müxəlif səbəblərdən (“Asan İmza” elektron imza sisteminin yenilənməsi səbəbindən və s.) çətinliklər müşahidə olunur. Dəfələrlə müvafiq icra hakimiyyəti orqanı belə problemələrin olduğunu təsdiq edib və elektron sisteminin istifadəçilərini bu barədə məlumatlandırıb. Məhkəmə cavabdehin qeyd etdiyi halı və apellyasiya şikayəti verilməsi müddətinin qısa müddət ötürüldüyünü nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müddət bərpası barədə ərizənin təmin edilməsini qərara alıb. Bu nəticə Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə uyğundur. Həmin maddəyə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-443/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar