Məhkəmə qərarları › İş №2(103)-3609/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3609/2025

28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3609/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin və Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilmiş və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunmuş vəsiyyətnamədə göstərilən anası X7 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e- 2(008)-2335/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı, Cavabdeh və üçüncü şəxs X8 qardaşdırlar. Onların atası X3 xx.xx.2019-cu ildə, anası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. X11 xx.xx.2020-ci ildə təsdiq edilmiş və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunmuş vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarətdir. X8 xx.xx.2022-ci ildə anasından qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Cavabdeh isə xx.xx.2022-ci ildə Bakı Şəhəri 35 saylı Notariat Ofisinə müraciət edərək əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, xx.xx.2022-ci ildə yazdığı ərizədə anasının başqa vərəsəsinin olmadığını, həmin mənzilə dair gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürdüyünü bildirmişdir. Bundan sonra Cavabdeh Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilərək, onun payı 1/2 hissədə müəyyən edilmiş, daha sonra yenə Cavabdeh qalan 1/2 hissəyə dair xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, mərhum X7 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi" barədə iddia ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3071/2023 nömrəli qərarına əsasən, qeyd olunan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3263/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair iddiaçının nümayəndəsinin ərizəsi qəbul edilərək mülki iş üzrə apellyasiya icraatına xitam verilmiş və həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, anasına məxsus olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 4 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X7 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı Şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin və Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnamədə göstərilən anası X7 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4770/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-3071/2023 nömrəli mülki iş üzrə məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. İşin dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra məhkəmənin e- 2(008)-281/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, hazırkı iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəməyə şikayət verərək həmin qərardadın ləğv olunmasını, mülki işin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X7 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı Şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" tələbləri üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və şikayət "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi ilə bağlı hissədə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və həmin tələbə mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, anası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, X12 özünə məxsus olan bütün əmlakını digər oğlu olan cavabdehə vəsiyyət etmişdir. Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə ilə Cavabdeh miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən 1/2 hissədə pay almalıdır. Bildirir ki, o da X5 oğludur. Cavabdeh Bakı Şəhəri 35 saylı Notariat Ofisinə mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022ci il tarixli **********183 nömrəli ərizəsində qeyd etmişdir ki, başqa vərəsələr yoxdur. Cavabdeh analarından qalmış miras əmlak üzrə digər vərəsələrin olmaması barədə notariat ofisinə yalan məlumat vermişdir. Vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin mövcudluğundan, onun cavabdehə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə əvvəlki iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məlum olmuşdur. Məhkəmənin təşəbbüsü ilə X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008) 2335/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, X4 qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzildən ibarət mirasın 1/6 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməsi, iddianın Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi və Cavabdeh 50 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı işin xx.xx.2023-cü ildən etibarən məhkəmənin icraatında olduğunu nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı hazırkı işə də şamil edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən məcburi payın hər hansı xüsusi qəbul müddətində qəbul edilmiş olması artıq tələb olunmur. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, miras mənzilin cavabdehlə onun arasında bölünməsi barədə əvvəlki iddiasının təmin edilməməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcud olması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin qətnamə üzrə iddia tələbi qanun üzrə vərəsəliklə bağlı idisə, hazırkı iddiada tələb mirasdan məcburi payla əlaqədardır, yəni iddiaların əsasları fərqlidir. Bu xüsusat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir. Məhkəmə bildirmişdir ki, X1 əmlakını vərəsələrdən birinə vəsiyyət etməsinə baxmayaraq, X8 və İddiaçı məcburi pay almaq hüququna malikdirlər. İşin hallarından müəyyən olunur ki, X8 anasından qalmış mirasın ona çatası hissəsindən imtina etmiş, İddiaçı isə məcburi payının müəyyən olunmasını tələb edir. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, həmin tələb əsaslıdır, xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilərək miras mənzildə İddiaçı məcburi payı müəyyən olunmalıdır. Məhkəmə İddiaçı payının həcmi ilə bağlı qeyd etmişdir ki, məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Eyni zamanda, məcburi pay müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. X1 3 vərəsəsi var, hər birinin payı 1/3 hissədə müəyyən olunmalı idi. Məcburi pay mirasın 1/3 hissəsinin yarısı təşkil etdiyindən mirasın 1/6 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməlidir. Bundan başqa işin müəyyən edilmiş hallarına görə, tərəflərin anası X12 xx.xx.2020-ci ildə Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə əsasında bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə mübahisələndirilmir, məhkəmə tərəfindən də vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallar aşkarlanmamışdır. Eyni zamanda, vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. X12 xx.xx.2020-ci il tarixli vəsiyyətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli 2V- 57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi üçün də hər hansı əsas müəyyən edilməmişdir. Ona görə iddia bu hissədə təmin edilməməlidir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qanunsuz olduğu üçün tam ləğv olunması və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev X10 rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə verərək aşağıdakı tələblər qoymuşdur: buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi; vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; miras payının bölünməsi. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2022ci il tarixdə, 2(008)-3263/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-720/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-3263/2022 saylı qətnamədən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilərək mülki iş üzrə apellyasiya şikayətinə xitam verilmişdir. Bununla da İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-3263/2022 saylı qətnaməsini qəbul etmişdir və həmin qətnamə qüvvəyə minmişdir, yəni miras əmlakın bölgüsündən imtina etmişdir. İddiaçı xx.xx.2023-cü ildə yenidən Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanun və vəsiyyətnamə üzrə verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən Bakı şəhəri Sabunçu rayon məhkəməsində hakimi X9 icraatında olanda ona məlum olmuşdur ki, həm vəsiyyətnamə üzrə, həm də qanun üzrə şəhadətnamələr Cavabdeh verilmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-3263/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin 3-cü vərəqinin axırıncı abzasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcələnin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsın bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsının Mülki Kollegiyasının 25 fevral 2021-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsının Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin elibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia muddəti deyil kəsici müddətdır. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin muqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını bununla da mülki dovriyyədə huquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq huququna malikdır. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakın məhkəmələr tərəfindən N. Nadirovun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənın etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-cı maddəsində müəyyən edilmış müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdır”. Göründüyü kimi İddiaçı vəsiyyətnamə üzrə şəhadətnamə barəsində 2022-ci ilin aprel-may aylarında tarixdə onun bu barədə məlumatı olmasına baxmayaraq, xx.xx.2023-cü ildə, yəni 1 il 1 aydan sonra Sabunçu rayon məhkəməsində şəhadətnamələrin etibarsız hesab edilməsi ilə əlaqdar iddia qaldırmışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə, 2(008)-3263/2022 saylı qətnaməsinin olmasına baxmayaraq, Sabunçu rayon məhkəməsi qanunsuz olaraq həmin iş üzrə qətnamə çıxararaq MPM-nin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmış müddətin ötürülübötürülməməsi məsələsinə lazımı hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etsə də, qətnamə ilə iddia tələbi qismən təmin edilmiş və iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2024 cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, X1 əmlakını vərəsələrdən birinə vəsiyyət etməsinə baxmayaraq, X8 və İddiaçı məcburi pay almaq hüququna malikdirlər. İşin hallarından müəyyən olunur ki, X8 anasından qalmış mirasın ona çatası hissəsindən imtina etmiş, İddiaçı isə məcburi payının müəyyən olunmasını tələb edir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, həmin tələb əsaslıdır, xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilərək miras mənzildə İddiaçı məcburi payı müəyyən olunmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi İddiaçı payının həcmi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Eyni zamanda, məcburi pay müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır, X1 3 vərəsəsi var, hər birinin payı 1/3 hissədə müəyyən olunmalı idi. Məcburi pay mirasın 1/3 hissəsinin yarısı təşkil etdiyindən mirasın 1/6 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2024 cü il tarixli Qərarında göstərilir: "Vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vurğulanmalıdır ki, insanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Məcburi pay sahibliyi institutu da dövlətin ailəni himayə etməsi ilə bağlı üzərinə götürdüyü pozitiv öhdəliyin icrasına xidmət edən hüquqi vasitələrdəndir. Odur ki, mirasda məcburi paya dair qanunvericilik normaları məhz bu məqsədə nail olmağa imkan verən məzmunda təfsir və tətbiq edilməlidir." Mirasda məcburi pay hüququna müddətin şamil edilib-edilməməsi məsələsi ilə bağlı həmin Qərarda aşağıdakılar qeyd edilmişdir: "Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 2023-cü il 26 dekabr tarixli Qərarı ilə isə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, hazırkı Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır". Sadalanan normaların və mövqelərin birgə təhlilindən görünür ki, hər bir şəxs sağlığında əldə etdiyi əmlaka ölümündən sonra iradəsinə uyğun ifadə etdiyi vərəsələrinə keçməsi ilə bağlı sərəncam vermək hüququna malikdir. Eyni zamanda, vəsiyyət azadlığı qanunun imperativ göstərişənə görə ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasını məcburi pay almaq hüququndan məhrum etmir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Beləliklə, miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2-ci maddəsinə görə, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında məcburi payın qəbulunun hər hansı xüsusi qəbul müddətindən asılı olmaması, məcburi payı tələb etmək hüququna iddia müddətinin şamil edilməməsi, həmçinin bu Qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil edilməli olması müəyyən edilmişdir. Göründüyü kimi mülki iş xx.xx.2023-cü ildən etibarən məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı hazırkı işə də şamil edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Bununla da iddiaçı tərəfindən məcburi payın hər hansı xüsusi qəbul müddətində qəbul edilmiş olması artıq tələb olunmur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nətiəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmış müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımı hüquqi qiymət verilməməməsinə dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Bu baxımdan iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə rədd edilməsi barədə mövqe özü-özlüyündə ziddiyyətli olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Eyni zamadan iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası bu qənaətə gəlir ki, baxılan işdə mirası qəbul etməsi tanınan iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə vərəsəlik hüququndan məhrum olması barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və hüquqi mövqelərə uyğun olmamışdır. Məhkəmə Kollegiyası onu da vurğulamışdır ki, bu xarakterli iş üzrə Ali Məhkəmənin ümumi təcrübəni müəyyən edən “3 ulduz”la işarələnmiş qərarı da mövcuddur. Bununla yanaşı kollegiya cavabdehin apellyasiya şikayətinin Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə, 2(008)-3263/2022 saylı qətnaməsinin olmasına baxmayaraq, Sabunçu rayon Məhkəməsi qanunsuz olaraq həmin iş üzrə qətnamə çıxararaq MPM-nin 82.3-cü maddəsinin tələblərini pozmasına dair qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması,xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, miras mənzilin cavabdehlə onun arasında bölünməsi barədə əvvəlki iddiasının təmin edilməməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008) 3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcud olması ilə bağlı isə qeyd edilməlidir ki, həmin qətnamə üzrə iddia tələbi qanun üzrə vərəsəliklə bağlı idisə, hazırkı iddiada tələb mirasdan məcburi payla əlaqədardır, yəni iddiaların əsasları fərqlidir. Bu xüsusat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da göstərilmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələnditilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələnditilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2335/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar