Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3632/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Eyyub qızına qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3964/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdur. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmiş, 2024-cü ilin mart ayına qədər isə ölkə hüdudlarından kənarda olmuşdur. xx.xx.2024-cü il tarixdə qətnamənin surətini əldə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(004)-3964/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, qərardadından şikayət verilərək, qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi elə həmin gün də iddiaçının elektron kabinetinə yüklənmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək sözügedən məhkəmə qətnaməsinin ona təqdim olunmasını xahiş etmiş, qətnamə xx.xx.2024-cü il tarixdə ona yenidən təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Ərizəçi prosessual müddətin ötürülməsini 2024-cü ilin may ayına qədər ölkə xaricində olması və məhkəmə qətnaməsini xx.xx.2024-cü il tarixdə əldə etməsi ilə əlaqələndirsə də, bu hal sübuta yetirilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı cəmi 7 (yeddi) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə ölkə xaricində olmuşdur. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3632/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3632/2024
03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver