Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3582/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və ya pulun qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1154/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X16 prospekti, ev 146, mənzil 47-də, həmçinin X16 prospekti, ev 144, mənzil 6-da yerləşən yaşayış mənzillərinin pullarını ödədiyi üçün həmin mənzillərin adına keçirilməsi, bu mümkün olmadıqı halda isə X2 varislərindən onun həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb ona qaytaırlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X16 prospekti, ev 146, mənzil 47-də, həmçinin X16 prospekti, ev 144, mənzil 6-da yerləşən yaşayış mənzillərinin pullarını ödədiyi üçün həmin mənzillərin adına keçirilməsi, bu mümkün olmadıqı halda isə Cavabdeh onun həmin mənzillərə ödədiyi 162.000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və ya pulun qaytarılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzillər Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1154/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iddia ilk olaraq X6 qarşı qaldırılmış, lakin sonradan iddiaçı cavabdehi dəyişdirmiş və tələbini Cavabdeh qarşı irəli sürmüşdür. Bu cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatında olduğundan birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlmiş və bu barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü tələblərin mahiyyətini və onların biribirini istisna etməsini nəzərə alıb, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaya müstəsna aidiyyət qaydaları baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas yoxdur. İddia üzrə cavabdeh qismində isə ilk olaraq X8 müəyyən edilmişdir. Lakin onun Bakı şəhəri Nərimanov rayonu üzrə pasport qeydiyyatına alınmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla belə, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi hazırki iddianı ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul etmişdir. Bu da öz növbəsində həmin cavabdehin qeydə alındığı yeri müəyyən etməklə işin həmin yerin məhkəməsinə göndərilməsini şərtləndirirdi. Lakin sonradan iddiaçı bu cavabdehi Bakı şəhəri Nəsimi rayonu üzrə qeydə alınmış Cavabdeh ilə əvəz etmişdir. Başqa sözlə, hazırki iddiaya müstəsna və ərazi aidiyyəti qaydaları baxımından Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas olmadığından və bu baxımdan iddia ərazi aidiyyət qaydalarını pozmaqla icraata götürdüyündən birinci instansiya məhkəməsi hər bir halda cavabdehin qeydə alındığı yeri müəyyən etməklə mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə göndərməli idi. X8 artıq cavabdeh olmadığından mülki işin onun qeydə alındığı yerin məhkəməsinə göndərilməsinə hər hansı əsas qalmamışdır. Hazırki Cavabdeh qeydə alındığı yer isə Bakı şəhəri Nəsimi rayonudur. Bu səbəbdən birinci instansiya məhkəməsi əsaslı olaraq işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və ya pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1154/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35-ci, 39-40-cı, 263-264cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1154/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3582/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3582/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver