Məhkəmə qərarları › İş №2(103)-36/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-36/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-36/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-384/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maraqlı şəxs, X3 və üçüncü şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə idda tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildən X1 və digər cavabdehlərin paylarının natura yolu ilə bölünərək payların müəyyən olunmasını ünvan 1 ünvanında yerləşən mənzildən X1 6/10 payının natura yolu ilə bölünməsi ilə əvəz edilməsi, iddia ərizəsində qeyd olunan cavabdehlərdən Maraqlı şəxs və X2 cavabdehliklərinə xitam verilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspertiza rəyində göstərilən birinci formada, yəni texniki pasportda 4 saylı keçid kimi qeyd olunmuş otağın 5 və 6 saylı otaqlara açılan qapıları bağlandıqda yan-yana yerləşən 2, 3 saylı yaşayış otaqlarının və 4 saylı otağın (keçid), ümumi sahəsi 54.9 kv.m təşkil etməklə, X1 6/10 payının natura yolu ilə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-384/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbinin təmin edilməsi və iş üzrə aparılmış 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi; 20 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs 05 fevral 2022-ci ildə öldüyündən hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-118/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxsqismində cəlb olunmaqla) qarşı əmlak bölgüsü tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və X7, İddiaçı, X11, X8 qətnamə hüquq və vəzifəlrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs hüquqi varisləri kimi cəlb edilmişlər. Bundan sonra, məhkəmə iclasında iştirak edən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs prosessual hüquqi varisləri X4, X6 və X5 nümayəndəsi və vəkilləri Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir Vəsatətdə göstərildi ki, hazırki mülki iş üzrə İddiaçı 16 fevral 2023-cü il tarixində vəfat etmişdir. İddiaçının 3 övladı bu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X12 onun vərəsələridir. İddiaçı öldüyünə görə mərhumun hüquqi varislərinin miras əmlakı qəbul edənədək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-118/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə mərhum İddiaçı hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-36/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs prosessual hüquqi varisləri X4, X6 və X5 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı öldükdən sonra mübahisə edilən hüquq münasibəti iş üzrə hüquq varisliyinə yol vermədiyinə görə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətdə göstərilir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 384/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində hüquqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyator Maraqlı şəxs xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhumun ölümündən sonra Maraqlı şəxs hüquq varisləri X7, X11, X8, İddiaçı miras qoyan İ . Abdullayevə məxsus miras əmlakı 14 noyabr 2022-ci ildə qəbul etmişlər, hər birinə miras əmlaka dair qanun üzrə vərəssəlik hüququ haqqında şəhadətnamə verilmişdir və apellyasiya instansiyasında X7, X11, X8 cavabdeh Maraqlı şəxs hüquq varisləri tanınmışlar. Mülki iş üzrə İddiaçı 16 fevral 2023-cü ildə vəfat etmişdir. İddiaçı və miras qoyan İddiaçı vərəsələri bu mülki iş üzrə cavabdehlər Cavabdeh1, Maraqlı şəxs hüquq varisləri X9, X11, X8 miras əmlakı qəbul etmişlər, həmin vərəsələr vərəsəlik şəhadətnaməsi alaraq, mübahisəli mənzilə dair vərəsəlik payına uyğun çıxarış almışlar və vərəsəlik şəhadətnamələri və çıxarış məhkəməyə təqdim edilmişdir. İddiaçı digər vərəsələri Cavabdeh2 və X12 miras paylarını qəbul etməmişlər. Cavabdeh1, Cavabdeh2, Maraqlı şəxs hüquq varisləri X11, X8 bu mülki iş üzrə cavabdehdirlər. İddiaçı öldüyünə görə onun vərəsələri hazırkı mülki iş üzrə cavabdeh olduqlarına görə hüquq varisi hesab edilə bilməzlər, yəni iddiaçının tələbini tələb etmək hüququna malik deyillər, miras əmlakı qəbul etdikdən sonra mübahisəli yaşayış sahəsində payların naturada bölünməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Odur ki, İddiaçı öldükdən sonra mübahisə edilən hüquq münasibəti iş üzrə hüquq varisliyinə yol vermədiyinə görə mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak etmiş, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs prosessual hüquqi varisləri X4, X6 və X5 nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə edərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, Cavabdeh1 da iddiaçı öldüyündən və miras payı vərəsələrin mülkiyyətinə keçdiyindən iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, hazırki mülki iş birinci dəfə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs öldüyü üçün hüquq varis(lər)i müəyyən edilənədək icraat dayandırılmış və təqdim edilmiş Bakı şəhəri 23 saylı Notariat Ofisinin 09 dekabr 2022-ci il tarixli, 2522 nömrəli məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs vərəsələri Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixində vərəsələrə 10VN523 dövlət nömrə nişanlı MİTSUBİSHİ OUTLANDER MİNİK nəqliyyat vasitəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsələrin dairəsi və miras əmlakdan onlara çatası pay miqdarı müəyyən edilmişdir: arvadı - X7 1/8 qanun üzrə vərəsə və ½ mülkiyyət hüququ üzrə vərəsə, anası – İddiaçı 1/8 qanun üzrə vərəsə, oğlu - X11 1/8 qanun üzrə vərəsə, oğlu - X8 - 1/8 qanun üzrə vərəsəsi kimi şəhadətnamələr verilmişdir. Belə olan halda hazırki iş üzrə icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığından mülki iş üzrə icraat təzələnmişdir. Bundan sonra isə iddiaçı öldüyündən onun hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə dayandırılmış, sonradan qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs prosessual hüquqi varisləri X4, X6 və X5 nümayəndəsi və vəkili Vəkil2 ərizə əsasında təzələnmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, mərhum İddiaçı naturada bölgüsünü tələb etdiyi fərdi yaşayış evindəki mülkiyyət payı artıq 27 dekabr 2023-cü il tarixdən vərəsəlik paylarına uyğun Cavabdeh1, X13 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Demək ki, artıq mərhum iddiaçının adına qeydə alınmış fərdi yaşayış evi üzərindəki mülkiyyət payı vərəsələrə keçdiyindən onun iddiasının da əhəmiyyəti qalmır. Bundan əlavə, Cavabdeh1, Cavabdeh2 iş üzrə cavabdeh, X13 və X8 isə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs vərəsələri olduğundan onlar iddiaçının hüquq varisi kimi əvəz oluna bilməz. Çünki, onlar iş üzrə cavabdeh və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin vərəsələri olduğundan prosessual statusları dəyişdirilərək iddiaçını əvəz edə bilməzlər. İstər-istəməz bu iş üzrə ziddiyyətli bir vəziyyət yaradar. Bu cür vəziyyətdə, həmin şəxslərin iddiaçının hüquqi varisi kimi əvəz olunmaları mümkün olmadığından barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol vermədiyi də müəyyən olunur. Buna baxmayaraq, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evi üzərindəki mülkiyyət payı vərəsələrə keçdiyindən qeyd olunan şəxslər mübahisəli yaşayış sahəsi üzərində paylarının ayrılması üsulu və şərtləri haqqında Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən razılığa gələ bilərlər, bilmədikdə isə paylı mülkiyyətin mülkiyyətçisi olan istənilən şəxs öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı əmlak bölgüsü barədə iddia tələbi üzrə iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-384/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı əmlak bölgüsü barədə iddia tələbi üzrə iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə mülki işin icraatına xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar