Məhkəmə qərarları › İş №2(103)-3564/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3564/2022

17.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3564/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 28.12.2018-ci il tarixində satılmış “Mercedes Benz” C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair 27.05.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqı-satqısına dair 11.06.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 1977-ci ildə nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahından 4 övladı olmuşdur. Tərəflər əvvəllər yaxşı yaşamış, lakin sonradan aralarında münasibətlər pozulmağa başlamışdır. Nəticədə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli qətnaməsilə aralarındakı nikah ləğv edilmişdir. Birgə nikah dövründə cavabdehlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 30/2-ni və 18.07.2013-cü il tarixində “Mercedes Benz” C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdırlar. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsindəki evin ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. “Mercedes Benz” C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Cavabdeh1 tərəfindən 28.12.2018-ci il tarixdə qardaşı Cavabdeh2 satılmışdır. 27.05.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh3, 11.06.2019-cu il tarixdə isə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Avtomobil birgə nikah dövründə alınsa da, alqı-satqı zamanı onun razılığı olmamışdır. Avtomobil birgə nikah dövründə alındığından alqı-satqı zamanı onun razılığı alınmalı idi. Bu səbəbdən də Cavabdeh1 ilə Cavabdeh2 arasında 28.12.2018-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 27.05.2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 Zülfuqar oğlu arasında 11.06.2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. İşə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən İddiaçı 19.06.2020-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 28.12.2018-ci il tarixdə satılmış “Mercedes Benz” C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair 27.05.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqı-satqısına dair 11.06.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməklə, avtomobilin birgə niah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 məxsus olaraq ½ hissədə avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin bazar qiyməti nəzərə alınmaqla payına uyğun digər paylı mülkiyyətçi kimi Cavabdeh1 tərəfindən ona kompensasiya ödənilməsi, ödəməyə razı olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən İddiaçı 26.08.2020-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə aldığı “Mercedes Benz” C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 13.700 manatın ½ hissəsinin, yəni 6.850 manat pulun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahı dövründə alınmış “Mercedes Benz C220CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri olan 12400 manat pul vəsaitinin yarısı - 6.200 manat hissəsinin Cavabdeh1 tutularaq İddiaçı verilməsi, Cavabdeh1 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində məhkəmə xərcinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2 (010)-3650/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı eyni avtomobillə bağlı Cavabdeh1 qarşı əvvəllər də məhkəmədə iddia tələbi irəli sürərək, birgə nikah dövründə əldə olunmuş mübahisələndirilən avtomobilin satışına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi, həmin avtomobilə ½ hissədə payının müəyyən edilməsi, avtomobilin hazırki bazar qiymətinə satılaraq payına düşən hissənin Cavabdeh1 alınıb ona verilməsini xahiş etmiş, həmin tələblər təmin edilməmiş və qətnamə hazırda qüvvədədir. İddiaçının irəli sürdüyü tələblər mahiyyətinə görə eynidir, yəni, mübahisə eyni tərəflər arasındadır, eyni predmet barəsindədir və eyni əsaslarla izah olunur. Belə olan halda iddiaçının hazırki mülki iş üzrə irəli sürdüyü tələbə təkrarən baxıla bilməzdi və bu halda MPM-nin 261.0.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməli idi. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, qeyd olunan avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da elə birgə nikahda olduqları dövrdə də satılmış və həmin avtomobilin satışından əldə olunan vəsait tərəflərin birgə nikahlarından olan qızları X2 Respublikasında ağır xəstəlikdən müalicə alarkən başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunmuşdur. Pulun Türkiyə Respublikasına, Validə Abdullayevanın adına göndərildiyini təsdiq edən bank qəbzləri də məhkəməyə təqdim olunmuş, məhkəmə həmin qəbzləri də nəzərə almamış və bu fakta hüquqi qiymət verməmişdir. Bundan başqa, Cavabdeh1 mübahisə predmeti olan həmin avtomobili 28 dekabr 2018-ci ildə alqı-satq müqaviləsi əsasında Cavabdeh2 2000 manata satmış, sonradan avtomobil başqa şəxslərə müxtəlif qiymətlətə satılmışdır. Buna baxmayaraq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, avtomobilin rea dəyərini əks etdirməyən, saxta rəyə əsaslanaraq, mübahisəli avtomobilin likvid dəyərini 12.400 manat məbləğində qiymətləndirərək, həmin məbləğin ½ hissəsinin ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Halbuki, o, 28 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomobilin satışından cəmi 2000 manat pul əldə etmişdir. Bundan başqa, həmçinin məhkəmə avtomobil onun tərəfindən satılarkən həmin avtomobilin hansı vəziyyətdə olduğunu, avtomobil satıldıqdan sonra onun yeni mülkiyyətçiləri tərəfindən avtomobilin təmirinə və yaxşılaşdırılmasına əlavə pul vəsaitinin xərclənib-xərclənmədiyini və nə qədər xərcləndiyini araşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 Səxavət oğlu və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, Cavabdeh1 birgi nikah dövründə - 18 iyul 2013-cü il tarixdə alınmış **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 28 dekabr 2018-ci il tarixdə 2.000 (iki min) manata Cavabdeh2oviçə satmışdır. Cavabdeh2oviç 27 may 2019cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 14.500 (on dörd min beş yüz) manata Cavabdeh3 satmışdır. Cavabdeh3 11 iyun 2019-cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 8.000 (səkkiz min) manata Cavabdeh4 satmışdır. Sonuncu məhkəmə iclasında həm şifahi, həmçinin də yazılı izahatına əsasən maşını 1 il bundan qabaq Badamdar maşın bazarından Cavabdeh3 Səxavət oğlundan 13.700 manata almışdır. O, bu maşını əvvəlki mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 olması barədə heçnə bilməmişdir və onları tanımır. O, vicdanlı alıcı olduğunu qeyd etmişdir. Mübahisə predmeti - avtomobilə dair bağlanmış alğı-satqı müqavilələrində avtomobili qiyməti müxtəlif məbləğlər olduğuna görə mübahisə predmetinə dair əmtəə-şünaslıq ekspertizası keçirilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27.10.2020-ci il tarixli 01/569 saylı ekspert rəyinə əsasən, “Mercedes Benz C220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 27.10.2020-ci il tarixə olan bazar dəyəri: 13.800 (on üç min səkkiz yüz) manat, likvid dəyəri isə 12.400 (on iki min dörd yüz) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ailə qanunvericiliyinin normalarına əsaslaranaraq hesab etmişdir ki, mübahisələndirilən avtomobil alınarkən tərəflər birgə nikah münasibətlərində olması, nikahları pozulanadək isə onların artıq 42 ildən artıq birgə təsərrüfat aparmaları nəzərə alınmaqla, əldə etdikləri avtomobilin birgə təsərrüfat zamanı qazandıqları pul vəsaiti hesabına alınması kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan avtomobil satıldığı vaxt tərəflər artıq bir evdə yaşasa da, birgə təsərrüfat aparmamış, həmin hal da cavabdehin nümayəndəsinin izahatında öz təsdiqini tapmışdır. Həmin vaxt tərəflər nikahın pozulması barədə fikrə gəlmiş, əvvəl cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, sonradan da cavabdeh bu barədə məhkəməyə müraciət etmişdir. Sözügedən avtomobil birgə nikah dövründə alınıb və satılıb, deməli onun satışından əldə edilən gəlir də, tərəflər arasında bərabər payda bölünməlidir, çünki, qanunvericiliyin tələbinə görə həmin avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 32, 33, 35, 36, 37-ci maddələri və Mülki Məcəllənin 213, 220 və 225-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən; 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən: 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1lə birgə nikahda olduğu dövrdə əldə olunmuş əmlakın bölünməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da elə birgə nikahda olduqları dövrdə də satılması və 28 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomobilin satışından cəmi 2000 (iki min) manat pul əldə etməsi, "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli rəydəki qiymətin avtomobilin real dəyərini əks etdirmədiyi, avtomobilin satışından əldə olunan vəsaitin qızları X2 Respublikasında müalicə alarkən başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunması barədə dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mübahisə predmeti olan avtomobil satıldığı vaxt tərəflər arasındakı nikah rəsmi qaydada ləğv edilməsədə və tərəflər bir evdə yaşasa da, faktiki olaraq birgə təsərrüfat aparmamış və bu hal cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisə predmeti olan avtomobil 2.000 (iki min) manat satması reallığı əks etdirmir və bu alğı-satqı müqaviləsinin farmal xarakter daşıdığına dəlalət edir. Avtomobil birgə nikah dövründə alınıb və satılıb, deməli onun satışından əldə edilən gəlir də, tərəflər arasında bərabər payda bölünməlidir, çünki, qanunvericiliyin tələbinə görə həmin avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunur. Həmçinin, cavabdeh apelyasiya şikayətində "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli rəydəki qiymətin avtomobilin rea dəyərini əks etdirmədiyi qeyd etsə də, həmin avtomobilin daha ucuz olmasını təsdiq edən sübutlar da məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh apelyasiya şikayətində avtomobilin satışından əldə olunan vəsaitin qızları X2 Respublikasında müalicə alarkən iddiaçının başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunmasını bildirsədə bunu təsdiq edən sübutları, yəni iddiaçıya göndərilən pulun məhz mübahisəli avtomobilin satışından əldə edilmiş vəsait olmasını təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3650/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddia tələbi ilə iddiaçının hazırda irəli sürdüyü iddia tələbinin mahiyyətinə görə eyni olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, əvvəlki iddia tələbində iddiaçı mübahisəli avtomobilin satışına dair alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin hazırki iddia tələbində mübahisəli avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri digər dəlilləri də əsassızdır. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar