Məhkəmə qərarları › İş №2(103)-3621/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3621/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3621/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 4125/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Mehdiyabad qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və xx.xx.2022-ci il tarixdə qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00027 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə edilir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 8.208 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 984.96 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. İddiaçıya aid abonentin saldosuna əsasən həmin ünvan üzrə təbii qazdan qeyri-qanuni, sayğacdan kənar qaydada istifadə edilməsi əsası ilə 2022-ci ilin mart ayında 2.108,16 manat, 2023-cü ilin fevral ayında 2.643,84 manat, mart ayında 535,68 manat və aprel ayında 397,44 manat məbləğində cərimə hesablanaraq, abonent hesabına daxil edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1232 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 (Cavabdeh İB tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi kimi qeydə alınmış) ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00027) cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 6.670,08 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 (qeyd olunan ünvan Cavabdeh İB tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi kimi qeydə alınmış və **********00027 saylı abonent kodu verilmişdir) ünvanında yerləşən yarımtikilini 2021-ci ilin aprel ayında almışdır. Həmin vaxt tikilinin nə qaz, nə də işıq sayğacı olmuş, ümumiyyətlə tikili yaşayış üçün yararlı olmamışdır. Bundan bir müddət sonra evdə təmir-tikinti işlərinə başlamaq qərarına gəlmiş və təxminən 2022-ci ilin iyun ayının ortalarında o həm "xxxx" ASC-yə, həm də Cavabdeh İB-yə (podratçı təşkilatlar vasitəsilə) müraciət edərək, fərdi yaşayış evinə müvafiq sayğacların quraşdırılmasını xahiş etmişdir. Çünki evin təmiri zamanı daim elektrik enerjisinə, bəzən isə təbii qaza ehtiyac yaranır. Müraciətindən sonra xx.xx.2022-ci il tarixində ona məxsus fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən ZENNER G4T SMART tipli, **********842 saylı qaz sayğacı quraşdırılmış, sayğac küçə qaz xəttinə birləşdirilmiş və sayğaca plomb vurulmuş, lakin sayğacın çıxış borusu Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaynaq vasitəsilə qapadılmışdır (hazırda da bu vəziyyətdədir). Bundan əlavə sayğacın smart kartı da ona verilmiş, lakin bildirmişlər ki, ev yaşayış üçün yararlı olmadığı və müvafiq qaz işlədiciləri quraşdırılmadığı üçün sayğacın çıxış borusu qaynaq vasitəsilə qapadılmışdır, həmçinin də bu səbəbdən sayğacın smart kartı da hazırda blokdadır (pul yükləmək mümkün deyil). Odur ki, sayğac quraşdırılsa da smart kartdan, dolayısı ilə də təbii qazdan istifadə etmək mümkün deyildir. Fərdi yaşayış evi yaşayış üçün tam hazır olduqdan və müvafiq qaz işlədiciləri quraşdırıldıqdan sonra o, smart kartın aktivləşdirilməsi və sayğacın çıxış borusunun evə gedən qaz xəttinə birləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etməlidir. Ona məxsus fərdi yaşayış evinə işıq sayğacı isə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Bu səbəbdən də, o, evdə təmir-tikinti işlərinə 2022-ci ilin oktyabr ayından başlamışdır. Fərdi yaşayış evində təmir işləri 2023-cü ilin mart ayının sonlarında tam başa çatdırılmış və o, 2023-cü ilin aprel ayının ortalarından həmin ünvana köçmüşdür. O, hazırda həmin ünvanda yaşayır. Evə köçəndən sonra o, Cavabdeh İB-yə müraciət edərək, quraşdırılmış sayğacın smart kartının aktivləşdirilməsini və sayğacın çıxış borusunun evə çəkilmiş qaz xəttinə birləşdirilməsini xahiş etmişdir. Lakin orda ona bildirmişlər ki, 2022-ci ilin mart və iyun, 2023-cü ilin fevral, mart və aprel aylarında guya ona məxsus fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş və həmin aktlara əsasən ona cəmi 6.670,08 manat məbləğində cərimə hesablanmışdır. Hazırda həmin məbləğ onun tərəfindən ödəniləndikdən sonra smart kart aktiv edilə bilər. İddiaçının tələbindən sonra 2022-ci ilin mart və iyun, 2023-cü ilin fevral ayında yazılmış cərimə aktlarının və digər sənədlərin surətləri Cavabdeh İB-də ona təqdim edilmiş, 2023-cü ilin mart və aprel ayınlarına görə abonent hesabıma daxil edilmiş cərimə məbləğləri ilə bağlı aktlar isə hələ hazır olmadığı üçün ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Hətta 2023-cü ilin mart və aprel aylarına görə abonent hesabına daxil edilmiş cərimə məbləğləri ilə bağlı aktların hələ hazır olmaması elə həmin aktların saxta olmasının əsas sübutudur. Birliyin əməkdaşlarının dediyindən belə məlum olur ki, onlar əvvəlcə abonent hesabına cərimə məbləğini daxil edirlər, daha sonra isə elə idarədə həmin məbləğə uyğun saxta cərimə aktları tərtib olunur. Qeyd olunan fərdi yaşayış evində 2023-cü ilin aprel ayının ortalarına qədər ümumiyyətlə yaşayış olmamış, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayının sonlarına qədər evdə təmir işləri aparıldığı üçün yalnız gün ərzində ustalar işləmişdir. Ümumiyyətlə evə qaz sayğacı xx.xx.2022-ci il tarixində quraşdırılaraq o, abonent kimi qeydiyyata alınmış, lakin həmin vaxtdan bu günə qədər sayğacın smart kartı aktiv edilməmişdir (blokda olmuşdur). Belə olan halda 2022-ci ilin mart və iyun aylarında həmin evdə təbii qazdan qeyri-qanuni istifadə edilməsi mümkün deyildir. Çünki həmin vaxt ev yaşayış üçün yararlı olmamış (bu halı həm Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əlavə edilmiş fotoşəkillər, həm də evdə işıq sayğacının olmaması da təsdiq edir), həmçinin həmin dövrdə ümumiyyətlə evdə heç ustalar da işləməmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əlavə edilmiş fotoşəkillərdə görünən boru isə o, evi alanda artıq orda mövcud idi. Lakin həmin boru xətti evə qədər çəkilməmiş, sadəcə yarıya qədər tikilmiş hasarın üzərindən aşırdılmış və yarımçıq saxlanılmışdır. Əgər həqiqətən də həmin boru xətti evin daxilinə qədər çəkilmiş və ya hasarın digər tərəfində hər hansı bir qaz işlədicisinə qoşulmuş olsa idi Cavabdeh İB-nin əməkdaşları tərəfindən hasarın içəri tərəfindən də şəkillər çəkilib akta əlavə edilərdi. Çünki akta əlavə edilmiş şəkillərdən də məlum olduğu kimi bunun üçün onların qarşısını kəsən hər hansı bir maneə olmamış, həyətin qapısı açıq olmuş (ümumiyyətlə həmin vaxt qapı quraşdırılmamışdır), hasar isə yarıya qədər tikilmişdir. Ən əsası isə şəkillərdə görünən boru ümumiyyətlə küçə qaz xəttinə birləşdirilməmişdir və həmin borunun küçə qaz xəttinə onun tərəfindən birləşdirilməsi ümumiyyətlə mümkün deyildir. Çünki sayğac quraşdırılan zaman ona məlum olmuşdur ki, həmin küçə qaz xətti polietilen borudan olmaqla kifayət qədər dərindən çəkilmişdir və həmin xəttə yalnız Cavabdeh İB-nin istifadəsində olan xüsusi texnika vasitəsilə qoşulmaq mümkündür. Bundan əlavə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş aktların saxta olmasını sübut edən digər bir məsələ isə qeyd olunan fərdi yaşayış evinə işıq sayğacının xx.xx.2022-ci il tarixində quraşdırılmasıdır. Belə ki, hamıya məlum olduğu kimi hazırkı dövrdə elektrik enerjisi olmayan evdə yaşamaq mümkün deyildir. 2023-cü ilin fevral ayında akt tərtib olunanda isə artıq Cavabdeh İB tərəfindən bir müddət əvvəl evə sayğac quraşdırılmış, lakin sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadılmış, sayğacın smart kartı aktiv edilməmişdir (blokda olmuşdur). Digər tərəfdən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda “sayğacdan kənar xətt aşkar olunduğu” qeyd edilsə də, akta əlavə edilmiş fotoşəkillərdən sayğacdan kənar xəttin harda olduğunu ümumiyyətlə müəyyən etmək mümkün deyildir. Hətta həmin fotoşəkillərdən görünür ki, sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadıldığı üçün və sayğacın smart kartı blokda olduğundan (sayğaca pul yükləmək mümkün olmadığı üçün) həmin vaxt evdə işləyən ustalar tərəfindən evdə qaz balonu vasitəsilə propan qazından istifadə olunmuşdur. Bundan əlavə tərtib edilmiş aktlarda qeyd olunmuşdur ki, guya o, aktları imza etməkdən imtina etmişdir. Halbuki onun aktların heç birindən məlumatı olmamışdır. Həmçinin bu müddət ərzində Cavabdeh İB tərəfindən ona hər hansı bir xəbərdarlıq edilməmiş, hər hansı cərimənin yazılması barədə məlumat da verilməmişdir. 2023-cü ilin mart və aprel aylarında tərtib edilmiş aktlar isə ona təqdim edilmədiyi üçün ümumiyyətlə həmin aktları hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Lakin Cavabdeh İB-də həmin aktların hələ hazır olmaması ilə bağlı ona məlumat verilməsi, buna baxmayaraq artıq abonent hesabına həmin aylara görə də cərimə məbləğinin daxil edilməsi həmin aktların da saxta olduğunu sübut edir. Birliyin əməkdaşlarının dediyindən də məlum olur ki, onlar əvvəlcə abonent hesabına cərimə məbləğini daxil edirlər, daha sonra isə elə idarədə həmin məbləğə uyğun saxta cərimə aktları tərtib olunur. Digər tərəfdən fərdi yaşayış evinə 2 ay ücün 933 manat (abonent saldosunun qalıq və aktlar bölməsində göstərilənlərə əsasən) məbləğində cərimə hesablanması da həmin aktların tamamilə saxta olduğunu sübut edən digər haldır. Göstərilənlərdən əlavə “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” aktlara, həmin aktlara əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə və aktlara əlavə edilmiş fotoşəkillərə diqqətlə nəzər yetirildiyi zaman həmin aktların saxta olması aydın şəkildə nəzərə çarpır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” aktlarda və həmin aktlara əsasən tərtib olunmuş Dəymiş ziyanın bərpasına dair tələbnamələrdə aşağıdakı digər çoxsaylı qanunsuzluqlar vardır. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Əraziyə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edildi”. Aktda qaz işlədiciləri kimi PQ-4, QSQ və dəmir soba göstərilmişdir Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dar tələbnamə”də isə göstərilmişdir ki, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 120 gün olmaqla 17568 m3 həcmində (2.108,16 manat dəyərində) hesabat aparılsın. Ümumiyyətlə sayğac quraşdırılan tarixə qədər Cavabdeh İB-nin əməkdaşları bir dəfə də olsun ona məxsus fərdi yaşayış evinə gəlməmiş, evin daxilinə baxış keçirməmişlər. Çünki 2022-ci ilin oktyabr ayına qədər evdə ümumiyyətlə heç kəs olmamışdır. Akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Cavabdeh İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkildən isə məlum olur ki, həmin şəkil aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə küçə tərəfdən çəkilmişdir. Şəkildə isə yalnız yarıya qədər tikilmiş hasarın üzərində aşırdılmış boru görsənir, lakin həmin boru vasitəsilə təbii qazdan istifadə olunub-olunmadığını, ümumiyyətlə həmin borunun yeraltı qaz xəttinə qoşulduğunu müəyyən etmək mümkün deyildir. Halbuki həmin xətt o dövrdə ümumiyyətlə yeraltı küçə qaz xəttinə birləşdirilməmişdir. Digər tərəfdən də şəkildən təbii qazdan hansı formada istifadə edilməsi məlum deyil. Əgər həqiqətən də Cavabdeh İB-nin əməkdaşları tərəfindən evin qaz təchizatına baxış keçirilmiş olsa idi, o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı da şəkillər (ən azı istifadə edilən qaz işlədicilərinin) (ən azı istifadə edilən qaz işlədicilərinin) çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, Cavabdeh İB-nin əməkdaşları evə daxil olmamışlar və aktda qeyd olunan qaz işlədiciləri barədə olan məlumatlar da həqiqəti əks etdirmir. Həmin vaxt ev yaşayış üçün yararlı olmamış və ümumiyyətlə həmin dövrdə evdə qaz işlədiciləri də olmamışdır. Tələbnamədə göstərilmimiş orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 120 gün olmaqla hesabatın aparılması isə Cavabdeh İB-nin əməkdaşlarının digər qanunsuzluqlarından biridir. Belə ki, həmin müddətin hansı hüquqi akta və sübuta əsasən müəyyən edilməsi məlum deyildir. Onun israrla tələb etməsinə baxmayaraq hansı əsasla orta günlük iş rejiminin 24 saat, hesabatın 120 gün müddətində aparılması ilə bağlı da ona hər hansı bir sübut təqdim edə bilməmişlər. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Sayğacsız qazdan istifadə edir”. Aktda qaz işlədiciləri kimi PQ-4 və kombi 24 kv göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamədə” isə göstərilmişdir ki, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 90 gün olmaqla 8208 m3 həcmində (984, 96 manat dəyərində) hesabat aparılsın. Yuxarıda da qeyd etdiyi kimi həmin tarixdə Azəriqaz” İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırmaq məqsədilə gəlmiş, sayğac quraşdırılaraq küçə xəttinə birləşdirilmiş, lakin ev yaşayış üçün yararlı olmadığı və evdə qaz işlədiciliəri quraşdırılmadığı üçün sayğacın çıxış borusu qaynaq vasitəsilə qapadılmış, sayğacın smart kartı aktiv edilməmişdir. Lakin daha sonra onlar həmin tarixə də qazdan qanunsuz istifadə edilməsi ilə bağlı saxta akt tərtib etmiş, aktda yuxarıda göstərilən qaz işlədiciləri qeyd olunmuş və cərimə hesablanmışdır. O zaman belə bir sual yaranır ki, əgər həmin tarixdə evdə qaz islədiciləri olmuşdursa, onda niyə quraşdırılmış sayğacın çıxış borusu ‘Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaynaq vasitəsilə qapadılmış və sayğacın smart kartı pul ödənişləri ücün aktiv edilməmişdir?! Həmin akt da yalnız Azəriqaz” İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Azəriqaz” İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkillərdən isə məlum olur ki, həmin şəkil aktın tərtib edildiyi tarixdə deyil xx.xx.2022-ci il tarixdə küçə tərəfdən çəkilmişdir. Şəkildə isə yenə də yalnız yarıya qədər tikilmiş hasarın üzərində aşırdılmış boru görsənir, lakin həmin boru vasitəsilə təbii qazdan istifadə olunubolunmadığını, ümumiyyətlə həmin borunun yeraltı qaz xəttinə qoşulduğunu müəyyən etmək mümkün deyildir. Halbuki həmin xətt o dövrdə ümumiyyətlə yeraltı küçə qaz xəttinə birləşdirilməmişdir. Digər tərəfdən də şəkildən təbii qazdan hansı formada istifadə edilməsi məlum deyil. Əgər həqiqətən də Cavabdeh İB-nin əməkdaşları tərəfindən evdə qaz işlədiciləri aşkar edilmiş olsa idi o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, aktda qeyd olunan qaz işlədiciləri barədə məlumatlar da həqiqəti əks etdirmir. Bir daha bildirir ki, həmin vaxt ev yaşayış üçün yararlı olmamış və ümumiyyətlə həmin dövrdə evdə qaz işlədiciləri də olmamışdır. Bundan əlavə yay ayında evdə kombi işlədilməsi ümumiyyətlə ağlabatan deyil. Digər tərəfdən aktda qaz işlədiciləri kimi PQ-4 və kombi 24 kv göstərilsə də tələbnamədə hesabat aparılarkən PQ-3 və 30 kvlıq kombi qeyd olunmaqla hesabat aparılmışdır. Bu hal da sübut edir ki, Azəriqaz” İB tərəfindən tərtib olunmuş sənədlər tamamilə saxtadır. Orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 90 gün olmaqla hesabatın aparılması ilə bağlı da hər hansı bir normativ sənəd və hər hansı bir sübut yoxdur. xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Sayğacdan kənar xətt aşkarlandı”. Aktda qaz işlədiciləri kimi PQ-3, QSQ və radiator göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də isə göstərilmişdir ki, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 180 gün olmaqla 22032 m3 həcmində (2643,84 manat dəyərində) hesabat aparılsın. Həmin tarixdə də Cavabdeh İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə gəlməmiş, evin daxilinə baxış keçirməmişlər. Akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Cavabdeh İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkillərdən isə məlum olur ki, həmin şəkillər akt tərtib edilən tarixdən (akt xx.xx.2023-cü ildə tərtib edilib) bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə çəkilmişdir. Lakin həmin akta əlavə edilmiş fotoşəkillərdən sayğacdan kənar xəttin harda olduğunu müəyyən etmək mümkün deyildir (ümumiyyətlə belə bir qoşulma olmamışdır). Hətta həmin fotoşəkillərdən də görsənir ki, sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadılmışdır və həmin vaxt evdə işləyən ustalar tərəfindən evdə qaz balonu vasitəsilə propan qazından istifadə olunmuşdur. Digər tərəfdən əgər həqiqətən də ‘Cavabdeh İB-nin əməkdaşları tərəfindən evin qaz təchizatına baxış keçirilmiş olsa idi, o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, Cavabdeh İB-nin əməkdaşları evə daxil olmamışlar və aktda qeyd olunan qaz işlədiciləri barədə məlumatlar da həqiqəti əks etdirmir. Orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 180 gün olmaqla hesabatın aparılması ilə bağlı da hər hansı bir normativ sənəd və hər hansı bir sübut yoxdur. Ümumiyyətlə isə qeyd edilən cihazların eyni vaxtda 24 saat, ərzində dayanmadan fasiləsiz işlədilməsi də ağılasığmazdır və həm müddətlərin hansı formada müəyyən edilməsi də ona məlum deyildir. 2023-cü ilin mart və aprel aylarında tərtib edilmiş aktlar ona təqdim edilmədiyi üçün həmin aktların nəyə əsasən tərtib edildiyindən o, məlumatsızdır ancaq əmindir ki, həmin aktlarda da ən azı yuxarıda qeyd olunan pozuntulara yol verilmişdir. Bundan başqa qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, aktların istehlakçı bölməsində onun adı göstərilmiş və guya onun akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bütün bunlara əsasən demək olar ki, Cavabdeh İB-nin əməkdaşları heç də ona məxsus evə gələrək qüsuru müəvvən etməmiş, elə hər ay standart saxta aktları gəlmədən tərtib etməklə onun adının qarşısına “imtina” yazmışlar. Göründüyü kimi, ona məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır və yalnız onların iradə ifadəsini özündə əks etdirir. İddiaçı “Azəriqaz" İB-yə gedərək əgər həqiqətən də ona məxsus evə daxil olmuşlarsa bununla bağlı fotoşəkilləri və digər sübutları tələb etməsinə baxmayaraq onlar təbii qazdan qeyri-qanuni istifadə halını necə aşkar etdikləri, hansı qanuna və ya normativ hüquqi akta əsasla cərimə yazdıqları, hansı tarixlərdə onun evində olduqları, istifadə etdiyi qaz işlədicilərini hansı formada müəyyən etdikləri hesabat müddətinin necə müəyyən olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişlər.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4125/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanına (abonent kodu: **********00027) dair əsassız hesablanmış 6.670,08 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 86,71 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməsi qət edilmişdir. (hakim X4)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacsız qazdan istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 6.670,08 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1232 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iş aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 6.670,08 manat məbləğində borc silinməlidir.

6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 86,71 manat məbləğində dövlət rüsumu və 110 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci, 18-ci, 77.1-ci, 81-ci, 119.1-ci, 124.1-ci, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci, 282.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 9.4-cü maddələrinə və “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 6.670,08 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Birlik tərəfindən iddia ərizəsinin təmin edilməməsinə dair onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslalan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə, sayğacdan kənar istifadə edilməsi əsası ilə 5 dəfə, yəni 2022-ci ilin mart və iyun, habelə 2023-cü ilin fevral, mart və aprel aylarında zərər məbləği hesablanmış və müəyyən edilmiş məbləğlər cərimə qismində iddiaçının abonent hesabına daxil edilmişdir. Lakin iş materiallarında yalnız xx.xx.2022-ci il tarixli akt, bu akt əsasında qəbul edilmiş qərar və bu tarixə aid fotoşəkillər mövcuddur. Digər dörd halın mövcudluğu yalnız abonent saldosu ilə öz təsdiqini tapır.

23. Belə ki, iş materiallarında yalnız xx.xx.2022-ci il tarixli akt və qərar, habelə xx.xx.2022-ci il tarixdə çəkilmiş fotoşəkillər mövcuddur. Digər 4 halda, o cümlədən 2022-ci ilin mart ayında (iddiaçının verdiyi məlumata əsasən bununla bağlı akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir) iddiaçının istifadəsində olan fərdi yaşayış evi üzrə təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsini təsdiq edən hər hansı fotoşəkil, habelə bununla bağlı tərtib edilmiş akt və ya qərar mövcud deyil. Yalnız iş materiallarında olan abonent saldosundan 2022-ci ilin mart ayında iddiaçının abonent hesabına akt əsasında 2.108,60 manat məbləğində cərimənin daxil edildiyi müəyyən edilir.

24. Nəzərə alınmalıdır ki, həmin abonent saldosunda aparılmış qeydə əsasən bu evə qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır (iddiaçı da bu mövqedən çıxış edir, cavabdeh bu halı təkzib etmir). İddiaçı özü də 2022-ci ilin mart ayında həmin evdə yaşayışın olmadığını, 2022-ci ilin oktyabr - 2023-cü ilin mart ayları ərzində evdə təmir işlərinin aparıldığını və yalnız 2023-cü ilin aprel ayının ortalarında həmin ünvana köçdüklərini və hazırda da orada yaşadıqlarını bildirir. Belə olan halda, 2022-ci ilin mart ayında təbii qazdan yalnız ümumi qaz xəttinə qanunsuz olaraq qoşulmaqla istifadə etmək olardı. Bu halın mövcudlunu və ümumiyyətlə həmin vaxt (hətta bundan əvvəl) bu evdə yaşayışın olmasının sübut edilməsi vəzifəsini də bilavasitə cavabdeh daşıyır. Lakin artıq qeyd edildiyi kimi, 2022-ci ilin mart ayında iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsini təsdiq edən nəinki fotoşəkillər və videoçəkiliş, ümumiyyətlə hər hansı akt təqdim edilmir.

25. İddiaçı iddia ərizəsində 2022-ci ilin mart ayına aid akta, habelə fotoşəkillərə özü istinad edir və aktın yalnız cavabdehin əməkdaşları tərəfindən imzalandığını, ona aktın tərtib olunması barədə hər hansı məlumatın verilmədiyini, akta əlavə edilmiş şəkilin isə xx.xx.2022-ci il tarixdə küçə tərəfdən çəkildiyini, şəkildə yalnız yarıya qədər tikilmiş hasarın üzərindən aşırdılmış borunun göründüyünü, lakin həmin boru vasitəsilə təbii qazdan istifadə olunub-olunmamasının, ümumiyyətlə həmin borunun yeraltı qaz xəttinə qoşulubqoşulmasının müəyyən edilməsinin mümkün olmadığını qeyd edir. Lakin iddia ərizəsinin məzmunu ilə tanış olan və işə birinci instansiya məhkəməsində baxılan zaman nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edən cavabdeh bu dəlilləri təkzib edən hər hansı sübut təqdim etməmişdir. Həmin tarixə aid sənədlərin iş materiallarında olmaması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsində də bu barədə hər hansı məlumat əks etdirilməmişdir. Lakin həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh apellyasiya şikayətinə də qeyd edilən sənədlərdən hər hansı birini, o cümlədən fotoşəkilləri əlavə etməmişdir.

26. Bundan başqa, iddiaçı 2022-ci ilin mart ayında tərtib edilmiş aktda qazla işləyən cihaz kimi PQ-4, QSQ və dəmir sobanın göstərildiyi, hesablamanın 120 gün və 24 saat üzrə aparıldığını qeyd edir. İddiaçının həmin vaxt bu evdə yaşayışın olmaması mövqeyindən çıxış etdiyi və qaz sayğacının bu tarixdən bir neçə ay sonra, yəni xx.xx.2022-ci il tarixdə quraşdırıldığı bir halda, qeyd edilən cihazların nəinki hamısı, ümumiyyətlə hər hansı birinin mövcud olmasını və qanunsuz qoşulmanın bütün həmin müddət ərzində baş verməsini sübut etmək vəzifəsi də bilavasitə cavabdehin üzərinə düşür. Lakin bununla bağlı da hər hansı sübut təqdim edilmir. Nəticə etibarı ilə qeyd edilən cihazların real olaraq həmin vaxt evdə olmasının və bütün müddət ərzində təbii qazdan qanunsuz istifadə edilməsinin cavabdehin əməkdaşları tərəfindən hansı qaydada müəyyən edilməsi məsələsi açıq qalır. Bu səbəbdən həmin cihazların fasiləsiz olaraq 120 gün müddətində və 24 saat ərzində istifadə edilməsinin mümkünlüyü, habelə buna olan zərurətin araşdırılmasına hər hansı ehtiyac qalmır.

27. Digər tərəfdən bu sahə üzrə ixtisaslaşan mütəxəssislərə malik olan (fəaliyyətlərinin bir hissəsi də məhz bu işlərin görülməsi ilə bağlı olan) və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən belə halları müəyyən edərkən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırması vəzifəsini daşıyan cavabdehin həmin ünvan üzrə bu işləri görməsi də müəyyən edilmir. Halbuki, artıq qeyd edildiyi kimi həmin vaxt qanunsuz qoşulma yalnız ümumi qaz xəttinə qoşulmaqla mümkün olardı və bu vəziyyətdə həmin xətt ayrılmaqla ümumi xətt üzərində bu məqsədlə açılmış dəlik cavabdehin əməkdaşları tərəfindən bağlanmalı (qapaq vurulmalı, qaynaq edilməli və sair) idi.

28. İş üzrə keçirilmiş ekspert tədqiqatı nəticəsində də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz aşkar edilməmiş və bu barədə 3-16-16/2-3/1232 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi tərtib edilmişdir.

29. Göstərilənlər öz növbəsində iddiaçının abonent hesabına 2022-ci ilin mart ayında əsassız olaraq 2.108,60 manat cərimə məbləğinin daxil edilməsini təsdiq edir və bu məbləğin silinməsini şərtləndirir.

30. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyə xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə istinadən (bütün digər cərimələr bu dəyişiklikdən sonrakı tarixə aiddir) xx.xx.2022-ci il tarixli akt və onun əsasında qəbul edilmiş həmin tarixli qərarla, habelə 2023-cü ilin fevral, mart və aprel ayında hesablanmış cərimələrlə (bu aylar üzrə hər hansı akt və qərar təqdim edilmir) bağlı vurğulayır ki, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

31. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilərkən, həm də bundan sonrakı tarixlərdə cərimə məbləği hesablanarkən (2023-cü ilin fevral, mart və aprel ayları üçün hər hansı akt və qərar təqdim edilməmiş, edildiyi təqdirdə belə xx.xx.2022-ci il tarixli akta münasibətdə tətbiq edilmiş hüquqi mövqe tədbiq edilməlidir) qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktın (aktların) bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, aşkar edilmiş pozuntuların texniki vasitələrlə (videoçəkiliş aparılmaqla) qeydə alınması da təmin edilməmişdir. Təqdim edilmiş və xx.xx.2022-ci il tarixə aid olan fotoşəkillərdə əks olunmuş mənzərə isə ümumiyyətlə həmin ünvan üzrə qanunsuz qoşulma halına yol verilməsi qənaətinə gəlmək üçün əsas yaratmır. Belə ki, bir fotoşəkildə yer səthindən çıxan boru ilə hasarın arxasından çıxan dəmir borunun rezin şlanqla birləşdirildiyi görünür, lakin həmin borunun evə daxil olduğu görünmür. İkinci şəkildə də eyni mənzərə, lakin bir qədər aralı məsafədən qeydə alınmışdır. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan həmin müddətlər üçün hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

25. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (xx.xx.2022-ci – xx.xx.2023-cü il) üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Belə ki, hamıya məlumdur ki, ilin isti ayları olan iyun və nisbətən isti ayları hesab olunan may ayları üzrə kombinin (qış rejimində), hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Kombi aprel ayında istifadə edilsə belə, qış aylarına uyğun olan istilik dərəcəsi ilə istifadə edilmir. 4 gözlü qaz plitəsinin özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. 2023-cü ilin fevral, mart və aprel ayları üzrə hesablanmış cərimələrin müxtəlif məbləğlərdə olması da (ən azı fevral-mart və mart-aprel ayları üzrə 1 aylıq müddət götürülmüşdür) hesablamanın düzgün aparılmaması qənaətinə gəlməyə əsas verir. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir.

26. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həm bununla bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir. Məhkəmə kollegiyası 2023-cü ilin fevral, mart və aprel ayları üzrə də eyni məzmunlu aktlar tərtib edildiyi təqdirdə belə həmin aktlara münasibətdə də eyni mövqedən çıxış edir və abonentin saldosunda bu aylar üzrə əks edilmiş məbləğlərin də silinməli olması qənaətinə gəlir. Halbuki, mövcud vəziyyətdə bu aylar üzrə qanunsuz qoşulmaya yol verilməsini təsdiq edən hər hansı sübutun, o cümlədən aktların təqdim edilməməsi bu əsasla həmin aylar üzrə abonentin saldosuna daxil edilmiş məbləğlərin silinməsi qənaətinə gəlmək üçün kifayətdir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4125/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar