Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3579/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 161/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2017-ci-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada rəsmi qeydiyyatda olduqları ünvana xx.xx.2017-ci il tarixdə göndərilmiş (iş səh. 83-84), qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.86-89). Cavabdeh xx.xx.2020-ci ərizə ilə müraciət edərək, qətnamənin mövcudluğundan xəbəri olmadığından qətnamənin surətinin ona rəsmi olaraq təqdim edilməsinin təmin edilməsini xahiş etmiş (səh.90), qətnamənin surəti cavabdehə rəsmi qaydada həmin ünvana xx.xx.2020-ci il tarixində göndərilmişdir (səh.92). Cavabdeh xx.xx.2021-ci il tarixində apellyasiya şikayətini və ərizəni məhkəməyə təqdim edərək, apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir (səh.93-95) Eyni zamanda mülki işə əlavə edilmiş və müddət bərpa barədə ərizəni imzalayan nümayəndənin hüquqlarını təsdiq edən etibarnamə tərcümə edilməmişdir (səh.97). Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayət edilməyək, cavabdehin iş yeri, yaşayış yeri, yaxud olduğu yer əks edilməmiş, bununla çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Qeyd edilənlərdən əlavə, etibarnamə müvafiq qaydada tsdiq olunaraq tərcümə edilməmişdir (səh.97). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-161/2017 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 161/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və müddətin ötürülməmiş sayılaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (səh.100). Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 133.6-ci maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. lakin prosessual müddətin ötürülməməsinə dair qərardaddan tərəflərin şikayət vermə (məhkəmə müdafiəsi) hüquqları pozulmuşdur. Ona görə, Kollegiya apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar müəyyən etmir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 2, 9, 128-135, 357.1, 360-366, 397.2 və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-161/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3579/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3579/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver