Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3676/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əmlakın alınmasına ödənilmiş 12200 manat pulun və vurulmuş zərərin əvəzi olaraq 54000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 12200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Etibar Mustafayev 18.04.2022-ci il tarixli məktubu ilə müraciət edərək, icraatda olan mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadından şikayət verməsini nəzərə alaraq, mülki işin apellyasiya baxışından çıxarılmaqla Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadından verilmiş şikayətin mümkünlüyünə baxılması üçün, apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə münasibət bildirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3676/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3676/2022
27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver