Məhkəmə qərarları › İş №2(103)-3663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3663/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3663/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkil X3 iştirakı ilə İddiaçılar X4, X7 və X1 Cavabdeh MMC-nə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçılar X12, X13 və X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X12, X13 və X9 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda X12 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən X4 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X8 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X8 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X9 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən X2 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X5 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı X6 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X13 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən X7 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X10 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı X10 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Öz növbəsində iddiaçılar X12, X13 və X11 iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün müvafiq tədbirlərin görülməsi, Cavabdeh bank hesabında (“xxxx” Açıq Səhmdar Cəmiyyəti: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) pul vəsaitinin üzərinə həbs qoyulması, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 4 ünvanlarda tikdiyi binalarda sahəsi 83 kv.metr və artıq olan mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulmasına və həmin mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasının başqa şəxslərə ötürülməsinə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-276/2021 saylı qərardadına əsasən ərizə qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh bank hesabında (“xxxx” Açıq Səhmdar Cəmiyyəti: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) olan pul vəsaiti üzərinə 13.530 (on üç min beş yüz otuz) manat məbləğində həbs qoyulması qərara alınmışdır. Sonradan İddiaçılar X12, X13 və X9 iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün müvafiq tədbirlərin görülməsi, Cavabdeh bank hesabında (“xxxx" ASC: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulması və cəmi 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitinin dərhal ödənilməsi, iddiaçı şəxslərlə ‘‘Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılan müqavilənin şərtlərinə görə Cavabdeh iddiaçı şəxslərə sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilləri təhvil verilədək Bakı şəhəri, Nərimanov rayonu, ünvan 5 ünvanlarda inşa etdiyi binalarda sahəsi 83 kvadrat.metr və artıq olan mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulmasına və həmin mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasının başqa şəxslərə ötürülməsinə də qadağa edilməsinə dair qərardad qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-276/2021 nömrəli qərardadı ilə iddiaçılar X4, X7 və X1 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar X4, X7 və X1 iddianı təmin etmə tədbirinə dair ərizələri təmin edilməmişdir. İddiaçılar X12, X13 və X9 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-276/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi, əks təqdirdə müvafiq şikayətin mülki işlə birlkdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar kollegiyanın iclasına gəlməmişlər. İddiaçılar tərəfindən məhkəməyə teleqram göndərilmiş, teleqramda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək, təmin olunmamasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçıların şikayəti qismən təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı Cavabdeh bank hesabında (“xxxx" ASC: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulmasının təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə ərizə təmin edilməli, Cavabdeh bank hesabında (“xxxx" ASC: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulmalıdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməməsini, iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların müəyyən edilməməsilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı, əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulmasının təmin olunmaması hissəsində işin hallarına uyğun olmadığından, qanuni sayıla bilməz. Belə ki, işin hallarından görünür ki, iddiaçıların mülki iş üzrə iddianın təmini üzrə tədbirlərin görünməməsi gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Belə ki, hazırki vəziyyətdə Cavabdeh hətta notariat qaydasında bağlanılan hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan, həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə iddianın təmin etmə tədbiri barədə ərizəni həmin hissədə təmin etməməklə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: İş üzrə iddiaçılar X12, X13 və X9 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı Cavabdeh bank hesabında (“xxxx" ASC: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulmasının təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə ərizə təmin edilsin. Cavabdeh bank hesabında (“xxxx" ASC: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN: AZ54BRES********************) həbs altında olan 13500 (on üç min beş yüz) manat pul vəsaitindən əlavə 5 ayın kirayə haqqını təşkil edən 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin üzərinə həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar