Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-367/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə açılmış və həyətə baxan pəncərələr cavabdehin hesabına sökülməsi və onun yeri cavabdehin hesabına bağlanılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.1989-cu il tarixli Əzizbəyov rayon X11 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq orqanlardan alınmış cizgi və plan, evin texniki pasportu vardır. Həmin texniki pasportda evin sxemi vardır. ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində uzun illərdir yaşayır. Qonşusu Cavabdeh1 tərəfindən öz evindən onun həyətinə və evinin içərisinə baxan qanunsuz pəncərələr açılmışdır. Qonşuluqda tikili olmadan öncə evini inşa etdirmiş və onun evindən qonşusu Cavabdeh1 evinə baxan pəncərələr olmuşdur. Bu onu narahat etdiyindən öz evinin xarici görkəmini və havalandırmasını pozaraq evindən qarşı tərəfin evinə doğru baxan pəncərələri hördürmüşdür. Lakin qonşusu inşa etdirdiyi evdən onun mətbəxinə, həyətinə və evinə baxan pəncərələr tikdirmiş və bu da onu narahat edir. Bu narahatçılığı ilə bağlı dəflərlə iradını bildirərək, heç olmasa pəncərələri görünməyən şüşələrlə əvəz edilməsini və ya havalandırma üçün fortuçka qoyulmasını təklis etməsinə baxmayaraq onun həyətinə və evinə baxan pəncərələri inşa etdirmişdir. Onun inşa etdirdiyi pəncərələr onun mətbəxindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. Öz əmlakından istifadəsinə çətinlik törədir. Onun yaşadığı ünvanın xx.xx.1992-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh1 tərəfindən fərdi yaşayış evindən onun evinin içərisinə baxan pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət və evin içərisinə baxdığı üçün ona maneçilik yaradır. Onunla qonşu arasında olan hissədə onun həyətyanı sahəsi var, ancaq qonşunun hasarı ilə fərdi yaşayış evinin ara məsafəsi çox cüzidir. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikintitexniki normalara ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, o, iddiaçının arvadıdır. Sökülməsi tələb olunan cavabdehlərə məxsus evin pəncərəsi onlara məxsus evin mətbəxinin pəncərəsinin qarşı hissəsində yerləşir və həmin pəncərədən baxanda onların mətbəxi görsənir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, onların yaşadıqların evin torpaq sahəsi arvadı Cavabdeh2 məxsusdur. Evlərinin arxa hissəsində olan pəncərə uşaq otağın pəncərəsidir və həmin otağa başqa yerdən pəncərənin qoyulması mümkün deyil. Həmin pəncərədən iddiaçıya məxsus evin içərisi görsənmir və iddiaçıya heç bir maneəçilik törətmirlər. İddiaçıya həmin pəncərələrin şüşəsinin görünməyən şüşə ilə əvəz etməyi barədə təklif etsə də, iddiaçı bununla da razılaşmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, pəncərəsi sökülməsi olan yer bir otaqdan ibarətdir. Həmin otaqda nəfəslik üçün pəncərənin qoyulması mümkün deyil. Belə ki, həmin otaq, yan otaqların ortasında yerləşir. Məhkəmə iclasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X7 bildirmişdir ki, tərəfindən verilmiş 10/7337 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində cavabdehlərə məxsus evin hər hansı bir layihə və ya izacə sənədi olmadığından açılmış pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması nəticəsinə gəlmişdir. Həmçinin bildirmişdir ki, sökülməsi tələb olunan pəncərə, tikinti normalara və lahiyə sənədlərinə əsasında evin həmin hissəsindən açılması mümkündür. Evin tikintisi ilə bağlı icra hakimiyyətindən icazə alınsa, həmin pəncərənin evin həmin hissəsində yerləşməsi tikinti qaydalarına zidd olmayacaqdır. Eyni zamanda həmin vaxt cavabdeh tərəfin mənzilində olmadığından başqa yerdən açılmasının mümükünlüyü barədə rəy verməsi mümkün olmamışdır. Hazırki iş üzrə verilən izahatlardan isə aydın olur ki, həmin otaq ortada yerləşdiyindən digər yerdən pəncərənin açılması mümükünsüzdür. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılması tələbinə dair iddiası təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət olunmuşdur Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki,yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.1989-cu il tarixli Əzizbəyov rayon X11 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq orqanlardan alınmış cizgi və plan, evin texniki pasportu vardır. Həmin texniki pasportda evin sxemi vardır. ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində uzun illərdir yaşayır. Qonşu Cavabdeh1 tərəfindən öz evindən həyətinə və evinin içərisinə baxan qanunsuz pəncərələr açılmışdır. Qonşuluqda tikili olmadan öncə evini inşa etdirmiş və onun evindən qonşu Cavabdeh1 evinə baxan pəncərələr olmuşdur. Bu məni narahat etdiyindən öz evimin xarici görkəmini və havalandırmasını pozaraq evindən qarşı tərəfin evinə doğru baxan pəncərələri hördürmüşdür. Lakin qonşusu inşa etdirdiyi evdən mətbəxinə, həyətinə və evinə baxan pəncərələr tikdirmiş və bu da onu narahat edir. Bu narahatçılığı ilə bağlı dəflərlə irad bildirərək, heç olmasa pəncərələri görünməyən şüşələrlə əvəz edilməsini və ya havalandırma üçün nəfəslik qoyulmasını təklif etməyinə baxmayaraq həyətinə və evinə baxan pəncərələri inşa etdirmişdir. Onun inşa etdirdiyi pəncərələr mətbəxindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. Öz əmlakından istifadəyə çətinlik törədir. Yaşadığı ünvanın xx.xx.1992-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 1 ünvanında yaşayan qonşu Cavabdeh1 tərəfindən fərdi yaşayış evindən evinin içərisinə baxan pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr yaşadığı həyət və evin içərisinə baxdığı üçün ona maneçilik yaradır. Onunla qonşu arasında olan hissədə onun həyətyanı sahəsi var, ancaq qonşunun hasarı ilə fərdi yaşayış evinin ara məsafəsi çox cüzidir. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirmiş ki, onların yaşadıqların evin torpaq sahəsi arvadı Cavabdeh2 məxsusdur. Evlərinin arxa hissəsində olan pəncərə uşaq otağın pəncərəsidir və həmin otağa başqa yerdən pəncərənin qoyulması mümkün deyil. Həmin pəncərədən iddiaçıya məxsus evin içərisi görsənmir və iddiaçıya heç bir maneəçilik törətmirlər. İddiaçıya həmin pəncərələrin şüşəsinin görünməyən şüşə ilə əvəz etməyi barədə təklif etsə də, iddiaçı bununla da razılaşmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin uşaqları yoxdur və orada hər hansı şəxsin həyat və sağlamlığı üçün təhlükə yoxdur. Digər qeyd etdikləri isə iş materialları və işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. 10/7337 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində cavabdehlərə məxsus evin hər hansı bir layihə və ya izacə sənədi olmadığından açılmış pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması nəticəsinə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7337 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin ikinci mərtəbəsinin arxa divarında olan iddiaçılara tərəf açılmış pəncərəyə dair hər hansı bir layihə və ya icazə sənədi aşkar edilmədiyindən həmin pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin texniki pasport və ya lahiyə sənədi mülki iş materiallarında aşkar edilmədiyindən həmin pəncərənin evin texniki pasport və ya lahiyyə sənədlərinə uyğunluq sualına cavab verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan pəncərənin bağlanması texniki cəhətdən mümkündür. Lakin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən, cavabdehin mübahisəli pəncərəsi olan otağın digər tərəfindən pəncərənin açılması zəruridir. Ekpert rəyindən də aydın olur ki, cavabdeh tərəfindən açılan pəncərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidddir və digər yerdən pəncərənin açılması texniki cəhətdən mümkündür. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam hissədə yoxlanılması təşkil edir. İş materiallarında olan İcraiyyə Komitəsinin Əzizbəyov rayon X12 xx.xx.1989-cu il tarixli qərarının surətindən görünür ki, X6 Binə qəsəbəsində fərdi yaşayış evinin tikiintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan İcraiyyə Komitəsinin Əzizbəyov rayon X12 xx.xx.1989-cu il tarixli qərarının surətindən görünür ki, X5 Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X8, İcraiyyə Komitəsinin Əzizbəyov rayon X12 xx.xx.1989-cu il tarixli qərarı əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinə dair zəruri sənədlərin toplanması, özəlləşdirilməsi, tikinti işlərinin aparılması, Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən kadastr planının alınması və sayrə hərəkətlərin aparılması barədə Cavabdeh2 etibar etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2/223 nömrəli sahədə yerləşən Cavabdeh2 məxsus fərdi yaşayışın evinin tikinti layihəsi hazırlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7337 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin ikinci mərtəbəsinin arxa divarında olan iddiaçılara tərəf açılmış pəncərəyə dair hər hansı bir layihə və ya icazə sənədi aşkar edilmədiyindən həmin pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin texniki pasport və ya lahiyə sənədi mülki iş materiallarında aşkar edilmədiyindən həmin pəncərənin evin texniki pasport və ya lahiyyə sənədlərinə uyğunluq sualına cavab verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan pəncərənin bağlanması texniki cəhətdən mümkündür. Lakin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən, cavabdehin mübahisəli pəncərəsi olan otağın digər tərəfindən pəncərənin açılması zəruridir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Maddə 57.2 tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalı, əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. 57.3 bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 75.1 barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3 sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. 48.1 tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Qeyd olunan qanunvericiliyin təbəblərindən görünür ki, icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır. İşin araşdırılmış hallarından görünür ki, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən sənəd, tikinti layihəsi mövcüddur. Lakin həmin tikilinin inşa edilməsi üçün müvafiq ərizə ilə icra hakimiyyətinə müraciət olunmamaqla tikilinin inşası barədə icazə alınmamışdır. Mübahisə predmeti olan pəncərənin məhz həmin icazə sənədinin olmaması səbəbindən müvafiq qaydalara zidd olması müəyyən edilir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Bununla da müəyyən olunur ki, cavabdehlər tərəfindən inşa edilmiş evin müvafiq icazə sənədləri olduğu təqdirdə mübahisə predmeti olan pəncərə tikinti obyektinə olan tələblərə uyğundur. Belə ki, həmin pəncərə tikilidə sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, havalandırma, təbii və süni işıqlandırma tələblərinə riayət edilməsi üçün zəruridir. Həmçinin, məhkəmə qeyd edir ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1. ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 171.1. əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının həmin pəncərədən cavabdehlər tərəfindən onlara məxsus evin mətbəxinin görünməsi səbəbindən ləğv edilməsi tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, əvvəla həmin pəncərələr qarşılıqlı olmaqla hər iki tərəfin fərdi yaşayış evlərinə doğru qarşı-qarşıya pəncələri mövcud olması halı da nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyası diqqətə çatdırır ki, şikayətin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır.Belə ki, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza zamanı cavabdeh tərəfin mənzilində olmadığı səbəbindən pəncərənin başqa yerdən açılmasının mümükünlüyü barədə rəy verməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan pəncərənin yerləşdiyi otağın çöl hissəyə tərəf olan divarı yalnız iddiaçıya məxsus fərdi yaşayış evinə tərəf olduğundan mübahisə predmeti olan pəncərənin başqa yerdən açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.Tikililərdə havalandırma və işıqlandırma təmin olması ilə bağlı suala aid olmadığı üçün cavab verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Kollegiyası işin digər faktiki halları və tərəflərin izahatları ilə birgə qiymətləndirmə apararaq ekspert rəyləri ilə razılaşmamaq üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 ( əlli) manat, iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.