Məhkəmə qərarları › İş №2(103)-3566/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3566/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3566/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Rəhimcanoviçin cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə (Açar sözlər:vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X33 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Rəhimcanoviçin nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X18 nümayəndəsi və vəkili Nümayəndə1, X2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(006)-134/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X29 ilə Nümayəndə3 arasında 1984-cü il tarixində nikah bağlanmış, bu nikahdan tərəflərin 1984-cü il tarixdə X15 və 1988-ci il tarixdə İddiaçı Şərifoviç adlı iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında nikah bağlandıqdan sonra onlar X18 anası mərhumə X30 məxsus Bakı şəhəri Nəsimi rayonu, Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilində yaşamışlar. Bir müddət keçdikdən sonra tərəflər arasında mövcud olmuş nikah münasibətlərinə son qoyulmuş və onlar arasında nikah 1995-ci il tarixində pozulmuşdur. Sonradan, X29 ikinci dəfə ailə həyatı qurmuş və bir müddət sonra Azərbaycan Respublikası hüdudlarını tərk edərək, Rusiya Federasiyasına köçmüşdür. 2.Cavabdehin anası X36 19 mart 1997-ci il tarixində notariat kontoruna müraciət edərək, özünə məxsus Bakı şəhəri Nəsimi rayonu, Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilini oğlu X22 vəsiyyət etmiş, 1997-ci ilin 23 aprel tarixində vəfat etmişdir. 3.21 fevral 2020-ci ildə cavabdeh X22 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, cavabdeh həmin şəhadətnamə əsasında çıxarış almışdır. 4.İddiaçı bundan narazı qalaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Rəhimcanoviç cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başladığını və bununla da mirası qəbul etdiyini nəzərə alaraq, X23 ölümündən sonra ondan qalan miras paya vərəsə kimi tanınmasına və atasının adına verilmiş vərəsəlik haqda şəhadətnamənin və pasport qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Sonradan, iddiaçının nümayəndəsi Nümayəndə3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Rəhimcan Şərifoviçin adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin və onunla bağlı mülkiyyət haqqında çıxarışın etibarsız olunmaqla ləğv olunması, X12 həmin mənzilə dair nənəsi X9mış mirası qəbul etdiyindən vərəsə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzilinin mülkiyyətçisi nənəsi X27muşdur. O, bu evdə doğulmuşdur. Atası ilə anası bu evdə yaşamışlar və atası anasından boşandıqdan sonra evdən çıxıb getmiş və Rusiyada başqa qadınla evlənmişdir. Bir müddət sonra bilmişdir ki, atası yoxa çıxıb və sonuncudan xəbər yoxdur. Onlar da, Bakıda atasının xəbərsiz itkin düşməsi və ölüm faktını müəyyən etmişlər. Atasının adına ölüm haqqında şəhadətnamə belə almışlar. Anası və o, bu evdə yaşamaqda davam edirlər. Atası 1997-ci ilin mart ayının 5-dən Rusiya vətəndaşlığını qəbul etmiş, orada pasport qeydiyyatında olmuşdur. Sadəcə anası atasını bu evdən pasport qeydiyyatından savadsızlığından çıxarmamışdır. Nənəsi xəstə olarkən anası və o, nənəsinə baxmışlar. Nənəsini dəfn belə etmişlər. Nənəsi öləndən sonra o, miras əmlakı faktiki qəbul edib idarə etmişdir. Sonradan isə evdə anası qalmışdır. Hazırda atası X31 peyda olmuş və gəlib üstündən 30 il keçəndən sonra vərəsəlik açdırıb nənəsindən qalan mirasa sahib çıxmaq istəyir və maraqlı şəxs 14 saylı notariat kontoru da ona bu işdə köməklik edir. Hazırda atasına vərəsəlik haqqında şəhadətnamə də verilmişdir. Lakin notariat kontoru bu haqda ona məlumat vermir. Atası mirası faktiki qəbul etməmişdir. Nənəsi ölən vaxt o, Rusiyada yaşamış və nənəsinin ölümündən sonra da Azərbaycana gəlməmişdir. Həmin vaxt da Rusiya vətəndaşı olmuşdur. Bu müddət ərzində atası Bakıda olmamış, miras əmlakın qəbulu ilə əlaqədar heç bir yerə müraciət etməmiş və susmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən cavabdeh olan atası susmuş və atasının susması nəticəsində miras əmlak ona keçmişdir. Belə ki, nənəsi öləndən sonra miras əmlakı faktiki olaraq o, 6 ay ərzində faktiki qəbul etmişdir və idarə etmişdir. Bu səbəbdən də, atasına hazırda verilmiş vərəsəlik haqda şəhadətnamə etibarsız sayılmalıdır və o, vərəsə hesab edilərək, nənəsindən qalan miras evə dair onun adına şəhadətnamə verilməlidir. İddiasına Bakı şəhər Ərazi İdarəsinin məktubunu da əlavə edib bildirir ki, 2013-cü ildə belə miras əmlak hələ də nənəsinin mülkiyyətində idi. Atası bununla əlaqədar heç bir hərəkət etməmişdir. 8.İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Nümayəndə3 X29 ilə 1984-cü ildə nikahı rəsmiləşdirərək ailə qurmuş və Bakı şəhəri Moskva (əvvəl Tbilisi) prospekti 66 saylı evin, 43 saylı mənzilinə köçərək bu günədək yaşayır. Nikahdan iki övladı xx.xx.1984-cü il təvəllüdlü X6 və xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Rəhimcanoviç anadan olmuşlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-337 nömrəli, 23 mart 1995-ci il tarixli qətnaməsi ilə Nümayəndə3 əri Rəhimcan Zakirova və onun anası X16rşı iddiası təmin olunmuş və onun Bakı şəhəri, Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzilinə hüququ tanınmışdır. xx.xx.1995-ci ildə Rəhimcan və Maina Zakirovlar arasında nikah pozulmuşdur. 1995-ci ildə X29 itkin düşmüşdür. xx.xx.1997-ci il tarixdə X36 mülkiyyətində olan Bakı şəhəri, Tbilisi prospekti, ev 66, 43 nömrəli mənzili 14 saylı Notariat Kontorunda oğlu X22 vəsiyyət etmişdir. xx.xx.1997-ci ildə anası X36 vəfat etmişdir və Nümayəndə3 onu dəfn etmişdir. Nümayəndə3 iki azyaşlı uşaqla (iddiaçı Aleksey və bacısı Aleksandra) həmin mənzildə ailə tərkibində yaşamalarını davam etdirmişdirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı Rəhimcanovun işin xüsusi icraat qaydasında hüquqi faktın müəyyən olunması haqqında ərizəsi təmin olunaraq X18 1995-ci ildən itkin düşdüyündən, 2010-cu ildə ölmüş elan olunmuşdur. Qətnamə xx.xx.2010-cu il tarixdə icra olunmuş, ölüm haqqında şəhadətnamə verilmiş və vətəndaşlıq vəziyyəti aktların dövlət reyestrində qeydlər aparılmışdır. Qətnamə ilə Rəhimcan Zakirovun vərəsəliyi qəbul etməməsi səbəbindən onun varisi İddiaçı tanınmışdır. 2020-ci ildə Nümayəndə3 Mənzil X25 bildirmişdirlər ki, kim isə Rəhimcanın adından Mainanın yaşadığı mənzilinə dair mülkiyyət haqqında çıxarış təqdim etmişdir. Həmin çıxarış 2020-ci ildə 14 saylı Notariat Ofisində verilmiş vərəsəlik haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidmətində alınmışdır. Mainaya Rəhimcanın adına olmuş Sovet pasportun sürətini göstərmişdirlər. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-132 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcanoviçin maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı xüsusi icraat qaydasında ərizəsi əsasında araşdırma nəticəsində müəyyən olunmuşdur ki, onun atası X28 1995-ci ildən itkin düşdüyündən və beş ildən çox müddət ərzində onun haqqında məlumat olmadığına görə məhkəmə qaydasında 2010-cu ildə ölmüş hesab olunmuşdur. Yaşadığı Bakı şəhəri, Tbilisi (hazırda Moskva) prospekti, ev 66, mənzil 43-də daimi qeydiyyatda olduğu mənzil nənəsi X23 (X14 anası) adına 1994-cü ildən mülkiyyətindədir və o (nənəsi) xx.xx.1997-ci ildə vəfat etdikdə atası X28 itdiyi üçün mənzili vərəsə kimi qəbul etməmişdir. Ərizəçi İddiaçı anası ilə orda yaşamaqla və yiyəlik etməklə 1-ci növ vərəsə atası X28 vərəsəliyi qəbul etmədiyindən, Aleksey onun vərəsəsi olduğundan faktiki mirası qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin "Avtomatlaşdırılmış informasiya sisteminin Vətəndaşların vəziyyəti aktlarında X14 2010-cu ildə ölüm haqqında qeydin elektron ümumi informativ bazasında mövcud olmasına baxmayaraq, xx.xx.2020-ci ildə ölmüş atasının adından məlum olmayan şəxs(lər) sənədləri saxtalaşdıraraq və təqdim edərək həmin mənzilə dair ölmüş atasının adına Bakı şəhəri 14 saylı Notariat Kontorundan vərəsəlik haqqında şəhadətnaməni alaraq, onu Bakı şəhər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək ölmüşün adına mülkiyyət haqqında şəhadətnaməni almış və məhkəmədə anası X10rşı istifadə hüququna xitam verilməsi haqqında iddia ərizəsilə çıxış etmişdir. 14 saylı Notariat Ofisinin vərəsəlik işində X18 xx.xx.2020-ci il tarixdə notariat ofisinə müraciəti haqqında ərizəsi qeydə alınmışdır. İcraatın başlanması və qurtarması həmin tarixidə qeyd olunur. Yəni bir gün notariusa X18 Rusiya Federasiyasının vətəndaşı olan ona xx.xx.2020 tarixli verdiyi xarici pasport təqdim olunmuşdur. xx.xx.2020-ci tarixdə X18 adına mənzilə dair ********** nömrəli mülkiyyət haqqında çıxarış qeydə alınır. Azərbaycan Respublikası Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci tarixli arayışına əsasən X32 xx.xx.2020-ci Azərbaycana Rusiyadan girib və xx.xx.2020-ci tarixdə Azərbaycandan Rusiyaya çıxıb. Rusiya pasportu təqdim edilmişdir. xx.xx.2021-ci tarixli, 2(006)-132/2010 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsi (hakim Anar İbadzadə) eyni adlı məhkəmənin eyni nömrəli və xx.xx.2010-cu tarixli X18 ölmüş elan edilməsi haqqında qətnaməsi (ölmüşün adından nümayəndəsi tərəfindən verildiyi ərizəsi əsasında) ləğv olunmuşdur. 1997-ci ildə açılmış vəsiyyət üzrə vərəsəliyin müddəaları vərəsə olan X29 vərəsəliyindən faktiki olaraq imtina etmişdir. 23 il keçdikdən sonra notariat orqanına vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat orqanı isə qeyd olunan qanunları pozaraq ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə vermiş, digər cavabdehlər Rəhimcan Zakirovun ölümünü bilməli olduğu halda ona mülkiyyət haqqında mənzilə dair çıxarışı qeyd etdirmişlər. Bununla yanaşı, İddiaçı nənəsi X23 yanında yaşamış, nənəsinin ölümündən sonra nənəsindən qalmış mirası faktiki olaraq qəbul etmiş, yetkinlik yaşına çatanda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında cavabdeh X18 ölmüş elan edilməsi və Alekseyin vərəsəliyi qəbul etmə ilə bağlı ərizə ilə müraciət etmiş və 2010- cu il tarixli qətnaməsi ilə ərizə təmin olunmuşdur. Həmin qətnamə 2021-ci ildə ləğv olunduğundan və onun hazırki iş üzrə iddia ərizəsi məhkəmənin icraatında olduğundan, Aleksey notariat orqanına müraciət etməmişdir. Rəhimcan Zakirov anası X30 öz oğul borcunu yerinə yetirməmiş, ona qulluq etməmiş, ölümündən sonra onu dəfn etməmiş, xərclərini çəkməmişdir. O, 1997-ci ilin aprel ayından X37 şəhərində qeydiyyatda olmuş və Azərbaycana gəlməmişdir. 9.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə etmiş və izahatında bildirmişdir ki, cavabdeh X29 1995ci ildən Azərbaycan Respublikasında yaşamır. Bu məlumatı cavabdeh Bakı Apelyasiya Məhkəməsində videogörüntü vasitəsi ilə danışarkən demişdir. Qeyd etmək istəyir ki, mülki hüquq münasibəti 1997-ci il tarixdə yarandığına görə bu məsələ Mülki Prosessual Məcəllənin tələblərinə görə köhnə qanunvericiliklə tənzimlənməlidir. Məcəllələr arasında fərq çox deyildir. Həm köhnə, həm də yeni Məcəllə ilə 6 aydan sonra vərəsəliyi qəbul etmək qadağandır. Belə ki, yeni Mülki Məcəllənin 1145-ci maddəsinin tələblərinə əsasən vərəsəlik həm vərəsə üzrə, həm də qanun üzrə keçə bilər. Həm yeni, həm də köhnə Məcəllədə qeyd edilir ki, ərizə vermək müddəti 3 ay müəyyən edilmişdir. Vərəsəliyi qəbul etməmə imtinaya bərabər tutulur. İş üzrə müəyyən edilmişdir ki, 2010-cu ildə İddiaçı Rəhimcanoviç məhkəməyə ərizə verməklə öz atası X18 ölmüş hesab edilməsini xahiş etmiş və məhkəmə onun ərizəsini təmin etmişdir. Sonradan, həmin qətnamə şəxs gəlib çıxdığı üçün ləğv edilmişdir. Qətnamə ləğv edilsə də, orada olan faktlar öz əksini tapmışdır ki, cavabdeh X29 1995-ci ildə Bakı şəhərində olmamış və anasının dəfnində iştirak etməmişdir. Həmçinin o, vərəsəliyi qəbul etməmişdir. Notariusun məktubu ilə bağlı qeyd etmək istəyir ki, 14 saylı notarius məhkəməyə məktub ünvanlayaraq qeyd etmişdir ki, X18 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən V23/2020 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə vərəsəliyin uçotu kitabında miras qoyan İddiaçının adına vərəsəlik işi açılmışdır. Həmin tarixdə tərəflərindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tblisi prosekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirilmişdir ki, 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın axırıncı daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Əlavə olaraq bildirilmişdir ki, 19 mart 1997-ci il tarixdə 2V-28 reyestr nömrəsilə qeydə alınaraq, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş İddiaçıya aid vəsiyyətnamə, 5 iyun 1998-ci il tarixdə Cavabdeh müraciəti əsasında həmin dövlət notariat kontorunun dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın axırıncı daimi yaşayış yerini, həmçinin, vərəsələrin dairəsini və vərəsənin miras əmlakı faktiki qəbul edib-etməməsini müəyyən etmək ücün ərazi üzrə 23 saylı MKİS-dən arayış tələb edilmişdir. 106 nömrə ilə qeydə alınaraq, 18 fevral 2020-ci il tarixdə 23 saylı MKİS-dən verilmiş arayışa əsasən, miras qoyan İddiaçının, vərəsə Cavabdeh ilə birgə miras əmlakda qeydiyyatda olması qeyd edilmişdir. Eyni zamanda, Cavabdeh 28 aprel 1997-ci il tarixdə qeyd edilən miras əmlakdan qeydiyyatdan çıxmasıda arayışda öz əksini tapmışdır. Bu hal ilə Cavabdeh miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də 21 fevral 2020-ci ildə tərəflərindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras açılan zaman qeydiyyatda olan digər şəxslərin məcburi pay hüquqları olmadığından, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onlar nəzərə alınmamışlar. Vurğulanır ki, 1998-ci ildə Cavabdeh guya ki, notariusa müraciət etmiş və notarius Əzizli 5 iyun 1998-ci il tarixdə verdiyi şəhadətnamə qüvvədədir. Həqiqətən də belə bir qeyd vardır. Lakin həmin notariat işində Zakirovun ərizəsi mövcud deyildir. Əgər bunlar deyirsə 1998-ci ildə Cavabdeh müraciət etmişdir, onda onun ərizəsi mövcud olmalıdır. Hazırki notarius Elmar Əliyev qeyd edir ki, həmin şəxs 28 aprel 1997-ci il tarixdə həmin mənzildə qeydiyyatda olduğu üçün hesab etmişdir ki, o, vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Lakin Cavabdeh həmin qeydiyyatdan 08 aprel 1997-ci il tarixdə çıxmışdır. Cavabdeh həmin gün Leninqrad (Sankt Peterburq) şəhərində Balestrovski prospekti ev 21, mənzil 66 ünvanda qeydiyyata düşmüşdür. 17 fevral 2020-ci il tarixdə notarius tərəfindən verilmiş məktubdan görünür ki, həmin mənzildə ancaq Nümayəndə3 qeydiyyatdadır. Cavabdeh anası milliyətcə rusdur. Həmçinin o xristiandır. Xristianların isə dəfn mərasimi elədir ki, onlar üç gün evdə qalırlar. Onların din xadimi gəlir və dualar oxuyur. Digər şəxslər də gəlib mərhumla vidalaşırlar. Cavabdeh özü qeyd etmişdir ki, anası rəhmətə gedəndə o, Bakıya 1 gün gəlmiş və sonra getmişdir. 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsində Cavabdeh ölmüş elan edilməsinə dair qətnamə ləğv edildikdə, onlar izah etmişdilər ki, onlar 1995-ci ildə Cavabdeh görməmişlər. Orada hər gün iştirak etmişlər və onun oğlunu görməmişlər. Ölən gündən 2010-cu il tarixə kimi heç kəs Cavabdeh görməmişdir. O qətnamə ləğv edilsə də, onun sübutları həmin işin içindədir. Alekseyin və Aleksandranın vərəsəliyi qəbul etməsinə dair onu qeyd etmək istəyir ki, o, bununla bağlı oxuduğu məktəbə sorğu vermişdir və sorğusuna məktəbin direktoru Həcər Mahmudova məlumat verərək qeyd etmişdir ki, Aleksandra Zakirova 1994-cü ildə məktəbin 5-ci sinifinə qəbul edilmiş və 2001-ci ildə məktəbin 11-ci sinifini bitirmişdir. 1988-ci il təvəllüdlü İddiaçı 1995-ci ildə məktəbin 1-ci sinifinə qəbul edilmiş və 2004-cü ildə məktəbin 9-cu sinifini bitirmişdir. Onların nənəsi 1997-ci ildə rəhmətə getmişdir. Nənələri rəhmətə getdiyi zaman onlar orada yaşamışlar. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 10.İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki işdən məlum olur ki, cavabdeh X29 məhkəmə iclasına gəlmiş, məhkəmə iclaslarında iştirak etdiyi üçün onun ölmüş hesab edilməsinə dair qətnamə ləğv edilmiş və öz qüvvəsini almışdır. Onu da qeyd edir ki, X29 anası rəhmətə gedəndən 2-3 gün sonra Bakı şəhərinə gəlmiş, anasının yas mərasimində iştirak etmiş və anasının dəfnində dostu tərəfindən çəkilmiş 600 dollar xərci dostuna geri ödəmişdir. X29 anasının birinci növbəli vərəsəsidir. İddiaçı isə nənəsinin ikinci növbəli vərəsəsidir. İddiaçının atası sağ olduğuna görə onun miras payı yoxdur. Hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün onun subyektiv hüququ yoxdur. Qeyd edir ki, cavabdeh X18 ikinci nikahından olan övladı xəstə olduğundan, onun vərəsəlik işləri ilə maraqlanmağa vaxtı olmadığından, cavabdeh vərəsəlik işləri ilə gec məşğul olmuşdur. Həmin dövrdə Sankt Peterburq şəhərindən Bakı şəhərinə həftədə iki dəfə uçuş olduğuna görə o, anası öləndən iki gün sonra Bakı şəhərinə gələ bilmişdir. İddia ərizəsini əsassız hesab edir. Bir daha qeyd edir ki, iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mərhumə X11 Zakirov sağdır və anasının birinci növbə vərəsəsidir. Cavabdeh anasının ölməsi barədə məlumatı dostu X38 vermişdir. Onun dostu anasının dəfn xərclərini çəkmişdir. Cavabdeh anası rəhmətə gedəndən sonra anasının yas mərasimində iştirak etmək üçün təyyarə ilə gəlməli idi, buna görə də həmin dövrdə təyyarələr həftədə iki dəfə 2-ci və 5-ci günlər uçduğu üçün gec gəlmək məcburiyyətində qalmışdır. O, gəldikdən sonra dostunun anasının dəfn işlərinə çəkdiyi xərcləri ona geri qaytarmışdır. Həmçinin onu da qeyd edir ki, Cavabdeh anasının dəfn vəsiqəsini də almışdır. 1996-cı il tarixə kimi Cavabdeh Bakı şəhərində yaşamışdır. Nümayəndə3 ilə Cavabdeh arasında nikah pozulduğu üçün Cavabdeh övladları üçün aliment ödəmişdir. O, yenidən ailə həyatı qurduqdan sonra 1 il Bakı şəhərində yaşamış və ondan övladlarının saxlanılması üçün daim aliment tutulmuşdur. Onun ikinci nikahdan olan uşağı xəstədir. Köhnə qanunvericiliyə əsasən himayəsində xəstə uşağı olan şəxsə pay da çatır. İddiaçı tərəf qeyd edir ki, cavabdeh Bakı şəhərində olmamışdır. Əgər cavabdeh Bakı şəhərində olmamışdırsa, anasının dəfn vəsiqəsini necə əldə etmişdir? Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. 11.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 dekabr 2022-ci il tarixli, 2(006)-134/2022 saylı qətnaməsi ilə (hakim-Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmiş və ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 12.Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 avqust 1983-cü il tarixli, H-JQ seriyalı 407838 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X39 28 avqust 1983-cü il tarixdə mədə xərçəngi xəstəliyindən Bakı şəhərində ölmüşdür. Bu barədə müvafiq akt qeydləri kitabında 29 avqust 1983-cü il tarixdə 1591 nömrəli akt qeydi aparılmışdır. 13.Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzili X23 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 196 №li reyestr kitabının 29066 səhifəsində xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. 14.19 mart 1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X36 Bakı şəhəri, Tbilisi prospekti, 66 saylı evin, 43 saylı mənzilini oğlu X22 vəsiyyət etmişdir. Qeyd: vəsiyyətnamədə 05 iyun 1998-ci il tarixində qeydiyyat aparılmaqla, vəsiyyətnamənin qüvvədə olduğu qeyd edilmişdir. 15.Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 24 aprel 1997-ci il tarixli, V-JQ seriyalı 281072 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X36 23 aprel 1997-ci il tarixdə insultdan Bakı şəhərində ölmüşdür. Bu barədə müvafiq akt qeydləri kitabında 24 aprel 1997-ci il tarixdə 431 nömrəli akt qeydi aparılmışdır. 16.X18 notariat ofisinə ünvanlanmış 21 fevral 2020-ci il tarixli ərizəsindən görünür ki, R.Şərifoviç miras əmlakın Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 66 saylı evin 43 saylı mənzilindən ibarət olduğunu, ondan başqa vərəsənin olmadığını qeyd edərək, göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 17.21 fevral 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzili vəsiyyətnamə üzrə miras pay qismində X22 keçmişdir. 18.23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışından görünür ki, mərhumə X36 vəfat edən günə qədər Moskva (keçmiş Tbilisi) prospekti, ev 66, mənzil 43-də qeydiyyatda olub. Vəfat edib xx.xx.1997-ci il tarixində. Vəfat edən günə qədər onunla birlikdə qeydiyyatda olublar oğlu X29, qeydiyyatdan çıxıb 28 aprel 1997-ci il tarixində. Nəvəsi İddiaçı Rəhimcanoviç, nəvəsi X6, gəlini Nümayəndə3. “Elektron notariat” X1 çıxarışa əsasən hal-hazırda keçmiş gəlini Nümayəndə3 tək qeydiyyatdadır. 19.V-JQ seriyalı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X29 28 aprel 1997-ci il tarixində Sankt Peterburq şəhərində qeydiyyata düşmüşdür. 20.Məhkəmənin sorğusu əsasında daxil olmuş 2(006)-132/2010 saylı mülki işin materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş vəsiqənin surətindən görünür ki, 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə X23 dəfninə dair vəsiqə verilmişdir. 21.Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə X18 adına qeydiyyatdan keçmişdir. 22.Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubundan görünür ki, birinci növbəli vərəsə Cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən V-23/2020 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə vərəsəliyin uçotu kitabında miras qoyan İddiaçının adına vərəsəlik işi açılmışdır. Həmin tarixdə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tblisi prosekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın axırıncı daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 19 mart 1997-ci il tarixdə, 2V-28 reyestr nömrəsilə qeydə alınaraq, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş İddiaçıya aid vəsiyyətnamə 5 iyun 1998-ci il tarixdə Cavabdeh müraciəti əsasında, həmin dövlət notariat kontorunun dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın axırıncı daimi yaşayış yerini, həmçinin, vərəsələrin dairəsini və vərəsənin miras əmlakı faktiki qəbul edib etməməsini müəyyən etmək ücün ərazi üzrə 23 saylı MİS-dən arayış tələb edilmişdir. 106 nömrə ilə qeydə alınaraq 18 fevral 2020-ci il tarixdə 23 saylı MİS-dən verilmiş arayışa əsasən, miras qoyan İddiaçının, vərəsə Cavabdeh ilə birgə, miras əmlakda qeydiyyatda olması qeyd edilmişdir. Eyni zamanda Cavabdeh, 28 aprel 1997-ci il tarixdə, qeyd edilən miras əmlakdan qeydiyyatdan çıxması da arayışda öz əksini tapmışdır. Bu hal ilə Cavabdeh miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də 21 fevral 2020-ci ildə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras acılan zaman qeydiyyatda olan digər şəxslərin məcburi pay hüquqları olmadığından, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onlar nəzərə alınmamışlar. 23.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 2(102)- 5136/2022 saylı qərarından görünür ki: -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcan oğlunun maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “vətəndaşın ölmüş elan edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı Rəhimcan oğlunun atası 20 may 1957-ci ildə Leninqrad şəhərində doğulmuş, ünvan 1 ünvanda daimi qeydiyyatda olan X14 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün X14 ölüm günü sayılması qət edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(006)- 132/2010 saylı qətnaməsi ilə X18 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsinin ləğv edilməsi, hazırki qətnamənin əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X14 ölməsi barədə qeydin ləğv edilməsi üçün əsas olması qət edilmişdir. -Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)- 2944/2022 saylı qətnaməsi ilə ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5136/2022 saylı qərarı ilə ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(103)-2944/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 24.Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, Maina xanımın yoldaşını onların uşaqları birinci sinifə gedərkən 01 sentyabr 1995-ci il tarixdə görmüşdür. Belə ki, uşaqlar birinci sinifə başlamamışdan öncə onlar üçün nəzərdə tutulmuş cərgədə dayanmışlar və elə orada da Rəhimcanı 5-10 dəqiqəlik müddət ərzində görmüşdür. Uşaqların valideynləri olaraq onunla Maina xanım arasında yaxın dost münasibətləri yaranmışdır. Lakin uşaqların nənəsi xəstə olduğu zaman və sonradan vəfat etdikdə heç kim Rəhimcanı görməmişdir. Ruslarda belə bir adət vardır ki, onlar ölən şəxsi üç gün ərzində dəfn etmir və onun meyitini bu müddət ərzindəsaxlayırlar. Mainanın qaynanasını da onlar üç gün saxlayıb, dəfn etməmişlər. Doqquzuncu, qırxıncı günlərdə onlarda olmuşlar, hətta qəbirstanlığa da getmişlər, lakin Rəhimcanı görən olmamışdır. 25.Şahid verilmiş suallarla əlaqədar əlavə olaraq bildirmişdir ki, Maina xanımı 01 sentyabr 1995-ci il tarixdən, yəni uşaqlarının birinci sinifə getdikləri vaxtdan etibarən tanıyır. Rəhimcanı 01 sentyabr 1995-ci il tarixində uşaqları birinci sinifə başlayarkən dayandıqları cərgədə görmüşdür. Yalnız bir dəfə cəmi 5-10 dəqiqəlik müddət ərzində görmüşdür. Ola bilər ki, Rəhimcanı bir dəfə gördüyünə görə sonradan onu görüb tanımasın. Anna xanım 1997-ci ilin aprel ayında rəhmətə getmişdir. Maina xanımın qaynanasını dəfn edərkən köməklik olsun deyə müəyyən miqdarda pul yığıb ona vermişlər. Hətta mərhumə Anna xanım öldüyü gün onlarda qalmışdır. Həmin vaxt o, Biləcəridə yaşayırdı. Onun böyük oğlu Dmitriy ilə Maina xanımın oğlu Aleksey bir sinifdə oxuyublar. 26.Şahid daha sonra bildirmişdir ki, 1997-ci ildə Rəhimcanı görsə idi tanıyardı. Çünki onu gördüyü vaxtdan uzun müddət keçməmişdir. Bəlkə indi görsə onu tanıya bilməz. Onlar Maina xanıma maddi cəhətdən köməklik göstərmiş və ona müəyyən miqdarda pul vermişlər. Anna xanımı dəfn edərkən o, da qəbirstanlığa olmuş və dəfn mərasimində iştirak etmişdir. Elə həmin vaxt qəbir üzərinə qara rəngli xaç da qoyulmuşdur. 27.Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ünvanında yerləşən 66 saylı evin 45 saylı mənzilində uzun müddət yaşamışdır. Həmin evi 1998-ci il tarixində almışlar. O vaxtadək isə elə həmin evdə kirayədə yaşamışlar. İndi isə orada oğlu yaşayır. Maina xanımı qeyd etdiyi evdə kirayə qaldıqlarını vaxtdan, yəni 1996-cı il tarixdən etibarən tanıyır. Onunla üzbəüz qonşu olmuşlar. Maina xanım həmin evdə uşaqları ilə tək yaşayırdı. İki uşaqdan başqa onunla qohumlarının və yaxud kiminsə yaşadığını görməmişdir. Üç ildir ki, o evdən çıxmışdır. Həmin vaxta kimi isə orada yaşamışdır. Maina xanım 1996-cı ilin sonlarından o evdə tək yaşayır. 28.Şahid verilən suallarla əlaqədar əlavə olaraq bildirmişdir ki, Maina xanımla iki uşağı ilə yanaşı qaynanası da yaşayırdı. Qaynanası xəstə olmuşdur. Onlara gedib-gəlirdi. Qaynanasını Maina xanım dəfn etmişdir. Onlar da qonşuları olaraq az miqdarda pul yığıb ona köməklik etmişlər. Anna Vasilyevna dəfn olunarkən o da qonşularla birlikdə qəbirstanlığa getmişdir. 29.Məhkəmə işin fatiki halları ilə bağlı qeyd etmişdir ki, X29 ilə Nümayəndə3 arasında 1984-cü il tarixində nikah bağlanmış, bu nikahdan tərəflərin 1984-cü il tarixdə X15 və 1988-ci il tarixdə İddiaçı Şərifoviç adlı iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında nikah bağlandıqdan sonra onlar X18 anası mərhumə X30 məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilində yaşamışlar. Bir müddət keçdikdən sonra tərəflər arasında mövcud olmuş nikah münasibətlərinə son qoyulmuş və onlar arasında nikah 1995-ci il tarixində pozulmuşdur. Sonradan, X29 ikinci dəfə ailə həyatı qurmuş və bir müddət sonra Azərbaycan Respublikası hüdudlarını tərk edərək, Rusiya Federasiyasına köçmüşdür. Cavabdehin anası X36 19 mart 1997-ci il tarixində notariat kontoruna müraciət edərək, özünə məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilini oğlu X22 vəsiyyət etmiş, 1997-ci ilin 24 aprel tarixində vəfat etmişdir. Vəsiyyətnamənin tərtib edilməsi, vəsiyyətnamədə mübahisəli daşınmaz əmlakın kimə vəsiyyət edildiyinə dair məlumatın açıqaydın şəkildə qeyd edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bu kimi digər hallar iddiaçıda narazılıq doğurmuş və bu narazılıqlar əsasında iddiaçı məhkəməyə müraciət etməklə, qeyd edilən şəhadətnamənin etibarsız sayılmasını və özünün vərəsə kimi tanınmasını tələb etmişdir. Tələbini isə mərhumə nənəsinə onun vəfat etməmişdən öncə anası ilə birlikdə qayğısına qalması, ona qulluq etməsi, vəfat etdikdən sonra dəfn xərclərini anası tərəfindən çəkilməsi, atasının isə anasının dəfnində iştirak etməməsi, atasının miras əmlakı qəbul etməsinə dair hər hansı bir cəhd göstərməməsi, lakin özünün o evdə yaşamaqla, faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməsi və s. hallarla əsaslandırmışdır. 30.Məhkəmə hesab etmişdir ki, mübahisəli hüquq münasibəti 1997-ci ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.1964-cü il tarixində qəbul edilmiş, xx.xx.1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. 31.Məhkəmə qeyd etmişdir ki, İddiaçı Rəhimcanoviç (1988-ci il təvəllüdlü) iddia tələbində miras əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, nənəsi X36 rəhmətə getdiyi dövrdə (1997-ci il) o, azyaşlı (9 yaş) olmuşdur. Digər tərəfdən o həm yetkinlik yaşına çatdıqdan sonra, həm də atasının ölmüş elan edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan da sonra belə aidiyyati notariat orqanına müraciət etməmiş və onun miras əmlakı qəbul etməsinə dair hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. 32.Məhkəmə əlavə etmişdir ki, iddiaçı nənəsi vəfat etdikdən sonra atasının dəfn mərasiminə gəlməməsini, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmamasını qeyd etsə də, iş materiallarında (o cümlədən tələb edilmiş notariat işində) olan aşağıdakı sənədlərlə iddiaçının bu dəlilinin tam əksi sübuta yetirilmişdir: 1.23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı; 2.19 mart 1997-ci il tarixli vəsiyyətnamə; 3.Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubu; 4.24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə X23 dəfninə dair vəsiqə. 33.İş materiallarında olan 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı ilə müəyyən edilmişdir ki, cavabdeh X29 28 aprel 1997-ci il tarixədək Azərbaycan Respublikası ərazisində olmuş və anasına məxsus evdən yalnız 28 aprel 1997-ci il tarixində qeydiyyatdan çıxmışdır (anası rəhmətə getdikdən dörd gün sonra). 34.Məhkəmə həmçinin hesab etmişdir ki, X20 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə anası X23 dəfninə dair vəsiqənin olması da cavabdehin daha öncədən Azərbaycan Respublikasının ərazisində olmasını şübhəsiz sübut edir. 35.19 mart 1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhumə X36 vəfat etməmişdən öncə özünə məxsus əmlakı oğluna vəsiyyət etmiş və 24 aprel 1997-ci il tarixində vəfat etmişdir. Qeyd edilən vəsiyyətnamə üzərində 05 iyun 1998-ci il tarixində 14 saylı dövlət notariat kontorunun notariusu T.Əzizli tərəfindən müvafiq qeydlər aparılaraq, vəsiyyətnamənin qüvvədə olduğu açıqaydın şəkildə qeyd edilmişdir. Bu hal məhkəməyə daxil olmuş dövlət orqanının - Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubunda da öz təsdiqini tapmışdır. 36.Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh anasının vəfatından sonra həqiqətən də ölkə ərazisində olmuş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh keçmiş həyat yoldaşı Nümayəndə3 ilə nikahları pozulduqdan sonra yenidən ailə həyatı qurduğu üçün yeni ailəsi ilə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, keçmiş həyat yoldaşına və birgə nikahdan olan uşaqlarına isə ona miras qalmış evdə müvəqqəti yaşamaq üçün şərait yaratmaqla, həmin evin qeydiyyatından 28 aprel 1997-ci il tarixdə çıxmış və Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qeydiyyata düşmüşdür. 37.Məhkəmə qeyd etmişdir ki, həmin dövr üçün qüvvədə olmuş Mülki Məcəllənin normalarından da göründüyü kimi, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 38.Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 39.Məhkəmə qeyd etmişdir ki, X18 anası X4 üzrə birinci növbə vərəsəsi olması faktı digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna etmişdir. Belə olan halda qanun üzrə birinci növbəli vərəsə (miras qoyanın övladı) X18 sağ olması, hazırki iş üzrə nəvə İddiaçı Rəhimcanoviçin vərəsə olması faktını birmənalı şəkildə qeyri-mümkün etmişdir. 40.Digər tərəfdən qanunvericilik hər bir vətəndaşın öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə biləcəyi hüququnu təsbit etmişdir. 41.Məhkəmə qeyd etmişdir ki, cavabdehin anası X36 öz iradəsini açıq-aydın şəkildə ifadə etməklə, bu hüququndan oğlu X18 xeyrinə istifadə etmiş və qanunla yol verilən vəsiyyətnamənin tərtib edilməsi yolu ilə özünə məxsus daşınmaz əmlakı ona vəsiyyət etmişdir. Vəsiyyətnamədə hər hansı bir pozuntuya yol verilməmiş, əksinə həmin dövr üçün qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmayan, yazılı formada vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə notariat orqanı tərəfindən təsdiq edilmişdir. 42.Məhkəmə onu da qeyd etmişdir ki, vərəsəliyin əsas şərtlərindən biri də vərəsənin miras əmlakı qəbul etməsidir. İşin hallarından da göründüyü kimi, cavabdeh qanunun bu tələbinin də pozulmasına yol verməmiş, miras əmlakı öncə faktiki, daha sonra isə notariat orqanına müraciət etməklə qəbul etmiş (1998-ci ildə və 2020-ci ildə) və onun miras əmlakdan imtina etməsinə əsas ola biləcək hər hansı bir davranış nümayış etdirməmişdir. 43.Məhkəmə iddiaçı tərəfin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, qüvvədə olmuş qanunvericilik qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələrin, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsi ilə əlaqədar müraciət etmək hüquqlarını təsbit etmiş, cavabdeh isə öz növbəsində bu hüquqdan yararlanaraq, həmin şəhadətnamənin qanun çərçivəsində ona verilməsinə nail olmuşdur. 44.Məhkəmə onu da qeyd etmişdir ki, mərhumə X23 yalnız bir vərəsəsi - oğlu X17muş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə məhkəməyə müraciət etmədən də miras əmlakı qəbul etmək hüququna malik olmuşdur. 45.Məhkəmə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə şahidlər X3 və Şahid iddiaçının anasının (iş üzrə isə iddiaçının nümayəndəsinin) rəfiqəsi, tanışı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. 46.Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddia vərəsə kimi tanınma hissəsində də əsaslı deyil. Belə ki, cavabdeh birinci növbə vərəsədir, vəsiyyətnamə üzrə mirasdan irs almalı olan yeganə şəxsdir. Birinci növbə vərəsənin sağ olması, digər növbə vərəsələrin mirası qəbul etməsini istisna etməklə yanaşı, mübahisəli hüquq münasibəti yaranan dövrdə qüvvədə olan qanunvericiliyə görə, digər şəxslərin miras əmlakdan məcburi pay hüququ nəzərdə tutulmamışdır və miras vəsiyyətnamə üzrə vərəsənin mülkiyyətinə tam şəkildə keçirdi. 47.Məhkəmə öz mövqeyini 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 537, 538, 545, 552, 553, 554, 556, 561. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarının 99-cu bəndi: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsi: Mülki Prosessual Məcəlləsinin 217.2, 88, 106.1, 77.1, 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 48.Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini X12 iddia ərizəsinin təmin edilməsi, Zakirovun adına verilmiş vərəsəlik haqqında şəhadətnamə və onunla bağlı mülkyyət haqqında çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, İddiaçı nənəsi X26 ölümündən sonra Bakı şəhəri Tiflis prospekti, 66 mənzil 43 miras əmlakın İddiaçı tərəfindən qəbul olunmuş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 49.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2010-cu ildə məhkəməyə müraciət etmiş Aleksey atasının ölüm faktını 1995-ci ildən və öz vərəsəlik hüququnu və miras qəbul etmənin təsdiq etdirmişdir. xx.xx.2021-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən bu qətnamənin ləğvi ilə Rəhimcan Zakirovun ancaq ölmüş faktı təkzib olunmuşdur. Cavabdeh sağ olması işin halarına təsir etmir. O, xəstə və qoca anası ilə yaşamamış, ona qulluq etməmiş, anasının saxlanması və müalicəsi üçün pul vəsaitləri xərc etməmişdir, dəfnində iştirak etməmiş, xərc çəkməmişdir və 23 ildən sonra Notariat orqanına müraciət etmişdir. Bu hallar MPM-nin 2-ci maddəsində qeyd olunan məqsədlərə uyğun deyil və pozulmuş olur (mənəviyyət pozulur). Diqər tərəfdən, anasına himayə olmamış övlad öz konstitusion borcunu yerinə yetirməmiş, icra etməmişdir. Rəhimcan Zakirov tərəfindən üzürlü səbəb olmadan 6 ay əvəzinə 23 ildən sonra müraciət etməsi, məhkəmə tərəfindən düzqün qiymətləndirilmədən bu maddələri pozmuşdur. xx.xx.2000-ci ildən qüvvədə olmuş Mülki Məcəlləsinin müddəaları Alekseyin vərəsəliyinə əsas olunur. Çunki anası vəfat etdikdə, oğlu naməlum şəraitdə itkin düşmüş, ölmüş elan olunmuşdur. O isə mirası faktiki qəbul etməklə yiyəlik etmişdir. Bu isə vərəsəliyin qəbul olmasının şəksiz olmasıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 50.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 51.Məhkəmə kollegiyasının əvvəlki və hazırkı iclasında İddiaçı Rəhimcanoviçin nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbi və apellyasiya şikayətində qeyd olunanlara uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdilər. 52.Məhkəmə kollegiyasının iclasında cavabdeh X18 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, mirasın açıldığı zaman qüvvədə olan Mülki Məcəllənin tələbinə görə cavabdeh qanun üzrə birinci növbə vərəsədir. İddiaçı cavabdehin oğlu olmaqla, miras qoyana münasibətdə o zaman vərəsə ola bilərdi ki, miras açılanda onun atası olan cavabdeh vəfat etmiş olsun. Digər tərəfdən cavabdeh yeganə birinci növbə vərəsə olduğundan, mirasın qəbulu müddətini keçirdikdə belə, məhkəməyə müraciət olunmadan da, mirası qəbul edə bilər. Göründüyü kimi, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququ yoxdur. 53.Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş 24 iyun 2023-cü il tarixli məktubla məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 54.Maddə 527.Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 55.Maddə 528.Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 56.Maddə 529.Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 57.Maddə 532.Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 58.Maddə 533.Birinci növbə vərəsələr olmadıda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacıqardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 59.Maddə 537.Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 60.Maddə 538.Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı omayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. 61.Maddə 545.Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 62.Maddə 552.Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 63.Maddə 553.Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. 64.Maddə 554.Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik aldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. 65.Maddə 556.Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 66.Maddə 561-ci maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 67.Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 68.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 69.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 70.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 71.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 73.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 74.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dibləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(006)- 134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 75.Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı tərəfin vəsatəti əsasında apellyasiya mərhələsində Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 23 saylı MKİS-nə, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı, Mənzil-kommunal Təsərrüfatı Departamenti, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə sorğular verilmiş, həmin sorğulara müvafiq cavablar alınmışdır. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 23 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli, 13 saylı məktubuna əsasən X29 Bakı şəhəri, Nəsimi rayon İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin 3cü bölməsinin xx.xx.1977-ci ildə vermiş olduğu V-ЖГNo578927 saylı pasporta əsasən xx.xx.1977-ci ildə daimi qeydiyyatda olub, 1-ci mkr Moskva (keçmiş Tbilisi) prospekti ev 66, mənzil 43. Vətəndaş X29 xx.xx.1997-ci ildən yuxarıda göstərilən mənzildən qeydiyyatdan çıxardılıb. xx.xx.1997-ci ildən S.Peterburq şəhəri, Kalinin rayonu, Polyustrovskiy prospekti ev 21, mənzil 61-ə daimi qeydiyyata düşüb. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı, Mənzil-kommunal Təsərrüfatı Departamenti, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2023-cü il tarixli, 38 saylı arayışına əsasən ünvan 3 ünvanında yaşamış, xx.xx.1997-ci ildə vəfat etmiş X36 xx.xx.1997-ci ildə Nümayəndə3 tərəfindən Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbristanlığında 8181 saylı qəbrdə dəfn edilmişdir (qəbzNo48893).Dəfn haqqında mərhumun yaxınlarına heç bir vəsiqə verilmir, yalnız mərhumun yaxın qohumları (ər, arvad, oğul, qız və ya onların verdiyi etibarnamə) qohumluğu təsdiq edən sənədləri təqdim etməklə dəfn yeri, qəbir nömrəsi haqqında arayış. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-1080/23 saylı məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və Z.A.Vasilyevnanın ölümünün xx.xx.1997-ci il tarixdə 431 nömrəli akt qeydi ilə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Akt məktuba əlavə edilmişdir. 76.Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh X29 ilə Nümayəndə3 arasında 1984-cü il tarixində nikah bağlanmış, bu nikahdan tərəflərin 1984-cü il tarixdə X15 və 1988-ci il tarixdə İddiaçı Şərifoviç adlı iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında nikah bağlandıqdan sonra onlar X18 anası mərhumə X30 məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilində yaşamışlar. Bir müddət keçdikdən sonra tərəflər arasında mövcud olmuş nikah münasibətlərinə son qoyulmuş və onlar arasında nikah 1995-ci il tarixində pozulmuşdur. Sonradan, X29 ikinci dəfə ailə həyatı qurmuş və bir müddət sonra Azərbaycan Respublikası hüdudlarını tərk edərək, Rusiya Federasiyasına köçmüşdür. 77.Cavabdeh X18 anası X36 19 mart 1997-ci il tarixində notariat kontoruna müraciət edərək, özünə məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin, 43 saylı mənzilini oğlu X22 vəsiyyət etmiş, 24 aprel 1997-ci ildə vəfat etmişdir. 21 fevral 2020-ci il tarixdə cavabdehin müraciəti əsasında vərəsəlik işi açılmış, Anna Zakirovadan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Rəhimcan Zakirovun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin, 43 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə X18 adına qeydiyyatdan keçmişdir. 78.İddiaçı Rəhimcanoviç bununla razılaşmayaraq vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma tələbi ilə məhkəməyə müraiət etmiş və tələbini mərhumə nənəsinə onun vəfat etməmişdən öncə anası ilə birlikdə qayğısına qalması, ona qulluq etməsi, vəfat etdikdən sonra dəfn xərclərini anası tərəfindən çəkilməsi, atasının isə anasının dəfnində iştirak etməməsi, atasının miras əmlakı qəbul etməsinə dair hər hansı bir cəhd göstərməməsi, lakin özünün o evdə yaşamaqla, faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməsi və s. hallarla əsaslandırmışdır. 79.Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 80.İlk öncə kollegiya qeyd etməyi zəruri hesab edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 81.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 82.Göründüyü kimi, subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 83.Kollegiya hesab edir ki, mübahisəli hüquq münasibəti 1997-ci ildə baş verməklə (yaranmaqla), hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.1964-cü il tarixində qəbul edilmiş, xx.xx.1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları düzgün olaraq tətbiq edilmişdir. 84.İş materiallarında olan 19 mart 1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhumə X36 vəfat etməmişdən öncə özünə məxsus əmlakı oğluna vəsiyyət etmiş və 24 aprel 1997-ci il tarixində vəfat etmişdir. Qeyd edilən vəsiyyətnamə üzərində 05 iyun 1998-ci il tarixində 14 saylı dövlət notariat kontorunun notariusu T.Əzizli tərəfindən müvafiq qeydlər aparılaraq, vəsiyyətnamənin qüvvədə olduğu açıq-aydın şəkildə qeyd edilmişdir. Bu hal məhkəməyə daxil olmuş dövlət orqanının-Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubunda da öz təsdiqini tapmışdır. 85.xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından göründüyü kimi qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. (§ 57) 86.Göründüyü kimi cavabdeh X29 anası X23 yeganə qanun üzrə birinci növbə vərəsəsidir və ondan başqa qanun üzrə birinci növbə vərəsə yoxdur. Onun sağ olması digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna edir. Hazırki iş üzrə İddiaçı Rəhimcanoviç bir şərtlə qanun üzrə vərəsə ola bilər ki, miras açılarkən (xx.xx.1997-ci ildə) onun atası olan cavabdeh X29 ölmüş olsun. Göründüyü kimi, bu hal baş verməmiş və cavabdeh X29 sağdır. Yəni, yeganə birinci növbə vərəsə olan cavabdeh miras açılarkən həyatda sağ olmasaydı, onda iddiaçı atası olan cavabdehə qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə olan payı ala bilərdi. Hazırkı halda onun bu hüququ yaranmamışdır. (§ 57) 87.Digər tərəfdən iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ da yoxdur.(§ 60) 88.Kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə müraciəti əsasında cavabdehin ölmüş elan edilməsi ilə bağlı qətnamə qəbul edilsə də, sonradan həmin qətnamə ləğv edilmiş və qəbul olunmuş qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.(§23) 89.Kollegiya həmçinin qeyd edir ki, miras qoyan X23 yalnız birinci növbə bir vərəsəsi-oğlu X17muş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən o, Mülki Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş mirasın qəbulu müddətini keçirdiyi halda belə, məhkəməyə müraciət etmədən də miras əmlakı qəbul etmək hüququna malik olmuşdur. (§ 63) 90.Buna görə də, kollegiya hesab edir ki, cavabdehin sağ olması iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını istisna edir. 91.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 92.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 93.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 94.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 95.Kollegiya hesab edir ki, iddia tələbi təmin eilmədiyindən məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin tələbinə uyğun düzgün olaraq iddiaçıya aid edilmişdir. 96.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(006)-134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar