Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3682/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X19 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-240/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş anası X2 miras qalmış ünvan 1 ünvanından mirasın 1/5 hissəsinin birinci dərəcə vərəsə kimi qanun üzrə tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək anası X1 miras qalmış ünvan 1 ünvanındam mirasın 1/3 hissəsinin birinci dərəcə vərəsə kimi qanun üzrə tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Anasının vəfatından sonra miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etsə də, notariat ofisi ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. DƏDRX-nin 1 saylı ərazi idarəsi bildirmişdir ki, qeyd olunan əmlaka onun vərəsəlik hüququnun tanınacağı halda mülkiyyət sənədləri verilə bilər. Bacısı və qardaşları X20, X28 və X29 mirasın onun tərəfindən qəbul edilməsinə və anasından qalmış miras əmlakın adına keçirilməsinə etiraz etmirlər. X39 1968-ci ildə vəfat etmişdir. O hesab edir ki, sözügedən torpaq sahəsinin X39 oğluna məxsus 1/3 hissəsi anası Məmmədova Balacaxanıma vərəsəliklə keçib. Anası babasının vəfatından əvvəl, 1950-ci ildən həmin evdən gəlin köçmüş və orada yaşamamışdır. O özü isə bu evdə heç vaxt yaşamamışdır. İddianın təmin olunmasını xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-240/2025 saylı 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin baxılmamış saxlanılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Daha sonra, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etmişdir. İddiaçının iddia ərizəsindən ilk görünüşdəm tələbinin yönəldiyi cavabdeh aydın ifadə olunmasına baxmayaraq, iş materiallarına nəzər yetirildikdə aşkar surətdə aydın olur ki, hazırki iş üzrə sadəcə notariat kontorunun cavabdeh kimi cəlb edilməsi cari tələbin mahiyyəti üzrə baxılmasına kifayət deyildir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87,17 kv.m sahəsində əmlakın 1/27 hissəsi X10, 5/27 hissəsi X5, 1/3 hissəsi X21,1/3 hissəsi X13,1/27 hissəsi X4, 1/27 hissəsi X6, 1/27 hissəsi X7 məxsusdur. Həmçinin iş materiallarında olan Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.2025-ci tarixli məktubdan görünür ki, X11, X14,X24, X22, X15, X16, X8, X30, X31 və X32 adlı şəxslər ünvan 2 ünvanında faktiki olaraq yaşayırlar. Hazırda iddiaçı onun vəfat etmiş babasından qalan miras əmlak üzrə açıq qalan paya vərəsəlik hüququnun tanınmasını xahiş etsə də, iş materiallarından göründüyü kimi, iş üzrə iddiaçı ilə bərabər çıxarış üzrə yuxarıda adları digər şəxslər də analoji iddia tələbi ilə müraciət etmək hüququna malikdirlər. Qeyd olunan işə mahiyyəti üzrə baxılması gələcəkdə, preyudisial fakt təsbit etməklə bərabər, digər şəxslərin hüquq və mənafeyinə bilavasitə təsir edəcəyindən həmin şəxslərin cavabdeh qismində cəlb edilməməsi və iddiaya bu formada mahiyyəti üzrə baxılması düzgün olmamışdır. Nəticədə birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq, cavabdehlərin dairəsi düzgün göstərilməyən tələb üzrə iddiaçının iddia ərizəsini icraata götürmüş və bu formada baxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələbin yönəldiyi bütün cavabdehlər dəqiq göstərilmədiyindən və birinci instansiya məhkəməsi də qeyri-müəyyən cavabdehlərə yönəlmiş iddia tələbinə baxaraq prosessal normaları pozduğundan, qətnamə ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-240/2025 saylı 04 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3682/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3682/2025
25.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver