Məhkəmə qərarları › İş №2(103)-360/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-360/2019

24.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-360/2019 24.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili X9, Cavabdeh “xxxx» QSC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı əqdin “etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(007)-308/2017 saylı tarixli qətnaməsindən iş üzrə iddiaçı və nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı əqdin “etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsiə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 007 nömrəli borcun etirafı haqqında müqavilənin, xx xxxxxxx 2015-ci il tarixli 007 nömrəli üzləşmə aktının və xx xxxxxx 2016-cı il tarixli ödəniş cədvəlinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X17 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, «xxxx» QSC və İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 007 nömrəli borcun etirafı haqqında müqavilənin, xx xxxxxxx 2015-ci il tarixli 007 nömrəli üzləşmə aktının və cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2015-ci ildən xx xxxxx 2015-ci ilə qədər olan dövrü əhatə edən üzləşmə aktının, xx xxxxx 2015-ci ildən xx xxxx 2015-ci ilə qədər olan dövrü əhatə edən üzləşmə aktının, xx xxxx 2015-ci ildən xx xxxxxx 2015-ci ilə qədər olan dövrü əhatə edən üzləşmə aktının və xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı ilə qədər olan dövrü əhatə edən üzləşmə aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(007)-308/2017 saylı tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, ekspertiza tədqiqatının dəyəri - 223 (iki yüz iyirmi üç) manatın İddiaçı alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisələndirilən, cədvəl formasında tərtib edilmiş üzləşmə aktlarında İddiaçı borcunun yaranması üçün əsas olan pul məbləğləri, yəni göstərilmiş rəqəmlər arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, həmin cədvəllərdə göstərilən rəqamlərrin hesablanmasında səhvlərə yol verilmiş və bu fakt iş üzrə şahid qismində dindirilmiş cavabdeh “xxxx” QSC-nin əməkdaşı X14 tərəfindən təsdiq edilmiş və o, hesablama zamanı rəqəmlər arasında fərqlərin olduğunu etiraf etmişdir. Həmçinin şahid qismində dindirilmiş X14 miibahisələndirilən, cədvəl formasında tərtib olunmuş üzləşmə aktlarında İddiaçı borc kimi yazılmış bir sıra məbləğlərin sonuncuya heç bir aiddiyyətinin olmamasını da etiraf etmiş və göstərmişdir ki, “İlkinin etiraz etməsinə baxmayaraq, həmin məbləğlər üzləşmə aktına yazılmış, tədbirlərdə keçirilən hədiyyə kompaniyalarında paylanmış mallar, habelə xarab mallar əslində silinməli və İlkinin ayağına yazılmamalı idi.” Şahid bu faktları açıq şəkildə etiraf etmişdir. Məsələn, şahid T.Babayevin sözlərinə əsasən mübahisələndirilən üzləşmə aktlarında göstərilən mallardan, artıq anbara təhvil verildiyi yazılan 10.000 manat dəyərində mallar, xarab mallar kimi İlkin tərəfindən şirkətə təhvil verilən 7.274 manat dəyərində mallar, hədiyyə kimi paylanmış 2.000 manata qədər dəyəri olan malların İddiaçı heç bir aiddiyyəti olmamış və üzləşmə aktında düzgün göstərilməmişdir. Habelə üzləşmə aktlarında göstərilən, supermarketlərə faiz kimi hesablanmış 5.140 manat məbləği və digər məbləğlərin əsassız olaraq İddiaçı borc kimi yazılması da şahid T.Babayev və digər şahdlər X3, X10 tərəfindən də təsdiq olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrini məhkəmə iclası protokolunda olduğu kimi qeyd etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş audit rəyində göstərilən, İddiaçı borc kimi yazılmış məbləğlərlə mübahisələndirilən üzləşmə aktlarında qeyd edilən rəqəmlər arasında, habelə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların kserosurətlərində əks olunan məbləğlərlə üzləşmə aktlarında olan məbləğlər arasında ciddi fərqlər və ziddiyyətlər mövcuddur. Məhkəməyə təqdim edilmiş sənədlərdə əks olunan rəqəmlər arasında hər hansı uyğunsuzluğun olduğu müəyyən edilməməsi barədə rəy verən ekspert X18 dindirilərkən iddiaçının vəkili Elmar Kərimov tərəfindən hesablanmış məbləğlər arasında ziddiyyətlər və ciddi fərqlərin olduğu aşkar olunan sənədləri ekspertə təqdim edilərkən, ekspert Z.Məmmədov "mən bu hissələrə fikir verməmişəm, bu sənədlər mənə verilməyib ” sözlərini deməklə, həmin sənədlərin ona təqdim ediləcəyi halda hesablamaları yenidən apara biləcəyini məhkəməyə bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi nəinki iddiaçının səlahiyyətli nümayəndəsinin əlavə ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmiş, hətta ekpsertin bu ifadələrini məhkəmə iclas protokoluna daxil etməmişdir. İşin ən maraqlı halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qaimə fakturaların kserosurətlərini ümumiyyətlə tədqiq etməkdən çəkinmişdir. İşə subyektiv yanaşan məhkəmənin bu diqqətsizliyini anlamaq mümkündür. Ona görə ki, həmin qaimə faturaların kserosurətlərində üzərlərində başqa bir hüquqi şəxsin - “xxxx” MMC-nin adı və VÖEN nömrəsi qeyd olunsa da, nədənsə cavabdeh “xxxx” QSC-nin möhürü əks olunmuşdur. Onu da qeyd etməliyik ki, həmin qaimə fakturaların kserosurətləri təqdim edilsə də, cavabdeh onların asillərini məhkəmə araşdırmasının sonuna qədər tapa bilməmişdir. Bu təsadüfi deyil, çünki həmin qaimə fakturaların əsilləri yoxdur. Bunu sübut etmək üçün iddiaçı eyni məlumatların göstərildiyi, eyni nömrə və eyni tarixli, lakin “xxxx” MMC-nin əməkdaşlarının imzaladığı və sonuncunun möhürünün vurulduğu qaimə fakituraların əsillərini məhkəməyə təqdim etmişdir. Eyni nömrəli, eyni tarixli və eyni məlumatların göstərildiyi biri kserosurət, digəri isə əsli olan iki qaimə fakturadan birində (kserosurətdə) cavabdeh “xxxx” QSC-nin möhürünün və kimliyi bəlli olmayan şəxslərin imzalarının, digərində isə “xxxx” MMC-nin möhürünün və əməkdaşlarının imzalarının əks olunması nə qədər maraqlı olsa da, birinci instansiya məhkəməsi,, bu məsələnin üstündən keçərək, hətta kserosurətlər barədə, onların montaj olub-olub olmamasını müəyyən edə bilməyən ekspert Elza Əhmədovanın ifadələrinə də əhəmiyyət verməmiş, həmin ifadələri ümumiyyətlə məhkəmə iclası protokoluna daxil etməmişdir. Qeyd edir ki, gənc ekspert Elza Əhmədova, məhkəmənin ekspert qarşısında qoyduğu, “Üzərlərində “xxxx” MMC-nin adı və VÖEN nömrəsi əks olunmuş, lakin “xxxx” QSC-nin möhürü əks olunmuş 110017 nömrəli, xx.xx.2011-ci il tarixli, 111519 nömrəli, xx.xx.2011-ci il tarixli, 111545 nömrəli, xx.xx.2011-ci il tarixli, 109355 nömrəli, xx.xx.2011-ci il tarixli, 108501 nömrəli, xx.xx.2011-ci il tarixli qaimə-fakturaların kserosurətləri, üzərlərində “xxxx” MMC-nin adı, VÖİN nömrəsi və sonuncunun möhürü əks olunmuş eyni tarixli və eyni nömrəli qaimə fakturalarm asillərindən çıxarılmışdırmı?” sualına cavab verərkən, qaimə fakturaların əsillərinin mövcud olmasını unudaraq, qaimə fakturaların kserosurətlərində montaj əlamətlərin mövcudluğunu müəyyən etməyin mümkün olmadığı barədə rəy vermişdir. Məhkəmə iclasında, dindirilərkən həmin ekspert vəkil Elmar Kərimovun sualına cavab olaraq göstərmişdir ki, “mən, sualda qaimə fakturaların əsli barədə yazılara diqqət yetirməmişəm”. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan qaimə fakturalarm kserosurətlərində göstərilənlərin İddiaçı üzləşmə aktında əks olunan borc məbləğin hesablanması üçün əsas olduğunu və həmin kserosurətlərin cavabdeh tərəfindən etirazın əsası kimi məhkəməyə təqdim edildiyini nəzərə almadan, bu sahədə əlavə ekspertiza təyin etməmiş və ekspertin ifadələrini də olduğu kimi məhkəmə iclas protokolunda qeyd etməmişdir. Bundan başqa, məhkəmə xəttşünaslıq ekpertizası təyin edilərkən ekspert qarşısında qoyulmuş “iş materiallarına əlavə olunmuş üzərlərində “xxxx” MMC-nin adı və VÖEN nömrəsi, lakin “xxxx” QSC-nin möhürü əks olunmuş 110017 nömrəli, xx.xx.2011-ci il tarixli, 111519 nömrəli, xx.xx.2011-ci il tarixli, 111545 nömrəli, xx.xx.2011-ci il tarixli, 109355 nömrəli, xx.xx.2011-ci il tarixli, 108501 nömrəli, xx.xx.2011-ci il tarixli qaimə-fakturaların kserosurətlərində əks olunan imzalar, üzərlərində “xxxx” MMC-nin adı, VÖEN nömrəsi və sonuncunun möhürü əks olunmuş eyni nömrəli və və eyni tarixli (110017 nömrəli, xx.xx.2011-ci il tarixli, 111519 nömrəli, xx.xx.2011-ci il tarixli, 111545 nömrəli, xx.xx.2011-ci il tarixli, 109355 nömrəli, xx.xx.2011-ci il tarixli, 108501 nömrəli, xx.xx.2011-ci il tarixli) qaiməfakturaların əsli üzərində əks olunmuş imzalar eyni şəxslər tərəfindən icra olunmuşdurmu?” sualına ekspert ümumiyyətlə cavab verməmişdir. Qaimə fakturalarm əslində və kserosutlərdə olan imzaların tamamilə fərqli olması kifayət qədər aydın görünsə də, ekspert Famil Əliyevin nədənsə həmin sualın mövcudluğundan xəbəri olmamışdır. Məhkəmə iclasında dindirilərkən ekspert Famil Əliyev iddiaçının səlahiyyətli nümayəndəsinin bu sualını cavablandıra bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X17 apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx» QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, mülki işin materiallarından müəyyən edilmişdir ki, «xxxx» QSC-nin baş direktoru X8 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli Əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, İddiaçı «xxxx» QSC-nə «məişət əşyaları və satışı» şöbəsinin satış meneceri vəzifəsinə işə qəbul edilmişdir.xx xxxxxx 2011-ci il tarixli Tam maddi məsuliyyət barədə müqavilənin 1-ci maddəsindən görünür ki, satış meneceri vəzifəsində çalışan və bilavasitə həmin şöbənin mallarının satışını həyata keçirən işçi İddiaçı ona şirkət tərəfindən etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün öz üzərinə tam maddi məsuliyyət götürür. «xxxx» QSC-nin təftiş komissiyasının üzvləri və şirkət üzrə maddi məsul şəxs olan İddiaçı tərəfindən tərtib edilmiş «xxxx» QSC-nin anbarından alman mal-materiala görə xx xxxxxxx 2015-ci il tarixli 007 saylı üzləşmə akta əsasən, xx xxxxxxx 2015-ci il tarixə maddi məsul şəxs İddiaçı «xxxx» QSC-yə anbardan alınan mal-materiallara görə borcu 235,437. manat təşkil edir.X1 rəyindən görünür ki, İddiaçı «xxxx» QSC-də olan fəaliyyəti ərzində yaranan borcu, nəticə olaraq hesabatlarda bütün əhəmiyyətli aspektlər baxmımdan 213.889 (iki yüz on üç min səkkiz yüz səksən doqquz) manat təşkil edir.«xxxx» QSC-nin anbarından alınan mal-materiala görə mövcud borcun etirafı haqqında xx xxxxxxx 2015-ci il tarixli 007 saylı müqavilənin 1.1-ci bəndindən görünür ki, İddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə «xxxx» QSC-ə sərəncamında olan ümumi dəyəri 235,437.00 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» QSC-nin xx xxxxxx 2016ci il tarixli №35- EC saylı əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» və 72~ci maddəsinin «c» bəndlərinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən əmək müqaviləsinə xitam verilmişdir.Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(007)-2426/2016 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh «xxxx» QSC-yə «işdən çıxarılma barədə əmrin ləğvi və dəymiş zərərə görə kompensasiyanın ödənilməsi tələbi»nə dair iddiası təmin edilməmişdir. Bundan başqa kollegiya tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxx 2017-ci il tarixli 6583 saylı məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli üzləşmə aktında “menecer” qrafasındakı “Ə.İlkin” yazıları və imza İddiaçı tərəfindən icra olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxx 2017-ci il tarixli 1858 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, «xxxx» QSC-nin satış meneceri İddiaçı cəmiyyətdə işlədiyi dövrdə hesabında 213.889,0 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. Cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı il tarixədək olan müddəti əhatə edən üzləşmə aktlarında göstərilən rəqəmlər və hesablamalar arasında fərq onunla izah olunur ki, tərtib olunmuş akt məlumatları ayrı-ayrılıqda ardıcıl olmaqla müxtəlif dövrləri əhatə edir. Lakin son nəticədə cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı il tarixədək olan müddəti əhatə edən üzləşmə aktlarında və iş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli müstəqil auditor rəyində göstərilən rəqəmlər və hesablamalar arasında uyğunsuzluq və fərq yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2017-ci il tarixli 7340 saylı sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan üzərlərində «xxxx» QSC-nin möhür əksi olan xx.xx.2011-ci il tarixli 110017 nömrəli, xx.xx.2011-ci il tarixli 109355 nömrəli, xx.xx.2011-ci il tarixli 11154 nömrəli, xx.xx.2011-ci il tarixli 111519 nömrəli, xx.xx.2011-ci il tarixli 108501 nömrəli qaimə-fakturaların kserosurətləri elektrofotoqrafik çoxaldıcı qurğu vasitəsilə çap edilmişdir. Həmin qaimə-fakturalarm kserosurətlər: bir neçə dəfə çıxarılmış surətlər olduğundan, tam və dəqiq əks olunmadığından həmin kserosurətlərdə montaj əlamətlərinin olub-olmamasmı müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə borcun hesablanması iddia tələbinin predmeti olmasa da, məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizas təyin edilmiş və məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən ünvanlanmış 30578 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, «xxxx» QSC-nin satış meneceri İddiaçı cəmiyyətdə işlədiyi dövrdə hesabında 213.889,0 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. Cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı il tarixədək olan müddəti əhatə edən üzləşmə aktlarında göstərilən rəqəmlər və hesablamalar arasında fərq onunla izah olunur ki, tərtib olunmuş akt məlumatları ayrı-ayrılıqda ardıcıl olmaqla müxtəlif dövrləri əhatə edir. Lakin son nəticədə cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı il tarixədək olan müddəti əhatə edən üzləşmə aktlarında və iş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli müstəqil auditor rəyində göstərilən rəqəmlər və hesablamalar arasında uyğunsuzluq və fərq yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hər-hansı məcburetməyə məruz qalaraq, öz iradəsinə zidd olaraq müqavilə və üzləşmə aktlarını imzalaması iş materiallar ilə təstiq edilmir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizalarının rəyləri mülkiprosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəylərindən məlum olur ki, cədvəl formasında tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixə üzləşmə aktında mövcud olan imza məhz İddiaçı məxsusdur. Həmçinin Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mütəmadi olaraq ödənişləri gecikdirmiş və özünün şəxsən imzaladığı ümumi borc üzrə sonuncu üzləşmə aktı, xx.xx.2015-ci il tarixdə tərtib olunmuş üzləşmə aktına əsasən qeyd olunan tarixdə İddiaçı şirkətə 215657 manat borcu olmuşdur. İ. Əzimli həmin üzləşmə aktına imza etməklə yanaşı, eyni tarixdə tərtib olunmuş borcun etirafına dair müqaviləni də imzalayaraq 215657 manat borcunun olmasını şəxsən etiraf etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslılığını, o cümlədən mübahisəli müqaviləni məcburetmə və hədə təsiri altında imzalamasını təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Ekspertiza mərkəzinin mühasibatlıq ekspertizasının nəticələrinə dair rəy daxil olsa da, xətşünaslıq ekspertizasının nəticələrinə dair müvafiq rəy məhkəməyə daxil olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı onu işdən çıxaracaqlarından qorxaraq, mübahisə predmeti olan müqavilə və üzləşmə aktlarını imzalamışdır. İddiaçı tərəfindən mübahisə predmeti olan müqavilə və üzləşmə aktlarını imzaladığını iddia ərizəsində təstiq edildiyindən, həmin sənədlərdə olan imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət qalmır. Kollegiya apellaysiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi-vəkili tərəfindən iddiaçının cavabdehə olan borc məbləği mübahisələndirilsə də, iş materiallarından görünürki, hesablanmış borcun mübahisələndirilməsi hazırkı iş üzrə iddia tələbinin predmeti deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsassız hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 150 manat təşkil etmişdir. İddia tələbi rədd edildiyindən kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının dəyəri iddiaçıdan tutulularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının dəyəri 150 manat iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun nümayəndəsi-vəkili X9 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(007)-308/2017 saylı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının dəyəri 150 manat iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar