Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3601/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş- 300mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz tikinti (yaşayış evi və digər yeni tikililər) aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mmlik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçındən dövlət nəfinə iş üzrə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pulun tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail, RİHB-nın 1673 №-li, 25.05.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi ilə cavabdehə məxsus qanunsuz tikililərin yerləşdiyi torpaq sahəsinin eyniyyət təşkil edib-etməməsi öyrənilməmiş, araşdırılmamışdır. Məhkəmə birmənalı olaraq sənədin torpaq sahəsinə məxsus olmasını qəbul etmişdir. Ekspert rəyində təkcə fərdi yaşayış evi deyil eyni zamanda hasar tikilisinin də bir hissəsinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. Lakin məhkəmə hasara münasibətdə qətnamədə əsaslandırıcı qeyd yazmamışdır. Məhkəmə qeyd edir ki, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Bildirir ki, AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Sözügedən sənəddəki torpaq sahəsinin sərhədləri ilə faktiki torpaq sahəsinin sərhədlərinin üst-üstə düşməsi müəyyənləşdirilməmişdir. Bu hissədə formal mülahizəyə əsaslanmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi X5 izahatında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 1673 saylı, 25 may 1994-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində, 1-ci massivdə fərdi evin tikintisi üçün X3 600 kv.m. torpaq sahəsi ayrılmışdır.(İş.vər. 55). İş materiallarında olan, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının RİHB-nın 25.05.1997-ci il tarixli 1673 №-li sərəncamında dəyişiklik edilməsi haqqında 1334 saylı, 29 avqust 1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, X2 ölümü ilə əlaqədar həyat yoldaşı Cavabdeh xahişini nəzərə alaraq RİHB-nın 1673 №-li, 25.05.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir.(İş.vər. 56). İş materiallarında olan, SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X7 və atıcılar X9, X6 tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli aktın surətindən görünür ki, 30.06.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 14.30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 kv.m. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında, Şirvan-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayış olan evin həyətində, yeni tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, sözügedən həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş və darvazanın kənarları betonlanmışdır. Araşdırma nəticəsində sözügedən evin vətəndaş Cavabdeh məxsus olduğu fəhlələr tərəfindən bildirilmişdir. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən Mübariz adlı şəxslə telefon əlaqəsi yaradılmış, ona mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq olunmuşdur. Vətəndaş Mübariz fərdi yaşayış evinin və həyətirnin hüquqi sənədləri olduğunu bildirsə də, təqdim etməkdən imtina etmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı fotoşəkillər çəkilmişdir.(İş.vər. 9). İş materiallarında olan, İddiaçı Qaradağ İstehsalat Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib olunmuş 30.06.2021-ci il tarixli aktından görünür ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayışı olan evin həyətində, yeni tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, sözügedən həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş və darvazanın kənarları betonlanmışdır. Araşdırma nəticəsində sözügedən evin vətəndaş Cavabdeh məxsus olduğu fəhlələr tərəfindən bildirilmişdir. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən Mübariz adlı şəxslə telefon əlaqəsi yaradılmış, ona mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq olunmuşdur. Vətəndaş Mübariz fərdi yaşayış evinin və həyətinin hüquqi sənədləri olduğunu bildirsə də, təqdim etməkdən imtina etmişdir.(İş.vər. 8). İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/5073 saylı, 28 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən Cavabdeh Firuddin qızının yaşadığı yaşayış evi dörd tərəfdən hasara alınmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən ibarətdir. Torpaq sahəsinin yaxınlığında çəkilmiş SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərlərinə birləşən Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41,0 metr, yaşayış evinin ön fasad divarına qədər 49,0 metr, arxa divara qədər isə 60,0 metr təşkil etdiyi müəyyən olunmuşdur. (İş.vər. 37 - 38). Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 40-45 metr aralı məsafədə, kəmərə parallel, 2-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən içərisində yaşayışı olan evin həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1673 saylı, 25.05.1994-cü il tarixli sərəncamına əsasən X3 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsi, 1-ci massivdə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının 1334 saylı, 29.08.1997-ci il tarixli sərəncamına əsasən X2 ölümü ilə əlaqədar həyat yoldaşı Cavabdeh xahişini nəzərə alaraq RİHB-nın 1673 No-li, 25.05.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılan tikintinin bir hissəsi (həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş) neft kəmərinin mühafizə (təhlükəsizlik) zonasının daxilində yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur, Səbail rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehə ayrıldığından, cavabdeh həmin torpaq sahəsinin potensial mülkiyyətçisi hesab edilməlidir. Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı (şikayət № 19853/03) iş üzrə 27.09.2007-ci il tarixli qərarının 40 və 41-ci §-nın müddəalarda qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. İHAM bu əsaslarla qeyd etmişdir ki, onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmasa da, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş şəxs, yəni potensial mülkiyyətçi hesab edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlilləri ilə iddia tələbi eynilik təşkil edir və birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə ətraflı araşdırma aparılaraq iddia tələbi rədd edilərkən məhkəmə tərəfindən iddiaçının dəlillərinə ətraflı qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə etməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci i il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR-ın) İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-83/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3601/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3601/2022
24.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver