Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3635/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi cavabdehə qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması tələbi barədə” iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.254 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 147,40 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, B-21 ünvanında yerləşən 51 saylı mənzilin cavabdehə lizingə verilməsi ilə bağlı MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə D042 saylı "xxxx" bağlanmışdır. Cavabdeh qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, MMC, cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair 2(007)-1267/2017 saylı mülki işə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə xx.xx.2016-cı il tarixli “Daxili lizinq müqaviləsinin” ləğv edilməsini, lizinq obyekti olan mənzilin MMC-yə qaytarılmasını və müqavilə üzrə ödənilməli olan öhdəliklərin cavabdeh tərəfindən icra edilməsini qət etmişdir. Daha sonra cavabdeh tərəf həmin qətnaməni mübahisələndirmiş, bununla bağlı olaraq mülki iş yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş, son nəticədə məhkəmə çəkişmələrinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(102)-614/2022 saylı qərarı ilə son qoyulmuş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Lizinq obyekti olan mənzil cavabdeh tərəfindən MMC-yə təhvil verilmiş və həmin mənzil MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 100.000 manata satılmış, "xxxx" üzrə yaranmış borcun bir qismi silinmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırki cavabdehin yuxarıda qeyd edilən qətnamədən yuxarıda məhkəmələrə verdikləri şikayətlər nəticəsində cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası gecikdirilmiş, həmin qətnamənin xx.xx.2017-ci il tarixdə qəbul edilməsinə baxmayaraq mənzil yalnız xx.xx.2022-ci il tarixdə satılmışdır. Həmin tarixə kimi isə cavabdehin MMC-yə "xxxx" üzrə borcu 70.078 ABŞ dolları təşkil etmişdir. Mənzil 100.000 manata, yəni (100.000/1,7=) 58.824 ABŞ dollara satıldığı üçün yaranmış borcla satış qiyməti arasında 11.254 ABŞ dolları fərq yaranmışdır. Həmin məbləğ MMC-yə vurulmuş zərər kimi qiymətləndirlməlidir. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi lizinq obyekti olan mənzildən əvəzsiz olaraq istifadə etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, MMC, mənzili başqa şəxsə lizinqə verilməklə əlavə gəlir əldə edə bilərdi. Lakin cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində MMC həmin qazancı əldə etməkdən məhrum olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Lizinq müqaviləsinin” 5.1-ci bəndinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcədə əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, 11.254 ABŞ dolları cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh həmin məbləği MMC-yə ödəmədiyindən MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 147,40 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Həmin məbləğ də, cavabdeh tərəfindən MMC-yə ödənilməlidir. b) iş üzrə cavabdehin iddia tələbinə olan münasibəti barədə məlumat
3. İş üzrə cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, MMC tərəfindən ona qarşı irəli sürülmüş iddia əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, onunla MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Daxili lizinq müqaviləsinin” şərtlərinə əsasən, MMC, mülkiyyətində olan mənzili 24 ay müddətinə, hər ay üçün 1.782 ABŞ dolları ödənilməsi şərti ilə 35.000 ABŞ dollarına ona lizinqə vermişdir. Onun tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Sonradan müəyyən maliyyə çətinlikləri yarandığından ödənişlərdə problemlər yaranmış və MMC ona qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. MMC-nin həmin iddiası əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, "xxxx" ləğv edilsin, lizinqə verilmiş mənzil ondan alınaraq MMC-yə qaytarılması, o həmin mənzildən çıxarılsın, "xxxx" üzrə xx.xx.2017-ci il tarixinə yaranmış əsas lizinq borcunun ödənilməsi məqsədi ilə 33.797 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 2.483 ABŞ dolları, cərimə borcunun ödənilməsi məqsədi ilə 5.475 ABŞ dolları, ümumilikdə isə 41.755 ABŞ dolları məbləğində pul (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) ondan tutularaq MMC-yə ödənilsin. Göründüyü kimi, məhkəmədə ilk mübahisə açan tərəf məhz MMC olmuşdur. MMC-nin əsassız iddiasından özünü müdafiə etmək üçün o, məcburiyyət qarşısında qalaraq apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra o, kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası onun kassasiya şikayəti ilə razılaşaraq iş üzrə qəbul etdiyi 2(102)-295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarla kasasiya şikayətinin qismən təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını qərara almışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(0103)-5048/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə onun apelyasiya şikayətinin qismən təmin edilməsini, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ondan lizinq mükafatı üzrə 6.868,65 manatın tutularaq iddiaçıya ödənilməsini, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını qət etmişdir. O, qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(102)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarla kasasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsini, "xxxx" üzrə ondan MMC-nin xeyrinə lizinq məbləği olaraq 33.797 ABŞ dolları, lizinq mükafatı olaraq 2.483 ABŞ dolları, dəbbə pulu olaraq 200 ABŞ dollarının (məzənnəyə uyğun olaraq manatla) tutulmasını, MMC-nin iddiasının qalan hissədə təmin edilməməsini qərara almışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarı qəbul edildiyi anda, yəni xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə "xxxx" üzrə yaranmış cəmi 36.480 ABŞ dolları borcun ondan MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarı icraya yönəldildikdən sonra qərar onun tərəfindən dərhal icra olunmuş, o, birdəfəyə 62.152 manat məbləğində pulu MMCnin hesabına ödəmişdir. Lizinq predmeti olan mənzil isə onun qanuni sahiblik və istifadəsində saxlanılmışdır. Bununla da tərəflər arasında gedən məhkəmə mübahisələri başa çatmışdır. Lakin MMC, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan 9 ay sonra “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin tələblərini pozmaqla konstitusiya şikayəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə bu pozuntuya göz yumaraq MMC-nin şikayətini icraatına qəbul etmiş və bununla kifayətlənməyərək MMC-nin xeyrinə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin qərarından sonra isə Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla onun kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5048/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edildikdən sonra o, MMC-yə ödədiyi 62.152 manat məbləğində pul vəsaitinin ona qaytarılması və ya həmin vəsaitin MMC-də qalması, bunun müqabilində isə mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı MMC-yə müraciət etmiş, lakin MMC, bu təklifləri qəbul etməmiş, pulu da qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, ərizə ilə məhkəməyə müraciət edərək, 62.152 manat məbləğində pulun MMC-yə ödənilməsi üçün əsas olmuş Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsini xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5048/2019 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, 62.152 manat məbləğində pulun ona qaytarılması qərara alınmışdır. Bu vəziyyəti görən MMC, ona qarşı “1.057 ABŞ dolları məbləğində pulun tutulması” və “32.439,62 ABŞ dolları (62.152 manat) məbləğində pulun tutulması” barədə ayrıayrılıqda iki iddia irəli sürmüşdür. “1.057 ABŞ dolları məbləğində pulun tutulması” barədə iddiaya dair mülki işə baxmış Nizami Rayon Məhkəməsi iddianı təmin etsə də, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iddia rədd edilmişdir. “32.439,62 ABŞ dolları (62.152 manat) məbləğində pulun tutulması” barədə iddia əsasında başlanmış mülki işə baxmış Nizami Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianı rədd etmişdir. MMC həmin qətnamə ilə razılaşmış və apellyasiya şikayət verməmişdir. Nəzərə alınmalıdır ki, o, 62.152 manat məbləğində pulu MMC-yə məcburi icra hərəkətləri ona tətbiq edilmədən, yəni könüllü və gecikdirilmədən ödəmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə qərarının gecikdirilməsi barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, MMC-nin dəlillərinin əsaslı olmasını, onun MMC-yə 70.078 ABŞ dolları məbləğində borcunun olmasını təsdiq edən heç bir sübut yoxdur. Onunla MMC arasında məhkəmə mübahisələrinin uzun müddət davam etməsi isə hazırki iddianın təmin olunması üçün əsaslı deyil. Çünki həm o, həm də MMC Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi məhkəmə müdafiəsi hüququndan istifadə etmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən yekun qərar qəbul olunmadan və həmin qərara qüvvəyə minmədən lizinq obyektinin qaytarılması da mümkün deyildi. Hər iki tərəf öz tələblərinin uğurlu olmasına inanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, MMC tərəfindən ona qarşı irəli sürülmüş “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması tələbi barədə” iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MMC cavabdeh tərəfindən borcun ödənilməsi və lizinq obyekti olan əmlakın vaxtında qaytarılması ilə bağlı öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində ona əldən çıxmış fayda kimi zərər dəydiyini bildirmiş və xx.xx.2016-cı il tarixdən xx.xx.2023-ci il tarixə kimi ümumilikdə 70.078 ABŞ dolları məbləğini hesablamışdır. Lakin qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış "xxxx" 24 ay müddətinə bağlanmış və MMCnin müqavilə müddəti ərzində də əldən çıxmış fayda kimi borcun hesablaması əsassızdır. Bundan başqa, tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri davam etmiş və bu məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmışdır. Bundan sonra isə cavabdeh istifadəsində olan əmlakı iddiaçıya təhvil vermiş, iddiaçının bildirdiyinə əsasən əmlak 2022-ci ilin avqust ayında (iddiada xx.xx.2022-ci il tarixi göstərilmişdir) artıq başqa bir şəxsə satılmışdır. Yəni əmlakın iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir gecikmənin olduğu müəyyən edilməmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra, cavabdeh, məhkəmə qərarının gecikdirmədən icra etmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş lizinq mükafatı üzrə 6.868,65 manatı MMC-yə ödəmiş, həmçinin mübahisəli mənzili MMC-yə təhvil vermişdir. Həmin mənzil iddiaçı MMC-nin mülkiyyətində olan daşınmaz əmlak idi və MMC-nin cavabdehin ona ümumilikdə 70.078 ABŞ dolları məbləğində əldə çıxmış fayda kimi ziyan vurduğunu müəyyən etdikdən sonra, əmlakını satıb, cavabdehin borcunu əvəzləşdirməsi və qalan 11.254 ABŞ dollarının cavabdehdən tutulmasını tələb etməsi ağlabatan hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, hazırki iş üzrə iddiaçı MMC öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin MMC tələbinin əsaslı olmasını təsdiq sübutu təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış D042 saylı “Daxili lizinq müqaviləsindən” görünür ki, MMC mülkiyyətində olan mənzili cavabdehin istifadəsinə verməyi, cavabdeh isə mənzilin dəyəri olan 35.000 ABŞ dolları məbləğində pulu hissə-hissə MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə 24 ay müddətinə bağlanılmışdır.
12. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, hazırki iş üzrə cavabdeh yuxarıda qeyd edilən "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, MMC cavabdehə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. MMC-nin həmin iddiası əsasında başlanmış mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, "xxxx" ləğv edilsin, lizinqə verilmiş mənzil cavabdehdən alınaraq MMC-yə qaytarılması, cavabdeh həmin mənzildən çıxarılsın, "xxxx" üzrə xx.xx.2017-ci il tarixinə yaranmış əsas lizinq borcunun ödənilməsi məqsədi ilə 33.797 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 2.483 ABŞ dolları, cərimə borcunun ödənilməsi məqsədi ilə 5.475 ABŞ dolları, ümumilikdə isə 41.755 ABŞ dolları məbləğində pul (qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) cavabdehdən tutularaq MMCyə ödənilsin. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-1743/2018) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarla (İş № 2(102)-295/2019) kasasiya şikayətinin qismən təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(0103)-5048/2019) ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsini, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, lizinq mükafatı üzrə 6.868,65 manatın cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına dair digər hissələrdə rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarla (İş № 2(102)-40/2020) kasasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsini, "xxxx" üzrə cavabdehdən MMC-nin xeyrinə lizinq məbləği olaraq 33.797 ABŞ dolları, lizinq mükafatı olaraq 2.483 ABŞ dolları, dəbbə pulu olaraq 200 ABŞ dollarının, cəmi isə 36.480 ABŞ dollarının (məzənnəyə uyğun olaraq manatla) MMC-nin xeyrinə tutulmasını, MMC-nin iddiasının qalan hissədə təmin edilməməsini qərara almışdır. Cavabdeh, Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarının dərhal qüvvəyə minməsini nəzərə alaraq 62.152 manat məbləğində pulu (məzənnəyə uyğun, yəni 1 ABŞ dolları = 1,703 Azərbaycan manatı hesabı ilə) MMC-nin hesabına ödəmişdir. İddiaçı MMC, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından narazı qalaraq “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şikayətlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsini qərara almışdır. Bundan sonra işə Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya icraatı zamanı işə yenidən baxmış və iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
13. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan daha sonra görünür ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəbul edildikdən sonra hazırki iş üzrə cavabdeh, iddiaçı MMC-yə ödədiyi 62.152 manat məbləğində pul vəsaitinin ona qaytarlılması və ya həmin vəsaitin MMC-də qalması, bunun müqabilində isə mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı MMC-yə müraciət etmiş, lakin MMC, bu təklifləri qəbul etməmiş, pulu da qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdeh, ərizə ilə məhkəməyə müraciət edərək, 62.152 manat məbləğində pulun MMC-yə ödənilməsi üçün əsas olmuş Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının icrasında dönüş edilməsini xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı (İş № 2(103)-5048/2019) ilə ərizəsi təmin edilmiş, 62.152 manat məbləğində pulun ona qaytarılması qərara alınmışdır. MMC isə öz növbəsində cavabdehə qarşı “1.057 ABŞ dolları məbləğində pulun tutulması tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, işə baxmış Nizami Rayon Məhkəməsi iddianı təmin etsə də, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iddia rədd edilmişdir. Bundan başqa MMC cavabdehə qarşı “32.439,62 ABŞ dolları (62.152 manat) məbləğində pulun tutulması tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, işə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayət verməmişdir.
14. MMC-nin xx.xx.2022-ci il tarixli, 0633/22 saylı arayışından görünür ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Daxili lizinq müqaviləsinə” əsasən mənzilin gələcəkdə istifadəsinə verilməsi üçün, MMC, yuxarıda qeyd edilən mənzilin alınması üçün 35.000 ABŞ dolları ekvivalenti həcmində vəsait ayırmışdır. Lizinq mükafatının ilik dərəcəsi 20 faiz kimi müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyini icra etmədiyin, MMC, cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi əsasında icraatı başlanmış mülki işin icraatına Ali Məhkəmənin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2022 tarixli qərarı son qoyulmuşdur. Həmin qərarla, cavabdeh tərəfindən 4.040,38 ABŞ dollar ekvivalentində məbləğin MMC-yə ödənilməsi barədə qətnamə dəyişdirilmədən saxlanılmış və mənzilin MMC-yə təhvil verilməsi qət edilmişdir. Mənzil MMC-yə təhvil verilmiş və satışa çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə həmin mənzil lizinq şərtləri ilə 100.000 manata (58.824 ABŞ dolları) satılmışdır. MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Daxili lizinq müqaviləsinə” üzrə (mənzilin satılması tarixinə) cavabdehin ümumi borcunun 70.078 ABŞ dolları məbləğində olması nəzərə alınarsa, onda müəyyən edilir ki (70.078 – 58.824=) cavabdehin iddiaçı MMC-yə 11.254 ABŞ dollar məbləğində borcu qalmışdır.
15. MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, MMC, yuxarıda qeyd edilən arayışda göstərilən xüsusatları cavabdehin diqqətinə çatdıraraq ödənilməmiş qalan 11.254 ABŞ dolları məbləğində borcun 5 iş günü ərzində ödənilməsini cavabdehdən tələb etmiş və borcun ödənilmədiyi halda müvafiq iddia ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir.
16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.).
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri davam etmiş və bu məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmışdır. Bundan sonra isə cavabdeh istifadəsində olan əmlakı iddiaçıya təhvil vermiş, iddiaçının bildirdiyinə əsasən əmlak 2022-ci ilin avqust ayında (iddiada xx.xx.2022-ci il tarixi göstərilmişdir) artıq başqa bir şəxsə satılmışdır. Yəni əmlakın iddiaçıya təhvil verilməsi ilə bağlı heç bir gecikmənin olduğu müəyyən edilməmişdir. Həmçinin müqavilə müddəti ərzində iddiaçı tərəfindən əldən çıxmış fayda kimi borcun hesablanması əsassızdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.).
20. Lakin iddiaçı MMC məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində ona zərər dəyməsini sübuta yetirə bilməmişdir. Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra cavabdeh məhkəmə qərarının gecikdirmədən icra etmiş və məhkəmə qətnaməsi ilə tutulmuş lizinq mükafatı üzrə 6.868,65 manat tutularaq iddiaçıya ödəmiş, həmçinin lizinqə verilmiş və MMC-nin mülkiyyətində olan lizinq obyektini – mənzili iddiaçı MMC-yə qaytarmışdır.
21. Həmin mənzil MMC-nin mülkiyyətində olmuş və MMC-nin cavabdehin ona ümumilikdə 70.078 ABŞ dolları məbləğində əldə çıxmış fayda kimi ziyan vurduğunu müəyyən etdikdən sonra, əmlakını satıb, cavabdehin borcunu əvəzləşdirməsi və qalan 11.254 ABŞ dollarının cavabdehdən tutulmasını tələb etməsi əsaslı deyil. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
22. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
23. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər