Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3577/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh2 Cemilin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Cemilin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanılmış 10.07.2018-ci il tarixli hazır biznesin satışı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə tərəfindən ödənilmiş 30.000 ABŞ dolları məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.Həmçinin, apellyasiya baxışı zamanı Cavabdeh1, qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı 10.07.2018-ci il tarixdə bağlanmış hazır biznesin satışı müqaviləsi üzrə ödənilməmiş 70.000 ABŞ dollarının tutularaq ona və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2020-ci il tarixli, 2(103)-764/2020 saylı qətnaməsi ilə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.07.2018-ci il tarixdə bağlanmış hazır biznesin satışı müqaviləsi üzrə ödənilməmiş 70.000 ABŞ dollarının tutularaq ona və Cavabdeh2 ödənilməsi barədə iddiası təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2020-ci il tarixli, 2(103)-764/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3648/2020 saylı, 11.08.2020-ci il tarixli Qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 23 yanvar 2020-ci il tarixli, 2(103)-764/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Cemil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(009)-3819/2018 saylı qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməlidir.Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla və Cavabdeh1 ilə İddiaçı arasında 10.07.2018-ci il tarixli "hazır biznesin satışı" müqaviləsi imzalanılmışdır. Müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən "xxxx" adı ilə fəaliyyət göstərən iaşə obyektini ( restoranı) bütün avadanlıqları ilə birlikdə hazır biznesin 100.000 ABŞ dolları məbləğinə satılmasından ibarətdir. İddiaçı ümumi 30.000 ABŞ dolları məbləğində müqavilə gününə cavabdehlərə ödəmişdir.Geriyə qalan məbləği isə 5 hissə olmaqla, hissəhissə 01.10.2018, 01.11.2018, 01.12.2018, 01.01.2019 və 01.02.2019-cui il tarixlərdə hər ay 14.000 ABŞ dolları məbləğində ödənilməsi nəzərdə tutulmuşdur.Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qətnamə çıxartmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(009)- 3819/2018 saylı qətnaməsi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edildiyindən iddia tələbinin ona- Cavabdeh2 aid hissədə ləğv olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz, əsassız və işin faktiki hallarına uyğun olmayan, yalnız iddiaçının iddia ərizəsinə istinad etməklə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.Belə ki, məhkəmə onun iştirakı olmadan və ona heç bir xəbərdarlıq olmadan qətnamə qəbul etmiş, onun yaşadığı ünvanı Bakı şəhəri, Səbail rayonu, Qoqol küçəsi 1/5,1 göstərilmişdir. Halbuki o, həmin ünvanda yaşamamışdır. Bu səbəbdən də məlumatı olmadığından məhkəmədə iştirak edə bilməmişdir. Belə ki, onunla və Cavabdeh1 ilə İddiaçı arasında 10.07.2018-ci il tarixli "hazır biznesin satışı" müqaviləsi tərtib olunmuşdur.Lakin həmin müqavilənin imzalanmasında o iştirak etməmiş, həmin müqavilədə onun imzası yoxdur və o 10.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Belə ki, onun Türkiyə Respublikasında yaşayan anası 18.06.2018-ci il tarixdə vəfat etdiyindən o, təcili olaraq 18.06.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək Türkiyə Respublikasına getmişdir.Anasının dəfn mərasimində iştirak etdikdən sonra 16.07.2018-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikasından 18.06.2018-ci il tarixdə çıxmağı və 16.07.2018-ci il tarixdə geri qayıtmağını ona məxsus olan pasprotunda rəsmi dövlət orqanı tərəfindən həmin tarixlərdə vurulmuş möhür təsdiq edir. Mübahisələndirilən müqavilə isə 10.07.2018-ci il tarixdə imzalanmışdır. Həmçinin 10.07.2018-ci il tarixli müqavilədə də göründüyü kimi onun imzası yoxdur.Həmin müqavilədə olan imza Cavabdeh1 tərəfindən imzalanmış və ona məxsusdur. Bu səbələrdən də müqavilə imzalanan tarixdə o, Azərbaycan Respublikasında olmadığından və 10.07.2018-ci il tarixli müqavilənin imzalanmasında iştirak etmədiyindən onun Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(009)-3819/2018 saylı qətnaməsində qeyd olunan 30.000 ABŞ dolları məbləğində pulun ödənilib-ödənilməməsi, kimə, nə vaxt ödənilməsi barədə məlumatı yoxdur. Lakin bunlara baxmayaraq məhkəmə qanunsuz olaraq iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə onun iştirakı ilə keçirilmədiyindən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və onlar tərəfindən imzalanmış 10.07.2018-ci il tarixli müqavilənin onun iştirakı olmadan bağlandığını bildirmək imkanı olmamış, məhkəmə onun şikayətində göstərdiklərini araşdırmadan, 10.07.2018-ci il tarixli müqavilə bağlanarkən o, Azərbaycan Respublikasında olmadığı və 10.07.2018-ci il tarixli müqavilədə onun imzası olmadığı halda 10.07.2018-ci il tarixli müqavilənin onun və Cavabdeh1 tərəfindən imzalandığı kimi qiymətləndirərək, əsasssız qətnamə qəbul etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui -istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən qeyri-qanuni və müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui istifadə hesab edilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan şəxs( varlanmış) o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, iş materiallarında olan 10.07.2018-ci il tarixli "hazır biznesin satışı" müqaviləsindən görünür ki, müqavilə Cavabdeh2 imzası olmadan İddiaçı və Cavabdeh1 imzaları əsasında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır.Həmçinin, Cavabdeh2 məxsus pasportdan da görünür ki, Cavabdeh2 10.07.2018-ci il tarixdə Azərbaycan Respublikasında olmamışdır.Belə ki, Cavabdeh2 18.06.2018-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış və 16.07.2018-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin 4 məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və həmin müqavilədə olan imzaların İddiaçı və Cavabdeh1 məxsus olmasına baxmayaraq 10.07.2018-ci il tarixli müqavilə üzrə iddiaçı həmin müqavilədə adı qeyd olunan Cavabdeh2 imzasının olmadığını və iddia etdiyi 30.000 ABŞ dollarının Cavabdeh2 ödənilmədiyini bildiyi halda əsassız olaraq ona qarşı da iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən İddiaçı tərəfindən yazılmış ərizəyə və 10.07.2018-ci il tarixli müqaviləyə istinad edərək, 10.07.2018-ci il tarixli "hazır biznesin satışı" müqaviləsinin etibarsız hesab edilməsi və 30.000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etsə də, məhkəmə işini dəqiq araşdırmamış, yalnız formal olaraq sübutlar əsasında iddia tələbini təmin etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, müdafiə mövqeyini üzərinə götürərək, işə birtərəfli qaydada baxaraq, yalnız cavabdehlərin nümayəndəsinin etirazında göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar-maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13.12.2018-ci il tarixli qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq" edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi - tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən iddia tələbinin ona- Cavabdeh2 aid hissədə ləğv olunması barədə qətnamə qəbul edilməlidir.Yuxarıda qeyd olunanlara və AR MPM-in 365-393-ci maddələrinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13.12.2018-ci qətnaməsinin iddia tələbinin Cavabdeh2 aid hissədə ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13.12.2018-ci qətnaməsinin iddia tələbinin Cavabdeh2 aid hissədə ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ona Cavabdeh2 heç bir borcu olmadığını, pulu Cavabdeh1 tələb etdiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər.Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2020-ci il tarixli, 2(103)-764/2020 saylı qətnaməsi ilə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.07.2018-ci il tarixdə bağlanmış hazır biznesin satışı müqaviləsi üzrə ödənilməmiş 70.000 ABŞ dollarının tutularaq ona və Cavabdeh2 ödənilməsi barədə iddiası təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kollegiya, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə-yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanıldığını (1-ci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanıldığını) nəzərə alaraq hazırda 1-ci instansiya məhkəməsinin qətnaməsinin digər Cavabdeh2 Cemilin apellyasiya şikayətinə münasibətdə yoxlanmasını mümkün və əsaslı hesab edir. Kollegiya tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 Cemilin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 3819/2018 saylı, 13.12.2018-ci qətnaməsi iddia tələbinin Cavabdeh2 aid hissəsində ləğv olunmalı, ona münasibətdə iddiala rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-cu il tarixli 2(102)-3648/2020 saylı Qərarında qeyd edilmişdir ki, “Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 24.08.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Sabir Nəzərov, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 13 kv.m. qeyri-yaşayış sahəsini 24.08.2022-ci il tarixədək;07.09.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Akşin Rəhimov, mülkiyyətində olan Bakı şəhəri, Qoqol küçəsi, ev 1/5, 23.5 kv.m.-dən ibarət 1 nömrəli mənzili 07.09.2018- ci il tarixədək Cavabdeh2 icarəsinə vermişdir.İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında sadə yazılı formada bağlanılmış 10.07.2018-ci il tarixli hazır biznesin satışı müqaviləsinə əsasən, satıcılar Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanındakı “xxxx” adı ilə fəaliyyət göstərən restoranı, içərisindəki bütün avadanlıqları ilə bir yerdə, 100.000 ABŞ dolları qarşılığında, hazır biznesin alıcısı olan İddiaçı satmış və ümumi məbləğin 30.000 ABŞ dolları hissəsinin ilkin ödəniş kimi Cavabdeh1 ödənilməsi, yerdə qalan 70.000 ABŞ dollarının 5 bərabər hissəyə bölünərək aylıq 14.000 ABŞ dolları olmaqla alıcı tərəfindən Özkan Çakıroğluna EFT yolu ilə köçürülməsi, restoranın kiçik dükanının icarə müqavilələri və kassa qeydiyyatının Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı adına ödəniş bitdiyində keçirilməsi, böyük dükanının kirayə müqaviləsinin İddiaçı adına keçirilməsi razılaşdırılmışdır.Müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır.İddiaçı tərərəfindən Cavabdeh1 müqavilə üzrə 30.000 ABŞ dolları ilkin ödəniş edilmişdir. Qeyd edilənlər, iddia ərizələri, 24.08.2017-ci il və 07.09.2017-ci il tarixli icarə müqavilələri, 10.07.2018-ci il tarixli hazır biznesin satışı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiqlənir.” Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-cu il tarixli 2(102)-3648/2020 saylı Qərarında qeyd edilmişdir ki, “Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə razılaşma tərəflərin imzası (iradə ifadəsi) ilə təsdiqləndikdə bağlanmamış hesab edilir.Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir.Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan daşınmaz əşyalar 24.08.2017-ci il və 07.09.2017-ci il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh2 icarəsinə verilmişdir. Belə olan halda, icarə hüququnun sahibi Cavabdeh2 olduğu üçün, bu hüquqa sərəncam vermək səlahiyyəti bilavasitə ona məxsusdur.Buna baxmayaraq, mübahisə predmeti olan müqavilə Cavabdeh2 tərəfindən imzalanmamış və o, həmin əqdi sonradan bəyənməsinə dair iradə bəyan etməmişdir. Bundan əlavə, “Ziyafet Kebab” əmtəə nişanının müvafiq dövlət orqanında cavabdehlərdən birinin adına qeydiyyatdan keçməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh1 nümayəndəsinin təqdim etdiyi, Kommersiya qurumlarının dövlət reyestrindən çıxarış isə əmtəə nişanı barədə deyil, "xxxx" MMC-nin qeydiyyatı haqqında məlumatdır.” Həmçinin, işin materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 10.07.2018-ci il tarixli "hazır biznesin satışı" müqaviləsi imzalanan zaman Cavabdeh2 10.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Belə ki, o, 18.06.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək Türkiyə Respublikasına getmiş, 16.07.2018-ci il tarixdə isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikasından 18.06.2018-ci il tarixdə çıxmağı və 16.07.2018-ci il tarixdə geri qayıtmağını , Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Arayışı və ona məxsus olan pasprotunda rəsmi dövlət orqanı tərəfindən həmin tarixlərdə vurulmuş möhür də təsdiq edir. Kollegiya qeyd edir ki, yuxarıda sadalananlara əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 10.07.2018-ci il tarixli müqavilə Cavabdeh2 üçün öhdəlik yaratmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Cemilin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3819/2018 saylı, 13.12.2018-ci qətnaməsi mübahisələndirilən hissədə-yəni iddia tələbinin Cavabdeh2 Cemilə aid hissədə ləğv olunsun. İddia tələbi Cavabdeh2 Cemilə aid hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3577/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3577/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver