Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3583/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsininə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı xx xxxxxx 2019cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 ildir ki, iddiaçının valideynlərinin icarəsində olaraq “Günel” xüsusi firması kimi dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da iddiaçının valideynləri vaxtlı-vaxtında aidiyyəti üzrə Dövlət Orqanlarına ödəmişdirlər. İddiaçının valideynləri dünyasını dəyişdikdən sonra və hal-hazırda da qeyri- yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və idarəçiliyindədir. 26 ildir ki, həmin qeyri-yaşayış sahəsinə görə iddiaçı və valideynləri dövlətə icarə haqları ödəmişlər. Onların qeyri-yaşayış sahəsini özəlləşdirməkdə üstünlük hüquqları vardır. İcarə müqaviləsi qüvvədə olaraq onun ləğvi barədə məhkəmə orqanlarına da heç bir müraciət olunmamışdır. Heç bir hərrac təşkilatına rəsmi dəvət olunmamışlar. Başqa şəxsin adına özəlləşdirilərkən də iddiaçının imtinası alınmamışdır. Bu yaxınlarda iddiaçıya və onun həyat yoldaşına zəng edərək Əmlak Komitəsinin əməkdaşları kimi özlərini təqdim etmişlər, onların istifadəsində olan qeyriyaşayış sahəsinin bir vətəndaş tərəfindən alınmasını bildirərək oranı tərk etməyini iddiaçıya təklif etmişlər. İddiaçı buna qəti şəkildə etiraz etmişdir. Daha sonra iddiaçıya zəng edərək dükanın onun tərəfindən qısa müddətə boşaldılmasını tələb etmişlər. İddiaçı hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2019cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı xx xxxxxx 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi qanuni şəkildə bağlanmış icarə müqavilələri əsasında istifadələrində olaraq onların həmin qeyri-yaşayış sahəsini özəlləşdirməkdə və satın almaqda üstünlük hüquqları olan halda Əmlak Komitəsi hansı bir qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsini tanımadıqları şəxsə satmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 nömrəli xx xxxxxx 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş xx xxxxx 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 7.500 (yeddi min beş yüz) manat tutularaq Cavabdeh2 ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh Sultan X6 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, qeyd edilən qətnamə maddi və prossesual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv/m olan qeyri yaşayış sahəsi 26 ildir ki valideyinləri tərəfindən Günel xüsusi farması kimi dükan təyinatlı fəaliyyyət göstərib, valideyinləri tərəfindən bütün icarə haqları ödənilib. Lakin iddiaçı özü təfindən hər hansı kirayə xərclərinin ödənilməsi barədə heç bir sübut təqdim edə bilməyib. Hətda iddiaçı 2014-cü ildə atası öldükdən sonra özü və ya anası tərəfindən kirayə münasibətlərinin davam etdirilməsi üçün heç bir müraciətin olmasını sübuta yetirə bilməyib. Əsas kirayə müqaviləsi bağlanmış şəxs 2014-cü ildə öldükdən sonra onun vərəsəsi müəyyən edilməmiş və əmlakı faktiki qanunsuz istifadə edən şəxslərdə əmlakın qanuni sahibinə kirayə münasibətlərinin davam etdirilməsi üçün heç bir müraciət ünvanlamamışlar. Hətda onlar kirayə münasibətlərinin davam etdirilməsi məqsədi ilə də əmlak sahibinə heç bir kirayə ödənişi etməmişlər. Bundan başqa, iddiaçı tərəf qanunsuz olaraq qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısı açaraq, qanunsuz olaraq ora daxil olmuşlar. İddiaçının atası ilə 2007-ci ildə kirayə müqaviləsi bağlanmışdır, lakin iddiaçı 2014-cü ildən bu günə qədər heç bir hərəkət etməmiş, qanunvericliyinin tələblərinə uyğun olaraq iddiaçının özünün də heç bir hüququ qalmamışdır. Məhkəmə onun hüquqlarını pozaraq qanunsuz olaraq alğı-satqı müqaviləsini və çıxarışı etibarsız hesab etmişdir. Məhkəmənin bu yanaşması bir başa onun mülkiyyət hüququnun pozulmasıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx xxx 1997-ci il tarixli, 7 nömrəli icarə müqaviləsinə əsasən Gözəlov Rüstəm Qüdrət oğlu icarəsinə verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə Rüstəm Gözəlovun vəfat etməsi ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı xx xxxxxx 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi, 3 saylı ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Taisiya Gözəlova ilə Rüstəm Gözəlov arasında xx xxxxx 1965-ci il tarixdə rəsmi nikah bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş Gözəlova Taisiya Aleksandrovnadan miras qalmış əmlaka dair Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində notariat kontorunda xx xxx 2019-cu il tarixdə vərəsəlik işi açılmışdır. Mərhum Gözəlova Taisiya Aleksandrovnanın vərəsələrindən biri kimi qızı İddiaçı müəyyən edilmişdir.(i/v10) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Natiq Salayev tərəfindən məhkəməyə verilmiş etiraz ərizəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi xx xxxxx 2007-ci il tarixli icarə müqaviləsinə əsasən Gözəlov Rüstəm Qüdrət oğlunun müddətli icarəsinə verilmişdir. Həmin müqaviləyə xx xxxx 2014-cü il tarixdə icarəçinin vəfat etməsi səbəbindən xx xxxx 2014-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə isə ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmamışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilərkən icarə müqaviləsinə artıq xitam verildiyindən, Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliyə əsasən onu icarəçiyə təklif etmək vəzifəsini daşımamış və qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə özəlləşdirilməsi qərara alınmışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsindən faktiki olaraq istifadə etməsi isə qanunsuz olmuş və bu iddiaçının qeyri-yaşayış sahəsini satın almaqda üstünlük hüququnu yaratmır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və hazırda özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Nə hazırda, nə də əvvəllər iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnu təsdiq edən hər hansı əqd və ya digər hüquqi sənəd mövcud olmamışdır. O, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə kollegiyası cavabdehin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı mübahisəli əmlakın icarəçisi olmuş Gözəlov Rüstəm Qüdrət oğlunun qızı olmaqla onun vərəsəsidir. İddianın hüquqi əsasını təşkil edən münasibətlərin isə icarə münasibətlərindən irəli gəlməsi nəzərə alınsa və qanunvericiliyə əsasən icarə münasibətləri də vərəsəliklə əhatə edilən münasibətlər olmasından irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. 1-ci instansiya məhkəməsi yaranmış mübahisəyə icarə münasibətlərini tənzimləyən normaları tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməmişdir.1-ci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh təşkilat yalnız icarəçinin vəfat etməsini əsas götürərək onunla icarə müqaviləsinə xitam vermişdir. Halbuki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Kollegiya 1-ci instansiya məhkəməsinin yuxarıdakı mövqeyi ilə razılaşır.Belə ki, iş materillarından və tərəflərin məhkəmə iclaslarında verilmiş izahatlarından görünür ki, icarəyə verilən qeyri-yaşayış sahəsi bu günə qədər də təyinatı üzrə iddiaçı tərəfindən istifadə edilir və iddiaçı tərəfindən həm kommunal xərclər həm də vergi ödənişləri həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh iddiaçının 2014-cü ildən icarə haqqını ödəməməsini qeyd etmiş və bu halın da iddiaçının ziyanına olan bir fakt olaraq qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası həmin apelyasiya dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh 2014-cü ildə Rüstəm Gözəlovla icarə müqaviləsinə xitam verəndən sonra iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14.4 kv.m olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsi zamanı da cavabdeh tərəfindən pozuntulara yol verilmişdir. Belə ki, özəlləşdirilməsi nəzərdə tutulan əmlak hər hansı 3-cü şəxslərin hüquqularından azad şəkildə özəlləşdirilməli və satılmalı idi. İcarə müqaviləsinə qanunsuz xitam verilməsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli əmlakın özəlləşdirilməsi zamanı üstünlük hüquqları təmin edilməli və əmlak ilk olaraq ona təklif edilməlidir. İddiaçı əmlakı almaqdan imtina etsə, əmlak üçüncü şəxslərə satıla bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 2-ci bəndinə əsasən qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri və mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Qaydaların 4.2.1-ci bəndinə əsasən, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Dövlət X5 üzrə Dövlət Komitəsi arasında alğı- satqı müqaviləsi bağlanılır. Həmin Qaydaların 4.2.2-ci maddəsinə əsasən, icarəçi ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alğı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İcarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi xx xxxxx 2007-ci il tarixli 4975 saylı icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası Rüstəm Gözəlovun istifadəsinə verildiyindən və atası vəfat etdikdən sonra ilk öncə anasının, o da öldükdən sonra isə bilavasitə özünün istifadəsində olduğundan, icarə müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, özəlləşdirilməsi nəzərdə tutulan əmlakın iddiaçının hüquqları ilə yüklü olduğundan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeyd olunan qeyriyaşayış sahəsinin alğı-satqısı ilə bağlı keçirilmiş hərraclarda o, satın almaqda üstünlük hüququna malik olmuşdur. Buna baxmayaraq, qeyd olunan hərracda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, mübahisə predmeti olan qeyri- yaşayış sahəsinin satılması barədə iddiaçıya yazılı bildiriş verilməmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının irаdəsi ziddinə оlаrаq əmlаk bir nəfərin yəni Cavabdeh2 аdınа sənədləşmişdir. İddiаçı dа özəlləşdirilən qeyri-yаşаyış sаhəsində mülkiyyət sаhibi оlmаq istəmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının hüquqlаrı pоzulmuş, özəlləşdirilən qeyri-yаşаyış sаhəsi istifаdədə оlduğu hаldа, istifаdəsiz, bоş qeyri-yаşаyış sаhəsi kimi özəlləşdirilmişdir. Mübаhisəli əmlаk özəlləşdirilən zаmаn iddiаçının və onun valideynlərinin həmin əmlаkdаn uzun müddət istifаdə etməsi nəzərə аlınmаmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, özəlləşdirilməsi nəzərdə tutulan əmlak bir növ alğı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Belə olan halda əmlakın satıcısı alğı-satqı qaydalarına əsasən özgəninkiləşdirilməsi qərara alınan əmlakı 3-cü şəxslərin hüquqlarından azad şəkildə satmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilnləri nəzərə alaraq məhkəmə kollegiyası hesаb edir ki, xx xxxxxx 2019-cu il tarixli, 4291 saylı alğı-satqı müqaviləsinin etibаrsız hesаb edilməsi, xx xxxxxx 2019-cu il tarixli, 4291 saylı alğı-satqı müqaviləsi etibаrsız hesаb edildiyinə görə həmin müqavilə əsаsındа verilmiş xx xxxxx 2019-cu il tarixli Çıxаrışın dа etibаrsız hesаb edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasından bağlanmış müqavilə etibarsız sayılmaqla tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, Cavabdeh2 qeyri- yaşayış sahəsinin dəyəri olaraq 7.500 manat ödəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 6087/2019 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3583/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3583/2020
19.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver