Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3626/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, katib Aytən Kərimovanın, tərcüməçi Nərgiz Qasımovanın, İddiaçı, cavabdehin nümayəndəsi Fərid Abdullayevin iştirakı ilə, İddiaçı Anatolyevnanın cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev № 3-də yerləşən 96 №-li mənzildə elektrik enerjisindən istifadə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1.091 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.091,73 manat məbləğində borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Fərid Abdullayev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Abunə haqında arayışdan (iş v. 45) görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1.091,73 manat borc hesablanıb. İddiaçı həmin borcun silinməsinin tələb edir. 1.091,73 manat borcun 221,55 manatı cavabdeh tərəfindən tərtib edilmiş 10.09.2020-ci il tarixli, 196291 nömrəli akta (iş v. 43) əsasən hesablanıb. Həmin aktda qeyd olunub ki, mənzilə daxil olan elektrik xətti sxemdən kənarlaşdırılaraq paylayıcı xəttə birbaşa qoşulub. İddiaçı həmin aktın tərtib edilməsinə iştirak etməyib, habelə akt hal şahidlərinin iştirakı olmadan tərtib olunub. Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndində göstərilib ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Odur ki, 221.55 manat məbləğində borc silinməlidir. 1.091,73 manat borcun qalan hissəsi 2014-cü ilə qədər enerji sərfiyyatına görə hesablanmış borcdur. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qvvəsini itirir. Ona görə də həmin borc silinməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3626/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3626/2021
16.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver