Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3655/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, X1, Cavabdeh4 Salmaz qızının iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər İddiaçı Mamed oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 Məmmodovna və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 40-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 1 ********* qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh5 Məmmodiçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı Məhkəmə kollegiyası MPM-in 14-cü maddəsinin tələbinə əsasən tərəflərə mübahisəni barışıq yolu ilə həllini təklif etmiş, bununla bağlı müzakirələr aparılmış, bu zəmində iddiaçı apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər və cavabeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ayrılıda apellyasiya şikayətindən imtinaya etiraz etmədiklərini bildirdilər. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasını və tərəflərin fikirlərini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3655/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3655/2022
26.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver