Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3557/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 437 nömrəli fərdi yaşayış evinə aktlar əsasında borc hesablanmışdır. 2.İddiaçı həmin aktlar üzrə borcun qanınsız hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 437 nömrəli fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3.938,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 437 nömrəli fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtlıvaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlib baxış keçirmiş, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişlər. 30 aprel 2020-ci il tarixdə akt tərtib etmiş, bu akt əsasında iddiaçıya 2656,80 manat, 26 fevral 2021-ci il tarixdə akt tərtib edilmiş, bu akt əsasında isə 396 manat olmaqla, cəmi 3.938,40 manat məbləğində əsassız borc yazılmışdır. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsi ilə (hakim-Aygün Həsənova) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdehnə 300 (üç yüz) manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 3638,40 (üç min altı yüz otuz səkkiz, qırx) manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməsi, Cavabdehndən 50 (əlli) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. 7.Məhkəmə qeyd etmişdir ki, 29 mart 2023-cü il tarixdə iddiaçıya məxsus evə yerli baxış keçirilmiş, yerli baxış zamanı istinad olunan ünvanda qaz sayğacının mövcud olduğu aşkarlanmışdır. Yerli baxış zamanı iş üzrə təqdim olunmuş iddiaçıya aid evin foto şəkilləri ilə realda mövcud olan vəziyyət eyniləşdirilərək müəyyən edilmişdir ki, foto şəkillərdə əks olunan ev iddiaçıya məxsus evdir. Foto şəkillərdə sayğac qutusunun içərisində sayğacın olmadığı, içərisində rezin boru olduğu görünür. Yerli baxış zamanı sayğac qutusunda artıq sayğcaın quraşdırıldığı müəyyən olunur. Yerli baxışda iddiaçının izahatları ilə sayğacın bir müddət öncə quraşdırıldığı müəyyən edilmişdir. 8.Yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus ünvanda müəyyən müddət sayğacsız qazdan istifadə etmişdir. Bu isə ona dəlalət edir ki, o, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Belə ki, istifadə olunan qaz həcmini ölçən cihaz ünvanda mövcud olmamışdır. Yerli baxış zamanı iddiaçıya məxsus evdə qazla çalışan cihazlardan kombi və 4 gözlü qaz plitəsinin olduğu aşkar olunmuşdur. 9.Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. 10.Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab etmişdir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, mənzildə yerləşən qazla işləyən cihazlara münasibətdə vətəndaşın 300 manat məbləğində cərimələnməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçının cavabdehə 300 manat borcu olması müəyyən edilməli, qalan 3638,40 manat məbləğində borc silinməlidir. 11.Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 300 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 3638,40 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 12.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, cavabdehdən 50 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, və 6.5-ci;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1, 88, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 3638,40 (üç min altı yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 17.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 18.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 19.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 20.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 22.Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 23.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri yaşıyırlar. 24.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 25.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 26.Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 27.Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 28.Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 29.“Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qazqurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyətdaşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsi dəyişdirilməlidir. 36.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus ünvanda müəyyən müddət sayğacsız qazdan istifadə etmişdir. 37.Belə ki, 29 mart 2023-cü il tarixdə iddiaçıya məxsus evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı istinad olunan ünvanda qaz sayğacının mövcud olduğu aşkarlanmışdır. Yerli baxış zamanı iş üzrə təqdim olunmuş iddiaçıya aid evin foto şəkilləri ilə realda mövcud olan vəziyyət eyniləşdirilərək müəyyən edilmişdir ki, foto şəkillərdə əks olunan ev iddiaçıya məxsus evdir. Foto şəkillərdə sayğac qutusunun içərisində sayğacın olmadığı, içərisində rezin boru olduğu görünür. Yerli baxış zamanı sayğac qutusunda artıq sayğcaın quraşdırıldığı müəyyən olunur. Yerli baxışda iddiaçının izahatları ilə sayğacın bir müddət öncə quraşdırıldığı müəyyən edilmişdir. 38.Bu isə ona dəlalət edir ki, o, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Belə ki, istifadə olunan qaz həcmini ölçən cihaz ünvanda mövcud olmamışdır. Yerli baxış zamanı iddiaçıya məxsus evdə qazla çalışan cihazlardan kombi və 4 gözlü qaz plitəsinin olduğu aşkar olunmuşdur. 39.Kollegiya həmçinin onunla da razılaşır ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. 40.Lakin kollegiya hesab edir ki, borcdan silinməli olan məbləğlə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmamış, düzgün hesablanmamışdır. 41.Belə ki, iş materiallarında olan: -0274776 nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən 90 gün üçün 8856 m3 qaz sərfiyyatına görə- 885,60 manat: -0292579 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən borc hesablanmamış: -0295121 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 30 gün üçün 3960 m3 qaz sərfiyyatına görə- 396 manat: -0296667 nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən 270 gün üçün 26568 m3 qaz sərfiyyatına görə-2656 manat, 4 akt üzrə cəmi-3937,3 manat iddiaçının hesabına borc hesablanmışdır. 42.Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar əsasında dəymiş ziyanın hesablanması üçün götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, iddiaçıya məxsus mənzilə hər ay baxış keçirilməli olduğu halda, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Buna görə də, həmin hesabat dövrü aktlar üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. 43.Belə ki,“Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 44.“Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 45.Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. 46.Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar üzrə hesabat dövrü kimi müvafiq olaraq 90 və 270 gün götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 90 və 270 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. 47.Belə olan halda xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlara əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir. 48.Buna görə də, kollegiya xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar üzrə cavabdeh tərəfindən hesablanmış ziyan məbləğini ağlabatan hesab etmir. 49.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixi akt üzrə 90 gün üçün hesablanmış məbləğ 3-ə; xx.xx.2020-ci il tarixli akt üzrə 270 gün üçün hesablanmış məbləğ isə 9-a bölünməklə hesablanmalıdır. (90/30=3; 270/30=9) 50.Belə olan halda xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlara əsasən hesablanmış borc məbləği müfaviq olaraq, 295,2 manat və 295,11 manat təşkil edir.(885,60/3=295,2 2656/9=295,11) 51.Beləlikə aparılmış hesablama nəticəsində müəyyən edilir ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli 4 akt üzrə iddiaçı tərəfindən faktiki istifadə edilmiş qaz səfiyyatına görə yaranmış borc məbləği cəmi 986,31 manat təşkil edir. (295,2+0+396+295,11=986,31) 52.Buna görə də kollegiya hesab edir ki, qazpaylayıcı tərəfindən 4 akt üzrə hesablanmış 3937,6 manat borc məbləğindən iddiaçının faktiki istifadə etdiyi qaza görə yaranmış borc məbləği 986,31 manat çıxılmalı və qalan məbləğ (2951,29 manat) cavabdeh tərəfindən iddiaçıya məxsus abonə kodundan silinməli, İddiaçı Cavabdeh İB-yə 986,31 manat borcu müəyyən edilməlidir. (3937,6-986,31=2951,29) 53.Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsi 3638,40 (üç min altı yüz otuz səkkiz, qırx) manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməsi hissəsində dəyişdirilməli, iddiaçının borcu 986,31 manat, iddiaçıya məxsus abunə kodundan silinməli olan məbləği 2951,29 manat (iki min doqquz yüz əlli bir manat, iyirmi doqquz qəpik) müəyyən edilməlidir. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdehnə 986,31 (doqquz yüz səksən altı manat otuz bir qəpik) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 2951,29 (iki min doqquz yüz əlli bir manat iyirmi doqquz) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3557/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3557/2023
07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver