Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3668/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icarə müqaviləsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X15 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyətinin X8 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim- Aydan Oruclu) ilə iddia təmin edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci apellyasiya instansiyasında icraat:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, iddiaçı həmçinin qeyd etmişdir “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Maddi hüquq normasının tələbindən göründüyü kimi X39 xx.xx.1996-cı il tarixdə vəfat etdikdən sonra onunla Bağlar təsərrüfatı idarəsi ilə arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsi üzərində hüquqlar onun ailə üzvlərinə deyil, bilavasitə hüquq varislərinə keçir, o həmin əmlakı faktiki qəbul etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil4 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər, eyni zamanda da bağ sahəsinin cavabdehin adına keçməsinə razılıq verilməsi barədə ərizədəki imzanın Zərifə Əliyevaya aid olmadığını, onun bundan xəbərsiz olduğunu bildirərək, onun məhkəmə iclasında dindirilməsini xahiş etmişlər.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi, eyni zamanda da Zərifə Əliyevanın apellyasiya icraatı zamanı dindirilməsinə razı olduğunu bildirdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan:
11. İİİ-ЖГ 283582 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X33 ilə X34 xx.xx.1982-ci il tarixdə nikahlarını Bakı şəhəri Səadət sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3812 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Qasımov", arvada "Qasımova" soyadı verilmişdir.
12. Bakı şəhəri 26 Bakı Komissarları rayonu qeydiyyat şöbəsində verilmiş xx.xx.1976-cı il tarixli, İ-ЖГ 285012 nömrəli boşanma haqqında şəhadətnamənin surətinə əsasən X39 ilə X19 arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir.
13. Azərbaycan Respublikası Binəqədi rayon “Leyla” nikah evi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş İV-ЖГ 463707 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X39 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilmişdir.
14. 07.04.1965-ci il tarixdə verilmiş AB ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X34 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1704 nömrə ilə qeyd edilmişdir. X21, anası X9r.
15. İV-ЖГ 355367 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Nümayəndə ilə X16 xx.xx.1987-ci il tarixdə nikahlarını Bakı şəhəri Oktyabr rayonu ZAQS şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Cabarov", arvada "Cabarova" soyadı verilmişdir.
16. Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı tresti ilə X39 arasında bağlanmış xx.xx.1965-ci il tarixli, 3221 nömrəli “Bağ sahələrinin, tikintilərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,17 hektar sahəsi olan bağı, 22.70 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikilisi və yardımçı qurğulara malik 86 nömrəli bağ sahəsini həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladığı inventarizasiya kartoçkasına uyğun olaraq, “Trest” icarəyə vermiş, icarədar X39 isə istifadə üçün götürmüşdür.
17. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X39 arasında bağlanmış xx.xx.1974-cü il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili ilə 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar isə təhvil almışdır. Həmin müqavilədə X29 ailə üzvləri olaraq qızı Təranə, oğlu Aydın, həyat yoldaşı Nəbibə, qızı Yeganə, qaynanası Zəhraxanım qeyd edilmişdir.
18. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X39 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili köməkçi sahəsi 17.64 kv.m olan mətbəxdən ibarət 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar isə təhvil almışdır. Həmin müqavilədə X29 ailə üzvləri olaraq oğlu Rafiq, qaynanası Zərifə qeyd edilmişdir. Müqavilənin müddəti xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilədək müəyyən edilmişdir.
19. Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1992-ci il tarixli sərəncamının 29 nömrəli protokolu əsasında hərəkət edən X19 ilə Bağlar təsərrüfatı idarəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 24611 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,12 hektarlıq 589a saylı bağ sahəsini, sahəsi 24.5 kv.metr olan 2 otaqdan ibarət binanı, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqavilənin müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək müəyyən edilmişdir.
20. Bağlar təsərrüfatı idarəsi ilə X39 arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini, sahəsi- kv.metr olan- otaqdan ibarət binanı, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqaviləni müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixdək müəyyən edilmişdir.Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Rafiq, Zərifə, Abbas və Adil göstərilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən Bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə,bağın icarə müqavləəsi onun müəyyən edilmiş müddəti bitənədək,”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən,yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqaları, qardaşları,bacıları,babası,nənəsi,nəvəsi,arvadı ya əri) birici ilə yenidən bağlanır.
21. Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2003-cü il tarixli sərəncamının 89 nömrəli protokolu əsasında hərəkət edən Cavabdeh ilə X8 və İstismarı Birliyi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən birlik Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 nömrəli bağ sahəsini, sahəsi 42,44 kv.metr olan 1 otaqdan ibarət binanı yaradıcı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqaviləni müddəti xx.xx.2003-cü ildən xx.xx.2013-cü il tarixdək müəyyən edilmişdir.Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Nəbibə, Aydın, Əli, Şahin göstərilmişdir.
22. 17.06.2010-cu il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətamənin surətinə əsasən 100011DV4DGX YVÖK (vergi ödəyicisinin kodu) olan Cavabdeh vergi ödəyicisi kimi şəhadətnamə verilmişdir.
23. Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından xx.xx.2011-ci il tarixli, 169 nömrəli çıxarışın surətinə əsasən “Vətəndaş Cavabdeh istifadəsində olan torpaq sahəsində təqdim edilən layihə əsasında inşa edilmiş iki mərtəbəli bağ evinin ilkin hüquqi qeydiyyata alınması haqqında” Vətəndaş Cavabdeh istifadəsində olan Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 1200,0 kv.m bağ sahəsində {Torpaq sahəsinin planı və ölçüsü: A№342536, xx.xx.2011} təqdim olunan layihə əsasında inşa edilmiş 589 saylı iki mərtəbəli bağ evi (İ mərt: açıq eyvan- 58,70 m2, dəhliz- 3,30 m2, yat/ot.- 17,0 m2, anbar- 4,10 m2, mətb.- 6,60 m2, s/q.- 4,75 m2; İİ mərt: holl — 51,25 m2, 3 yat/ot.- 11,35 m2, 11,25 m2, 11,15 m2, mətb.- 6,60 m2, s/q- 3,98 m2; həy/s,: 4 köm./sahə- 4,5 m2, 8,0 m2, 26,8 m2, 5,0 m2, anbar- 21,3 m2, hovuz- 16,5 m2) ilkin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, ümumi sahəsi 131.33 kv.metr olan, 589 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2011 ci il tarixdə ********** nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır.
25. Satıcı Cavabdeh ilə alıcı X25 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.33 kv/m, yaşayış sahəsi 50.75 kv/m, yardımçı sahəsi 80.56 kv/m olan 4 otaqlı bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Alıcının” mülkiyyətinə verir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Alıcının” mülkiyyətinə verir. “Satıcı” daşınmaz əmlakı 108000 manat 00 qəpik (yüz səkkiz min manat sıfır qəpik) qiymətinə satdı. Alıcı isə qiymətə aldı.
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-21212/2024 **********12 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3 21-3-30/2-C-0300-8/2024 nömrəli sorgulara eyni məzmunlu cavab məktublarına əsasən arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi 589 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə keçmiş Bağlar Təsərrüfatı idarəsinin xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqaviləsi əsasında X29 istifadəsinə verilmişdir. İcarədarın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12hektar hissəsi 589a saylı bağ sahəsi kimi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinə dair X29 adına xx.xx.1992-ci il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında Cavabdeh adına keçirilmiş və onunla xx.xx.2003-сü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsininin planı və ölçüsü sənədinə əsasən Novxanı bağ massivi, 589 saylı bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-412 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ evi X18 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
27. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********06150 olan Cavabdeh Abşeron, Abşeron, 01 Abşeron– 14 Abşeron– 041 Novxanı Bağlar– 0000– 6150 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 2024-cü il tarixinə 120,48 manat məbləğində təşkil edir.
28. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********04900 olan Nümayəndə Abşeron, Abşeron, 01 Abşeron– 14 Abşeron– 041 Novxanı Bağlar– 0000– 4900 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 2024-cü il tarixinə 120,84 manat məbləğində təşkil edir.
29. Bakı şəhəri Bağlar İdarəsinin rəisi T.Allahverdiyevə ünvan 5 ünvanında yaşayan X40 və həyat yoldaşı X26 tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən X40 və X26 589 nömrəli bağı Cavabdeh adına keçməsinə etiraz etmədiklərini bildirmişlər.
30. Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan Nümayəndə Hüseynəli oğlu tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən Novxanı qəsəbəsindəki 589 saylı bağı, həyat yoldaşı Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
31. Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab Q.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan Nümayəndə Hüseynəli oğlu (etibarnamə əsasında X6 əvəzinə) tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən Novxanı qəsəbəsindəki 589 saylı bağı, gəlini Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
32. Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan X19 tərəfindən (etibarnamə əsasında X6 əvəzinə) yazılmış 04.02.202-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən onun mərhum həyat yoldaşının adına olan Novxanı qəsəbəsindəki 589 saylı bağı onun gəlini Cavabdeh adına keçirilməsini xahiş etmişdir.
33. Mülki iş materiallarında olan arayışın surətinə əsasən Novxanı ərazisindəki 0,25 hektar torpaq sahəsi olan 3221 nömrəli müqavilə altındakı 589 nömrəli bağın icarədarı X39 yoldaşıdır. İcarədar həmin bağın bir hissəsini keçmiş həyat yoldaşı X6 adına keçirilməsini xahiş etmişdir.
34. X29 Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvanlanmış ərizəsinin surətinə əsasən Novxanı ərazisindəki bağ evinin olduğunu, onun 0,12 hektar torpaq sahəsi hissəsinin X6 verdiyini bildirmişdir. Həmin ərizəni Əliyev Rafiq və Əliyeva Zərifə imza edərək etirazın olmadığı qeyd edilmişdir.
35. Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab Q.Allahverdiyevə Bakı şəhəri, İstiqlaliyyət 43, mən 11/14 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2002-ci il tarixli ərizənin surətinə əsasən X3 adına olan 589 saylı bağ evini X29 ailə üzvlərinin razılığı ilə onun adına keçirilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktuba əsasən Bakı şəhər sakini İddiaçı əmlak tələbinə dair 2(004)- 4868/2024 nömrəli mülki işlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətini işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olduğunu nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə göndərilməsi qeyd olunmuşdur.
37. ünvan 10 ünvanında yaşayan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya yazılmış ərizəyə əsasən onun ögey qardaşı Nümayəndə, atasından X27 ona miras qalmış, Novxanıda yerləşən bağ evini, qeyri-qanuni yollarla sənədləşdirib və üçüncü şəxsə satıb, iş hal-hazırda məhkəmədə gedir və onu polislə hədələyərək, Binəqədi rayonu, 43 nömrəli polisin köməyi ilə bağda tikinti işləri aparırlar, iş məhkəmədə olduğuna baxmayaraq, eyni iddia ilə bağlı iki məhkəmədə işə baxılır. xx.xx.2024-cü il tarixli İnzabati Məhkəmədə və xx.xx.2024-cü il tarixli Yasamal Məhkəməsində baxılacaqdır. Məhkəmə proseslərində hüquqlarının müdafiə olunmasına köməklik edilməsi xahiş edilmişdir. Hal-hazırda mübahisəli əmlak Vəliyeva Gülxar xanımın adına rəsmiləşdirilmişdir.
38. 08.07.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı belə qərəzli göstərməsi onun ögey qardaşı X11 ilə arasında olan mübahisəli bağ evin ələ keçirmək niyyəti, hazırda qeyd olunan mülklə bağlı aralarında mövcud olan məhkəmə çəkişmələri ilə bağlı olmuşdur. Qeyd olunan iş materialları ilə İddiaçı anası X13 Cabarov tərəfindən öldürməklə hədələməsi öz təsdiqini tapmır, aralarında olan mübahisəli mülklə bağlı məhkəmə çəkişmələri ilə bağlı Nümayəndə qarşı qərəzli mövqedə olması, yalan və böhtan xarakterli məlumat verməsi ilə izah olunur. Odur ki, İddiaçı anası X13 Cabarov tərəfindən öldürməklə hədələnməsi barədə bilərəkdən yalan məlumat verməsi təsdiq olunur. Odur ki, toplanmış materialda cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, İddiaçı bilə-bilə yalandan polis orqanlarına çağırmağına görə Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, eləcə də Cabarov və Qasımovlar ailəsinin münaqişəli ailə kimi qeydiyyata götürülməsinə baxmayaraq, hazırda onlar arasında mülklə bağlı münaqişənin davam etməsini nəzərə alaraq, gələcəkdə onlar arasında baş verə biləcək xoşagəlməz və qanunazidd hərəkətlərin qarşısı alınması məqsədi ilə qabaqlayıcı tədbirləri və həmin ailələr üzərində nəzarətin gücləndirilməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə edilməlidir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.
39. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1208/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı- cavabdehlər Nümayəndə, Cavabdeh, X19 və X20 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
40. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1532/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh Nümayəndə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 589A saylı bağ evinin onun tərəfindən cavabdeh Nümayəndə bağışlanması barədə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixdə 4Ə-170 N-li reyestr qeydiyyatlı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5730/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı X6 apellyasiya şikayəti təmin edilməyərək, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1532/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5730/2024 nömrəli məktubuna əsasən iddiaçı X6 cavabdeh Nümayəndə Hüseyn-Əli oğluna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X6 nümayəndəsi İddiaçı və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün göndərilmişdir.
43. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112) 1818/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmaması qərara alınmışdır.
44. X19 ilə Nümayəndə arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 359.75 kv/m, yaşayış sahəsi 229.5 kv/m, yardımçı sahəsi 130.25 kv/m olan 6 otaqlı bağ evinin və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (359.75 kv/m, 6 otaqlı bağ evi və 0.12 ha torpaq sahəsi) hissəni “Hədiyyə alanın” mülkiyyətinə verir. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər.
45. Bakı şəhəri 16 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış sorğuya əsasən bildirilmişdir ki,1960 1962-ci illərdən 705,705 B,A saylı bağ evləri Nümayəndə nənəsi-X2 adına olub. Nənəsi 1989-cu ildə vəfat edib və bundan sonra qızı, yəni Nümayəndə bacısı İddiaçı əri Qasımov Namiq və qaynatası Qasımov Tofiqin adına özəlləşib. Digər vərəsələrin imzaları, razılıqları olmadan 2012-ci ildə 705 və 705 В saylı bağları satıblar. Həmin bağların özəlləşməsi və qeydiyyat vərəqələrinin kimlərin adına olmaları barədə məlumatların əldə edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri, Novxanı qəsəbəsindəki, 705, 705 B, 589, 589 A saylı Bağlara aid sənədlərin və çıxarışların verilməsinə əsas olmuş digər sənədlər barədə məlumat verilməsi xahiş edilmişdir.
46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 13 ünvanlanmış xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X39 arasında xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12 hektar hissəsi X6 adına keçmiş və 589a nömrəli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli, 24611 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər notariat kontorunun xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi Nümayəndə adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi isə X29 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş yazılı ərizəsinə əsasən Cavabdeh adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 705 və 705b saylı bağ sahələrinin İddiaçı və X24 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır.
47. Bundan başqa iş materiallarına fotoşəkillər və flash kart əlavə edilmişdir.
48. Birinci instansiya məhkəməsində iştirak edən:
49. X4 ifadəsində, İddiaçı onun qızı, Cavabdeh onun gəlini, Nümayəndə isə onun oğlu olduğunu, bağ sahəsini həyat yoldaşından alqı-satqı yolu ilə əldə etdiyini, 1996-cı il tarixdə həyat yoldaşının vəfat etdiyini, yoldaşı vəfat edəndən sonra bağ evində o və 3 uşağı Aydın, Yeganə və Təranənin yaşadığını, hal hazırda isə qızı Təranə ilə yaşadığını, həyətdə 2 ev olduğunu, birində özünün qaldığını, digərini isə Aydına verdiyini, evlərin onun pulu hesabına tikildiyini bildirmişdir.
50. X7 ifadəsində, bağda yaşadığı üçün Aydının yoldaşı İradəni və Nəbibənin qızı Təranəni tanıdığını, 24 yanvar 2000-ci il tarixdən 2023-cü ilin may ayınadək bağda yaşadığını, həmin müddət ərzində Nəbibəyə köməklik və qulluq etdiyini, Aydın və ailəsinin yayda Nəbibənin yanına gəldiyini, qışda isə getdiyini, Aydının vəsaiti hesabına bağ evində abadlaşma işləri aparıldığını, bundan başqa suallara cavab olaraq, Təranənin onunla mübahisələri yarandığı üçün evdən çıxdığını, kommunal xidmətləri Aydının ödədiyini, İradə ilə heç bir düşmənçiliyinin olmadığını, İradənin də Nəbibənin yanında qalıb, ona qulluq etdiyini, onun həmin bağda yaşadığı müddətdə bağ sahəsinin bölünmədiyini, sonradan bölündüyünü bildirmişdir.
51. X12 ifadəsində, Aydın və onun yoldaşı İradəni, Nəbibə və onun qızı Təranəni tanıdığını, 23 il onlarla birlikdə yaşadığını, öz ailəsi ilə qaldığını, Aydın və ailəsinin digər evdə qaldığını, Nəbibənin son illərdə evdə tək yaşadığını, Nəbibəyə qulluq etdiklərini, Təranənin də arada gəlib qulluq etdiyini, Aydının vəsaiti hesabına bağda təmir işləri aparıldığını, bağ evinin bölünməsi barədə məlumatı olmadığını, Aydın və Təranə arasında mübahisə olduğunu, buna görə məcbur 8 may 2023-cü il tarixdə evdən çıxdıqlarını bildirmişdir.
52. X1 ifadəsində, Aydının onun doğma qardaşı, Təranənin onun ögey bacısı (ana bir ata ayrı) olduğunu, Nəbibənin isə onun anası olduğunu, evi qardaşının tikdirdiyini, 1976-cı il tarixədək anası, o və qardaşının bağda qaldığını, 1976-cı il tarixdə ailə həyatı qurduğunu, bağa yay aylarında gedib-gəldiyini, 1993-cü il tarixdə yoldaşı vəfat edəndən sonra bağa gəldiyini, lakin Aydın anasına baxmaq üçün Fəridəni tutandan sonra şənbə və bazar günləri bağa gəldiyini, anasına qulluq etdiyini, hal-hazırda Təranənin Aydını və onu qapını bağlayaraq evə daxil olmağa qoymadığını, bundan başqa suallara cavab olaraq, bağ sahəsinin bölünməsi barədə məlumatı olmadığını, Aydın anasının bağışladığı evi öz adına, tikdiyi evi isə ailəsinin adına keçirtdiyini, bağ sahəsinin kimin adına keçməsi barədə razılıq vermədiyini, bağ sahəsində payının olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Konstitusiyasının:
54. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
55. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verЕr.
56. Münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin:
57. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
58. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
59. 530-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
60. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
61. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
62. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin:
63. 139.3.-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
64. 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
65. 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
66. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
67. 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
68. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
69. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
70. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
71. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
72. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
73. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
74. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
75. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
76. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
77. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
78. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
79. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
80. Azərbyacan Respublikasının “Torpaq İslahati haqqında” Qanununun:
81. 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
82. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
83. “İcarə haqqında” Qanunu
84. Maddə 13.6. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.
85. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir.
86. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
87. “V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və müvafiq qanunvericiliyin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi qaydalarını tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Əsasnamənin 6-cı bəndinə əsasən bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.
88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 dekabr 2019-cu il tarixli Qəraına əsasən Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər .
90. Apellyasiya icraatı zamanı tərəflərin qarşılıqlı razılığı əsasında dinndirilmiş Zərifə Əliyeva iş materiallarınin 55-56- ci vərəqlərində olan xx.xx.2002-ci il tarixli və notariat qaydasında təsdiqlənmiş həmin bağ sahəsinin Cavabdeh Nəcmədin qızının adına keçirilməsinə etiraz etməməsi barədə Bakı ş. Bağlar İdarəsinin rəisi T.Allahverdiyevin adına yazılmış ərizədəki imzanın özünə məxsus olduğunu təsdiq etmişdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
94. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
95. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
96. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
97. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
98. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
99. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
100. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
101. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
102. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
103. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
104. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
105. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.
106. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
107. Məhkəmə kollegiyası, gəlmiş tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
108. Belə ki, iddiaçı demək olar ki, iddia ərizəsi ilə uyğunluq təşkil edən apellyasiya şikayətində əsasən iki dəlilə istinad edir.-birinici, icarə müqaviləsinin qüvvədə olduğu 1996-cı il tarixdə atasının öldüyündən, həmin bağ sahəsi onun ailə üzvlərinə yox, vərəsələrinə keçməli idi:- iİkincisi, o, vərəsə kimi həmin əmlakı faktiki qəbul etmişdir, iddiaçı tərəf həmçinin də bağ sahəsinin cavabdehin adına keçməsinə dair verilmiş razılq ərizəsinin ailə üzvi kimi Zərifə Əliyeva tərəfindən imzalanmadığını qeyd edərək, onu dindirilməsini tələb etmişdir.
109. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
110. Tərəflər arasında mübahisəli hüquq münasibəti qeyd edilən bağ sahəsi ilə bağlı onun atası ilə icarə müqaviləsinin qüvvədə olduğu vaxt atasının vəfat etdiyi 1996cı ildə yaranmışdır.
111. Bağlar təsərrüfatı idarəsi ilə X39 arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini, sahəsi- kv.metr olan- otaqdan ibarət binanı, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqaviləni müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixdək müəyyən edilmişdir.Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Rafiq, Zərifə, Abbas və Adil göstərilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən Bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, ”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqaları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən bağlanır.
112. Eyni zamanda, 1992-ci ildən qüvvədə olan “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 6-cı bəndinə görə,icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.
113. Göründüyü kimi, qeyd edilən bağ sahəsi iddiaçının atasının xüsusi mülkiyyətində olmayıb, iddiaçının atası bağ sahəsinin icarə müqaviləsinə əsasən, icarədarı olmuşdur. Həmin müqavilənin şərtlərinə görə də, icarədar ölərsə, icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, ”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqaları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən bağlanır.
114. Bu baxımdan, iddiaçının mərhum atası ilə xx.xx.1992-ci ildən bağlanaraq xx.xx.2002-ci il tarixdək qüvvədə olan icarə müqaviləsinin 11-ci bəndinin tələbinə görə vəfat edən icarədarın ailə üzvü kimi iddiaçı icarə müqaviləsinin bağlanması üçün təşəbbüs göstərməmişdir.
115. Həmçinin iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olubolmaması barədə qeyd edilir ki, torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Digər tərəfdən 2000-ci il sentyabrın 1 dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. İddiaçı X21nun 1996-cı ildə vəfat etdiyini bildiyi halda, bundan uzun müddət keçməsinə baxmayaraq, müvafiq qaydada notariat orqanına müraciət etməmişdir.
116. X5 vəfatından və həmin icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə müqaviləsində adları qeyd edilən oğlu Nümayəndə, oğlu-Əliyev Rafiq və onun həyat yoldaşı Zərifə Əliyeva icarə müqaviləsinin Nümayəndə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilməsinə dair notarial qaydada razılıq ərizələri vermişlər. İcarə müqaviləsində adı qeyd edilməyən İddiaçı atasının xx.xx.1996-cı il tarixdə vəfat etdiyini bildiyi halda, icarə müqaviləsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinə, müvafiq notariat orqanına bu barədə müraciət etməmişdir. Faktiki olaraq bağ sahəsindən Nümayəndə və onun ailəsi istifadə etmişdir. Belə ki, Cavabdeh Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.2002-ci il tarixdə ərizə ilə müraciət edərək ailə üzvlərinin notarial qaydada imzalanmış razılıq ərizələrinə əsasən Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evinə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu barədə X14 və İstismarı Birliyinin arayışı Novxanı qəsəbəsi 0.12 ha topraq sahəsi olan 589 saylı bağ evini icarədar Adil Əliyevin adından Cavabdeh qzının adına keçirilməsindən ötrü Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasına göndərilmişdir. Cavabdeh ilə X14 və İstismarı Birliyi arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evi xx.xx.2003-cü il tarixdə “Bağın icarəyə verilməsi haqqında” 3221 nömrəli icarə müqaviləsi bağlanmışdır.
117. Həmçinin, həmin bağ sahəsinin saxlanması, abadlaşdırlması, bağa qulluq göstərilməsi və torpaq sahəsi üzərində eskiz layihəsinə əsasən yeni 2 mərtəbəli bağ evinin tikilməsi, müllkiyyət hüquqlarının qeydiyyatı, kommunal xidmətlərlə bağlı ödənişlər Cavabdeh həyat yoldaşı Nümayəndə vəsaiti hesabına həyata keçirilmiş və bağ evi faktiki onların istifadəsində və idarəçiliyində olmuşdur.
118. Rayon məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, həmin iddianı qaldırmaq üçün qanunvericilikdə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açıla bilərdi. Göründüyü kimi, iddiaçının atasının 1996-cı ildə vəfat etməsinə və vəfat etməsindən 28 il keçməsinə baxmayaraq, o, bu müddət ərzində məhkəməyə miras payı ilə bağlı hər hansı iddia qaldırmamışdır.
119. Bundan başqa, mülki iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə X25 arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsi və onun üzərində olan bağ evinə dair bağlanmış 23 fevral 2024-cü il tarixli alğı satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas olmadığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024 cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır.
120. Beləliklə, xx.xx.2003-cü il tarixdə mərhum icarədarın ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X28) həmin bağ sahəsinə Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına dair yazılı razılıqlarını, həmçinin onun hüquqi varislərinin torpaq və bağ sahəsi üzərində icarə hüquqlarının ötürülməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etdiklərini, bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, ”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən birisi ilə yenidən bağlanmasına dair icarə müqaviləsinin 11-ci bəndində qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyətinin X8 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün MM-in əqdlərin etibarsızlığına dair normalarında nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
121. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi.
122. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
123. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
124. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
125. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarı:
126. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).
127. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir.
128. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir.
129. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi.
130. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: -həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; -müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda.
131. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
132. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir.
133. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın.
134. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).
135. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan suiistifadə olaraq müəyyən edilmişdir.
136. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
137. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarı
138. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər.
139. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
140. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
141. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
142. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
143. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
144. Beləliklə də, Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalarla müəyyən olunur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
1. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
3. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
4. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.