Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3590/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənov Nəzirə Altay qızının katibliyi, İddiaçı4, İddiaçı1, onun nümayəndəsi X10, Cavabdehlər AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12 və AR Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-363/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-363/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X.İbrahimov bildirdi ki, eyni iddia tələbi ilə bağlı 24 nəfər məhkəməyə müraciət etmişdir, Xətai Rayon Məhkəməsində məhkəmə iclas zallarının sahəsinin azlığı səbəbindən əsassız yerə iş 4 icraata ayrılmış, işlərə fərqli hakimlər tərəfindən baxılmışdır. Qəbul edilən qərarlar bir-birilə eynilik təşkil edir, cavabdeh Xidmət tərəfindən 4 qətnamənin hər birindən apellyasiya şikayəti verilmişdir, hazırda həmin işlərdən ikisi apellyasiya məhkəməsinin digər hakimlərinin icraatındadır, dördüncü iş üzrə də apellyasiya şikayəti verilsə də, hələ Məhkəmənin icraaatında qəbul edilməmişdir. Bu səbəbdən işlərin eyni icraatda birləşdirilərək baxılmasını xahiş etmişdir. Digər cavabdeh Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə1 da rayon məhkəməsinin işləri ayrı icraata ayırmasının absurd olduğunu, dəfələrlə bununla bağlı rayon məhkəməsində də vəsatətlər verdiyini, lakin rayon məhkəməsinin hakimi tərəfindən bu vəsatətlərin nəzərə alınmadığını bildirdi, eyni zamanda əlavə etdi ki, hazırda iddiaçıların vəziyyətini nəzərə alaraq barışıq əldə etməyə çalışırlar və onlara son haqqhesab ödənişlərini verməyə hazırdılar. Həmçinin işlərdən biri hazırda apellyasiya məhkəməsinin digər hakiminin icraatındadır və həmin iş üzrə növbəti məhkəmə iclası bu gün keçiriləcək və işə baxılmasının effektivliyi və barışıq əldə edilməsinin asanlaşdırılması məqsədilə həmin işin təxirə salınmasını və işlərə bir icraatda baxılması barədə müraciət edəcəkdir. Bu səbəbdən hazırkı işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, onun nümayəndəsi Ə.Əsgərov və digər İddiaçı4 da ayrı-ayrılıqda rayon məhkəmə tərəfindən işlərin ayrı icraatlara ayrılmasının əsassız olduğunu bildirdi və işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, birgə iddiaçılar X13, X1, X11, X4, X2 və X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X17 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi F.Qasımovun icraatındadır. Birgə iddiaçılar X7, X5, X14, X3, X8 və X9 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair mülki üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi S.Bəhrəmzadənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan birgə iddiaçılar X13, X1, X11, X4, X2 və X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X17 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-3591/2023 saylı mülki iş ilə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-3590/2023 saylı mülki iş, onunla əlaqəli olan X13, X1, X11, X4, X2 və X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X17 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)- 3591/2023 saylı mülki iş ilə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3590/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3590/2023
25.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver