Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3677/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi, ev 44A ünvanında yerləşən fərdi yaşayış evinin X1 adına olan **********50000 abonent hesabından əsassız olaraq hesablanmış 3451,80 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi, ev 44A ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qaz hesabı atası X1 adınadır. O, xx.xx.2020-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Bir müddət bundan öncə smart karta növbəti ödəniş etdikdə pul tutulduğunu görmüşdür. Bununla bağlı yerli qaz idarəsindən bildirmişlər ki, ona 2016-cı ilin fevral ayından 2018-ci ilin sentyabr ayınadək 6 akt tərtib edilərək, 1944 manat guya qaz sayğacının çıxış plastmas borusu deşildiyi üçün, 1507,80 manat isə guya sayğacdan kənar təbii qazdan istifadə etdiyi üçün ümumilikdə 3451,80 manat cərimə borcu hesablanmışdır. Ona tərtib olunmuş 6 aktdan yalnız 4 akt təqdim edə bilmişlər. Onlar təbii qazdan qanunsuz istifadə etməmişlər. Aktın tərtib edildiyindən xəbəri yoxdur. Halbuki, bu növ aktlar mütləq onun iştirakıyla tərtib olunmalı idi. O, istifadə etdiyi qazın dəyərini daim ödəmişdir. Sayğac yaşayış evindən kənarda yol tərəfdə quraşdırılmışdır və onun onu mühafizə etməyi mümkün deyil. Eyni zamanda, qaz sayğacı çıxarılarkən bütün möhürləri üzərində olmuşdur və belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. Cavabdeh təşkilat sayğaca görə məsuliyyət daşıdığı halda onun təqsirini sübuta yetirmədən məsuliyyəti onun üzərinə qoymağa çalışırlar. Borc olduğu təqdirdə cavabdeh təşkilat qaz hesabını onun adına keçirməkdən imtina edir. O, hər ay təbii qazdan istifadəyə görə kifayət qədər ödənişlər edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-155/2022 saylı qətnaməsi ilə ddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu **********50000) hesablanmış 3161,20 manat məbləğində borcun silinməsi, 54,50 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərcin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddivə prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmişdir. İddiaçının ünvanında dəfələrlə sayğacdan kənar qaz xəttinə qoşulma halları aşkar edilmiş, xx.xx.2018-ci il tarixdə ******* saylı aktla (863,40 manat), xx.xx.2018-ci il tarixdə ******* saylı aktla (356,40 manat), xx.xx.2018-ci il tarixdə ******* saylı aktla (43,20 manat), xx.xx.2018-ci il tarixdə ******* saylı aktla (50,4 manat) rəsmiləşdirilmiş, ümumilikdə sayğacdan kənar istifadə nəticəsində cavabdehə 1313,4 manat zərər dəymişdir. İddiaçı sayğacdan kənar istifadə ilə bərabər dəfələrlə, 2016-2018ci illərdə dəfələrlə sayğaca müdaxilə ediyi aşkaredilmiş, nəticədə iddiaçıy a 2138,4 manat manat zərər dəydiyi müəyyən edilmiş, 096098 saylı aktla (194,4 manat), ******* saylı aktla (1944 manat)rəsmiləşdirilmişdir. Eyni zamanda həmin ünvanda bir neçə dəfə qanusuz qoşulma halı müəyyən edilərək aktlaşdırılmış, aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Bununla bərabər məhkəmə sayğaca qanunsuz qoşulma halının olubolmamasını müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. 10/5547 saylı, xx.xx.2021 saylı ekspert rəyinə görə, ünvan 2 ünvanında daşıyıcı qaz xəttinin fərdi yaşayış evinin həyətindən keçən hissəsində sonluğu tıxacla bağlanmış vəziyyətdə borucuq vardırki, həmin borucuğun sonluğunun açıq vəziyyətində kənar xətt vasitəsiylə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Onu da qeyd etmək lazımdırki, sayğacdan kənar qoşulma halı müəyyən edildikdən sonra cavabdeh qanunsuzxətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmış, lakin bu hal, istehlakçının ünvanına yenidən qaz xəttinə qanunsuz qoşulmasını məhdudlaşdırmır və nəticədə iddiaçı bir neçə dəfə sayğacdan kənar qoşulmaqla qazdan qeyri-qanuni istifadə etmişdir. İş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə saldolarda iddiaçının etdiyi ödənişlərdən də iddiaçının sayğaca müdaxilə etdiyinin və təbii qazdan sayğacdankənar qeyri-qanuni yolla istifadə etdiyinin sübutdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlarda abonentin sayğacdan kənar xətt vasitəsiylə istifadə etməsi qeyd edilmişdir. İş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində iddiaçının 2016-cı il üzrə 194,40 (1944 m3 x 0,10 manat = 194,40 manat) manat, 2018-ci il üzrə cəmi 3257,40 manat, ümumilikdə isə 3451,80 manat borcunun olması göstərilmişdir. İddiaçı iddia ərizəsində kənar xətdən istifadə etməməsini bildirsə də, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5547 saylı, xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmaqla istifadə halı aşkar edilməmişdir. ünvan 2 ünvanında daşıyıcı qaz xəttinin fərdi yaşayış evinin həyətindən keçən hissəsində sonluğu tıxacla bağlanmış vəziyyətdə borucuq vardır ki, həmin borucuğun sonluğunun açıq vəziyyətində kənar xətt vasitəsiylə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının yaşadığı evi təmin edən qaz xəttinə baxış keçirilərkən kənar xətdən istifadə edilməsi aşkar edilməsə də, fərdi yaşayış evinin həyətindən keçən hissəsində sonluğu tıxacla bağlanmış borucuğun aşkar edilməsi və həmin borucuq vasitəsilə qazdan qeyri-qanuni istifadə edilməsinin mümkün olması müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ekspert rəyini daha mötəbər sübut hesab edərək, habelə işin hallarını nəzərə alaraq belə qənatə gəlmişdir ki, iddiaçının kənar xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təbi qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmamış və hesab etmişdir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 1507,20 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün (,2x6x30=216 m3 ), xx.xx.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün; dəmir sobanın maksimal saatlı qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün (1,2x6x30=216m3 ; 1.4x18x30=756 m3 ), xx.xx.2018-ci il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat, və hesabat müddəti 30 gün; QSSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün; radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rüjimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (1.2x4x30=144 m3 , 1.2x4x30=144 m3 1.5x4x30=180m3 , 1.5x10x30=450m3 və 0.8x18x30=432 m3 cəmi 2898 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Kollegiya, həmçinin qaz sərfiyyatının hər kub.metrinin 0,20 manat hesabı ilə hesablanmasını əsaslı hesab etmir. Belə ki, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qurupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1.700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, ondan artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Lakin işin hallarından görünür ki, cavabdeh göstərilən təsnifləşdirməni nəzərə almadan sərfiyyatı 0,20 manatla hesablamışdır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2018-ci il tarixli hesabat üzrə 149,20 manat, xx.xx.2018-ci il tarixli hesabat üzrə 97,20 manat, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli hesabatlar üzrə 43,20 manat, ümumikdə isə 289,80 manat olmalıdır, yəni təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 289,80 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Kollegiya hesab edir ki, iddiaçıdan 1944 manat borcun tələb edilməsi hissəsində iddia tam əsassız olmuşdur. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2018-ci ilin sentyabr ayı üzrə 1944 manat məbləğində borcunun olması qeyd olunsa da, bu borcun hansı əsasla heablanması iş materialları ilə sübut olunmur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3677/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3677/2022
02.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver