Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3630/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında Cavabdeh2 bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh4 ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə aparılmış təsərrüfat fəaliyyəti ilə qazanılmış gəlir hesabına 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzili almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamalı oldular. 2021-ci ilin sentyabr ayında təsadüfən rayondakı evdə olarkən evə poçtalyon məktub gətirdi. Ona məlum oldu ki, birgə nikah dövrü aldıqları mənzil onun xəbəri olmadan 30 dekabr 2014-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq iş üzrə cavabdeh, həmçinin qayınatası Cavabdeh3 Firidun oğlunun adına elə Cavabdeh1 ASC-dən 46.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsin alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. Hesab edir ki, yuxarıda göstərilən ipoteka müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığından məhkəmə qaydasında etibarsız hesab edilməli, cavabdehlər tərəfindən pozulmuş, qanunla qorunan hüququ bərpa olunmalıdır.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia ərizəsi təmin edilməmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, iş üzrə cavabdehlərdən Cavabdeh4 ilə 02 noyabr 2007-ci il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşdur. Birgə aparılmış təsərrüfat fəaliyyəti ilə qazanılmış gəlir hesabına 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. molan 3 otaqlı mənzili almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamalı olmuşlar. 2021-ci ildə ona məlum olmuşdur ki, birgə nikah dövrü aldıqları mənzil onun xəbəri olmadan 30 dekabr 2014-cü il tarixdə Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq, iş üzrə cavabdeh, həmçinin qayınatası Cavabdeh3 Firidun oğlunun adına elə Cavabdeh1 ASC-dən 46.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. Məhkəmə prosesində, mənzil ipoteka ilə yüklü edilərkən notarial qaydada təsdiq olunmuş razılıq ərizəsindəki imzanın ona məxsus olmaması ilə əlaqədar xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırmışlar. Lakin, razılıq ərizəsindəki imzanın əsla ona məxsus olmadığı, hətta, adi gözlə belə göründüyü halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertləri naməlum səbəbdən imzanın ona məxsus olması barədə bilə-bilə qanunsuz rəy vermişdir. Bununla əlaqədar olaraq təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmışlar. Vəsatətləri əsasında keçirilmiş təkrar xətşünaslıq ekspertizası zamanı Ekspertiza Mərkəzinin eksperti 09 yanvar 2023-cü il tarixdə qanuna zidd əməlini təkrarlayaraq, imzanın ona məxsus olması barədə yenə də bilə-bilə qanunsuz rəy vermişdir. İşə baxan hakim ekspertlərin hərəkətlərinə düzgün, obyektiv hüquqi qiymət vermək əvəzinə ekspertlərin qanunsuz rəylərini mötəbər sübut kimi qəbul edərək, iddianı təmin etməmişdir. Halbuki, qüvvədə olan prosessual qanunvericiliyin tələbinə görə tərəflərin təqdim etdiyi sübutları hərtərəfli, obyektiv, qərəzsiz tədqiq edib sübutların mötəbərliyini dəqiq müəyyən etmək və obyektiv qiymətləndirmək işə baxan məhkəmənin bilavasitə prosessual vəzifəsidir. İddiaçı eyni zamanda bildirdi ki, işə baxan hakimin onun məhkəmə müdafiəsindən istifadə hüququnu pozaraq, iddiaçının təkrar komisyon ekspertiza keçirilməsi barədə vəsatətini rədd etmiş, bununla da işə qərəzli, subyektiv yanaşdığını bir daha təsdiq etmişdir. Belə ki, iddianın əsasını, təməlini məhs razılıq ərizəsindəki imzanın iddiaçıya aid olmaması təşkil edir. Hakim isə sübutlara düzgün qiymət vermək, iddia tələbinin əsasını təşkil edən halları obyektiv, hərtərəfli araşdırmaq əvəzinə, qeyd olunduğu kimi işə subyektiv, qərəzli yanaşmaqla səhv nəticəyə gəlmiş, buna görə də qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. İddiaçı həmçinin Məhkəmə Kollegiyasının nəzərinə xüsusilə çatdırmışdır ki, birinci instansiya məhkməsində keçirilən məhkəmə prosesində Cavabdeh4 verdiyi izahatında iddia tələbini qəbul edərək, kredit götürülən vaxt bankda işlədiyini, bu səbəbdən həyat yoldaşının notariusa getmədən, bank əməkdaşları ilə iddiaçının yerinə notariat kontorunda razılıq ərizəsinə imza ataraq notariat işinə əlavə etdiklərini bildirmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 685945 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 ilə X2 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah 338 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Qaçayeva” soyadı verilmişdir.
11. Cavabdeh4 və Cavabdeh1 ASC-nin Göyçay filialı arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsindın görünür ki, ipoteka saxlayan adlandırılacaq Cavabdeh1 ASC 18 aprel 2013-cü il tarixli etibarnaməyə əsasən hərəkət edən Göyçay filialının müdiri X4 şəxsində təmsil olunan, bundan sonra “İpoteka qoyan” adlandırılacaq Cavabdeh4 və “borclu” adlandırılacaq Cavabdeh3 digər tərəfdən müqaviləni bağladılar.
12. "xxxx" MMC-nin 10 sentyabr 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Göyçay rayon icra və probasiya şöbəsinin 181814/20-61-6 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh4 Rafiq oğluna məxsus əmlak "xxxx" MMC tərəfindən təkrar hərraca çıxarılmışdır: Hərraca çıxarılan əmlak: ünvan 1; Satış qiyməti: 50 150 manat; Hərracın tarixi və vaxtı: 27 sentyabr 2021 il, saat 11:00; Hərrac keçirilən ünvan:- ünvan 2kin satış qiymətinin 3%-i qədər; Hərracda iştirak üçün təqdim olunmalı sənədlər:- Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 1 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir. Bank hesabı.- VÖEN: **********, Bank Adı: Kapital Bank ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market” qəzeti, “Nedela” qəzeti və s.), müvafiq elanlar dərc edilmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 20 oktyabr 2021-ci il tarixdən Cavabdeh1 ASC-nin mülkiyyətindədir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi aidiyyəti hissədə icra edilərək, Cavabdeh1 ASC-nin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin üzərinə qadağa qoyulmuşdur.
15. Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, icraatında Azərbaycan Respubliksının vətəndaşı, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan İddiaçı Göyçay rayon dövlət notariat kontoru, Cavabdeh1 ASC, Cavabdeh3 Firudun oğlu və Cavabdeh4 qarşı Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında Göyçay dövlət notariat kontorunda bağlanmış 30 dekabr 2014-cü il tarixli “ipoteka müaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İddianın predmetini İddiaçı ilə Cavabdeh4 birgə nikah dövrü əldə etdikləri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin İddiaçı xəbəri olmadan Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasının məhkəmə qaydasında bərpa olunması təşkil edir. Bildirir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-305/2019 saylı qətnaməsi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satılması qət edilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satışının dayandırılmasını xahiş etmişdir.
16. Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 "xxxx" MMC-yə ünvanladığı 25 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, icraatında Azərbaycan Respubliksının vətəndaşı, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan İddiaçı Göyçay rayon dövlət notariat kontoru, Cavabdeh1 ASC, Cavabdeh3 Firudun oğlu və Cavabdeh4 qarşı Cavabdeh4 ilə "xxxx" ASC arasında Göyçay dövlət notariat kontorunda bağlanmış 30 dekabr 2014-cü il tarixli “ipoteka müaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İddianın predmetini İddiaçı ilə Cavabdeh4 birgə nikah dövrü əldə etdikləri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin İddiaçı xəbəri olmadan Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasının məhkəmə qaydasında bərpa olunması təşkil edir. Halhazırda mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatındadır (İş N° 2(009)-2631/2021). Bildirir ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 305/2019 saylı qətnaməsi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.4 kv.m olan 3 otaqlı mənzilin açıq hərracdan satılması qət edilmişdir. Bununla əlaqədar olaraq "xxxx" MMC-yə rəsmi qaydada ərizə ilə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdik. Lakin müraciətimiz təmin edilməmiş, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satılaraq iş üzrə tələbkarın mülkiyətinə verilmişdir. Göstərilənləri nəzərə alaraq yuxarıda göstərilən iş üzrə hərracın yekun nəticələri barədə protokolun surətinin rəsmi qaydada bizə təqdim olunmasını xahiş edilmişdir.
17. Ədliyyə Nazirliyi Göyçay Rayon Notariat ofisinin 14 fevral 2022-ci il tarixdə göndərdiyi məktubuna əsasən "xxxx" MMC-nin 387/21 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı, 15 sentyabr 2020ci il tarixli icra sənədinə əsasən Cavabdeh4 Rafiq oğluna ünvan 1 ünvan əmlakın satılmış son qiyməti 37 612.50 manat məbləğində təşkil edir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia qismən təmin edilmiş, 45 608,67 ABŞ dolları məbləğində əsas, 12 775,30 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları penya olmaqla, cəmi 58 883,97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarının Cavabdeh4 tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 7 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 59 000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh4 məxsus ünvan 7 ünvanda yerləşən mənzilin boşaldılması, satışından əldə olunmuş vəsait hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının iddiaçı "xxxx" ASC-yə aid edilməsi, 25 manatının Cavabdeh4 tutulub, iddiaçı “Bank Respublika" ASC-yə ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)-477/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov - sədrlik edən və məruzəçi. Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh3 və vəkili X3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)-477/2020 saylı qətnaməsi qismən, yəni əsas kredit borcunun müəyyən edilməsi və borc tutulan cavabdehin şəxsiyyəti hissəsində dəyişdirilməsi, 30 dekabr 2014-cü il tarixli 020İAMR14364Q001 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması və tutulmalı olan əsas kredit borcu 45 153,79 ABŞ dolları (qırx beş min bir yüz əlli üç ABŞ dolları yetmiş doqquz sent) məbləğində icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə müəyyən edilməsi, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Ali Məhkəmənin 2(102)-3438/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 30 dekabr 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsi üzrə 45 153,79 ABŞ dolları məbləğində əsas (qırx beş min yüz əlli üç ABŞ dolları yetmiş doqquz sent), 12 775,30 ABŞ dolları (on iki min yeddi yüz yetmiş beş ABŞ dolları otuz sent) məbləğində faiz, 500 ABŞ dolları (beş yüz ABŞ dolları) penya olmaqla, cəmi 58 429,09 ABŞ dolları (əlli səkkiz min dörd yüz iyirmi doqquz ABŞ dolları doqquz sent) məbləğində borcun icra olunduğu günə olan Azərbaycan Respublikası manatın məzənnəsi ilə Cavabdeh3 tutularaq, iddiaçı “Bank Respublika" ASC-yə ödənilsin. Tutma Cavabdeh4 məxsus ünvan 7 ünvanda yerləşən mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 59 000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılsın, satıldıqdan 1 ay ərzində Cavabdeh4 məxsus ünvan 7 ünvanda yerləşən mənzil boşaldılsın. Satışından əldə edilmiş vəsait hesabına 58 429,09 ABŞ dolları (əlli səkkiz min dörd yüz iyirmi doqquz ABŞ dolları doqquz sent) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehə aid hissəsi 25 (iyirmi beş) manat iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçı “Bank Respublika" ASC-yə aid edilsin, 25 (iyirmi beş) manatı Cavabdeh3 tutularaq, iddiaçı “Bank Respublika" ASC-yə ödənilməsi, 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T Bik: CTREAZ22) ödənilməsi qərara alınmışdır.
21. "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bildiririk ki, Göyçay rayon icra və probasiya şöbəsinin 181814/20-61-6 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh4 Rafiq oğluna məxsus əmlak ‘'Bakı Hərrac Mərkəzi” MMC tərəfindən açıq hərraca çıxarılmışdır: Hərraca çıxarılan əmlak: ünvan 1 ; İlkin satış qiyməti: 59 000 manat; Hərracın tarixi və vaxtı: 08 sentyabr 2021-ci il, saat 11:00; Hərrac keçirilən ünvan: - ünvan 9 ilkin satış qiymətinin 3%-i qədər; Hərracda iştirak üçün təqdim olunmalı sənədlər: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti Hərracda iştirak etmək üçün beh məbləği ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 1 gün qalmış, “Bakı Hərrac Mərkəzi" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir. Bank hesabı.- VÖEN: **********, Bank Adı: Kapital Bank ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market” qəzeti, “Nedela” qəzeti və s.), müvafiq elanlar dərc edilmişdir.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-120/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Cavabdeh3 Firudun oğlu və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, aparılmış məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat İddiaçı tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6702/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 120/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
25. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/416 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qacayeva” əlyazması – İddiaçı tərəfindən icra olunmuşdur.
26. Məhkəmənin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməxəttşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1770 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qaçayeva” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
28. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ipoteka müqaviləsi bağlanan zaman razılıq ərizəsindəki imzanın ona məxsus olmaması ilə bağlıdır. Kollegiya iddiaçının həmin dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçının həmin dəlilinin yoxlanması üçün birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəməxətşünaslıq ekspertiza keçirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/416 №-li rəyinə və xx.xx.2023-cü il tarixli 4/1770 №-li rəyinə əsasən Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qaçayeva” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. Buna baxmayaraq iddiaçı apellyasiya icraatı zamanl iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş yuxarıda qeyd edilən hər iki ekspert rəyini şübhə altına ala biləcək əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı apellyasiya şikayətində, həmçinin məhkəmə prosesində Cavabdeh4 verdiyi izahatında iddia tələbini qəbul edərək, kredit götürülən vaxt bankda işlədiyini, bu səbəbdən həyat yoldaşının notariusa getmədən, bank əməkdaşları ilə iddiaçının yerinə notariat kontorunda razılıq ərizəsinə imza ataraq, notariat işinə əlavə etdiklərinə istinad etmişdir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı isə qeyd edir ki, işin nəticəsində bilavasitə maraqlı olan şəxsin yəni iddiaçının ərinin həmin izahatı hazırkı iş üzrə keçirilmiş iki ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübut qismində qəbul edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinərək, iddia tələbi təmin edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı özünə aid edilməlidir.
33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov