Məhkəmə qərarları › İş №2(103)-3676/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3676/2021

01.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3676/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh1 nümayəndəsi-vəkili X4 oğlunun, Cavabdeh Novruz Qurbanovun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi, avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi, avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LEXUS LX570 MİNİK markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil üzərində aparılmış xx xxxxxx 2021-ci il tarixli, 000046 nömrəli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsini etibarsız hesab edəsini, LEXUS LX570 MİNİK markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə dair verilmiş şəhadətnamə ləğv edilməsini, LEXUS LX570 MİNİK markalı, ******* mühərril nömrəli, BAN nömrəsi JTJ11Y00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin ona qaytarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə mübahisənin gələcəkdə ədalətli həlli və çıxarılacaq qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyünü, o cümlədən, mövcud olan əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması üçün qanunvericiliyə əsasən iddianı təmin etmə tədbiri kimi LEXUS LX570 MİNİK markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və onun cərimə meydançasına aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(007)-1280/2021 saylı qərardadı ilə iddianı təmini tədbiri barədə ərizə təmin edilərək, “LEXUS LX570” minik markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** (yeni nömrəsi **-DY-***) dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin üzərinə həbs qoyulması və avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-1280/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehləri, şikayətlə razılaşmayaraq rədd olunasını xahiş edən iddiaçını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş 000046 saylı xx xxxxxx 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, İddiaçı LEXUS LX570 MİNİK markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597olan, 2012-ci il buraxılışlı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili Cavabdeh3 satmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, qeyd olunan avtomobil hazırda iş üzrə cavabdeh olan Cavabdeh1 Əli oğlunun mülkiyyətindədir. Həmin avtomobil hazırda mübahisə predmetidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəsi ilə razılaşaraq hesab edir ki, “LEXUS LX570” minik markalı, ******* mühərrik nömrəli, BAN nömrəsi JTJHY00W504092597 olan, 2012-ci il buraxılışlı, **-CJ-*** (yeni nömrəsi **-DY-***) dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyularaq və avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin cərimə meydançasına yerləşdirilməsini qərara almaqla haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar