Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3620/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Elchieva Durdananın nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2024 saylı, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı Elchieva Durdana tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Elchieva Durdana ilə Cavabdeh ilə arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçılar Elchieva Durdana və İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin və X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılmasına, həmçinin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) ünanında yerləşən mənzilin Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1567/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı1, X1 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlər təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı1, X1 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Durdana Elchievanın nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Durdana Elchievaya aid hissədə ləğv olunmuş və mülki iş onun daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi tələbinə (digər tələbi ilə birlikdə) mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2024 saylı, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilməməsi və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Elchieva Durdana (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC vəsatətlə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 və Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-83/2024 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul etməyi xahiş etmişdir. Vəsatətdə göstərilir ki, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsindən cavabdehlər tərafindən apellyasiya şikayəti verilmiş və iş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1074/2023 nömrəli qərardadı ilə icraata qəbul olunmuşdur. Lakin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(106)-1074/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə icraat, iddiaçılar İddiaçı1 və Elchieva Durdananİn cavabdeh "xxxx" MMC-yə qarşı daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X2 qarşı lizinq müqaviləsinin ləğvi, borcun ödənilməsi və lizinq obyektinin lizinqverənə geri qaytarılması barədə iddiası Elchieva Durdananın "daxili lizinq müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi" barədə iddiası ilə qarşılıqlı şəkildə əlaqəlidir) və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə tərkibi hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdən də açıq-aşkar görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 və Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-83/2024 (əvvəlki nömrəsi: 2(106)-1074/2023) nömrəli mülki işlər bir-biri ilə əlaqələdir və birbirindən asılıdır. Buna görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və yekun məhkəmə aktı çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 43-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 və Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-83/2024 (əvvəlki nömrəsi: 2(106)- 1074/2023) nömrəli mülki işlər bir icraatda birləşdirilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3620/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3620/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver