Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3615/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-182/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili V.İ.Lenin adına toxuculuq kombinatının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında İddiaçı (bundan sonra iddiaçı) verilmişdir. Mənzil 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2231/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı əsasında iddiaçının adına özəlləşdirilmiş (iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində olan məlumatlar) və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən ötən əsrin 90-cı illərində həmin mənzilin yan divarına bitişik şəkildə tikinti inşa edilmişdir. Bu tikinti mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış və hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6786 saylı ekspert rəyinə əsasən cavabdehin inşa etdiyi fərdi yaşayış evinin, iddiaçıya məxsus mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 5 saylı tikili kimi göstərilən yaşayış otağı tikilisinin küçə tərəfdən divarına bitişik inşa edildiyi, iddiaçıya məxsus mənzilə küçə və pilləkan meydançasından giriş-çıxış qapısının olduğu nəzərə alınaraq, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, eləcə də, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı, cavabdehin inşa etdiyi fərdi yaşayış evinə dair hər hansı texniki sənədin (tikintiyə icazə, təsdiq olunmuş layihə və s.) olmadığı nəzərə alınaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) tələblərinə uyğun inşa edilmədiyi, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə, pəncərə qoyulması və s) iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilmişdir. Tərəflər arasında iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin mənzildən pasport qeydiyyatından çıxarılması tələbi üzrə məhkəmə mübahisələri var. Lakin həmin işlər üzrə çıxarılmış məhkəmə aktları qanuni qüvvəsini almamışdır (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarı).
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, 13 saylı evin, 2 saylı mənzilinin divarına bitişik cavabdehə məxsus tikinti-norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan qanunsuz inşa edilmiş tikilinin sökülməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1, 2 nömrəli mənzili keçmiş Lenin adına toxuculuq kombinatında, indiki Tağıyev adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Həmin mənzil dövlət reyestrində onun adına qeydiyyatdan keçmiş və mənzildə o, oğlu X8, gəlini X3, nəvəsi X5 qeydiyyatda olmaqla yaşayırlar. Lakin qızı X4 uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamır. Qeyd edilən mənzilə bitişik qanunsuz şəkildə inşa edilmiş tikili mövcuddur ki, qızı X4 tərəfindən qanunsuz olaraq kənar şəxslərə kirayə verilmişdir. Həmin qanunsuz tikili ona məxsus pəncərə və qapını kəsməklə mənzilin otaqlarının havalandırılmasını kəsmiş və tikinti norma qaydalarına riayət edilməməklə inşa edilmişdir. Bu da onun və mənzildə yaşayan digər ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilə təhlükə və maneə yaradır. Buna görə də, onların evin divarına qanunsuz, tikinti norma və qaydalarına əməl edilmədən, habelə müvafiq orqanlardan icazə və sərəncam almadan inşa edilmiş, ona evə məxsus pəncərənin qarşısını kəsən qanunsuz tikili sökülməlidir.
4. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əmlakların yerləşdiyi ünvanda yerində müayinə keçirilmiş və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin cavabdehin yaşadığı ünvan ilə birbaşa əlaqəli olmadığı müəyyən edilmişdir. Belə ki, həmin mənzilin qarşısında dayanan zaman ardıcıl olaraq ard-arda bir-birlərinə bitişik tikilməklə ilk olaraq iddiaçının mənzili, daha sonra digər qonşunun yaşadığı fərdi yaşayış evi, daha sonra isə cavabdehin yaşadığı fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının mənzili ilə cavabdehin yaşadığı fərdi yaşayış evinin girişləri fərqlidir. İddiaçının mülkiyyətində olan mənzilin sadəcə bir yataq otağında yerləşən (hazırda üst hissəsinə qapılar qoyulmaqla şkaf kimi istifadə edilən) pəncərə öz dediyinə görə cavabdehin yaşadığı fərdi yaşayış evinə açılır, lakin yerli müayinə keçirilən zaman həmin pəncərənin qarşısına yorğanlar yığıldığından bu hal müəyyən edilməmişdir. Həmin yataq otağında başqa pəncərə mövcud deyildir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-182/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X11)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş və hazırda yaşadığı özbaşına tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən də bəlli olur ki, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində 5 saylı tikili kimi göstərilən yaşayış otağı tikilisinin küçə tərəfdən divarına bitişik inşa edildiyi, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə küçə və pilləkan meydançasından giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, eləcə də, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinə dair hər hansı texniki sənədinin (tikintiyə icazə, təsdiq olunmuş layihə və s.) olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümurr qaydaları) tələblərinə uyğun inşa edilmədiyi, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə, pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı cavabdehin yaşadığı özbaşına tikilinin ona məxsus olan pəncərə və qapını kəsməklə, otaqların havalandırılmasına mane yaratdığını əsas gətirmişdir. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan, məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, həmin özbaşına tikilinin inşasında cavabdehin mənafeyi vardır, hazırkı vəziyyətdə cavabdeh həmin tikilidə yaşayır. Buna görə də məhkəmə iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsini zəruri hesab etmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və özbaşına tikilinin orada olması cavabdehin digər şəxslərlə birgə mühitdə yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz.
7. İddia təmin edilmədiyindən, məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 18-ci, 152-ci, 157-ci, 158-ci, 170-ci, 171-ci, 180-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 97.1-ci, 101.7-ci, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ekspert qaydaları pozaraq, məhkəmə tərəfindən qoyulmuş suala düzgün cavab verməmişdir. Belə ki, məhkəmə məhz tikilinin tikinti norma və qaydalara uyğun inşa edilib-edilmədiyini sual etmiş, ekspert isə tamam başqa suala cavab verərək Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Bu isə eskpertin qərəzli və yaxud səhlənkarlıq edərək sualdan yayınmaq cəhdini əks etdirir. Məqsəd isə məlum deyil, ekspertin məqsədinin cavabdehə kömək etmək olub-olmamasını, onu məsuliyyətdən yayındırmaq məqsədinin olub-olmamasını aydınlaşdırmaq zərurəti yaranmışdır. Əksi mövcuddursa, ekspert məhkəmə iclasına dəvət edilməli və qoyulmuş suala niyə qeyri-adekvat cavab verməsinə aydınlıq gətirməli, ekspertə qərardadda qoyulmuş sual məhkəmə iclasında verilməli və aydınlıq gətirilərək vermiş olduğu cavabı məhz tikilinin norma və qaydalara uyğun inşa edilməmiş kimi qəbul edilib-edilməməsi aydınlaşdırılmalıdır. Bu barədə vəsatət verilsə də məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etmədi. Tikililər arasındakı məsafə 3 metrdən az ola bilməz və hazırki tikilidə bu qaydaya əməl edilməmişdir və bu qayda məhz hazırki özbaşına tikilinin nəinki Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun inşa edilmədiyini, həmçinin tikinti norma və qaydalara əməl edilməməklə (tikililər arasında ara məsafəsi 3 metrdən az ola bilməz) tikilməsini sübut etmişdir. Ara məsafəsi qaydalarına riayət edilmədən tikilinin inşa edilməsi qanunsuzdur və sökülməsi zəruridir. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş və hətta hazırda yaşamadığı özbaşına tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaradır. Belə ki, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) tələblərinə uyğun inşa edilmədiyi, Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin (arakəsmə, pəncərə qoyulması və s) İddiaçı məxsus 2 saylı mənzilin yerləşdiyi binanın yan fasad divarına bitişik inşa edildiyini nəzərə alaraq, həmin tikilinin ona məxsus mənzilin sərhədlərinə daxil olduğu müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin: 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir; 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur; 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur; 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir; 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir; 105-ci maddəsinə əsasən müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Belə ev və ya evin yanında tikilmiş əlavə bina məhkəmənin qətnaməsinə əsasən əvəzsiz olaraq alınıb yerli xalq deputatları Sovetinin fonduna verilə bilər, yaxud rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarına əsasən, həmin bina onu özbaşına tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər; 148-ci maddəsinə əsasən bu Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560-cı və 560.3.4-cü maddələrinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəssinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin mübahisəyə hüquqi qiymət verərkən hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları tədbiq edilməklə rədd edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının qızıdır və ona məxsus olmaqla iddiaçının mülkiyyətində olan mənzilin divarına bitişik şəkildə inşa edilmiş tikinti hüquqi vəziyyətinə görə özbaşına tikintidir, müddət etibarı ilə 1993-cü ildə (iddiaçı tərəfin verdiyi məlumata əsasən 1996-cı ildə) inşa edilmişdir. Mənzil V.İ.Lenin adına toxuculuq kombinatının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarına əsasən iddiaçıya verilmiş və qanunsuz tikinti inşa edilən zaman artıq mövcud olmaqla iddiaçının qanuni istifadə və sahibliyində olmuşdur.
22. İddiaçı həmin tikintinin tikinti normalarına və qaydalarına riayət olunmadan ona məxsus mənzilin qapı və pəncərəsinə bitişik inşa edilməklə onların qarşısını kəsdiyini, mənzilin otaqlarının havalandırmasının qarşısını aldığını, qeyd edilənlər nəticəsində onun hüquqlarının pozulduğunu, ümumiyyətlə tikilinin onun mənzilinə təhlükə və maneə yaratdığını bildirir və onun sökülməsini tələb edir. Eyni zamanda, ötən dövr ərzində texniki baxımdan (eninə, uzununa, hündürlüyə və sair) tikintidə hər hansı dəyişikliyin olduğunu bildirmir.
23. Qeyd edilənlər iddiaçının iddia etdiyi (hüquqlarının pozulmasına səbəb olan) halların tikinti inşa edildiyi vaxtdan mövcud olduğunu təsdiq edir. Bununla belə, mübahisəli hüquq münasibətləri müddət etibarı ilə 1993-cü ildə (hətta 1996-cı ildə) yarandığından hazırki mübahisəyə xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. Bu da ilk növbədə hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zərurətini yaradır.
24. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli özbaşına tikintinin inşa edildiyi vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən fərqli olaraq, keçməsindən və tərəflərin bildirməsindən asılı olmayaraq, iddia müddətinin məhkəmə tərəfindən, yəni məhkəmənin təşəbbüsü ilə tətbiq edilməsi təsbit edilmişdir. Bu baxımdan cavabdeh tərəfin bununla bağlı ərizə təqdim edib-etməməsindən asılı olmayaraq, iddia müddətinin tətbiqi ilə bağlı məsələ həll edilməlidir. Məhkəmə kollegiyası da mübahisəli hüquq münasibətlərinin məhz həmin məcəllənin qüvvədə olduğu zaman yarandığını, həmin Məcəllədə bu qəbildən olan iddialarla bağlı qısaldılmış iddia müddətinin müəyyən edilmədiyini, habelə bu iddiaya iddia müddətinin aid edilmədiyinin şərtləndirilmədiyini (85ci maddə) nəzərə alıb, belə qənaətə gəlir ki, mübahisəli tikinti iddiaçının hər hansı hüququnu pozursa, iddiaçı üçün məlum və aşkar şəkildə inşa edildiyi tarixdən pozur. İddiaçı həmin tikintinin hüquqi vəziyyəti barədə də tam məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün müəyyən edilmiş 3 illik ümumi iddia müddəti ərzində iddia qaldırmamış və hazırki iddia qaldırılana qədər iddia müddəti keçmişdir.
25. Mövcud vəziyyətdə 30 ilə yaxın müddətin keçməsinin səbəbini üzrlü hesab etmək üçün də hər hansı əsas mövcud deyil. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etsə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin bu məsələləri tənzimləyən normalarının tələblərinə riayət etməmiş və bilavasitə tədbiq etməli olduğu halda, iddia müddətini tətbiq etməklə iddianı rədd etməmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın iddia müddəti tədbiq etməklə rədd edilməsini şərtləndirir.
26. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab edir ki, 2013-cü ildə mənzilin hüquqi vəziyyəti və iddiaçının mənzilə münasibətdə hüquqi statusu dəyişmişdir. Belə ki, mənzil mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və xx.xx.2013-cü il tarixdə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçı bu əmlakın mülkiyyətçisinə çevrilmişdir. Mübahisəli tikintinin hüquqi vəziyyəti isə dəyişilməz qalmışdır. Lakin bu hal da iddianın təmin edilməsi üçün əsas ola bilməz. Hər bir halda, bu tarixdən ötən 10 ilə yaxın müddət ərzində iddiaçı cavabdehin qeyd edilən tikintidən açıq-aşkar və fasiləsiz istifadəsinə hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində həmin tikintini olduğu kimi qəbul etdiyini öz davranışı ilə nümayiş etdirmişdir. Cavabdeh də iddiaçının bu davranışına güvənərək sözügedən özbaşına tikintini ilk öncə inşa etmiş və ötən dövr ərzində iddiaçı üçün açıq və aşkar şəkildə ondan istifadə edib, ona sahiblik etmişdir. Bununla belə, inşasına və ötən 30 ilə yaxın müddət ərzində mövcudluğuna, habelə istifadə olunmasına hər hansı qaydada etiraz etməyən iddiaçı hazırki iddia üzrə tikintinin sökülməsi tələbini irəli sürməklə, cavabdehə zərər vura biləcək ziddiyyətli davranış nümayiş etdirir və hüquqi nəticə etibarı ilə cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini istəyir ki, onun bu davranışı (hərəkəti) birmənalı şəkildə hüquqdan sui-istifadə halını yaradır. Belə bir halın mövcudluğu da iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Hər bir halda, iddiaçının bu hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi üçün əsas yaradan Mülki Məcəllənin 560.3.4-cü maddəsi cavabdehə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və iddiaçının üzərinə ardıcıl rəftar etmək (əvvəlki rəftarı davam etmək) öhdəliyi qoyur.
27. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da cavabdehin inşa etdiyi tikintinin iddiaçıya məxsus mənzilə hər hansı maneə yaratmadığı, həmin mənzilə gün işığının düşməsinin və havalandırılmasının məhdudlaşdırmadığı, həmin tikilinin iddiaçıya məxsus mənzilin sərhədlərinə daxil olmadığı müəyyən edilmiş və bu məzmunda rəy verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda keçirilmiş yerində müayinə zamanı da özbaşına tikintinin mənzilə hər hansı maneə yaratdığı aşkar edilməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia yuxarıda göstərilən hüquq normaları tədbiq edilməklə rədd edilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edildiyindən ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, dövlət gəlirlərinə alınmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-182/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.