Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3630/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3816/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(001)- 3816/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi xahiş edilmiş, həmçinin, ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3816/2023 nömrəli qərardadı ilə (hakim P.Ş.Məmmədov) İddiaçı MMC-nin nümayəndəsi X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(001)- 3816/2023 nömrəli qətnaməsindən “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi” barədə ərizəsi təmin edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(001)-3816/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Şirkətin iddiası təmin edilməmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli qətnamə, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilsə də, Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi isə 2(001)-3816/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizəni təmin etməmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Hesab edirlər ki, Binəqədi Rayon Məhkəməsinin sözügedən qərardadı əsassız olduğundan ləğv edilməli və Şirkətin 2(001)-3816/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3816/2023 saylı qətnaməsi onların nümayəndəsinin iştirakı ilə elan edilmiş, həmin tarixdə qətnamədən çıxarış ona təqdim edilmiş və onun tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bununla əlaqədar bildirmişlər ki, nə elan zamanı, nə də qətnamədən çıxarışdan, məhkəmənin hansı əsaslarla iddialarını təmin etməməsini müəyyən etmək olmur. Bu səbəbdən də, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bağlı diqqətə çatdırmağı zəruri hesab etmişlər ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə etmişdir və apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddəti ötürmədən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixədək şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq, həmin qətnamə ilə tanış olmaq və onu rəsmi surətdə əldə etmək mümkün olmamışdır. Odur ki, göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə apellyasiya şikayətini icraata qəbul edərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3816/2023 nömrəli qərardadı ləğv edilməli və iddiaçının apellyasiya şikayəti ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”.
13. İşdən görünür ki, iddiaçının nümayəndəsi apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsinə apellyasiya şikayəti əlavə etmiş, lakin birinci instansiya məhkəməsi ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verərək müvafiq qərardad qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini hərəkətsiz saxlamış, onun qaytarılmalı olub-olmaması məsələsini həll etməmişdir.
14. İddiaçının ərizəsindən görünür ki, iddiaçı hər hansı müddətin bərpası barədə xahiş irəli sürmür. İddiaçı hesab edir ki, onun tərəfindən prosessual müddət buraxılmamışdır.
15. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etdiyi halda birinci instansiya məhkəməsi prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirilə və bu barədə qərardad qəbul edə bilərdi.
16. Hazırki halda isə, iddiaçının apellyasiya şikayətinin mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi araşdırılmalı, müddət buraxıldığı təqdirdə Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti geri qaytarılmalı, müddət buraxılmadığı təqdirdə isə apellyasiya şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3816/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş, iddiaçı tərəfin apellyasiya şikayəti ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: