Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3572/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-4198/19 saylı, xx xxxxxx 2019-cuil tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC borclu Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli, 22H49074 saylı müqaviləyə əsasən 169 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu və xx.xx.2018ci il tarixli, K00204701 saylı müqaviləyə əsasən 160 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu, ümumilikdə 361 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 381 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-4198/19 saylı, xx xxxxxx 2019-cuil tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. Cavabdeh N.Qəniyeva apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddia tələbinin 250 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə cərimə borcuna aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 22H49074 saylı müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********55687 olan “X4 4” markalı telefonu alıcıya verməyi, alıcı isə bunun müqabilində 540 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, K00204701 saylı müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********64205 olan “Samsung J2” markalı telefonu alıcıya verməyi, alıcı isə bunun müqabilində 384 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Mülki işdəki xx.xx.2018-ci il tarixli, 22H49074 saylı müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh 540 manat məbləği ilkin ödəniş 0 manat və hər ay 45 manat olmaqla, 12 ay müddətinə ödəməli idi. Həmçinin iş materiallarında olan xx.xx.2018ci il tarixli, K00204701 saylı müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh 384 manat məbləği ilkin ödəniş 0 manat və hər ay 32 manat olmaqla, 12 ay müddətinə ödəməli idi. xx xxxxxx 2019-cu il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə xx.xx.2018-ci il tarixli, 22H49074 saylı və xx.xx.2018-ci il tarixli, K00204701 saylı müqavilələr üzrə 329 manat ödənilməmiş hissə, 32 manat cərimə borcu olmaqla, cəmi 361 manat məbləğində borcu mövcuddur. xx.xx.2018-ci il tarixli, 22H49074 saylı müqaviləyə əlavənin 3-cü maddəsinə və xx.xx.2018-ci il tarixli, K00204701 saylı müqaviləyə əlavənin 2-ci maddəsinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmişməbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində alıcı mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxx” MMC tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh tələbkara olan borcun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 22H49074 saylı və xx.xx.2018-ci il tarixli, K00204701 saylı müqavilələrə əsasən, borclu üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə 361 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, qətnamə cərimə tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən cərimə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-4198/19 saylı, xx xxxxxx 2019-cuil tarixli qətnaməsi qismən, cərimə borcunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnaməonun apellyasiya şikayətinə münasibətdəqalan (mübahisələndirilən) hissədədəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3572/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3572/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver