Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3604/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə , İddiaçı ASC-nin Cavabdeh qarşı “kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-74/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-74/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı ASCyə məxsus diametri 1200 mm olan 8- ci kilometr kanalizasiya kollektorunun üzərində inşa edilmiş özbaşına tikili sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılması təmin edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh aid edilməklə ondan dövlət nəfinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı tərəfindən iddia olunan və Bakı şəhəri Əhmədli qəsəbəsi, Tofiq Hacıbəyov küçəsində ev 9-dan keçən diametri 1200 mm olan 8-ci km kanalizasiya kollektorunun iddiaçıya məxsus olması və balansında olması və buna dair texniki sənədlər və texniki şərt vo həmin kollektorun tikintisinə icazə sənədləri, müvafiq icra hakimiyyəti orqanının Sərəncamını məhkəməyə təqdim etməmişdir. O, heç vaxt və heç bir vasitə ilə göstərilən Bakı şəhəri Əhmədli qəsəbəsi T.Hacıbəyov küçəsində olan hazırkı mübahisəli özbaşına fərdi yaşayış evini tikməmişdir. İddiaçı tərəfindən həmin evin tərəfindən tikilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmayıb və belə bir sübuta da məhkəmə tərəfindən qətnamədə istinad olunmayıb. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları-nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş “hesabat cədvəli”nin surətindən görünür ki, ünvan 1 ünvanındaCavabdeh istifadəsindədir.İddiaçı ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli “mühafizə zonasının pozulması barədə” aktın surətindən görünür ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Göründüyü kimi ünvan 1 ünvanındaCavabdeh istifadəsində olması işin mübahisə olunmayan halıdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23958 saylı ekspert rəyinə əsasən, baxış zamanı ünvan 1 ünvanında İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun Cavabdeh tərəfindən inşa edilmiş daş hasar, köməkçi tikili və fərdi yaşayış evinin bir hissəsinin xx xxxxxxx 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Mülki iş materiallarında inşa edilmiş tikintiyə dair texniki sənəd olsa da, Cavabdeh ünvanda olmadığından və qapını açmadığına görə inşa edilmiş edilmiş tikilinin tikinti normalarına və qaydalarına uyğun olmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1337 saylı ekspert rəyinə əsasən, tərəflərin iştirakı ilə baxış zamanı ünvan 2 ünvanında İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun Cavabdeh tərəfindən inşa edimiş 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin daş hasarının, 1-ci mərtəbəsində 1.0x2.0m ölçüdə ayaq yolunun, 2.0x2.2m ölçüdə hamam otağının, yaşayış otağının 3.0x1.85m ölçüdə olan hissəsinin, 2-ci yaşayış otağının 4.6x1.85m ölçüdə olan hissəsinin; 2-ci mərtəbədə isə açıq eyvanda yerləşən 1.24x2.36m ölçüdə ayaqyolunun, 2-ci yaşayış otağının 11.0x1.85m ölçüdə olan hissəsinin xx.xx.1999-cu il tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında “ Azərbaycan Respublikası Qanunun 70-ci maddəsinin a bəndində 5.0m-lik mühafizə sonasına düşdüyü müəyyən edilir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə” təsnifatın 3.1.1.6-cı bədinə əsasən, magistral kanallar və kollektorlar dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara aid edilir. Həmin təsnifatın İV bölməsinə əsasən, Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı onların istismar üçün sərəncamına verildiyi müəssisə və təşkilatların uçot siyahısı üzrə müəyyən edilir. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanunun 70-ci maddəsinin a bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 50 saylı qərarı ilə təstiq edilmiş İddiaçı ASC-nin nizamnaməsinin 1.2-ci bəndinə əsasən, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Nizamnamənin 3.2. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Göründüyü kimi cavabdeh tərəf Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən qadağan olunmuş ərazidə, yəni İddiaçı ASC-yə aid kanalizasiya kollektorunun mühafizə zonasının üzərində tikilmiş yaşayış evində yaşayır və qanunvericiliyin tələblərini pozur. Belə olan halda iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Respublikanın bütün məhkəmələrinə göndərdiyi 8-2/2015 saylı xx.xx.2015 tarixli məktubunda qeyd edilir ki, “Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Tofiq Hacıbəyov küçəsi 9 saylı, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin daş hasarı, 1-ci mərtəbəsində 1.0x2.0m ölçüdə ayaqyolu, 2.0x2.2m ölçüdə hamam otağı, yaşayış otağının 3.0x1.85m ölçüdə olan hissəsi, 2-ci yaşayış otağının 4.6x1.85m ölçüdə olan hissəsi; 2-ci mərtəbədə isə açıq eyvanda yerləşən 1.24x2.36m ölçüdə ayaqyolunun, 2-ci yaşayış otağının 11.0x1.85m ölçüdə olan hissəsi İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun qadağan olunmuş ərazisində inşa edildiyindən, yaşayış evinin həmin hissələri əvəzi ödənilmədən sökülərək kanalizasiya kollektorunun mühafizə sahəsindən çıxarılmalıdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış evinin digər hissələri İddiaçı ASC-yə aid kanalizasiya kollektorunun mühafizə zonasında yerləşməsi ekspert rəyi ilə müəyyən edilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Kollegiya apellyasiya şikayətinin dəilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri cavabdehin formal mülahizələrinə əsaslanır və öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bundan əlavə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın tam təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-74/2020 nömrəli qətnaməsi qismən ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, Tofiq Hacıbəyov küçəsi 9 saylı, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin daş hasarı, 1-ci mərtəbəsində 1.0x2.0m ölçüdə ayaqyolu, 2.0x2.2m ölçüdə hamam otağı, yaşayış otağının 3.0x1.85m ölçüdə olan hissəsi, 2-ci yaşayış otağının 4.6x1.85m ölçüdə olan hissəsi; 2-ci mərtəbədə isə açıq eyvanda yerləşən 1.24x2.36m ölçüdə ayaqyolunun, 2-ci yaşayış otağının 11.0x1.85m ölçüdə olan hissəsi əvəzi ödənilmədən sökülərək kanalizasiya kollektorunun mühafizə sahəsindən çıxarılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-74/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Tofiq Hacıbəyov küçəsi 9 saylı, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin daş hasarı, 1-ci mərtəbəsində 1.0x2.0m ölçüdə ayaqyolu, 2.0x2.2m ölçüdə hamam otağı, yaşayış otağının 3.0x1.85m ölçüdə olan hissəsi, 2-ci yaşayış otağının 4.6x1.85m ölçüdə olan hissəsi; 2-ci mərtəbədə isə açıq eyvanda yerləşən 1.24x2.36m ölçüdə ayaqyolu, 2-ci yaşayış otağının 11.0x1.85m ölçüdə olan hissəsi əvəzi ödənilmədən sökülərək kanalizasiya kollektorunun mühafizə sahəsindən çıxarılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3604/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3604/2020
27.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver