Məhkəmə qərarları › İş №2(103)-3614/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3614/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3614/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi XXXXXX katibliyi ilə, Cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5210/2019 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 «xxxx» ASC-nin Azadlıq filialının müdiri işləyərkən sənədlərin saxtalaşdırılması yolu ilə onun adından «xxxx» ASC ilə bağlanılmış xx xxxxxx 2008-ci il tarixli A-530 saylı müqavilənin saxta olduğu üçün etibarsız hesab edilməsi, həmin müqaviləyə görə hesablanmış əsas borcun, faiz borcunun və cərimələrin silinməsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən Maraqlı şəxs İKB tərəfindən ona kompensasiya kimi hesablanmış 3378,14 manat, «xxxx» ASC tərəfindən hesablanmış 93,41 manat, cəmi 3471,55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5210/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, «xxxx» ASC ilə İddiaçı adından bağlanmış xx xxxxxx 2008-ci il tarixli A-530 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə İddiaçı hesablanmış bütün borc məbləğlərinin silinməsi və problemli kreditlərin həlli ilə bağlı kompensasiya məbləği olaraq cavabdehin hesabına ödənilmiş 3471,55 manat məbləğində pulun cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən iddiaçıya kompensasiya kimi “Nikoyi” İKB tərəfindən hesablanmış 3378.14 manat, “xxxx” ASC tərəfindən hesablanmış 93.41 manat, cəmi 3471.55 manat kompensasiya məbləğinin “xxxx” ASC ilə İddiaçı adından bağlanmış mübahisəli xx xxxxxx 2008-ci il tarixli A-530 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış kredit borcuna silindikdən sonra həmin kredit üzrə cavabdeh “xxxx” ASC-yə ödənilməmiş cəmi 3189.90 manat borcun qalması barədə müvafiq sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutlar əsasında heç bir araşdırma aparmamış, təqdim olunmuş həmin sübutlara hüquqi qiymət verməmiş və nəticədə əsassız və qnunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, X11 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 1(101)- 979/2010 saylı hökmü ilə müəyyən edilmişdir ki, X7 "xxxx" ASC-nin Azadlıq filialının müdiri vəzifəsində işləyərkən 2007-ci ildə bağladığı kredit müqavilələrinə əsasən kredit götürmüş ayrı-ayrı şəxslər tərəfindən kreditlərin qaytarılmasının gecikdirilməsini gizlətmək, filialın normal fəaliyyət göstərməsi və özünün yaxşı işçi olması görünüşünü yaratmaq məqsədilə əvvəllər avtomaşın aldığı üçün şəxsiyyət vəsiqəsinin kserosurətini özündə saxladığı İddiaçı adına, sonuncunun xəbəri olmadan xx xxxxxx 2008-ci il tarixli A-530 saylı kredit və “Mercedes Benz C240” markalı avtomaşının girova qoyulmasına dair formal xarakterli, yəni müvafiq qaydada qeydiyyata alınmayan ipoteka müqaviləsi tərtib edərək ona 24 ay müddətinə, yəni xx xxxxxx 2010-cu il tarixədək qaytarmaq şərtilə 20396 manat kredit ayrılmasını rəsmiləşdirmiş, göstərilən müqavilədə və xx xxxxxx 2008-ci il tarixli məxaric orderində İddiaçı imzalarını saxtalaşdırmış, qulluq mövqeyindən istifadə etməklə 20142 manatı filialın xəzinədarı X3 götürüb ayrı-ayrı şəxslərin filiala olan kredit borclarının ödənilməsi üçün xəzinəyə mədaxil edərək vəzifə səlahiyyətlərindən suiistifadə və vəzifə saxtakarlığı yolu ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, iş üzrə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli A-530 saylı ipoteka müqaviləsində ipoteka qoyan qrafasındakı imzalar, 20142 manat nağd pulun İddiaçı ödənişinə dair xx.xx.2008-ci il tarixli nömrəsiz xəzinə məxaric orderində «vəsaiti aldım» qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli A-530 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8652/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə mübahisələndirilən kredit müqaviləsindəki İddiaçı məxsus imzaların saxtalaşdırılması əsas götürülərək iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2831/2018 saylıqətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8652/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan problemli kreditlərlə bağlı kompensasiyanın hesablanmasına dair sənəddən görünür ki, iddiaçının Maraqlı şəxs İKB ASC-yə olan kredit borcuna görə 1882,93 manat və 1495,21 manat olmaqla, cəmi 3378,14 manat, «xxxx» ASC-yə olan kredit borcuna görə 93,41 manat, ümumilikdə 3471,55 manat kompensasiya məbləği hesablanmış, həmin məbləğ (3471,55 manat) iddiaçının «xxxx» ASC-yə olan kredit borcuna azaldılmasına yönəldilmiş, hazırda «xxxx» ASC-yə 3189,90 manat borcu qalmışdır. Göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı adından bağlanmış xx.xx.2008-ci il tarixli A-530 nömrəli kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmamış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh qarşısında hər hansı öhdəlik üzərinə götürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, “xxxx” ASC ilə İddiaçı adından bağlanmış xx xxxxxx 2008-ci il tarixli A-530 saylı kredit müqaviləsinin saxta müqavilə olması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuşdur. Bu cür vəziyyətdə iddiaçının bank qarşısında hər hansı bir öhdəliyi yaranmadığı halda tələb olunan məbləği cavabdeh öhdəliklərin icra edilməməsini əsas gətirərək olmayan kredit borcuna necə silə bilərdi? Qeyd olunan həmin kredit müqaviləsi üzrə iddiaçının cavabdeh “xxxx” ASC-yə ödənilməmiş 3189.90 manat borcu qalması dəlili də açıq-aşkar əsassızdır. Bu barədə cavabdeh tərəfindən məhkəməyə hansısa sənədin təqdim edilməsi isə sübut kimi qəbul edilə bilməz. Ona görə də cavabdehin təqdim etdiyi hansısa sənədlər əsasında hər hansı bir araşdırma aparılmasına, onlara hüquqi qiymət verilməsinə ümumiyyətlə zərurət olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyasıməhkəməsi q ə t e t d i: Cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5210/2019 nömrəli qətnaməsi cavabdeh Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar