Məhkəmə qərarları › İş №2(103)-3580/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3580/2022

04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3580/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X59 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X49, Cavabdehlər X6, Cavabdeh6, X9, X25, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X60, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin nümayəndəsi X50 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(004)- 4397/2019 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2019-cu il tarixli, 2(004)-4397/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X33 miras qalmış fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X33 miras qalmış fərdi yaşayış evinin 1/24 hissəsinə Cavabdeh1, 1/48 hissəşinə Cavabdeh2, 1/48 hissəsinə Cavabdeh7, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızının, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızının, 1/96 hissəsinə X22, 1/96 hissəsinə X34, 1/96 hissəsinə X15, 1/32 hissəsinə X10, 1/32 hissəsinə X51, 1/32 hissəsinə Cavabdeh3, 1/96 hissəsinə Cavabdeh4, 1/96 hissəsinə Cavabdeh6, 1/96 hissəsinə Cavabdeh5, 1/32 hissəsinə Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızının, 1/4 hissəsinə Cavabdeh8, 1/4 hissəsinə Cavabdeh9 və 1/6 hissəsinə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, V.Ə.İbayev) xx.xx.2021-ci il tarixli, 2(103)-5255/2021 nömrəli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Daşınmaz Əmlkın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, E.Şamayev, A.Abbasov) xx.xx.2022-ci il tarixli, 2(102)-626/2022 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5255/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən Qərarında vurğulanmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129,9 kv.m olan 7 otaqlı fərdi yaşayış evi (yerləşdiyi 0,02067 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla X38, X39, X40, X8 və X61 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X40 1/5 hissəsindən 1 otaq (11,7 kv.m) X41 adına qeydiyyatdan keçmişdir. xx.xx.2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X40 1/5 hissədən qalan hissə xx.xx.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 346/g-12 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh8 Ələsgər qızının adına aparılmış qeydiyyat və hüquqları xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ləğv olunmuşdur. Hal-hazırda müvafiq fərdi yaşayış evinin 1/5 hissəsi X38, 1/5 hissəsi X39, 1/5 hissədən 1 otaq (11,7 kv.m) X41, 1/5 hissəsi X8, 1/5 hissəsi isə X61 paylı mülkiyyətindədir. Cavabdeh8 Ələsgər qızının adına aparılmış qeydiyyat ləğv olunduğundan mərhum X40 mülkiyyətində olan fərdi yaşayış evinin 1/5 hissəsinin qalan hissəsi onun adına bərpa olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya şikayətinin müvafiq dəlilinin olmasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən daşınmaz əmlakda vərəsələrin payı müəyyən edilərəkən müvafiq daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olan X41 payına münasibət bildirilməmiş, həmin şəxs məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Halbuki məhkəmə qətnaməsi ilə vərəsələrin əmlakda paylarının müəyyən edilməsi və bu zaman X41 payına münasibət bildirilməməsi onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmaqla yanaşı,bu vəziyyətdə fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının mümkün olmadığı apellyasiya şikayətində məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə öz qətnaməsində həmin məsələyə öz münasibətini bildirməmişdir. Qeyd olunan halların düzgün və qanuna müvafiq qaydada yenidən araşdırılması məqsədilə X72 məhkəmə tərəfindən müvafiq mülki iş üzrə cəlb edilməlidir. Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından qətnamə ləğv olunmalıdır. Məhkəmə qətnaməsi daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı olsa da, idarə müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilmədiyindən və idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqlaın qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan, həmçinin, müvafiq mülki iş üzrə icra sənədi icra və probasiya şöbəsi tərəfindən birbaşa icra üçün idarəyə göndərildiyindən idarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Belə ki, müvafiq icra sənədinin verilməsi əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi idarəyə rəsmi qaydada məhkəmə tərəfində göndərildiyindən idarə tərəfindən xx.xx.2019-cu il tarixli, məktubla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin rəsmi qaydada idarəyə göndərilməsi xahiş edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129,9 kv.m olan 7 otaqlı fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla X38, X39, X40, X8 və X61 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1/5 hissədən 1 otaq (11,7 kv.m) X42 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1/5 hissədən qalan hissə xx.xx.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir. Yasamal rayon İcra Hakimiyyətinin 346/g-12 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh8 Ələsgər qızının adına aparılmış qeydiyyat və hüquqları xx.xx.2020-ci il tarixdə ********** qeydiyt nömrəsi ilə ləğv olunmuşdur. Hal-hazırda müvafiq fərdi yaşayış evinin 1/5 hissəsi X38, 1/5 hissəsi X39, 1/5 hissəsindən 1 otaq (11,7) kv.m X42, 1/5 hissəsi X8, 1/5 hissəsi isə X61 paylı mülkiyyətindədir. Bundan əlavə, müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli tikilisinin bir hissəsi və “B” literli tikilinin üstündə 2-ci mərtəbə inşa edilmişdir. Ətrafdakı tikililər söküldüyündən onlardan boş qalmış torpaq sahəsinin 150,0 kv.m hissəsi bağlanılaraq payçılar tərəfindən zəbt edilmişdir. Müvafiq ünvanda aparılmış yenidənqurma işlərinə, inşa edilmiş əlavə tikililərə və zəbt edilmiş torpaq sahəsinə dair hər hanı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda, müvafiq fərdi yaşayış evi AR Nazirlər Kabinetinin “Torpağın alınmasınızəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 11 noyabr 2015-ci il tarixli, 358 nömrəli qərarı əsasında müəyyən edilmiş söküntü əraziləri daxilində yerləşir və sözügedən qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730 ədəd, Nabat Aşurbəyova, M.F.Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov keçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan əraziə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qdər olan razidə 118 ədəd, ümumilikdə saylı 1093 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olan X73, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan və dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavab olan orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə hüquq və vəzifələrinə toxunan şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmişdir. Qeyd edilən halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə X73 məhkəmə tərəfindən müvafiq mülki iş üzrə cəlb edilməli və müvafiq ünvanda ekspertiza keçirilməmişdir. Yeni apellyasiya baxışı zamanı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X73 müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin nümayəndəsi X81 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X82 iddia ərizəsinin dəlillərinə istinad edərək maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X23, Cavabdeh6, X26 və X52 ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən X11 ¼ hissəsinə vərəsəlik payının müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ümumi 103,9 kv.m shəsinə görə X72 və Cavabdeh8 Ələsgər qızı istisna olmaqla digər qanun üzrə vərəsələrin paylarının müəyyən olunmasını məhkəməsinin mülahizəsinə buraxılmaqla müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X21 Rayon İcra Hakimiyyətinin mövqeyi ilə razı olduqlarını bildirmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-626/2022 nömrəli qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(004)-4397/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-626/2022 nömrəli qərarında qeyd olunanlar və daxil olmuş vəsatətlər nəzərə alınaraq yeni apellyasiya baxışı zamanı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X73 müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti X73 barəsəndə və miras əmlaka dair sənədlər təqdim etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi X90, X39, X43, X38 və X61 adlarına 170 nömrəli kitabda, 7299 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 260397 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1956-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı, 426107 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-T seriyalı, 096727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X27 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 015823 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 987386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı, 867002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abasova (Babayeva) Gülnarə Yusif qızı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X44, anası qrafasında X53 qeyd edilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 302516 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИВ seriyalı, 848550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Əbülfəz oğlu xx.xx.1957-ci il tarixdə anadaniş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi X90, X39, X43, X38 və X61 adlarına 170 nömrəli kitabda, 7299 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 260397 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1956-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ- ЖГ seriyalı, 426107 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-T seriyalı, 096727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X27 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 015823 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 987386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı, 867002 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abasova (Babayeva) Gülnarə Yusif qızı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X44, anası qrafasında X53 qeyd edilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 302516 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИВ seriyalı, 848550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Əbülfəz oğlu xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X35 qeyd edilmişdir. İş materiallarında olan İİ-ИЕ seriyalı, 027298 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X35 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 370159 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyeva (Dostəliyeva) Gülnarə Əbülfəz qızı xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş İX-ЖГ seriyalı, 282480 saylı,İX-ЖГ seriyalı, 402929 saylı və Xİ-ЖГ seriyalı, 496341 saylıdoğum haqqında şəhadətnamələrin surətindən görünür ki,Quliyeva (Dostəliyeva) Gülnarə Əbülfəz qızının Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 adında uşaqları vardır. İş materiallarında olan İV-ЖГ seriyalı, 388939 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan XVİ-ЖГ seriyalı, 392949 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X36 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 188336 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dostəli-zadə Əzizağa Ələkbər oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X29 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən görünür ki, X17, X30 və X3 ataları X7 miras qalmış əmlakın onlara düşən paylarından qardaşları İddiaçı xeyrinə imtina etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döylət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin sorğusuna xx.xx.2019-cu il tarixli, **********64 saylı cavab məktubundan görünür ki, ünvan 8 fərdi yaşayış evi tarixsiz olaraq X12, X45, X40, X38, X61 adlarına ilkin qeydiyyatdan keçmişdir. İş materiallarında olan 14 saylı DNK-nın 03.11,2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1/5 hissədən qalan hissə xx.xx.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2019-cu il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh8 Ələsgər qızı (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) arasında Yasamal rayonu, N.ünvan 5 ünvanda Cavabdeh8 Ələsgər qızının mülkiyyətində olan 1/5 hissədən qalan hissənin 60.000 (altımış min manat sıfır qəpik) manata satılmışdır. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli razılaşmanın (Cavabdeh8 Ələsgər qızı (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) qismində) arasında surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 39.33 kv/m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə "ikinci tərəf"ə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 60000 (altmış min) manat məbləğində kompensasiya ödənilmişdir. "Birinci tərəf" yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə "ikinci tərəf'in xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 14866.10 (on dörd min səkkiz yüz altmış altı manat on qəpik) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında "İkinci tərəf"in adına köçürülməsi barədə öhdəlik götürür. İş materiallarında olan 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqısatqı müqaviləsinə əsasən evin 1/5 hissədən 1 otaq (11,7 kv.m) xx.xx.2001-ci il tarixdə X31 adına qeydiyyatdan keçmişdir.(yəni yuxarıda qeyd edildiyi kimi X36 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, mərhumun qızı Cavabdeh8 atası X18 vərəsəsi olaraq 1/5 hissəyə iş materiallarında olan 14 saylı DNK-nın 03.11,2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir, sonra isə həmin evin 1/5 hissədən 1 otaq (11,7 kv.m) xx.xx.2001-ci il tarixdə X5 və miras əmlakın 1/5 hissədən qalan hissəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir.) İş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli, AN-İ №1029589 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X20 (1/5 hissədən 1 otaq (11,7 kv.m)) Alıcı Yasamal Rayon İcra Hakimiyyətinə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini 35226 manat 00 qəpik (otuz beş min iki yüz iyirmi altı manat sıfır qəpik) qiymətə satmışdır. İş materiallarına əlavə olunmuş 13 may 2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, birinci tərəf Yasamal rayon İcra Hakimiyyəti ikinci tərəf X73 Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, 2 yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyekə görə ikinci tərəfə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 35.226 manat (otuz beş min iki yüz iyirmi altı manat məbləğində kompensasiya ödənilmişdir. “Birinci tərəf yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə "İkinci tərəfin xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 10.762 (on min yeddi yüz altmış iki) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında İkinci tərəfin adına köçürülməsi barədə öhdəlik götürür. İş materiallarına əlavə olunmuş Cavabdeh10 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq xx.xx.1977-ci il tarixdə vəfat etmiş X1 ümumi paylı mülkiyyətlərində olmuş ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka payların müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi itə bağlı müraciətinə baxıldığı bildirilmiş, bununla əlaqədar miras qoyanın sonunçu yaşayış yeri, miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi, qohumluq münasibətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 964 saylı arayışından görünür ki, mərhum X27 ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan ev sahiblərindən alınan əmlak və torpaq vergisinin ödəyicisidir və onun 2001-ci il üzrə borcu yoxdur. İş materiallarına əlavə olunmuş 24 dekabr 2018-ci il tarixli müqavilənin (X32 (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) qismində) surətindən görünür ki, Birinci tərəf uzun müddətdir istifadəsində olan xx.xx.2018-ci il tarixdə № 847 nömrə ila 64 saylı MKİS tərəfindəm verilmiş arayışa əsasən ünvan 10 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış sahəsindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəfin xeyrinə imtina edir. Yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə №. 847 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayış əsasında Birinci tərəfə məxsusdur. Müqavilə bağlananadək mənzil məhkəmə və digər mübahisə predmeti olmamışdır. Birinci tərəf ikinci tərəfdən 60000 (altmış min) manat məbləğində kompensasiya almaqla fərdi yaşayış sahəsindən İkinci tərəfin xeyrinə imtina edir. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli razılaşmanın (X32 (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) qismində) surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 37.16 kv/m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə "İkinci tərəf"ə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 60000 (altmış min) manat məbləğində kompensasiya ödənilmişdir. "ikinci tərəf" ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirir və ona kömək məqsədi ilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini "Birinci tərəf"dən xahiş edir. "Birinci tərəf" yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə "ikinci tərəf'in xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 14432.20 (on dörd min dörd yüz otuz iki manat iyirmi qəpik) məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında "İkinci tərəf'in adına köçürülməsi barədə öhdəlik götürür. İş materiallarına əlavə olunmuş 20 noyabr 2018-ci il tarixli müqavilənin (X74 (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) qismində) surətindən görünür ki, "Birinci tərəf" Daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2018-ci il tarixdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 620 olan Forma №2 Arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 1 ünvanında yerləşən 2 saylı yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə "İkinci tərəf'in xeyrinə imtina edir. Yaşayış evi xx.xx.2018-ci il tarixdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 620 olan Forma №2 Arayışına əsasən "Birinci tərəf'ə məxsusdur. Müqavilə bağlananadək yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdır. "Birinci tərəf" "İkinci tərəf'dən 33025 (otuz üç min iyirmi beş) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən "ikinci tərəf'in xeyrinə imtina edir. İş materiallarına əlavə olunmuş 29 yanvar 2020-ci il tarixli razılaşmanın (X74 (satıcı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (alıcı) qismində) surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 21.35 kv/m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə "ikinci tərəf'lərə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 33025 (otuz üç min iyirmi beş) manat məbləğində kompensasiya ödənilmişdir. "ikinci tərəf" ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirir və ona kömək məqsədi ilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini "Birinci tərəf"dən xahiş edir. "Birinci tərəf" yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə "ikinci tərəf'in xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 10405 (on min dörd yüz beş) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında "İkinci tərəf'in adına köçürülməsi barədə öhdəlik götürür. İş materiallarına əlavə olunmuş 18 iyun 2019-cu il tarixli kompensasiya müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 (birinci tərəf) ünvan 11 ünvanında yerləşən yaşayış evinin döUət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (ikinci tərəf) xeyrinə imtina edir. Yaşayış sahəsi xx.xx.2019-cu il tarixli 64 saylı MİKS tərəfindən verilmiş, qeydə alma nömrəsi 994 olan Forma 2 Arayışına əsasən “Birinci tərəfə məxsusdur. Müqavilə bağlananadək yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdir. “Birinci tərəf “ikinci tərəfdən 42478 (qırx iki min dörd yüz yetmiş səkkiz) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən “ikinci tərəfin xeyrinə imtina edir. “İkinci tərəf bu müqavilənin 4-cü bəndində göstərilən məbləğdə kompensasiyanı “birinci tərə”ə ödədi. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2020-ci il tarixli razılaşmanın surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyəti (birinci tərəf) Cavabdeh2 və X37 (ikinci tərəflər) ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 27.62 kv/m ünvanında yerləşən, olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə "ikinci tərəflərə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 42478 (qırx iki min dörd yüz yetmiş) manat məbləğində kompensasiya ödənilmişdir. “İkinci tərəflər onlara ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiklərini bildirir və onlara kömək məqsədi ilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini “Birinci tərəfdən xahiş edirlər. “Birinci tərəf yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə “ikinci tərəflərin xahişini qəbul edir və onlara ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 12286 (on iki min yüz səksən altı) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında “ikinci tərəflərin adına köçürülməsi barədə öhdəlik götürürlər. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2-1(81)-1593/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı Yasamal Rayon icra Hakimiyyətinin cavabdehlər X72 və X55 qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə əsasən, iddianın təmin edilməsi, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 10 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər X56 və X55 35226 (otuz beş min iki yüz iyirmi altı) manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(81)-1593/2019 saylı icra vərəqəsinə əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2-1(81)-1593/2019 saylı qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və Yasamal rayon icra şöbəsi tərəfindən 19 aprel 2022-ci il tarixli “icraata başlamaq haqqında” Qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2-1(103)-751/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması" tələbinə dair iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4. Cavabdeh6, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10nə qarşı "mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbi” uzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Beləliklə, işin yuxarıda sadalanan halları ilə müəyyən olunur ki, X33 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin miras qalmışdır və onun ölümündən sonra həmin fərdi yaşayış evinin arvadı X24 və övladları – iddiaçının atası Dostəli-zadə Ələkbər Səfər oğlu, əmiləri X4, X35 və bibisi X76 tərəfindən qəbul edilmişdir. Məhkəmə Kolleggiyası qeyd edir ki, fərdi yaşayış evinin birgə paylı mülkiyyətçiləri olan X8, X13, X2, X19 və X46 vəfatından sonra miras əmlakın hazırki iddia üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 tərəfindən faktiki qəbul edərək idarə edilməsi faktı müəyyən edildiyindən iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Məhkəmə Kolleggiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-626/2022 nömrəli qərarında apellyasiya instansiyası üçün göstəriş X42 məhkəmə icraatına cəlb olunaraq onun payı ilə bağlı məsələnin araşdırılması olmuşdur . Yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/5 hissədən 1 otaq (11,7 kv.m) xx.xx.2001-ci il tarixdə X31 adına qeydiyyatdan keçmişdir.(yəni yuxarıda qeyd edildiyi kimi X36 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, mərhumun qızı Cavabdeh8 atası X18 vərəsəsi olaraq 1/5 hissəyə iş materiallarında olan 14 saylı DNK-nın 03.11,2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir, sonra isə həmin evin 1/5 hissədən 1 otaq (11,7 kv.m) xx.xx.2001-ci il tarixdə X5 və miras əmlakın 1/5 hissədən qalan hissəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh8 Ələsgər qızının adına qeydiyyatdan keçmişdir.).İş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli, AN-İ №1029589 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X20 (1/5 hissədən 1 otaq (11,7 kv.m)) Alıcı Yasamal Rayon İcra Hakimiyyətinə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini 35226 manat 00 qəpik (otuz beş min iki yüz iyirmi altı manat sıfır qəpik) qiymətə satmışdır. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2-1(81)-1593/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı Yasamal Rayon icra Hakimiyyətinin cavabdehlər X72 və X55 qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə əsasən, iddianın təmin edilməsi, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 10 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər X56 və X55 35226 (otuz beş min iki yüz iyirmi altı) manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır.İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(81)- 1593/2019 saylı icra vərəqəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2-1(81)-1593/2019 saylı qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və Yasamal rayon icra şöbəsi tərəfindən 19 aprel 2022-ci il tarixli “icraata başlamaq haqqında” Qərar qəbul olunmuşdur. Məhkəmə Kollegiyası nəzərə alır ki, vərəsələrdən yuxarıda qeyd edilənlərin öz paylarını dövlət ehtiyacı ilə bağlı alınma ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə satması, yaxud bununla bağlı Bakı İnzibati məhkəmənin Qərarının olması hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını istisna edən hal deyildir. Belə ki, əvvəla vərəsələrdən yuxarıda qeyd edilənlərin bir neçəsinin öz paylarını dövlət ehtiyacı ilə bağlı alınma ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə satması hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonrakı tarixdə həyata keçirilmişdir. Daha sonra yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar ki, bu da hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi icra olunarkən vərəsələrdən öz paylarını dövlət ehtiyacı ilə bağlı alınma ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə satmaqla kompensasiya ödənilməsi təmin olunmuş (öhdəlik icra olunmuşsa) vərəsələrə təkrar yanlışlıqla kompensasiya verilməsinə nəzarət etməklə bu halın baş verməsi imkanı istisna olunsun. Məhkəmə Kollegiyası miras əmlakın artıq məhv olması, daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv olunması ilə bağlı isə qeyd edir ki, belə sübut nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlikdə payları bərarər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onlann vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakın faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinin tələbinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(004)- 4397/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar