Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3678/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 **********00003 saylı abonent kodu olan fərdi yaşayış evinə əsassız olaraq cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinin ödənilməsinə görə N ******* saylı akt əsasında tələb olunan 1944 manat və N ******* saylı Akt əsasında təəb olunan 2462.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir. Həmin ünvanda anası ilə birlikdə yaşayır. Ünvana qoşulmuş **********00003 saylı abonent kodu olan qaz sayğacı onun adınadır. 24.08.2018-ci ildə cavabdehin əməkdaşları yaxınlaşaraq köhnə qaz sayğacını çıxarıb yerinə yeni qaz sayğacı quraşdırmışdırlar. Yeni sayğacadan bir müddət istifadə etmişlər, sonra yeni qaz sayğac kartına pul köçürmək istədikdə smart tipli sayğacın kartına ödənilən pulun yarı hissəsinin karta ödənilmədiyinin şahidi olmuşdur. Bununla bağlı cavabdehə müraciət etdikdə bildirmişlər ki, sayğaca müdaxilə etməmisiniz, lakin daxildə problem olub, bu səbəbdən cərimə ödəməlisiniz. Bu zamana qədər həmin sayğacdan istifadəyə görə borc barədə hər hansı bir mübahisə yaranmamışdır. Atası ağır yataq xəstəsi olduğu zamanlarda onun adına olan sayğacdan guya təbii qazdan qeyri qanuni kənar istifadəyə görə də akt tərtib olunmuşdur. Həmin aktdan xəbəri olmamışdır, cərimə haqsız yazılmışdır, sayğacdan kənar qanunsuz qaz xəttinə qoşulmamışdır, sayğaca müdaxilə etməmişdir. Cavabdehə müraciət etdikdə bildirmişlər ki, qanunsuz qoşulmanın fotoşəkilləri var, lakin həmin fotoşəkillərdəki ev onun evi deyildir. Hər ay qaz sayğacına ödənişlər etməklə qazdan istifadə etmişlər. Borcun silinməsi barədə cavabdehə müraciət etmişdir, amma bir nəticəsi olmamışdır. Cavabdeh tərəf isə iddia ərizəsinə etiraz edərək etirazını bununla əsaslandırmışdır ki, 24 avqust 2018-ci il tarixdə baxış keçirilən zaman sayğacın çıxış borusunda deşik aşkar olunmuşdur. Bu, ******* saylı aktla rəsmiləşdirilmiş və iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda, 2016, 2017 və 2018-ci ilin avqust ayına qədər ödənişlər az edilmiş və bəzi aylarda ümumiyyətlə qeydə alınmamışdır. ******* saylı akt üzrə borc isə sayğacdan kənar qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı taladığından yazılmışdır. Sayğaca baxış keçirilərkən bu aşkar olunmuş, fotoşəkillər çəkilmiş, 2462,40 manat borc hesablanmışdır. Borcun silinməsinin heç bir əsası yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh İB tərəfindən İddiaçı **********00003 nömrəli abonent koduna itirilmiş qazın bərpası üzrə ******* №-li akt əsasında yazılmış 1944 (min doqquz yüz qırx dörd) manat və ******* №-li akt əsasında hesablanmış 2462 (iki min dörd yüz altmış iki) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi və Cavabdeh İB-dən 64 (altmış dörd) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və həmin hissədə də iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti bununla əsaslandırmışdır ki, göstərilən ünvana baxış keçirilən zaman istehlakçının tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X2"nın tələblərinə əməl etmək), "X2"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və "Qaz təchizatı haqqında qanun"unun 6.2-ci bəndinin tələbləri pozularaq qanunsuz olaraq sayğacdan kənar Birliyə məxsus ümumi, qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı taladığı, qaz sayğacından kənar təbii qazdan istifadə etdiyi aşkar edilmiş, 30.12.2020-ci il tarixdə ******* saylı aktla rəsmiləşdirilmişdir. Bununla bərabər, aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. 24.08.2018-ci il tarixdə iddiaçının ünvanında sayğac dəyişdirilən zaman sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, 21.09.2018-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilərək dəymiş ziyana görə hesablanmış 1944 manat borc iddiaçının saldosuna əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə işi araşdırmadan qətnamə qəbul etmiş, hər iki halı yəni sayğac göstəricisi üzrə sərf edilən qazı və sayğacdan kənar xəttlə qoşulmanı eyni hal kimi qiymətləndirmiş, təqdim edilən aktlara, fotoşəkillərə, saldolardakı məlumatlara sübut qismində düzgün qiymət verməmişdir. Bununla bərabər işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə saldolardan görünür ki, 2016-2020-ci illər ərzində sərf etdiyi ödənişlər az edilmiş, bəzi aylarda isə iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı üzrə ödənişlər ümumiyyətlə qeydə alınmamışdır. Bundan əlavə iddiaçının etdiyi ödənişlərdən 2018-ci ildən başlayaraq 3 il ərzində borca görə tutulmalar aparıldığı iddiaçının bu haldan məlumatlı olduğunun və sayğacın yararsız hala salınmasına görə və sayğacdan kənar qaz xəttindən istifadə etdiyi üçün təqsirini qəbul etdiyinin göstəricisidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci; “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddələrinə; Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.6, 4.7, 4.8-ci bəndlərinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2018-ci ildə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir, sayğaca baxış keçirilmişdir, 2018-ci ildə sayğacın çıxış plastmas borusu deşilməsi əsası ilə və 2020-ci il tarixdə abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar istifadə etməsi əsası ilə aktlar tərtib olunmuşdur, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 21.09.2018-ci ildə 1944 manat, 30.12.2020-ci il tarixdə 2462,40 manat borc hesablanmışdır və hazırda həmin məbləğlər ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçı tərəfindən sayğaca müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00003) itirilmiş qazın bərpası məqsədilə ******* №-li akt əsasında yazılmış 1944 manat və ******* №-li akt əsasında hesablanmış 2462,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə hesab edir ki, iddianın qiyməti 10000 manata qədər olduğundan, hazırkı iş üzrə dövlət rüsumu iddianın qiyməti (4406 manat) nəzərə alınmaqla 64 manat məbləğində nəzərdə tutulmalı, iddia tələbi təmin olunduğundan və cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmadığından, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Tətbiq edilməli hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən N ******* saylı akt əsasında tələb olunan 1944 manat və N ******* saylı akt əsasında tələb olunan 2462.4 manat borcun silinməsini tələb edir. Maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Belə ki, cavabdeh şikayətində 24.08.2018-ci il tarixdə iddiaçının ünvanında sayğac dəyişdirilən zaman sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, 21.09.2018-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilərək dəymiş ziyana görə hesablanmış 1944 manat borc hesablandığını göstərsə də bu halın həqiqiliyinə yaxud borunun həqiqətən iddiaçı tərəfindən deşilməsinə dair də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Başqa sözlə iddiaçı törətmədiyi hüquq pozuntusuna görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərdən əlavə, iddia ərizəsinə əlavə edilmiş təbii X2nın pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X2nın pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaya etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. İşdə olan fotoşəkillərin(bax.i.v.29-30)isə ümumiyyətlə nəyə aid olduğu görünmür. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3678/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3678/2022
16.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver