Məhkəmə qərarları › İş №2(103)-362/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-362/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-362/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4, Maraqlı şəxslər X2, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil5, X11, X8, XXX X19 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 Abas oğlu, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ, maraqlı şəxslər X2, Maraqlı şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin ¼ hissəsinə onun və anası X4 vərəsəlik hüquqlarının tanınması, əmisi X5 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus ¼ hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X1 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin təmin olunması, miras əmlakdan ¼ hissəyə onun və İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə öldüyündən Cavabdeh1 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiaları qismən təmin edilmişdir.

5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 Abas oğlu, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ, maraqlı şəxslər X2, Maraqlı şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə AR Ali Məhkəməsi tərəfindən Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq hazırki iş üzrə icraat icraat dayandırılmışdır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli Qərarı qəbul edilməsi ilə əlaqədar hazırkı iş üzrə icraat təzələnmişdir.

8. X11, X8, XXX X19 nümayəndə və vəkili Ə.Məhərrəmov tərəfindən ərizə daxil omuş, həmin ərizədə Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiklərini, həmin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

9. Məhkəmə Kollegiyasının iclasında X.Bağırova, Z.Sadıxova, XXX X19 nümayəndəsi və vəkili Ə.Məhərrəmov Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiklərini, həmin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanması üçün mülki işin rayon məhkəməsinə göndərilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili E.Yəhyazadə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4, maraqlı şəxslər İ.Məmmədov, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil5 ayrılıqda məsələni Kollegiyanın mülahizəsinə buraxdığını bildirdi.

11. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür.

13. Məhkəmə kollegiyası ərizəni və ona əlavə edilmiş apellyasiya şikayətinin surətini mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, X11, X8, XXX X19 Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən birgə verdikləri apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. X11, X8, XXX X19 Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən birgə verdikləri apellyasiya şikayətinin MPM-in 360- 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar