Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3591/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi, iddiaçılar X7, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X22, X1, X23, X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi, iddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi, iddiaçılar X24, X16, X35, X9, X25 və X17 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələblərinə dair mülki iş üzrə Açar sözlər: iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X28 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçılar İddiaçı4, X7, X22, X1, İddiaçı10, İddiaçı8, İddiaçı12, X29, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X11, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(011)-235/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, iddiaçılar X7, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X22, X1, X23, X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(011)-363/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, iddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələblərinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(011)-1359/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, iddiaçılar X24, X16, X35, X9, X25 və X17 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələblərinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(011)-1332/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” MMC-də və “X43” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaqları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar vəsatətlə məhkəmə müraciət edərək mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi icraata cəlb edilməsini xahiş etmişlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(011)- 235/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 16 iyul 2020-ci il tarixədək son haqqhesabları aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. İddiaçılar X7, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X22, X1, X23 və X18 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” MMC-də və “X43” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(011)- 363/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən X7, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, X22 ,X1, X23 və X3 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən X7, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, X22 ,X1, X23 və X3 xx.xx.2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. İddiaçılar İddiaçı11 qzı, İddiaçı9, X19, İddiaçı10, İddiaçı8 qzı və İddiaçı12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı10 ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı8 Şaməddiz qızı ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı7 ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı11 ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X4 ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı9 ilə ilə “X43” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə cavabdeh tərəfindən xitam verilməsi və son haqq-hesablarının aparılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(011)- 1359/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respubblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Süleyman qızının və İddiaçı12 xx.xx.2020-ci il tarixədək son haqq-hesablarının aparılması qət edilmişdir.
10. İddiaçılar X24, X16, X35, X9, X25 və X30 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 ilə “X43” ASC arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli, X16 ilə “X43” ASC arasında bağlanmış 21 avqust 2017-ci il tarixli, X24 ilə “X43” ASC arasında bağlanmış 14 iyun 2018-ci il tarixli, X25 ilə “X43” ASC arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli, X30 ilə “X43” ASC arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli, X35 ilə “X43” ASC arasında bağlanmış 29 avqust 2017-ci il tarixli əmək müqavilələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xitam verilməsi və son haqqhesabın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(011)- 1332/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X9 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X16 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X24 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, X25 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X30 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X35 ilə “X43” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X13, X5, X26, X2, X14 və X17 16 iyul 2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddianın digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3590/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli, 2(103)-5801/2023 nömrəli və 25 oktyabr 2023-cü il tarixli, 2(103)-6165/2023 nömrəli qərardadları ilə mülki işlər hazırkı işə birləşdirilmişdir.
13. İddiaçılar X18, İddiaçı11 və X30 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmişlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iddiadan imtinanı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtinalar qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, qətnamələr qismən ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
X18, İddiaçı11, X17 iddiadan imtina barədə ərizələri qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(011)-363/2023 nömrəli qətnaməsi qismən – iddiaçı X18, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(011)-1359/2023 nömrəli qətnaməsi qismən – İddiaçı11, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(011)-1332/2023 nömrəli qətnaməsi qismən – iddiaçı X20 münasibətdə ləğv edilsin. X7, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X22, X1, X23, X3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələbinə dair iş üzrə icraata iddiaçı X8, iddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələbinə dair iş üzrə icraata İddiaçı11, X24, X16, X35, X9, X25 və X17 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi tələbinə dair iş üzrə icraata iddiaçı X20 aid hissələrdə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev