Məhkəmə qərarları › İş №2(103)-3603/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3603/2022

26.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3603/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-80/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-likdən,1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280; 4466965) ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması xx.xx.2021-ci il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-likdən, 1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280; 4466965) ünvan 1 ünvanında yaşayan Cavabdeh elə həmin ünvanda inşa etdiyi bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmin ünvanda kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-80/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də,1-ci sırada, kəmərin mühafizə zonasında, kəmərdən 10 metr aralı məsafədə (39 T 0400280,4466965) Cavabdeh tərəfindən inşa edilən bütün qanunsuz tikililərin (kəmərdən 50 metr aralı məsafəyədək) Cavabdeh vəsaiti hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(009)-80/2022 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh və ailəsi X2, X4 və X5 həmin göstərilən ünvanda uzun müddətdir ki, yaşayırlar, mübahisəli sahədən 1991-ci ildən 1999-cu ilə qədər sadəcə ailəsi üçün müəyyən əkin işləri ilə məşğul olmuş və 1999-cu ildən etibarən yəni 30 ildən uzun bir müddətdir ki, ailəsiylə birlikdə həmin ərazidə öz hesabına inşa edilmiş mənzildə və yaşayış sahəsində daimi olaraq yaşayırlar. Bu barədə qonşuları tərəfindən könüllü olaraq izahatlar verilmiş və onlar öz izahatlarında onun 30 ildən uzun bir müddət ərzində həmin sözügedən ünvanda yaşadığını təsdiq etmişlər. Lakin Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilənlər nəzərə alınmamış, məhkəmə araşdırması layiqincə yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan qətnamə ləğv olunmalıdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X3, atıcılar X6 və X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 11.00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında, Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 0,450-ci km-də, kəmərdən təqribən 10 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, 39 T 0400280; ******* saylı koordinatlar üzrə köhnədən inşa edilmiş yaşayış evinə bitişik uzunluğu 3 metr, eni 2,8 metr, hündürdüyü 1,55 metr natamam hörgünün üstünə iki mişar daşı (40 sm) hörülməsi və qapı boşluqlarının üstünə dəmir beton verilməsi 4-5 saylı postların (NKİ Şirvan- Böyükşor neft kəməri 92- 115,2 km. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Həyətin ətrafı metal lövhələrdə hazırlandığından daxildə görülən iş yalnız hasardan hündürə qalxdıqdan sonra məlum olmuşdur. Ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmiş və yazılı xəbərdarlıq edilmişdir. Adı çəkilən ev sahibi tikdiyi yeni hissəni sökəcəyini bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə, komanda rəhbərliyinə və NKİ QİB-nə məlumat verilmişdir. İş üzrə Cavabdeh təqdim edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Şirvan-Böyükşor Dş 300 mm-lik neft kəmərinin 0,4 km-liyində) magistral neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanı və Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası CM-nin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X3, atıcılar X6 və X1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 16.00-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, G.Əliyev küçəsi ünvanında, Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də, kəmərdən təqribən 10 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, 39 T 0400280; ******* saylı koordinatlar üzrə inşa edilmiş yaşayış evinin həyətinin 6 metr uzunluğunda metal lövhələrdən ibarət olan hasarının hündürlüyünü 1 metr artırması 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 km. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşları tərəfindən aşkar edilmişdir. Sözügedən ünvanda ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmişdir. Adı çəkilən ev sahibi tikdiyi yeni hissəni sökülməyəcəyini bildirmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə, komanda rəhbərliyinə və NKİ QİB-nə məlumat verilmişdir. İş üzrə AR ƏMDK yanında TDİT üzrə Dövlət Agentliyi tərəfindən SOCAR-ın İddiaçınə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən araşdırma zamanı vətəndaş Cavabdeh tərəfindən 50 kv.m ölçüdə torpaq sahəsində fərdi yaşayış evinə əlavə tikintiartırma faktı təsdiqini tapmışdır. İş üzrə Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş hesabatda Cavabdeh G.Əliyev küçəsində yerləşən 4D saylı evin sahibi olması və tikilinin özbaşına tikili olması qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5074 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsində Cavabdeh yaşadığı yaşayış evi bir mərtəbəli yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarətdir. Yaşayış evi bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəfdən isə qonşu evlərlə əhatə olunmuşdur. Torpaq sahəsinin sərhədləri metal lövhələrlə hasara alınmışdır. SOCARın İddiaçı istismarında olan Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 10,0 metr təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 10 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaəti düzgün olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,450-ci km-də, 1-ci sırada, kəmərdən 10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmış, həmin işlərin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Cavabdehin qeyd edilən torpaq sahəsinə və inşa edilən tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilərək keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsində Cavabdeh yaşadığı yaşayış evi bir mərtəbəli yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarətdir. Yaşayış evi bir tərəfdən məhəllə daxili yol ilə, digər tərəfdən isə qonşu evlərlə əhatə olunmuşdur. Torpaq sahəsinin sərhədləri metal lövhələrlə hasara alınmışdır. SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 10,0 metr təşkil etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçının mübahisəli tikilinin sökülməsi tələbi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-80/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar